Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5130/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi və əldən çıxmış gəlirin hesablanması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi ilə 6 ay müddətinə ondan borc aldığı 5.092 manat pulun birdəfəlik qaytarılması və onun pulunu gecikdirdiyi üçün əldən çıxmış fayda kimi 1.000 manat pulun, ümumilikdə cavabdehdən 6.092 manat pulun birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.000 manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 4.000 (dörd min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdehin ərizəsi rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5971/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadından şikayət vermiş və şikayətdə həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan aşağıda göstərilən səbəbə görə ləğv edilməlidir. Belə ki, tərəfindən məhkəməyə bildirilmişdir ki, sözügedən qətnamə poçt vasitəsilə ona göndərilsə də, yaşadığı binanın işçilərinə təqdim olunmuş, onlar da məlum pandemiya səbəbindən ona geç çatdırmışlar. Məhkəmələrin fəaliyyəti də həmin müddətdə pandemiya səbəbindən dayandırıldığından müraciət edib şəxsən qətnaməni götürməsi mümkün olmamışdır. Bu səbəbdən də qətnamədən vaxtında şikayət verməsi mümkün olmamışdır. Eyni zamanda tərəfindən bildirilmişdir ki, şikayətinə apelyasiya instansiyasında baxılması onun üçün cox əhəmiyyətlidir və belə bir imkana qanunvericilik tərəfindən qoyulmuş vaxt məhdudiyyətinin ondan asılı olmayan hallar səbəbindən qəsdən və ya məsuliyyətsizlikdən ötürülmüş olmaması danılmazdır. Məhkəmə isə göstərdiyi ondan asılı olmayan bu halları nəzərə almamış və ərizəni rədd etmişdir. Şikayətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi, müddətin ötürülməsinin üzürlü hesab edilməsi və apelyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdurş. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh şikayəti müdafiə etdiyini bildirərək, şikayətin dəlillərinə uyğun izahat verdi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini, müddətin ötürülməsinin üzürlü hesab edilməsi və apelyasiya şikayətinin içraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan məhkəmənin qətnaməni göndərdiyi poçt zərfinin üzərindəki “Poçt göndərişinin verilməsi haqqında” ştrix kod nömrəsi SS696583032AZ olan xəbərnamədən (Səh. 34) görünür ki, məhkəmənin qətnaməsi olan zərf 19.12.2020-ci il tarixdə təqdim edilmiş və xəbərnamədə bu barədə imza edilmişdir. Lakin, həmin xəbarnamənin kimin tərəfindən imza edilərək məhkəmənin qətnaməsi olan poçt zərfinin qəbul edilməsi müəyyən edilməmişdir. Yəni, məhkəmənin qətnaməsi olan poçt zərfinin Cavabdeh tərəfindən qəbul edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apelyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi məhkəmə qətnaməsini gec əldə edən iddiaçı, qətnamədən apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəni və apelyasiya şikayətini ötürülməsinin üzürlü hesab edilməsi 15.02.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə təqdim etməklə, qanunvericiliklə müəyyən edilən müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X2 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apelyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5971/2020 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5130/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5130/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver