Məhkəmə qərarları › İş №2(103)-5134/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5134/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5134/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(008)-4526/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 oglu, Cavabdeh1 və Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdehlər Cavabdeh3 oglu, Cavabdeh2 və X3 vərəsələri Cavabdeh1 və Cavabdeh4 oglundan 26 yanvar 2015-ci il tarixli, NRNPU-1164 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 8305,76 manat, faiz borcuna görə 14,35 manat, dəbbə borcuna görə 31,61 mariät, cəmi 8351,72 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə cavabdeh X6 arasında bağlanmış 26.01.2015-ci il tarixli, NRNPU-1164 saylı kredit müqaviləsinə əsasən illik 22% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 26 yanvar 2015-ci il tarixdə İddiaçı ASC-nin Nərimanov filialı ilə digər cavabdehlər Cavabdeh3 oglu, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Şəbinə Məmməkərimova kredit borcunu vaxtında və lazimi qaydada ödəməyi öhdəsinə götürsə də, müqavilənin şərtlərini pozaraq, dövri olaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 8305.76 manat asas, 14.35 manat faiz, 31.61 manat dəbbə borcu, cəmi 8351.72 manat borcu yaranmışdır. Kredit götürən X6 28.10.2015-ci il tarixdə vəfat etmiş, vəfat edənin vərəsələrinin müəyən etmək məqsədilə müraciət edilmiş, vəfat etmiş Şəbinə Məmmədkərimovadan qalmış miras əmlaka dair oglu-Cavabdeh1 oglu və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(008)-4526/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8305.76 manat əsas borc, 14.35 manat faiz borcu, 5 manat cərimə borcu, cəmi 8325.11 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməyən hissədə ləğv edilərək, həmin hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da pulun tutulması tələbinə dair iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, həmin qətnamə iddia tələbinin zaminlərə - Cavabdeh2 və Cavabdeh3 qarşı təmin edilməmiş hissəsində dəyişdirilməlidir. Belə ki, kredit üzrə ilk dəfə 09.03.2018-ci il tarixində iddia ərizəsi ilə cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə gedişatı zamanı cavabdehlərdən X4 vəfat etdiyi məlum olmuş və Bakı Şəhər Sabunçu rayon Məhkəməsinin 30.05.2018-ci il tarixli 2(008)-3575/2018 saylı qərardadına əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən mülki iş üzrə icraat dayandırılmışdır. Belə ki, sorğuya 3 saylı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Xüsusi X1 tərəfindən verilən 12 fevral 2019-cu il tarixli № 237 saylı cavab məktubuna əsasən, 28.10.2015-ci il tarixində vəfat etmiş X2 qalmış miras əmlaka dair oğlu - Cavabdeh1 və Cavabdeh4 tərəfindən Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna müraciət daxil olmuş və onların; ərizələri əsasında vərəsəlik işi açılmış və miras qalmış əmlaka dair Qanun üzrəz vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işinin açılması barədə məlumat Banka daxil oluqdan sonra 15.03.2019-cu il tarixində RB-05/PK-2211 saylı ərizələrinə əsasən iş üzrə icraat təzələnmiş və Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 2(008)-339/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 cəmi 8351,72 manat məbləğində pulun alınaraq, İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(103)-13600/2019 saylı qərardadı ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanı üzrə müəyyən edilmiş müddətin gözlənilməsi üçün 19.08.2019-cu il tarixli 2(008)-339/2019 saylı qətnamə ləğv edilmiş və mülki iş baxılmamış saxlanılmışdır. Belə ki, X4 vərəsələri Cavabdeh1 və Cavabdeh4 Fərmana müvafiq olaraq kreditin 1 faizlə 5 illik ödənilməsi barədə müqavilə imzalanması üçün gəlmədiklərindən iş üzrə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci maddəsində (İddia müddəti axımının kəsilməsi) qeyd edilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsində isə belə qeyd edilir. “Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.” Belə ki, 09.03.2018-ci il tarixindən, yəni iş üzrə ilkin iddia ərizəsi ilə Məhkəməyə müraciət olunan tarixdən işin baxılmamış saxlanılması - 20.11.2019-cu il tarixinədək olan müddətdə iddia müddətinin axımı kəsilmişdir və bu müddət iddia müddətinə hesablanmamalıdır. Qeyd olananlara əsasən müəyyən edilir ki, məhkəmə qətnaməsi işin faktiki hallarına tam uyğun olmamaqla yanaşı, bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə (zaminlərə)- Cavabdeh2 və Cavabdeh3 qarşı təmin edilməmiş hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 oglu, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin zaminlərə aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən- iddia tələbinin zaminlərə aid təmin edilməəyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Belə ki, iş materiallarında olan 26.01.2015-ci il tarixli, NRNPU-1164 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə cavabdeh X5 36 ay müddətinə 22% hesablanmaqla 10.000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borc, ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, kreditə hesablanmış faiz və cərimələri kreditora vaxtında ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 26.01.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3 oglu arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2, Cavabdeh3 oglu arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 10.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 İddiaçı ASC-yə 8305,76 manat əsas borcu, 14,35 manat faiz borcu, 31,61 manat cərimə borcu, cəmi 8351,72 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab etmişdir ki, hazırkı kredit müqaviləsi üzrə kredit ödənişinin müddəti 26.01.2018-ci il tarixdə başa çatdığından və iddiaçı bundan 2 il keçdikdən sonra yalnız 30.07.2020-cu il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, öhdəliklərin icrası vaxtı 26.01.2018-ci ildə çatmış, iddiaçı iddia tələbi ilə 09.03.2018-ci ildə məhkəməyə müraciət etmiş, müddətin axımı məhkəməyə müraciət etmə ilə bağlı kəsilmiş, məhkəmədə iddia 20.11.2019-cu il tarixində baxılmamış saxlanılmış, iddiaçı hazırki iddia tələbi ilə 30.07.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Buna görə də, zaminlərə münasibətdə MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət keçmədiyindən, onlara aid hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(008)-4526/2020 saylı qətnaməsi mübahisələndirilən- iddianın zaminlərə aid təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8305,76 (səkkiz min üç yüz beş manat, yetmiş altı qəpik) manat əsas borc, 14,35 (on dörd manat otuz beş qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu, cəmi 8325.11 (səkkiz min üç yüz iyirmi beş manat on bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada həmçinin Cavabdeh2 və Cavabdeh3 oglundan alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar