Məhkəmə qərarları › İş №2(103)-5127/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5127/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5127/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-7115/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 461/F23 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxx 2019-cu il tarixə yaranmış borca görə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 6524,41 manat, müqavilə üzrə borcu gecikdirdiklərinə görə hesablanmış 49,17 manat cərimə, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanmış 1305,90 manat məbləğində faiz borcu, cəmi 7879,48 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 461/F23 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında eyni tarixli və nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər qeyd olunan kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Nəticədə cavabdehlərin xx xxxxxxx 2012-ci il tarixli 461/F23 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6524,41 manat, müqavilə üzrə borcu gecikdirdiklərinə görə hesablanmış 49,17 manat cərimə, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanmış 1305,90 manat məbləğində faiz borcu, cəmi 7879,48 manat borcları yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 7115/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun zamin olduğu Cavabdeh3 adına götürülmüş kredit borcu problemli kredit olduğuna görə restrukturizasiya olunmalı idi, çünki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür. Buna görə də hesab edir ki, iddia tələbi əsassızdır və qətnamə ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borc məbləği Fərmanın təsir dairəsinə düşmür. Cavabdeh1 özünün də adına bir neçə kredit var. Onun əsas məqsədi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməkdir. Qeyd olunanları nəzərə alaraq, o, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 7115/2019 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında xx xxxxxxx 2012-ci il tarixli 461/F23 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi həmin tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(81)- 1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəlmişdir. Həmin qərara əsasən X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh3 xx xxxxxxx 2012-ci il tarixli 461/F23 nömrəli müqaviləyə əsasən xx xxxxxxx 2019-cu il tarixə Ləğv prosesində olan İddiaçı ASC-yə 6524,41 manat əsas borc, müqavilə üzrə borcu gecikdirdiklərinə görə hesablanmış 49,17 manat cərimə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1305,90 manat məbləğində faiz borcu, cəmi 7879,48 manat məbləğində borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli bildirişə əsasən cavabdehlər bank qarşısında olan borcu barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh1 apelyasiya şikayətinin yeganə dəlili kredit müqaviləsi üzrə borc məbləğinin Fərmanın təsir dairəsinə düşərək restrukturizasiya olunması ilə bağlıdır. İş materiallarından və eyni zamanda cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi sənəddən də görünür ki, qeyd edilən kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Hazırkı apelyasiya şikayətində də Cavabdeh1 mübahisələndirdiyi qətnamənin qanunsuz və əsassız olmasını, mülki iş üzrə icraata xitam verilməli olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 7115/2019 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar