Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-511/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil1 Arzuman oğlunun iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Alızade Eminə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Alızade Eminin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçı ilə Alızade Emin arasında bağlanmış yalan əqd olan kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(010)-1311/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Emin Alızade tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Alızade Emin arasında bağlanmış kredit müqaviləsinə əsasən Əliyev X3 Eminə 67.000 manat (altmış yeddi min manat) məbləğində pul borc verir. “Borc alan" kreditin 34.000 (otuz dörd min manat) məbləğində pulu xx.xx.2023-cü il tarixində, 33.000 (otuz üç min manat) məbləğində pulu xx.xx.2023 tarixinədək “Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Təsis payının xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Alızade Emin arasında bağlanmış müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1714400, hüquqi ünvanı AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ. Dəmiryol, ev 16, VÖEN:********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik (on manat sıfır qəpik), nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı faizi 100% olan payını 100 manat 00 qəpik (on manat sıfır qəpik) məbləğində Alıcının mülkiyyətinə verir, Alıcı isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği Satıcıya ödəyir. Tərəflər həmin müəssisənin Satıcıya məxsus olan payını (hissəsini) 100 manat 00 qəpik (yüz manat sıfır qəpik) dəyərində qiymətləndirdilər. Hazırda İddiaçı kredit müqaviləsi üzrə verdiyi pulun cavabdehdən tutulmasını xahiş edir. Alızade Emin isə həmin kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Alızade Eminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Alızade Emin ilə arasında bağlanmış 05 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 67.000 manat və dövlət rüsumu qismində ödənilmiş 291 manat məbləğində pul vəsaitinin Alızade Emindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Alızade Emin ilə arasında 05 oktyabr 2023-cü il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə reyestrdə 3M-448 nömrəsi ilə qeydə alınmışdır. Həmin müqaviləyə görə, İddiaçı cavabdehə 67.000 manat borc vermişdir. Cavabdeh isə bu məbləğin 34.000 manatını xx.xx.2023-cü il tarixində, qalan 33.000 (otuz üç min) manatı isə xx.xx.2023-cü il tarixində iddiaçıya qaytarmağı öhdəsinə götürüb. Lakin borclu nə borcun birinci hissəsini, nə də digərini icra müddətindən uzun müddət ötməsinə baxmayaraq qaytarmır. xx.xx.2023-cü il tarixində cavabdehə icra qeydinin aparılacağı barədə bildiriş və borcun qaytarılması barədə yazılı bildiriş ünvanlanmışdır. Əlavə olaraq dəfələrlə telefon vasitəsilə əlaqə yaratmışdır. Lakin şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq o, müqavilənin icrasından yayınır. Bununla yanaşı Emin Alızade İddiaçı qarşı “İddiaçı ilə Alızade Emin arasında bağlanmış yalan əqd olan kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı və Alızade Emin arasında 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 41 saylı notariat ofisində bağlanmış yalan əqd olan kredit müqaviləsinin etibarsız hesab olunması, dövlət rüsumu qismində ödənilmiş 101 manat və vəkil xidmətinə görə ödənilmiş 520 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Alızade Emin aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Eminə bir manat da olsun həqiqi niyyətlə borc verməmişdir. Bu müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmış yalançı bir əqddir. Belə ki, 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 41 saylı notariat ofisində cavabdeh İddiaçı ilə aralarında təsis payının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixində qeydiyyat nömrəsi **********, reystr nömrəsi **********1714400, hüquqi ünvanı AZ 1054, Baki şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ. Dəmiryol ev 16, VÖEN: ********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik, nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı payı 10 manat məbləğində Alıcının mülkiyyətinə verir, Alıcı isə payı qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği Satıcıya ödəyir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən tərəflər həmin müəssisəsinin Satıcıya məxsus olan payını (hissəsini) 100 manat 00 qəpik dəyərində qiymətləndirirlər. Həmin müqavilənin 3-cü maddəsinə əsasən müavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği Alıcı Satıcıya notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Həmin müqavilənin 5-ci maddəsinə əsasən satıcı müəssisədəki paya mülkiyyət hüququna malikdir və həmin payı Alcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, üçüncü şəxslərin hüquqlarından azad şəkildə verir. Alıcı isə onun qəbul edir. "xxxx" MMC ilə bağlı hüquqları xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyatdan keçirib işə başlayandan sonra məlum oldu ki, "xxxx" MMC-nin təmsilçisi İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi olmuşdur.Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 15% olmaqla 24 ay müddətinə 50.000 (əlli min) manat kredit götürmüşdir. Həmin kredit məbləğini də Emin ödəməli olmuşdur. Cavabdehin bu kimi qanunsuz əməlləri daha çoxdur, onun kimi insanların bir neçəsini də aldatmışdır. Satıcı "xxxx" MMC-də olan payını ona satmışdır. Həmin tarixdə, həmin notariat ofisində aralarında kredit ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh ondan Bakı şəhəri Xətai RPİ-yə şikayət verəndən sonra bilmişdir ki, cavabdeh onu aldatmış, başqa bir əqdi pərdələyən real olmayan borc müqaviləsi bağlamışdır. Bu müqavilə isə satıcının "xxxx" MMC-də olan payının alqı-satqısı ilə bağlı olmuşdur. Ona bir manat da olsun pul verilməmişdir. Necə olur ki, ona həm payını satır, həm də borca pul verir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(010) 1311/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Alızade Emindən 67.000 (altmış yeddi min) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 291 (iki yüz doxsan bir) manat məbləğdə pul vəsaitinin ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddiaçıya ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Alızade Eminin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiasının təmin edilməməsi və qarşılıqlı iddia üzrə iddiaçı Alızade Emin tərəfindən ödənilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı kredit müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmasına əsaslansa da, əslində hansı əqdi bağlamaq niyyətində olmasını bildirməmiş və buna dair hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Beləliklə, məhkəmə, kredit müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanan yalan əqd olmasının və ya həmin müqavilənin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı sayıla bilməz, ona görə də təmin edilməməlidir. İlkin iddia tələbinə münasibətdə məhkəmə işin faktiki hallarını araşdıraraq və göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab etmişdir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından ilkin iddia üzrə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, ilkin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün ilkin iddia üzrə cavabdeh ilkin iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin şəxsə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, ilkin iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddiaçı ilkin iddia üzrə cavabdehdən müvafiq kredit müqaviləsi üzrə 67.000 manat tələb etməkdə haqlı olmuşdur. Həmin qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Emin Alızade apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Emin Alızadə ilə İddiaçı arasında faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının alqı-satqısı ilə bağlı olmuşdur. Aralarında heç bir kredit müqaviləsi ilə bağlı şərtlər olmamış və müqavilə bağlanmamışdır. Göründüyü kimi bu müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmış yalançı bir əqddir. Belə ki, 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 41 saylı notariat ofisində cavabdeh İddiaçı ilə aralarında təsis payının alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı ilə Alızade Emin aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Eminə bir manat da olsun həqiqi niyyətlə borc verməmişdir. "xxxx" MMC ilə bağlı hüquqları xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyatdan keçirib işə başlayandan sonra məlum oldu ki, "xxxx" MMC-nin təmsilçisi İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi olmuşdur. Həmin kredit məbləğini də Emin ödəməli olmuşdur.Cavabdehin bu kimi qanunsuz əməlləri daha çoxdur, onun kimi insanların bir neçəsini də aldatmışdır. Satıcı "xxxx" MMC-də olan payını ona satmışdır. Həmin tarixdə, həmin notariat ofisində aralarında kredit ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh ondan Bakı şəhəri Xətai RPİ-yə şikayət verəndən sonra bilmişdir ki, cavabdeh onu aldatmış, başqa bir əqdi pərdələyən real olmayan borc müqaviləsi bağlamışdır. Bu müqavilə isə satıcının "xxxx" MMC-də olan payının alqı-satqısı ilə bağlı olmuşdur. Ona bir manat da olsun pul verilməmişdir. Necə olur ki, ona həm payını satır, həm də borca pul verir. İddiaçının nümayəndəsinin deməsinə görə həmin 67.000 manat pul xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə verilmişdir. Əslində isə məhkəmədə olan rəsmi sənəddə 05 oktyabr 2023-cü il tarixli "xxxx" ASC Qərb filialından verilmiş xəzinə mədaxil orderi üzrə 67.000 manat pulun alqı-satqı üzrə mədaxil (xx.xx.2023-cü il.X 431 saylı məktubuna əsasən) notariusun depozit hesabına qoyulmuşdur. Məhkəmə baxışı zamanı həmin 67.000 manat pulun notariusun kassa-məxaric orderinin alınması üçün sorğunun verilməsi qərara alındı. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-nin 85-ci maddəsinə əsasən kassanın üzərində olan müşahidə kamerasından xx.xx.2023-cü il tarixli kassa mədaxil və məxaric orderlərinin yazılması zamanı həqiqətən pulun kassaya ödənilməsinin reallığını müəyyən etmək üçün həmin gün, yəni bu görüntülər həqiqətin müəyyən edilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixdə həmin pulun ödənilməsi və alınması əməliyyatlarının keçirilməsini özündə əks etdirən kamera görüntülərindən çıxarışların tələb olunaraq əlavə edilməsini məhkəmədən xahiş etsə də, həmin ərizəsinə münasibət bildirilməmiş və nə pulun kassadan çıxarılmasını təsdiq edən hərhansı sübut növü kimi məxaric qəbzi təqdim edilməmişdir. Lakin məhkəmə iclasına sədrlik edən hakim qanunvericiliyin tələblərini pozmuş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməyək onların iştirakları olmadan qanunsuz və əsassız bir qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində İddiaçı ilə Alızade Emin arasında 67.000 manat məbləğində pul borc verməsi barədə kredit müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. Bununla belə Cavabdeh həmin müqavilənin əslində başqa əqdi pərdələmək üçün bağlanmasına istinad etməklə müqavilədə göstərilən vəsaitin ona verilməməsini mübahisələndirir. İş materiallarında olan Notariusun "xxxx" ASC-nin Qərb filialına ünvanladığı xx.xx.2023-cü il tarixli, X/O-431 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 67.000 (altmış yeddi min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Alızade Eminə verilməsi üçün, bankda olan AZ70MUGA**********00005AZM11 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Notarius Qazı-zadə Natiqin depozit hesabına 67.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir (Təyinatı: alqı-satqı üzrə mədaxil (xx.xx.2023-cü il X-431 saylı məktuba əsasən). Göründüyü kimi, tərəflər arasında notarial qaydada imzalanmış müqavilə əsasında İddiaçı tərəfindən X8-zadənin depozit hesabına 67.000 manat məbləğində pul vəsaiti mədaxil edilsə də, vəsaitin ilkin cavabdeh tərəfindən həmin hesabdan çıxarılıbçıxarılmamasının müəyyən edilməsi işin hüquqi taleyinə birbaşa təsirini göstərəcəkdir. Belə olan halda isə qeyd olunan vəsaitin kimin tərəfindən LPO "xxxx" ASC-dən götürülməsininin müəyyən edilməsi iş üçün zəruri olmuşdur. Bu baxımdan apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixdə 67.000 manat məbləğində pul vəsaitinin LPO "xxxx" ASC-dən AZ70MUGA**********00005AZM11 №-li depozit hesabından götürülməsini təsdiq edən məxaric qəbzinin əsli LPO "xxxx" ASCdən götürülməsi barədə qərardad qəbul edilmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondundan 23 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş qeyd olunan qərardadın icrası ilə bağlı təqdim edilmiş "xxxx" ASC-nin Qərb filialı tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli mədaxil orderindən görünür ki, 67.000 manat məbləğində pul vəsaiti AZ70MUGA**********00005AZM11 №-li depozit hesabından Emin Alızade tərəfindən götürülmüşdür. Lakin xx.xx.2023-cü il tarixdə 67.000 manat məbləğində pul vəsaitinin LPO "xxxx" ASC-dən AZ70MUGA**********00005AZM11 №-li depozit hesabından götürülməsini təsdiq edən məxaric qəbzindəki imzanın həqiqətən Emin Alızade tərəfindən icra edilibedilməməsinin müəyyən edilməsi zəruri olduğundan həmin qəbzdəki imzanın həqiqətən Emin Alızade və ya başqa şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Bununla belə cavabdeh Alızade Eminin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, hazırda cavabdeh X5 yaşayır və barəsində sərhəddən keçməsinə qadağa qoyulmuşdur. Bu səbəbdən Alızade Emindən yazı xətt nümunələrinin götürülməsi mümkün deyildir. Belə olan halda mülki işdə olan Cavabdeh nümayəndəsi kimi onun adına xx.xx.2024-cü il tarixli Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu K.Hüseynzadə tərəfindən təsdiq edilərək verilmiş yazı xətti nümunəsi kimi istifadə edilməsini xahiş etmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixili İddiaçı ilə Alızade Emin arasında 67.000 manat məbləğində pul borc verməsi barədə kredit müqaviləsinin və İddiaçı ilə Alızade Emin arasında bağlanmış “Təsis payının alqı-satqısı müqaviləsi”nə dair notariat icraatlarının əsilləri, Alızade Emin tərəfindən Vəkil2 verilmiş etibarnamənin və onun məhkəmə instansiyalarında hüquqlarının müdafiəsi üçün bağlı verilmiş vəkil orderlərinin alınması üçün əsas olan müqavilələrin əsillərinin götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025 ci il tarixli, 4/498 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-yə aid 05 oktyabr 2023-cü il tarixli MUĞ seriyalı 742755 nömrəli çekin arxa tərəfində "Çekdə göstərilən məbləği aldım İmza" qrafasındakı imza - EMİN ALİZADE tərəfindən icra olunmuşdur. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə 67.000 manat məbləğində pul vəsaitinin LPO "xxxx" ASC-dən AZ70MUGA**********00005AZM11 №-li depozit hesabından götürülməsini təsdiq edən məxaric qəbzindəki imza məhz Emin Alızadeyə məxsus olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas müəyyən edilməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, ilkin iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaçı ilə aralarında heç bir kredit müqaviləsi ilə bağlı şərtlər olmadığını və müqavilə bağlanmadığını bildirsə də, işin sadalanan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində İddiaçı ilə Alızade Emin arasında 67.000 manat məbləğində pul borc verməsi barədə kredit müqaviləsi bağlanmış və müqavilədə göstərilən vəsait Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin kredit müqaviləsi bağlanan zaman “Təsis payının alqı-satqısı müqaviləsi” bağlandığını, həmin notariat ofisində aralarında kredit ilə bağlı heç bir razılaşma olmamasını göstərmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə həmçinin qeyd edir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Qarşılıqlı iddiaçı kredit müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmasına əsaslansa da, əslində hansı əqdi bağlamaq niyyətində olmasını bildirməmiş və buna dair hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi kredit müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanan yalan əqd olmasının və ya həmin müqavilənin aldatma yolu ilə bağlanmasının öz təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı sayıla bilməz, ona görə də təmin edilməməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdeh Alızade Emindən 67.000 (altmış yeddi min) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, həmçinin o, məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmışdır. Kollegiya xüsusilə vurğulayır ki, hətta cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nümayəndəsi-vəkili məhkəmə iclaslarında iştirak etmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Göründüyü kimi işin faktiki halları ilə cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 125 (yüz iyirmi beş) manat məbləğində pul cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Emin Alızadedən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iddiaçının vəkili Məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək apellyasiya icraatı zamanı hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində və etibarnamənin rəsmiləşdirilməsinə görə 17.25 manat məbləğində ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından apellyasiya icraatı zamanı iddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya icraatı üçün etibarnamənin rəsmiləşdirilməsinə görə ödənilmiş 17.25 manat məbləğində pula dair sübutlar təqdim olunmadığından həmin hissədə ərizə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Emin Alızade tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(010)- 1311/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 125 (yüz iyirmi beş) manat məbləğində pul cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Emin Alızadedən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə