Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5139/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-102/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2023-cü il tarixdə, saat 19:50 radələrində özünə məxsus «Mercedes-Benz» markalı, **-NF-*** dövlət qeydiyyat nömrəli avtomobillə Sumqayıt şəhəri Niyazi küçəsi ilə hərəkətdə olarkən Cavabdeh2 istifadəsində olan «Mercedes-Benz» markalı, **-RD-*** dövlət qeydiyyat nömrəli avtomobillə binaların arasından yola çıxaraq ona məxsus avtomobillə toqquşmuş, avtomobilin sağ tərəfindən ön və arxa qapı, arxa sağ qanad və arxa təkər (sağ arxa diskin, təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısısaffa) zədələnmışdır. «Mercedes-Benz» markalı, **-RD-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Cavabdeh2 qəzada təqsirli bilinmiş və barəsində İXP5724538 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə edilmişdir. Ona məxsus avtomobilə dəymiş zərərin hesablanması ilə bağlı sığorta şirkətinə yaxınlaşdıqdan sonra zərərin hesablanması üçün «Grand Servis»ə yaxınlaşması bildirilmiş, «Grand Servis»ə yaxınlaşdıqda bir əməkdaş avtomobilin şəkillərini səthi çəkmiş və 4 iş günü ərzində zərərin hesablanacağını bildirmiş, lakin *1200 nömrəsinə dəfələrlə zəng etdikdən sonra operator vasitəsi ilə avtomobilinə dəymiş zərərin 700 manat müəyyən edilməsini bildirmişlər. Bundan sonra şirkətə yaxınlaşdıqda həmin məbləğlə razı olmadığından hesablanmış zərərin məbləğinə etiraz etməsi və dəymiş zərərin müəyyən edilməsi üçün şirkətin əməkdaşlıq etdiyi 5-6 müstəqil ekspertlərdən birini seçərək zərərin təkrar qiymətləndirilməsi barədə ərizə yazması bildirilmişdir. Təklif edilən müstəqil ekspertlərdən «Baku Property» Service tərəfindən zərərin yenidən qiymətləndirilməsi barədə ərizə yazmışdır. Təkrar qiymətləndirilmə üçün tərəfindən 50 manat ödəniş edilmiş, həmin servisin əməkdaşı avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin qapısının alüminium materialı olduğundan dəyişdirilməli olmasını, həmçinin qəza zamanı təkər zədə aldığından təkərin qolu və arxa sağ yumruğun (təkər daşıyıcısısaffa) zədələnə biləcəyini bildirsə də, yenə də avtomobilin üzdən şəkilləri çəkilmiş, bu dəfə də dəymiş zərər 845 manat müəyyən edilmişdir. Bu barədə ona məlumat verilməmiş, dəfələrlə *1200 nömrəsinə zəng etdikdən sonra zərərin 845 manat müəyyən edilməsi bildirilmiş, buna da tərəfindən şifahi formada etiraz edilmişdir. Nümayəndə və müstəqil ekspert tərəfindən aparılmış qiymətləndirmələr avtomobilə dəymiş real zərəri özündə əks etdirmədiyi üçün tərəfindən «Mercedes Benz»in Azərbaycandakı rəsmi servisi olan «X3»nə müraciət olunmuş, avtomobilə baxış keçirilərək dəymiş zərər müəyyən edilmiş, qəza zamanı avtomobilin arxa sağ qapısının, sağ arxa diskin, eləcə də təkər qolu və arxa sağ yumruğun (təkər daşıyıcısı-saffa) ciddi zədələndiyi aşkar edilmiş və həmin ehtiyat hissələrinin dəyişdirilməsi tövsiyə edilmişdir. Avtomobilə dəymiş zərər ehtiyat hissələri üzrə ƏDV-siz 5.273,67 manat, görüləcək işlərin dəyəri 1.578,88 manat olmaqla, cəmi 6.852,55 manat, ƏDV (1.233,46 manat) ilə birlikdə 8.086,01 manat müəyyən edilmişdir. Həmçinin dəymiş zərərin hesablanması üçün «X3»nə tərəfindən 700,05 manat xidmət haqqı ödənilmişdir. Dəymiş zərərin ödənilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixdə cavabdehlərə pretenziya məktubu göndərilməsinə baxmayaraq keçən müddət ərzində cavabdehlər tərəfindən müraciətə cavab verilməmiş, dəymiş zərərin ödənilməsi ilə bağlı hər hansı hərəkətlər aparılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiaçı törədilən mülki hüquq pozuntusu, yəni avtomobilin zədələnməsinə görə yol-nəqliyyat hadisəsi nəticəsində **-NF-*** dövlət qeydiyyat nişanlı «Mercedes-Benz» markalı nəqliyyat vasitəsinə dəymiş 8.086,01 manat məbləğində ziyanın 5.000 manat hissəsinin, zərərin hesablanması ilə əlaqədar çəkilmiş 700,05 manat məbləğində xərcin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən («Azərsığorta»), 3.086,01 manat hissəsinin Cavabdeh2, ödənilmiş 108 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-102/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı avtomobilinə vurulmuş maddi ziyanın 5.000 (beş min) manat məbləğində hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir), 90 (doxsan) manat məbləğində hissəsi isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, İddiaçı avtomobilinə vurulmuş maddi ziyanın hesablanması ilə əlaqədar çəkilmiş 593,26 (beş yüz doxsan üç manat, iyirmi altı qəpik) manat xərc Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, əddin oğluna ödənilçəsi, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq aparılmış ekspertiza tədqiqatlarına görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) 300 (üç yüz) manat xərc tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) və Cavabdeh2 isə 150 (bir yüz əlli) manat xərc tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi, İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 76,83 (yetmiş altı manat, səksən üç qəpik) manat hissəsi cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdehlər qətnaməni mübahisələndirmiş, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, nəqliyyat vasitəsinin zərər dəyməsi,eləcə də bəzi hissələrinin yenisi ilə əvəz edilməli olması qüsur aktı və ekspert rəyləri ilə təsdiqini tapmasına baxmayaraq əvəz edilməli ehtiyyat hissələrinin dəyəri aşınma tətbiq edilməklə hesablanmışdır. Məhkəmə tərəfindən gecikdirilmiş rəydə verilən məbləğ əsas götürülmüşdür. Hazırki gündə yeni ehtiyyat hissələrinin cari gün üçün müəyyən edilmiş qiymətə satılması-alınması nəzərə alınmalıdır. Hadisə baş verən vaxt üçün müəyyən edilmiş qiymətlər «X3» MMC tərəfindən xx.xx.2023-cü iltarixli qüsur aktında qeyd edilmişdir. Bu səbəbdən də ehtiyyat hissələrinin dəyəri «X3» MMC tərəfindən müəyyən edilmiş məbləğlərlə müəyyən edilməlidir. Onun tərəfindən avtomobilin qiymətləndirilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənəd əlavə edilsə də, məhkəmə tərəfindən qismən bu məbləğ təmin edilmişdir. Həmçinin qeyd edir ki, cavabdeh tərəfindən bu hadisə törədilməsə idi, o nə xərcə düşəcəkdi, nə də çəkilmiş xərcin ədv məbləğini ödəyəcəkdi. Əgər hadisə cavabdehin ucbatından baş veribsə, bütün xərclər də onun tərəfindən ödənilməlidir. İddiaçı bildirir ki, iddianın təmin edilməyən hissəsi ilə razı deyil. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir.Odur ki, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatı:
5. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
7. BB198947 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur.
8. xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 19:50-də idarə etdiyi «Mercedes- Benz» minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Niyazi küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İddiaçı məxsus olan «Mercedes-Benz» markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncuya maddi zərər dəymişdir. Bu səbəbdən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə edilmişdir.
9. İlkin təmir sifarişindən (xx.xx.2023-cü il tarixli) görünür ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün ehtiyat hissələri üzrə ƏDV-siz 5.273,67 manat, görüləcək işlərin dəyəri 1.578,88 manat olmaqla, cəmi 6.852,55 manat, ƏDV (1.233,46 manat) ilə birlikdə 8.086,01 manat təşkil edir.
10. İcra edilmiş xidmətlərə dair xx.xx.2023-cü il tarixli aktdan və ödəniş qəbzindən görünür ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin müəyyən edilməsi üçün icra edilmiş xidmətlərə görə iddiaçı tərəfindən «X3» MMC-yə ƏDV-siz 593,26 manat, ƏDV daxil cəmi 700,05 manat məbləğində xidmət xərci ödənilmişdir.
11. 01.11.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Quliyev X1 Elvar Elxan oğlundan törətdiyi qəza nəticəsində ona vurulmuş zərərin 3086,01 manat hissəsinin (avtomobilə vurulmuş zərər, qiymətləndirmə xərci) ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə sonuncuya xəbərdarlıq etmişdir.
12. 01.11.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən Cavabdeh2 törətdiyi qəza nəticəsində ona vurulmuş zərərin 5.000 manat hissəsinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə Şirkətə xəbərdarlıq etmişdir.
13. Fiziki şəxs X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin 700 manat təşkil etdiyi qeyd olunmuşdur
14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01/02-114FİAS saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2023-cü il tarixə olan dəymiş zərərin həcminin 845 manat təşkil etdiyi qeyd olunmuşdur.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6746-8/2326 saylı ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsi nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmir olunub-olunmamasını və yaxud dəyişdirilməsini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X3» MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6.420 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5.270 manat, təmir-bərpa işlərinin qiyməti 1.150 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5.539,76 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4.389,79 manat, təmir-bərpa işlərinin qiyməti 1.150 manat. Qeyd edilən ehtiyyat hissələrinə 18 % ƏDV əlavə edilməklə hesablanmışdır. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017- ci il buraxılışlı «Mercedes Benz C300» markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(006)-985/2024 saylı mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
16. 11.12.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 108 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.1. sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Maddə 897.1. icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 922.1. sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 925-1.2. müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Maddə 925-1.3. sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Maddə 925-1.4. müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Maddə 925-1.5. müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Maddə 933.1. sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934.1. bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Qanun: Maddə 16.2. sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1- ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 16.3. sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Maddə 16.4. sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. Maddə 18.1. Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 52–1.1. aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. Maddə 56.1. üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Rayon məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının ona dəymiş zərərin həcmini 8.086,01 manat məbləğində hesablanması ilə bağlı vurğulayır ki, hətta iddiaçının özünün müvafiq servis xidmətində avtomobilə dəymiş zərərin həcmini müəyyən edilməsi ilə bağlı təqdim edilmiş arayışda ehtiyat hissələri üzrə xərcin 5.273,67 manat, görüləcək işlərin dəyərinin 1.578,88 manat olması müəyyən edilmiş, bu xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisi də əlavə edilməklə ümumi məbləğ 8.086,01 manat hesablanmışdır ki, bunu nə ağlabatan, nə də ədalətli hesablama kimi nəzərə almaq mümkün deyildir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
38. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
40. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
41. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
42. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürülən - avtomobilə dəymiş zərərin həcminin hesablandığı ehtiyat hissələri üzrə xərcin 5.273,67 manat, görüləcək işlərin dəyərinin 1.578,88 manat olması müəyyən edilmiş, bu xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisi də əlavə edilməklə ümumi məbləğ 8.086,01 manatı nə ağlabatan, nə də ədalətli hesablama kimi nəzərə almaq mümkün deyildir, şikayət əsassız hesab edilməlidir. Nəticə:
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
46. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
47. İddia məbləğinin apellyasiya instansiyasında mübahisələndirilən hissəsi (8.086,1 – 5.683,26 = 2.402,84 manat) 5000 manatdan az olduğu müəyyən olunmuşdur.
48. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-102/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.