Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-5113/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamədən iddiaçı Bankın və iş üzrə müstəqil tələb irəli sürməyən şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın səlahiyyətli nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi haqqında” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında ##.##.2018-ci il tarixdə bağlanmış 255İK/2018 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 108.098,43 manat, “Borcun ödənilməsi ilə bağlı tələbin ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” göndərilmə tarixinə qədər yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.961,19 manat, həmin bildirişin göndərilmə tarixindən sonra yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.215,66 manat, həmin bildirişin “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzinin – 52,48 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 414,41 manat, dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xidmət haqqının əvəzinin – 1,01 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 198,8 kv.m olan *** nömrəli bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi və sair məsələlər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rayon Məhkəməsi tərəfindən hazırkı mülki işə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025ci il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini, iddiaçı Bank ilə cavabdeh arasında ##.##.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 108.098,43 manat, “Bildirişin” göndərilmə tarixinə qədər yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.961,19 manat, “Bildirişin” göndərilmə tarixindən sonra yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.215,66 manat, həmin “Bildirişin” “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzinin – 52,48 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 414,41 manat, dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xidmət haqqının əvəzinin – 1,01 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 198,8 kv.m olan *** nömrəli bağ evinə yönəldilməsini, ipoteka predmetinin ilkin likvid satış qiyməti 243.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalan borcun cavabdehdən ümumi qaydada tutularaq Banka ödənilməsini, ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli əlavə qətnamə ilə qət etmişdir ki, ipoteka predmeti – bağ evi açıq hərracda satılarsa cavabdeh həmin bağ evini 1 ay ərzində tərk etməli, əks təqdirdə o, evdən məcburi qaydada çıxarılmalı və ev boşaldılmalıdır. İddiaçı Bankın nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, əmlakın qiymətləndirilməsi üçün iş üzrə təkrar ekspertiza təyin edilməsini və ilkin satış qiymətinin yenidən müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsində qeyd edilən borc məbləğinin yenidən hesablanmaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlillərinin yoxlanılması məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və ekspertizaların rəyləri alınmışdır. İpoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı “Qiymətləndirmə rəyi” Məhkəməyə daxil olduqdan sonra, Bank, onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilinin əsassız olduğunu görərək, qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etmiş və onun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, bunu, iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinin ipoteka predmetinin qiyməti ilə bağlı olmamasını nəzərə alan Məhkəmə, iddiaçı bankın ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-in 191-ci maddəsinin mənasına görə, tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-in 369.3-cü maddəsi iddiaçı Bankın şikayətindən imtinasını iddia tələbindən imtina edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-in “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Apellyasiya şikayətindən imtina buna səlahiyyəti olan şəxs – iddiaçı Bankın adından onun hüquqlarının müdafiə edən səlahiyyətli nümayəndəsi tərəfindən edilmişdir. MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Bundan başqa yuxarıda artıq qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyi apellyasiya şikayətinin dəlilləri ipoteka predmetinin qiyməti ilə bağlı deyil, həmin apellyasiya şikayətinin dəlilləri borcun məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Buna görə də, Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslan və MPM-in 263, 369, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş “apellyasiya şikayətindən imtina barədə” ərizə təmin edilsin. İddiaçı İddiaçı ASC-nin hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı İddiaçı ASC-nin dəlillərinin yoxlanılması ilə əlaqədar iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı xərclər İddiaçı ASC-yə aid edilsin. Bu məqsədlə İddiaçı ASC-dən 200 (iki yüz) manat tutularaq “xxxx” MMC-yə ödənilsin. İddiaçı İddiaçı ASC-nin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinə ödədiyi 205 (iki yüz beş) manat 14 (on dörd) qəpik məbləğində pul (“Hökumət ödəniş portalından” verilmiş ********** №-li “mədaxil qəbzi”; dövlət rüsumunun ödənildiyi tarix: ##.##.2025-ci il (saat 09:31:45)) dövlət büdcəsindən İddiaçı ASC-yə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5113/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5113/2025
21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver