Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5119/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X14 Tağıyevnanın cavabdeh X3rşı pul tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X12 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Ərizəçi X7 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 371/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-371/2016 nömrəli qərardadından iddiaçı X14 Tağıyevna tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 371/2016 nömrəli qətnaməsi ilə cavabdeh X4 55.000 manat məbləğində pulun tutularaq X14 Tağıyevnaya ödənilməsi qət edilmişdir.
2. Qətnamədən X9 tərəfindən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verilmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 (Vadim Oçeredkonun atası) qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmadan və cavabdehin iştirakı olmadan işə baxmışdır. Yekun məhkəmə aktı cavabdehə rəsmi qaydada verilməmişdir. Əslində, cavabdeh X8 Kazaxıstan Respublikasının Mangistau vilayəti, Aktau şəhər WAQ şöbəsinin xx.xx.2010-ci il tarixli ölüm haqqında sənədinə əsasən xx.xx.2010-ci il tarixdə ölmüşdür. Sonradan cavabdehin vərəsəsi, oğlu X9 belə bir məhkəmə qətnaməsinin olduğu barədə məlumat almışdır. Belə ki, atası cavabdeh X2 mülkiyyətə başqalarının qanunsuz olaraq sahiblənməsi, həmin yaşayış sahəsi hansısa səbəblərdən yenidən qanunsuz olaraq hərracda satışa çıxarılması və qanunsuz alqı-satqı müqaviləsini həyata keçirən İddiaçı yenidən hərracda əvəzsiz olaraq həmin mənzili əldə etməsi barədə məlumat verilmişdir. Sonraki araşdırma zamanı, hazırkı qətnaməni o, Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2024-cü il tarixdə əldə etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-371/2016 nömrəli qətnaməsinin ərizəçi X7 hüquq və vəzifələrinə toxunması müəyyən edilməklə, həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət X9 üçün bərpa edilmiş, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3465/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası məsələsi yenidən araşdırılması üçün mülki iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-371/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin X9 üçün bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda ərizəçinin Ədliyyə Nazirliyinin MərkəziArxivinə xx.xx.2024-cü il tarixdə vəkil sorğusunu ünvanladığını, Absəllədin Əliyevin müraciətinin xx.xx.2024-cü il tarixdə qəbul edildiyi qeyd edilmişdir. Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2024-cü il tarixdə əldə etdiyi qeyd edilsə də, həmin qətnamənin surətinin hansı tarixdə əldə olunması ilə bağlı hər hansı rəsmi bildiriş iş materialında olmamış və yoxdur. Ərizəçinin arxivə müraciət etməsivə arxivdən həmin sənədin xx.xx.2024-cü il tarxidə alınması qeyd edildiyi qərardadda bildirilsə də, arxivdə olan sənədlərdə sorğunun nə vaxt, neçə dəfə verilməsi və qətnamənin ərizəçinin nümayəndəsi tərəfindən alınmasını sübut edən rəsmi sənədlər ərizəçi tərəfindən iş materillarına əlavə edilməmiş və məhkəmə iş üçün mühüm əhəmiyyət daşıyan həmin xüsusatlara qiymət verməmişdir. Ərizəçinin apellyasiya şikayəti və prosessual müddətin bərpasını nəzərdə tutan ərizəsi Nəsimi Rayon məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. (iş materialları vərəqə-131) Ərizəçinin qətnamənin surətinin əldə etdiyini bildirdiyi tarixlə məhkəməyə müraciət etdiyi tarix arasında 2 ay fərq vardır. Yəni müddət ötürülmüşdür. Həmçinin, iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4505/2024 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Vadim Oçeredko tərəfindən verilən apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan bəlli olur ki, ərizəçi mübahisələndirmək istədiyi qətnamə barəsində 2024-cü il sentyabr ayından da əvvəl məlumatlı olmuş və həmin 2016-cı il tarixli qətnaməni xx.xx.2024-cü ildən əvvəl almışdır. Əgər Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Vadim Oçeredko tərəfindən apelyasiya şikayəti verilmişdirsə, deməli o, həmin qətnaməni xx.xx.2024-cü ildən də əvvəl almış və həmin qətnaməni xx.xx.2024-cü ildən əvvəl almasını bilərəkdən gizlədərək, yenidən arxivə müraciət etmiş və qətnamənin alınma tarixini yeniləmişdir. Bundan əlavə, qəbul edilmiş həmin qərardadla Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Vadim Oçeredko tərəfindən verilən apellyasiya şikayətinin hansı qətnamə əsasında verilməsi və hansı tarixdə 2016-cı il tarixli qətnaməni almasına hüquqi qiymət verməmişdir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-371/2016 nömrəli qərardadı ləğv edilməli və iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir.
14. Belə ki, işdə olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-371/2016 nömrəli qətnaməsindən X9 tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir.
15. X9 sözügedən qətnaməni Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2024cü il tarixdə əldə etdiyini bildirir.
16. Lakin iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Vadim Oçeredko tərəfindən verilən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər “X10” MM-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Vadim Oçeredko tərəfindən apellyasiya şikayəti verilmiş və o bildirmişdir ki, hərracı keçirilən mənzil əvvəllər mərhum atasına məxsus olmuş, mənzilə dair keçirilən hərrac barədə məlumatları olmamış, özünün vərəsə olmasını qeyd etmişdir.
17. Qeyd edilməlidir ki, sözügedən hərrac hazırda Vadim Oçeredko tərəfindən mübahisələndirilən qətnamənin icrası ilə bağlı həyata keçirilmişdir.
18. Qeyd olunanlar onu deməyə əsas verir ki, Vadim Oçeredko Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən artıq məlumatlı olmuşdur.
19. Həmçinin, Vadim Oçeredko buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etsə də, bu barədə ərizəsini əsaslandırmamış, qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərini göstərməmiş, sadəcə qeyd olunan qətnaməni xx.xx.2024-cü il tarixdə əldə etdiyinə istinad etmişdir.
20. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üçün əsaslar mövcud deyil.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı X14 Tağıyevna tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-371/2016 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün X9 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.