Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5125/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil3, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “binanın daşıyıcı divarında qanunsuz açılmış qapı boşluğunun ləğv edilərək divarın layihə vəziyyətinə gətirilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xətai rayonu, Xocalı prospekti, 29 №-li çoxmənzilli evin 724 №-li mənzilinin yerləşdiyi mərtəbədə binanın daşıyıcı divarında cavabdehlər tərəfindən qanunsuz açılmış qapı boşluğu ləğv edilməsi və divarın əvvəlki vəziyyətə (layihədəki vəziyyətə) gətirilməsi vəzifəsi cavabdehlərə həvalə edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tələbini onunla əsaslandırıb ki, binadakı 724 №-li mənzil özünə məxsusudr, cavabdehlər onun mənzili ilə eyni mərtəbə yerləşən 723 №-li mənzili almış və onun mənzilinə bitişik, binanın beton daşıyıcı divarından əlavə qapı açmışlar. Açılan qapının yerləşdiyi divar binanın daşıyıcı divarıdır. Bu hal isə binanın uçması təhlükəsi yaradır, habelə əlavə qapı bir qonşu kimi onun hüquqlarını və qanuni mənafelərini pozur. İddia tələbi əsassızıdır. Məhkəmə bunu aşağıdakılarla izah edir: Birinci, 723 №-li mənzilin cavabdehlərin arasında naturada bölünməsi, mənzildə olan 2 giriş qapısının cavabdehlərin özlərinə məxsus olan sahələrin giriş qapıları hesab edilməsi və 723 №-li mənzilin fərqli 2 girişə malik olan 2 ayrı mənzil hesab olunması barədə barışıq sazişi bağlanıb, həmin saziş Xətai Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli qərardadı ilə təsdiq olunub. Bu qərardad cavabdehlərin arasında olan əmlak mübahisəsi üzrə başqa mülki işdə qəbul olunub və qanuni qüvvyə minib. İkinci, bölünmə nəticəsində əmələ gələn 2 mənzilin hər biri ayrı-ayrı daşınmaz əşya kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə ki, 20.05.2020-ci il tarixdə 723 №-li mənzil üzərində Cavabdeh1, 723A №-li mənzil üzərində isə Cavabdeh2 mülkiyyət hüququ dövlət reyesytində qeydə alınıb, onların hər birinin adına müvafiq reyestr çıxarışı verilib. Üçüncü, ekspert rəyin ilə müəyyən olunub: 1) 723 №-li mənzilin monolit dəmirbeton divarında açılmış qapı boşluğu tikinti norma və qaydalarına uyğundur. Ekspert həmin uyğunluğu qeyd edərəkən eyni zamanda layihə əsasında tikinti norma və qaydaların uyğun bərpa-gücləndirmə işlərinin aparıldığını qeyd edib; 2) 1-ci cavabdehə aid olan 723 №-li mənzil və 2-ci cavabdehə aid olan 723A №-li mənzil iddiaçıya aid olan 724 №-li mənzilə sərbəst giriş-çıxışa mane yaratmır; 3) 723 №-li mənzilin monolit dəmir-beton divarında açılmış qapı boşluğu, layihə əsasında tikinti norma və qaydaların uyğun bərpagücləndirmə işləri aparıldığından yaşayış binasının dayanıqlığı üçün hər hansı təhlükə (sökülmə, uçma, çökmə, dağılma və s.) yaratmır. Göründüyü kimi, qapı boşluğunun açılması iddiaçının və onun ailə üzvlərinin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmır, habelə ona öz mənzilindən istifadə etməyə maneə yaratmır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin və Mülki Məcəllənin 157-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5125/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver