Məhkəmə qərarları › İş №2(103)-5131/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5131/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5131/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə),Mərdanova Xumar Afət qızı və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “İddiaçı" ASC-nin nümayəndəsi X6 və Cavabdeh nümayəndəsi vəkil X2 iştirakları ilə, iddiaçı “İddiaçı" ASCnin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, X4 yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-287/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117484-1-8884 saylı kredit müqaviləsinə və ona dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən Banka borclu olduğu 22667,34 ABŞ dolları məbləğində əsas, 4319,68 ABŞ dolları məbləğində faiz, 130,6 ABŞ dolları məbləğində cərimə, cəmi 27117,02 ABŞ dolları məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh "İddiaçı” ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş "Kia Sportage” minik markalı, ağ rəngli, 2013-cü il buraxılışlı, universal tipli, mühərrik nömrəsi G4KDDH436975, ban KNAPC811DD7521799 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin "İddiaçı” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 117484-1-8884 nömrəli "X3” (səh.8), Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəli (səh.13), xx xxxxxxxx 2013-cü il tarixli, 117484- 1-8884 nömrəli "Avtomobil kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı, xx xxxxxx 2015-ci il tarixli Razılaşma (səh.18), Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti (səh.37), "İddiaçı” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” Bildiriş (səh.30), "İddiaçı” ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ərizənin surəti (səh.32), İddiaçı"İddiaçı” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2017-ci il tarixli pretenziya məktubu (səh.27) sübut kimi təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12398 nömrəli, xx xxxxxx 2019-cu il tarixli rəyinin nəticə hissəsinə əsasən xx.xx.2018-ci il tarixə Cavabdeh "İddiaçı” ASC-yə olan əsas kredit borcu 22667,34 ABŞ dolları, faiz borcu 3843,67 ABŞ dolları, xx.xx.2018-ci il tarixə (məhkəmə ekspertizası təyin olunan tarixə) 22667,34 ABŞ dolları əsas, 4319,68 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatdır (səh.80). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-287/2020 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişxx.xx.2013-cü il tarixli, 117484-1-8884 saylı kredit müqaviləsinə və ona dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı Razılaşma üzrə Cavabdeh 22667,34 ABŞ dolları məbləğində əsas, 4319,68 ABŞ dolları məbləğində cərimə, cəmi 27117,02 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumu "İddiaçı” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan "Kia Sportage” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "İddiaçı” ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh qaytarılması və ekspertiza dədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək müqavilə üzrə əsas və faiz borclarının ədalətli hesablanması, tərəfindən edilmiş ödənişlərin təyinatının müəyyən edilməsi məqsədi ilə iş üzrə müstəqil məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini və yekunda Binəqədi rayon məhkəməsinin 2(001)-287/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edib (əsas, faiz və cərimə borcları yenidən hesablanılmaqla iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi məbləğ həddindən artıq şişirdilmiş və belə halda məhkəmə tərəfindən mübahisənin obyektiv həlli məqsədi ilə obyektiv, heç bir asılılığı olmayan, müstəqil rəy verəcək müstəqil mühasibatlıq ekspertizası təyin edilməsi gərəkdiyi halda məhkəmə bunu etməmiş, dövlətə bağlı olan və adətən hər zaman bankların yanında olan, bank tərəfindən təqdim edilmiş arayışa istinad edərək rəy verirlər. İddiaçı tərəf mövcud devalvasiyadan istifadə edərək onu aldatmış borcunu ödəyə bilmədiyini əsas gətirərək onunla xx xxxxxxxx 2013-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi ilə bağlı xx xxxxxx 2015-ci il tarixli razılaşma imzalasa da mahiyyət etibari ilə heç bir şey dəyişməmiş nə əsas borcda, nə müqavilənin müddətində nədə ki, faizdə güzəştə gedilməmişdir. Belə ki, müqavilənin müddəti 5 il qaldığı kimi faiz də 18 % olaraq dəyişmədən qalmış, əksinə onun bu vaxta kimi etmiş olduğu ödənişləri isə hamısı cəriməyə, faiz borcuna, dəbbə puluna və.s çıxılmışdır. Hətda 2013-cü il tarixdə götürmüş olduğu məbləğ 26748 ABŞ dolları olmasına baxmayaraq bu qədər ödəmələrdən sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc 27117 ABŞ dolları olmuşdur. Bank faiz borcuna əlavə faiz hesablamışdır. Belə ki, faizlərin hesablanması və ödənilməsi qaydalarını tənzimləyən üçüncü növbədə faiz və nəhayət sonuncu halda əsas borcdan çıxılmaqla həyata keçirilir. Buna baxmayaraq iddiaçı tərəf bir daha tələbdə dəbbə pulu qoymuşdur. Bank onun maddi imkansızlığından istifadə edərək onu aldadıb güzəşt etmək adı ilə müqaviləni təzələmiş onsuz da 2018-ci ilin sentyabr ayına qədər müddəti olan müqaviləni eyni şərtlər ilə bir daha imzalatmışdır, əvəzində isə ondan komisyon xərci, cərimə borcu və.s tutulmuşdur. Bundan əlavə tələbdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı tələb olmasına baxmayaraq məhkəmə ipoteka predmetinin mövcud bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirməmiş, mübahisəli saxlamışdır. Sadalanan hallar məhkəmə qətnaməsinin bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi vəkil X5 apellyasiya şikayətinə əlavə verərək, bildirmişdir ki, Mülki işin 19-cu vərəqində olan xx.xx.2015-ci il tarixli, 01 saylı kredit razılaşmasında ilkin bağlanmış kredit müqaviləsi üzrə olan borc guya ki, kapitallaşdırılmış və 22667,34 ABŞ dolları kimi qəbul edilmiş, yeni Əlavə-1 (ödəniş qrafiki) tərtib ediləcəyi göstərilmişdir. Qeyd edilən yeni Əlavə-1 mülki iş materiallarında yoxdur. Mülki işdə bu sənəd olmadan mühasibatçı ekspert yaranmış borcu necə hesablayıb, müddəti necə götürüb, bəlli deyildir. Aydın məsələdir ki, ekspert bankın borc kimi göstərdiyi məbləği heç bir tədqiqat aparmadan olduğu kimi köçürüb. xx.xx.2015ci il tarixli müqaviləyə əlavə üzrə borcdan başqa bu müqavilədə kapitallaşdırılmış guya ki, 22667,34 ABŞ dolları borcun əsaslı və əsassız olması aydınlaşdırılmalı idi. Belə ki, kredit götürüldüyü tarixdən 2015-ci ilin əvvəlinə kimi iddiaçı tərəfindən banka hər ay 700 manat pul vəsaiti ödənilib, bu halda necə ola bilər ki, əsas borc azalmasın? Bu istiqamətdə araşdırma aparılmamış, bankın təqdim etdiyi məbləğ həqiqət kimi qəbul edilmişdir. Halbuki kredit müqaviləsi bağlandıqdan sonra 2015-ci ilin fevral ayına, yəni Mərkəzi Bankın məlum devalvasiya qərarına kimi banka 15000 ABŞ dollarından artıq vəsait ödənilmişdir. Sonrakı ödənişi edə bilməməyinin səbəbi bankın məndən dollarla ödəniş aparmaq tələbi olmuşdur. Yəni əvvəlki aylar üzrə etdiyi aylıq 700 manat ödəniş 897 ABŞ dolları kimi qeyd edilsə də, sonrakı aylarda bank bildirdi ki, məzənnəyə əsasən 700 ABŞ dolları 411 manata bərabər olduğu üçün aylıq ödənişim 1530 manat təşkil etməlidir. Belə olan halda bankın 2 aylıq gecikməmdən sonra xx.xx.2013-cü il tarixli müqavilənin 6.1.4-cü bəndinə əsasən onu məhkəməyə vermək, borcu tələb etmək imkanı olduğu halda bunu qəsdən etməmiş, faiz və cərimənin artmasında maraqlı olmuşdur. Kapitallaşdırma adı ilə borc kimi göstərilmiş 22667,34 ABŞ dolları vəsait həmçinin bu səbəbdən süni şəkildə artırılmışdır. xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşmasına yeni Əlavə -1 (ödəniş qrafiki) iş materiallarında olmadığı üçün bu barədə dəqiq fikir bildirmək mümkün deyildir, lakin hamıya bəlli olan və qəbul edilmiş bir məsələ var, müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitirdi və bank 2018-ci ilin yanvar ayında verdiyi iddia ərizəsi ilə yalnız yanvar ayına kimi yaranmış borcu tələb edə bilərdi, yanvar ayından sonra ödənilməli borcu tələb etməyə bankın hüququ olmamışdır. Bu hüquq yalnız Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi halında mümkündür ki, bank həmin imkandan istifadə etməmişdir. Eyni zamanda tərəflərin kredit münasibətini tənzim edən xx.xx.2013-cü il tarixli müqavilənin 5.1.2-ci maddəsində də bankın həmin hüquqa malik olduğu göstərilmişdir. Bu halda bank müqavilənin ləğv edilməsini tələb etmədən sonrakı aylar və illər üçün yaranacaq borcu tələb etmiş, ekspert isə bəlli olmayan səbəbdən araşdırma aparmadan və fikir vermədən həmin borcun guya ki, artıq 2018-ci ilin yanvar ayında yarandığını göstərmişdir. Əgər tədqiqat aparmış olsaydı, ekspert bu məqamı üzrə çıxarmalı idi ki, borcun ödənilmə ardıcıllığını, qaydasını, yaranma tarixini əks etdirməli Əlavə-1 ümumiyyətlə mülki işdə yoxdur.eyd edilən yeni Əlavə-1 mülki iş materiallarına əlavə edildikdən sonra məsələ ilə əlaqədar dəqiq fikir bildirmək olmur.2015-ci ilin avqust ayı üzrə qalıq borcun guya ki, kapitallaşdırılması həmçinin ona görə qanunsuz olmuşdur ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən əgər kredit alanın ötən ay üzrə hər hansı bir ödənilməyən borcu yaranarsa, o zaman kredit alanın cari hesabına mədaxil edilən vəsaitlərdən ötən ay üzrə yaranmış borc bu müqavilənin 4.3-cu bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra cari ayın ödənişlərinin silinməsi bank tərəfindən həyata keçirilir.Mülki işin 18-ci vərəqində olan xx.xx.2013-cü il tarixli müqaviləyə Əlavə-1 xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşmasına yeni Əlavə -1 kimi qəbul etsək onda aşağıdakılar müəyyən edilir. Bu Əlavə-1 əsasən mən iddia ərizəsi tərtib edildiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə aylıq 370 ABŞ dolları olmaqla 28 dəfə, yəni cəmi 17612 (370X28) ABŞ dolları ödəniş etməli idim. Hesablamışam, həmin 17612 ABŞ dolları pulun 1031,02 ABŞ dolları hissəsini əsas borc, qalan 16580,98 ABŞ dolları hissəsini faiz borcu təşkil edir. Bu halda cəmi ödənilməli 1031,02 ABŞ dolları əsas borc iddia ərizəsində necə şişirdilib 22667,34 ABŞ dolları əsas borc kimi göstərilə bilər? Və yaxud haradan götürülməsi bəlli olmayan 22667,34 ABŞ dolları borca faiz hesablana bilər? Ümumiyyətlə hansı meyarla faiz borcu əsas borc kimi təqdim edilə bilər? Görünən odur ki, bank bilərəkdən faiz borcunu əsas borc kimi təqdim edib, ona cərimə hesablamışdır. Nə qanunvericilikdə, nə də müqavilədə faiz borcuna cərimə hesablanması nəzərdə tutulmamışdır, cərimə əsas borca hesablana bilər. Faizə faiz və ya cərimə qanunvericiliyə ziddir.İddiaçının hazırkı iddiaya qeyri-ciddi yanaşması, tələb edilən vəsaitin əsassız olması həmçinin iddia ərizəsi ilə mülki iş materiallarının 26-cı vərəqində olan xx.xx.2017-ci il tarixli pretenziyadakı, 29-cu vərəqində olan X4 yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli bildirişdəki borc məbləğinin fərqindədir. Belə ki, xx.xx.2017-ci il tarixli pretenziyada cavabdehin 21691,79 ABŞ dolları əsas borcunun, gecikdirilmiş əsas borc məbləğinin 975,55 ABŞ dolları, gecikdirilmiş faiz borc məbləğinin 3581,39 ABŞ dolları, gecikdirilmiş əsas borca hesablanmış faizin 24,27 ABŞ dolları, cərimənin 130,6 ABŞ dolları təşkilt etdiyi göstərilir. X4 yönəlidlməs haqqında xx.xx.2017-ci il tarixli bildirişdə isə cavabdehin 21632,32 ABŞ dolları əsas borcunun, gecikdirilmiş əsas borc məbləğinin 1031,02 ABŞ dolları, gecikdirilmiş faiz borc məbləğinin 3581,39 ABŞ dolları, gecikdirilmiş əsas borca hesablanmış faizin 24,27 ABŞ dolları, cərimənin 130,6 ABŞ dolları təşkil etdiyi göstərilir. İddia ərizəsində isə əsas borc məbləği birdən-birə şişərək 22667,34 ABŞ dolları olmuşdur. Bütün bunlar borcun düzgün hesablanmamasının göstəricisidir. Yuxarıda qeyd edildiyi kimi müqavilə ləğv edilmədən əsas borcun və ya qalıq borcun tələb edilməsi mümkün deyildir. İddiaçı kapitallaşdırmanı apararkən bir dəfə faiz və cərimə hesabladığı məbləğə 2 və 3-cü dəfə təkrar faiz və cərimə hesablamışdır. Ona görə də iş üzrə əlavə mühasibatlıq ekspertizası keçirilməli və cavabdehin kapitallaşdırmaya kimi banka yaranmış borcu müəyyən edilməlidir. X8 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz:tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanmm dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə. Buna baxmayaraq mülki işin 31 -ci vərəqindən X4 yönədilməsi haqqında xx.xx.2017-ci il tarixli bildirişin Baş Dövlət X12 14 gün sonra, xx.xx.2017-ci il tarixdə təqdim edildiyi müəyyən edilir. Hesab edirəm ki, bu halda X4 yönəldilməsi proseduru davam edə bilməz. X8 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiririnin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.Buna baxmayaraq 1 ci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bu məqama əhəmiyyət verilməmiş, ipoteka predmetinin qiyməti müəyyən edilməmişdir. Bu isə prosedur pozuntusu ilə bərabər həmin əmlakın gələcəkdə aşağı qiymətə satılması üçün zəmin yaradır.Belə ki, Ali Məhkəmənin 01 saylı, xx.xx.2020-ci il tarixli X8 tətbiqi üzrə ipoteka predmeti olan əmlakın likin satış qimyətinin müəyyən edilməsi barədə qərardadında göstərilmişdir ki, X8 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də hesab edirəm ki, ipoteka predmeti ilə əlaqədar da ekspertiza keçirilməli, əmlakın dəyəri müəyyən edilməli, göstərilənlərə əsasən məhkəmədən xahiş edir ki, qaldırılan məsələlərlə bağlı iş üzrə xətşünaslıq, qiymətləndirmə və təkrar mühasibatlıq ekspertizası təyin edilməsin.Binəqədi rayon Məhkəməsinin 2(012)-287/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv etməklə, iddianı rədd edilməsini, imzanın cavabdehə aid olmadığını, bank tərəfindən verilən 3 sənəddə yəni pretenziya, xəbərdarlıq və verilən şikayətlər arasənda fərqli-fərqli məbləğlərin qeyd olunduğunu, əlavə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etdiklərini, kredit müqaviləsi üzrə borcun ödənildiyini və avtonəqliyyat aldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “İddiaçı" ASC-nin nümayəndəsi X6 apellyasiya şikaytini qəbul etməyərək, iddia tələbinin həcminin artırılması barədə ərizəni, etibarnaməsi iş materiallarının 88-ci səhifəsində olan nümayəndə tərəfindən imzalandığını, verilən pretenziya və xəbərdarlıq arasında müddət fərqi olduğundan, verilən şikayətdə isə yekun ödənilməli olan məbləğ göstərildiyindən məbləğlər arasında fərq olduğunu,əlavə mühasibatlıq ekspertizasının keçirilməsinə ehtiyac olmadığını, pulun birbaşa bank tərəfindən avtomobil şirkətinə ödənilməsi üçün bankla tərəf arasında tapşırıq müqaviləsinin bağlanıldığını, pulun bank vasitəsilə ödənildiyini, tərəfin kredit götürdüyünü inkar etmədiyini, məxaric orderinin mövcud olduğunu bildirmişdir . Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269- 270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Diqqətdə çatdirilmalıdır ki, cavabdeh kredit müqaviləsini və razılaşmanı imzalamış, kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə avtomobili qəbul etmiş və ödənişlər aparmış, müqavilə münasibətlərini mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri ayrıca bir (hazırki işdə mövcud olmayan) iddianın baxış predmeti ola bilər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-287/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar