Məhkəmə qərarları › İş №2(103)-5118/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5118/2021

03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5118/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh vəkili X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(001)- 5784/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyası ilə əlaqədar öhdəsində olmuş maddi sərvətlərin çatışmazlığı ilə iddiaçıya vurduğu 38464.70 manat zərəri, vaxtında ödəmədiyinə görə gecikdirdiyi vaxt üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu, cəmi 41248,05 manat məbləğində ziyan və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və mülki məcəllələrin tələblərinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Cavabdeh Nəsimi rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını onun sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəyirdi. Lakin öhdəliyə əməl etməmiş və fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq 19.12.2016-ci il tarixdə işdən azad olmuşdur. İşlədiyi müddət ərzində cəmiyyətdən 73386.30 manat dəyərində mal almış, 35290.94 manat cəmiyyətin xəzinədarlığına pul ödəmiş, 2870.82 manat dəyərində mallar geriyə qaytarmış, 4861.79 manat mühasibat üzrə artma olmuş, 435 manat məbləğində endirim olunmuş, müştərilərdə qalan məbləğ 1065.83 manat, üzləşmə zamanı təsdiqlənməyən məbləğ isə 120.80 manat olmuşdur. Qalıq məbləğ 38464,70 manat təşkil edir. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Ancaq o, müqavilə şərtlərinə əməl etməmiş, nəticədə balansında qalan pul vəsaitini şirkətə təhvil vermədiyindən MMC-nə 38464.70 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə, cavabdeh vurduğu 38464.70 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 41248.05 manat zərər hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(001)-5784/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi yuxarıda sadalanan sübutlarla iddianın əsaslı olduğu qənaətinə gəlmiş, məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199.1, 200.1, 202.1, 205.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5784/2018 saylı mülki iş üzrə qəbul etdiyi 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin 11.12.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının 19.03.2019-cu il tarixli rəyi ilə mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52,6569,72-73, 76-78,122-134-cü vərəqələrində olan qaimə faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması araşdırılmış və ekspertizaya təqdim edilən çoxsaylı qaimə faktura və kassa mədaxil orderlərindən 174-də ki imzaların cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən etməyin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyul 2019-cu il tarixli 2725 saylı rəyinə əsasən Cavabdeh 13.07.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitinin müəssisənin kassasına ödənilməsi nəzərə alınmaqla İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 38464,70 (38617,00-152,30) manat satış pulu çatışmazlığı müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-783/2019 nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5784/2018 saylı mülki iş üzrə qəbul etdiyi 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh qanunazidd hərəkətləri ilə İddiaçı MMC-yə 38464,70 manat məbləğində maddi zərər dəyməsi iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə təsdiq olunur. Həmin rəyin qeyri-dəqiq olması qənaətinə gəlməsi üçün isə heç bir əsas mövcud deyildir. Qeyd olunanları, eyni zamanda tərəflər arasında tam maddi məsuliyyət daşıma barədə müqavilə bağlandığını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 38464,70 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesab etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.Cavabdehin istinad etdiyi dəlilləri isə məhkəmə əsassız hesab edərək göstərmişdir ki, o, öz etirazının əsası kimi istinad etdiyi halların təsdiqi barədə sübutları təqdim etməmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının 19 mart 2019-cu il tarixli 2606 saylı rəyi isə cavabdehin istinad etdiyi halları təsdiq etmir. Belə ki, həmin rəyə əsasən bir sıra (rəyin nəticə hissəsinin 2-ci bəndində sadalanmış) qaimə faktura və kassa mədaxil orderlərindəki imzalar cavabdehə məxsus deyil. Lakin kollegiya qeyd edir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyi məhkəməxətşünaslıq ekspertizası rəyindən sonra, yəni onun nəticəsi nəzərə alınmaqla verilmişdir.Bundan başqa həmin sənədlərin çox hissəsində (cild.2 i/v 2, 16, 21, 26, 52, 56, 72, 110, 112, 114, 116, 158, 160, 163, 200, 204, 210, 250, 252, 254, 300, 302, 304 və s.) cavabdehin adindan ümumiyyətlə imza edilməmişdir. Halbuki ekspert qarşısında yalnız cavabdehin adından olan imzaların onun özü tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi sualı qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(102)-1459/2021 saylı Qərarı ilə cavabdeh Hüseynov Babək Hüseyn oğlunun kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 783/2019 nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin Qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini işdə olan digər sübutlarla birgə qiymətləndirməmişdir. Belə ki, Apellyasiya məhkəməsinin 11.12.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının qarşısında mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52,6569,72-73, 76- 78,122-134-cü vərəqələrində olan qaimə faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının araşdırılması, məhkəmə-mühasibatlıq ekspertizasının qarşısında isə işi 2-ci və 3-cü cildində olan mühasibatlıq sənədlərinə əsasən cavabdehin öhdəsində hər hansı məbləğdə satış pulunun çatışmazlığının aşkar edilməsi sualı qoyulmuşdur. Məhkəmə xətşünaslıq ekspertizasının 19.03.2019-cu il tarixli rəyi ilə ekspertizaya təqdim edilən çoxsaylı qaimə faktura və kassa mədaxil orderlərindən 174-də ki imzaların cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən etməyin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. Məhkəməmühasibatlıq ekspertizasının 16 iyul 2019-cu il tarixli 2725 saylı rəyinə əsasən Cavabdeh 13.07.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitinin müəssisənin kassasına ödənilməsi nəzərə alınmaqla İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 38464,70 (38617,00-152,30) manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. Lakin həmin rəyin təsviri hissəsindən görünür ki, ekspert təqdim olunmuş iş materiallarında olan borc qalığına dair aylıq üzləşdirmə aktları, balans və mühasibat proqramı məlumatlarına əsasən anbardan götürülmüş malların miqdarı, kassaya təhvil verilmiş satış pullarının məbləği, anbara qaytarılmış malların miqdarı müəyyən edilməklə, bu nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı 19.03.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmiş, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıbalınmadığı həmin ekspert rəyindən görünmür. Belə olan təqdirdə, apellyasiya məhkəməsinin yalnız iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyinin xətşünaslıq ekspertizası rəyindən sonra verilməsinə istinad edərək, həmin rəyin nəticəsi nəzərə alınmaqla verilməsi barədə gəldiyi qənaət əsassız olmuş, ekspert rəyləri digər sübutlarla yanaşı qiymətləndirilməmiş və bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yeni Apellyasiya baxışı zamanı Cavabdeh vəkili X5 iddiaçı tərəfindən hazırkı tələbin əsaslı olmasını təsdiq edəcək sübutlar təqdim edilmədiyindən, Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(001)-5784/2018 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Yeni Apellyasiya baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərdən əlavə iddianın əsaslı olmasına dair hər hansı sübut, dəlil göstərməmiş, 1ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(102)- 1459/2021 saylı Qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(001)-5784/2018 saylı qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nəsimi rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını onun sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəyirdi. Lakin öhdəliyə əməl etməmiş və fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq 19.12.2016-ci il tarixdə işdən azad olmuşdur. İşlədiyi müddət ərzində cəmiyyətdən 73386.30 manat dəyərində mal almış, 35290.94 manat cəmiyyətin xəzinədarlığına pul ödəmiş, 2870.82 manat dəyərində mallar geriyə qaytarmış, 4861.79 manat mühasibat üzrə artma olmuş, 435 manat məbləğində endirim olunmuş, müştərilərdə qalan məbləğ 1065.83 manat, üzləşmə zamanı təsdiqlənməyən məbləğ isə 120.80 manat olmuşdur. Qalıq məbləğ 38464,70 manat təşkil edir. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Ancaq o, müqavilə şərtlərinə əməl etməmiş, nəticədə balansında qalan pul vəsaitini şirkətə təhvil vermədiyindən MMC-nə 38464.70 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə, cavabdeh vurduğu 38464.70 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 41248.05 manat zərər hesablanmışdır. Apellyasiya məhkəməsinin 11.12.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının qarşısında mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42- 52,6569,72-73, 76-78,122-134-cü vərəqələrində olan qaimə faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının araşdırılması, məhkəmə-mühasibatlıq ekspertizasının qarşısında isə işi 2-ci və 3-cü cildində olan mühasibatlıq sənədlərinə əsasən cavabdehin öhdəsində hər hansı məbləğdə satış pulunun çatışmazlığının aşkar edilməsi sualı qoyulmuşdur. Məhkəmə xətşünaslıq ekspertizasının 19.03.2019-cu il tarixli rəyi ilə ekspertizaya təqdim edilən çoxsaylı qaimə faktura və kassa mədaxil orderlərindən 174-də ki imzaların cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən etməyin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyul 2019-cu il tarixli 2725 saylı rəyinə əsasən Cavabdeh 13.07.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitinin müəssisənin kassasına ödənilməsi nəzərə alınmaqla İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 38464,70 (38617,00-152,30) manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. Lakin həmin rəyin təsviri hissəsindən görünür ki, ekspert təqdim olunmuş iş materiallarında olan borc qalığına dair aylıq üzləşdirmə aktları, balans və mühasibat proqramı məlumatlarına əsasən anbardan götürülmüş malların miqdarı, kassaya təhvil verilmiş satış pullarının məbləği, anbara qaytarılmış malların miqdarı müəyyən edilməklə, bu nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı 19.03.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmiş, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıb-alınmadığı həmin ekspert rəyindən görünmür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 191. əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndi. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 205-ci maddəsinin 2-ci bəndi. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələbin əsaslı olmasını təsdiq edəcək sübutlar təqdim edilmədiyindən, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(001)-5784/2018 saylı qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(001)- 5784/2018 saylı qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar