Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-514/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(004)-7167/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində Olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 LPO İddiaçı ASC-nin xeyrinə 4724,75 ABŞ dolları əsas, 3530,76 ABŞ dolları faiz və 1499,81 ABŞ dolları cərimə olmaqla, cəmi 9755,32 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 2(004)-7167/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4724,75 (dörd min yeddi yüz iyirmi dörd ABŞ dolları 75 sent) ABŞ dolları əsas borc, 2773,75 (iki min yeddi yüz yetmiş üç ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və 80 (səksən) ABŞ dolları cərimə borcu, cəmi 7577.50 (yeddi min beş yüz yetmiş yeddi ABŞ dolları 50 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) borcun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin onlardan müştərək qaydada 4724,75 ABŞ dolları məbləğində əsas, 2773,75 ABŞ dolları məbləğində faiz borcu və 80 ABŞ dolları cərimə borcu, cəmi 7577,50 ABŞ dolları borcun tutulması hissəsində ləğv edilməsi, qalıq əsas və faiz borcunun müəyyən edilməsinə və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsaslanaraq qətnamə qəbul etmişdir. Lakin onların banka iddia ərizəsində qeyd olunan məbləğ qədər borcu qalmamışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı həmin kredit müqaviləsinə də şamil edilməli idi. Belə ki, onlar tərəfindən 1000 ABŞ dollarından yuxarı məbləğdə banka ödənişlər edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın borcun tutulması ilə bağlı iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, apellyatorlar qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas borc, faiz borcu, cəmi məbləğ hissələrində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 28 % ödəmək şərtilə 24 ay müddətində 6374 ABŞ dolları pul verilmişdir. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə sazişə əsasən kreditin qalıq məbləği 5227.95 ABŞ dolları və bitmə tarixi xx.xx.2017- il müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli, 430005146/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixli Maliyyə arayışından da görünür ki, Cavabdeh1xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən banka müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 4724.75 ABŞ dolları əsas borc, 2773.75 ABŞ dolları faiz borcu və 837.38 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8335.88 ABŞ dolları borcu vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdeh X2 vermiş, cavabdeh X3 və digər cavabdehlər olan zaminlər Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə üzərlərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişlər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh X3 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu üçün, iddiaçı yaranmış borcun tutulmasını tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, məhkəmə cavabdehlərdən borcun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, borc məbləğlərini düzgün olaraq müəyyən etməmişdir. İlk olaraq qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmaqla, ekspert qarşısında bir sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8682 saylı, 28 fevral 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 30 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi; 25 may 2015-ci il tarixli, “Əlavə Saziş”in şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 25 may 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 8.145,43 ABŞ dolları: əsas borc üzrə 4.728,69 ABŞ dolları, faiz borcu üzrə 3.416,74 ABŞ dolları, 27 iyun 2018-ci il tarixə (iddia tarixinə) 8.166,45 ABŞ doiları: əsas borc üzrə 4.728,69 ABŞ dolları, faiz borcu üzrə 3.416,74 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 21,02 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, ekspert məhkəmənin müqavilə müddətinin bitən tarixə olan borcu ilə bağlı sualı üzrə xx.xx.2017-ci il tarixə olan müddətə deyil, 25 may 2018-ci il tarixə olan borcla bağlı cavab vermişdir. Belə ki, ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilənin 2.3 bəndinə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixdir (i/v9). Ekspert tərəfindən isə müqavilə müddətinin sonu olaraq ödəniş cədvəli üzrə xx.xx.2018-ci il tarix əsas götürülmüşdür (i/v 10). Buna görə də, kollegiya ekspert rəyini tam hesab etmədiyi üçün, əlavə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə zərurətin olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2941 saylı, 06 may 2022-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 30 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və 25 may 2015-ci il tarixli “Əlavə Saziş”in şərtlərinə əsasən X1 İddiaçı ASC-nə olan borcu xx.xx.2017-ci il tarixə 4446,33 ABŞ dolları əsas, 2773,11 ABŞ dolları faiz borcu, 27 iyun 2018-ci il tarixə 4446,33 ABŞ dolları əsas, 3534,43 ABŞ dolları faiz borcu vardır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının sonuncu rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyi ilə əsas borc 4446,33 ABŞ dolları müəyyən olunduğundan, məhkəmə tərəfindən müəyyən edilmiş 4724,75 ABŞ dolları əsas borc dəyişdirilib, 4446,33 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya hesab edir ki, qətnamə 2773,75 ABŞ dolları faiz borcu hissəsində dəyişdirilməli, faiz borcu 2713,11 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulu məbləğini azaldaraq, 80 ABŞ dolları müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, yuxarıda qeyd olunan dəyişikliklər cəmi məbləğə təsir göstərdiyindən, 7577,50 ABŞ dolları cəmi məbləğ dəyişdirilərək, 7239,44 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, qətnamə cavabdehlərdən tutulmalı olan 30 manat dövlət rüsumu hissəsində dəyişdirilməli, dövlət rüsumu 22 manat müəyyən edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatlarının dəyəri olan 100 manatın 74 manatı cavabdehlərdən müştərək qaydada, 26 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(004)-7167/2018 saylı qətnaməsi mübahisələndirilən- əsas borc, faiz borcu, cəmi məbləğ və dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilsin. Əsas borcu 4446,33 (dörd min dörd yüz qırx altı ABŞ dolları, otuz üç sent) ABŞ dolları, faiz borcu 2713,11 (iki min yeddi yüz on üç ABŞ dolları on bir sent) ABŞ dolları, cəmi məbləğ 7239,44 (yeddi min iki yüz otuz doqquz ABŞ dolları qırx dörd sent) ABŞ dolları, dövlət rüsumu 22 (iyirmi iki) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın 74 (yetmiş dörd) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 26 (iyirmi altı) manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-514/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-514/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver