Məhkəmə qərarları › İş №2(103)-5135/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5135/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5135/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6173/2020 saylı işi üzrə 27.11.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6173/2020 saylı işi üzrə 27.11.2020-ci il tarixli qərardadı 13.12.2020-ci il tarixində tərəfə göndərilmiş (səh.8), məktub İddiaçı apellyasiya şikayətində qeyd olunmuş ünvanına göndərilməsinə baxmayaraq, məktub ünvanın tam olmaması səbəbi ilə geri qayıtmış (səh.8), İddiaçı eyni ünvan göstərməklə həmin qərardaddan 19.04.2021-ci il tarixində şikayət vermiş (səh 9), lakin qeyd olunan qərardadın iddiaçı tərəfindən hansı tarixdə alındığını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə prosessual müddətə qiymət verilməmiş, müddətin bərpasına dair ərizə verilmədən və qaytarılmış iddia ərizəsi şikayətə əlavə edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən vəzifələrinə uyğun iddia ərizəsində qeyd edilən ünvana qərardadın vaxtında göndərilməsi təmin edilmiş, iddiaçının isə üzrlü səbəb və məhkəmə aktının aldığı tarixi göstərmədən dörd ay sonra şikayət göndərməsi, müddətlərə qiymət verilməsini və hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi apellyasiyanın mümkünlüyünü yolverilməz edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6173/2020 nömrəli mülki işi üzrə 27.11.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar