Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5136/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-371/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə verdiyi 50000 manat borcun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50030 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2017-ci ilin avqust ayının ortalarında cavabdeh ünvan 1 ünvanında yerləşən öz işlədiyi ofisində şahidlərin---Bərdə rayon sakini X2 və Siyəzən şəhər sakini X3 yanında iddiaçıdan 50000 manat məbləğində borc götürmüş, borcunu 1 ay müddətinə qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-320/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi hüquq normalarını səhv təfsir etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi onun cəmi bir şahidini dindirmiş, digər şahidlərini isə dindirməmişdir. Cavabdeh ondan aldığı pulun bir hissəsini etiraf etsə də, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-320/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, borc müqaviləsinin predmeti 3000 manatdan çoxdursa, bu halda borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borc müqaviləsinin predmeti 3000 manatdan çox olduğu halda müqavilənin yazılı formasına riayət edilməməsi, müqavilənin etibarsızlığına səbəb olur və şahid ifadələrinə istinad edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin ondan 50000 manat məbləğində borc almasını bildirsə də, bu barədə tərəflər arasında yazılı formada müqavilə bağlanmamışdır. Eyni zamanda Cavabdeh da izahatında iddiaçıdan 50000 manat məbləğində borc almasını etiraf etməmişdir. Bundan əlavə, iddia ərizəsində, iddiaçının izahatında və onun təşəbbüsü ilə dindirilmiş şahidin ifadəsində ziddiyyətlər mövcuddur. Belə ki, İddiaçı iddia ərizəsində borcun verilmə tarixi kimi gah 2017-ci ilin avqust ayını, gah da həmin ilin oktyabr ayını göstərmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsində borcun iki şahidin, yəni Bərdə rayon sakini X2 və Siyəzən şəhər sakini X3 yanında verildiyini göstərsə də, birinci instansiya məhkəməsinə verdiyi xx xxxx 2020-ci il tarixli vəsatətində (i.v.33) borcun Şamaxı rayonu Saqyan kənd sakini X4 yanında verildiyini bildirmiş və onun şahid qismində dindirilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Aydın İsmayılov isə ifadəsində iddia ərizəsində göstərilənlərdən fərqli olaraq 50000 manat məbləğində pulun onun yanında Bakı şəhəri Həsən Əliyev küçəsi, 105 ünvanında yerləşən çoxmərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən ofisdə Cavabdeh verildiyini, pul verilərkən onlardan başqa heç kimin orada olmadığını bildirmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşaıdakıları qeyd edir : Birinci instansiya məhkəməsində iddiaçının cəmi bir şahidinin dindirilməsi, digər şahidlərin dindirilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə işə baxılarkən iddiaçı cəmi bir şahidin dindirilməsi barədə vəsatət qaldırılmış və həmin şahid dindirilmişdir. Dindirilmiş şahid ifadəsində göstərmişdir ki, borc verilərkən orada ondan, iddiaçı və cavabdehdən başqa heç kim olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddiaçıdan müəyyən məbləğdə borc alınması etiraf olunsa da, bu halın məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh izahatında göstərmişdir ki, iddiaçı və Vüsal Məmmədov adlı şəxslə Qazaxıstan Respublikasına mal göndərib pul qazanmaq barədə razılığa gəlmiş, bu məqsədlə Vüsal Məmmədovdan 6700 ABŞ dolları, İddiaçı isə 500 manat pul almışdır. Biznesləri baş tutmadığına görə bu işdən gəlir götürə bilməmişlər. Buna baxmayaraq, İddiaçı aldığı 500 manat pulu qaytarmağa hazırdır. Bununla bağlı İddiaçı izahatında bildirmişdir ki, həmin pulun hazırkı işə aidiyyəti yoxdur, qeyd olunan məsələ ilə bağlı ayrıca iddia qaldıracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5136/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5136/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver