Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5110/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1137/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-1861/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-1861/2018 saylı qətnaməsinin surəti (iş. Səh. 7), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 4585/2018 saylı qətnaməsi (səh.11), Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019cu il tarixdə verilmiş AZ-İ 308213 №-li nikahın pozulması haqqında şəhadətnamənin surəti (səh.3), Doğum haqqında xx.xx.2017-ci il tarixli AZ-İV № 047995 saylı doğum şəhadətnamənin surəti (səh.16), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nizami Rayon Məşğulluq Mərkəzinin **********0 №li, xx xxxxxx 2020-ci il tarixli arayışı (səh.33), xx.xx.2020-ci il tarixli Nizami rayonu 17 №li Uşaq Poliklinikasının tibbi arayışı (səh.39), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin çıxarışı (səh.35) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1137/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)- 1861/2018 №-li qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılması, Cavabdeh xx xxxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanа kimi sахlаnmаsı üçün hər аy 170 mаnаt sаbit pul məbləğində аlimеnt tutularaq İddiaçınа vеrilməsi, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən bаşlаyаrаq tutulması və Cavabdeh оğlundаn dövlət rüsumu hеsаbınа 30 mаnаt tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 78.1, 100.2;"Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”;"Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 112.1.3, 119.2-ci maddələrinə istinad edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (007)-1137/2020 saylı qətnaməsini qismən ləğv edib, alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 60; Azərbaycan Respubilkası MPM 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə başdansovdu, bir tərəfli və ədalətsiz qərar qəbul etmiş, himayəsində yaşlı və xəstə valideynləri olduğunu, eyni zamanda işsiz olduğunu və başqa yerdən gəlir və qazancının olmamasını nəzərə almamış, yüksək məbləğdə aliment üzərinə qət etmişdir. Digər tərəfdən əvvəllər idmanla məşğul olarkən idmanda aldığı xəsarətə görə əmək iqtiddaına tam malik olmamağı, ağır işlərdə işləyə bilməməyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, indiyə qədər 170 manat ödədiyini, fəhləlik etdiyini, ancaq pandemiya ilə əlaqədar olaraq işlərin dyandığını, buna görə də alimenti vaxtında ödəyə bilmədiyini, işlər düzəldikdən sonra yenidən alimneti ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, uşağın xəstə olduğunu, gündəlik ehtiyaclarından başqa xəstəliyinə görə müalicə alınmalı olduğunu, 3 yaşı olsa da hələ də danışa bilmədiyini, logopedə getməli olduğunu, müəyyənləşdirilmiş aliment məbləğinin ödənilməsini tələb etdiklərini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 81, 99; MPM 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, maddi imkanın aşağı olması və başqa vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalıdırlar. Apellyasiya şikayəti üzrə digər məsələlər uşaqların himayəsini qanunla müəyyən edimiş dərəcədə həyata keçirən qurumlara müraciət edilməsini, habelə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılması zamanı (təqdim edilmiş sübutların) müzakirəsini istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1137/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5110/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5110/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver