Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5140/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi vəkil X3 iştirakı ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair ilk və qarşılıqlı iddialar üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2049/2021 saylı 05.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir: Cavabdeh 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsinin qət edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qətnaməsi (səh.8), İddiaçı Cavabdeh qarşı "Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” tələbinə dair ilk iddiasının və Cavabdeh İddiaçı qarşı "Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(004)-4344/2020 nömrəli qətnaməsi (səh.10), Cavabdeh 14.06.2019-cu il tarixdən "xxxx” MMC-də porter vəzifəsində çalışır və onun aylıq əmək haqqı 456.50 manat təşkil etməsinə dair "xxxx” MMC tərəfindən verilmiş 24.02.2021-ci il tarixli arayış (səh.42), Cavabdeh "sağtərəfli spontan pnevmotoraks” diaqnozu qoyulmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarış (səh.29) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2049/2021 saylı 05.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsi, tərəflərin birgə nikahından doğulmuş övladı - 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 11 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədə Ailə Məcəlləsinin 112.1; "Uşaq hüquqları haqqında” Qanunun 13; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 233.4-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Çünki, alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi, uşağın mənafeyinə ziddir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir . Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(004)-2049/2021 nömrəli qətnaməsini ləğv edərək 18.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, maddi vəziyyəti və sağlamlıq durumunda heç nə dəyişməmişdir - əksinə olaraq ikinci nikahından olan qızının saxlanması ilə əlaqədar olaraq hazırki həyat yoldaşı ondan sabit pul məbləğində (175 manat) alimentin tutulmasına dair Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. X7 Hospital tərəfindən verilən arayışa əsasən onun sağ ağciyər hilusunda xəfif böyümüş limfa düyünləri mövcüddur.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışına əsasən "sağtərəfli spontan pnevmotoraks" xəstəliyindən əziyyət çəkir.Onun aylıq məvacibi 456 manat təşkil edir və hazırda bu məbləğdən 175 manat pulun birinci nikahdan olan qızı Ruqiyyənin saxlanması üçün, 175 manat isə ikinci nikahdan olan qızı Yektarənin saxlanmasına ödəsə, qalır 156 manat - bu məbləğlə isə nəinki dərmanları ala bilər, bu məbləğ heç minimum dolanmasına da kifayət etmir.Xəstəliklərimlə əlaqədar olaraq həkimlər bir çox dərmanlar yazsalar da onları almağa maddi imkanı çatmır. Ağ ciyərində olan xəstəliklə əlaqədar olaraq hər altı aydan bir müalicə almalı, lakin həmin müalicənin almağına maddi imkanım çatmır. Ürəyində olan problemlə əlaqədar əməliyyat olmalı, lakin ağ ciyərində olan xəstəlik buna imkan vermir və bu səbəbdən gündəlik "koroksan" həblərini qəbul etməlidir (qiyməti 29 manat 70 qəpikdir). Onun səhhətində olan problemlər imkan vermir ki, ikinci bir işlə də məşğul olsun. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi vəkil X6 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin ikinci dəfə nikaha daxil olduğunu və həmin nikahdan da bir övladının dünyaya gəldiyini, həmin uşaq üçün də məhkəmə tərəfindən 175 manat aliment məbləği müəyyən edildiyini, cavabdehin onkoloji xəstə olduğunu və aliment məbləğləri ödənildikdən sonra ona qalan pulla dərmanlarını ala bilmədiyini bu səbəblə aliment məbləğinin azaldılmasını xahiş etdiklərini bildirmişdir . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Apellyatorun xəstəliyi barədə dəlilləri onun fəaliyyət qabiliyyətsizliyini və ya əmək iqtidarsızlığını sübuta yetirmir, maddi vəziyyətinin aşağı olması və digər nikahdan övladına da eyni məbləğdə alimentin təyin edilməsi isə məhz onun övladlarınına dair eyni vəzifələrin daşıması və öz rifahının qaldırılması məcrasında daha yüksək səylərinin göstərilməsini tələb edir. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2049/2021 saylı 05.04.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5140/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5140/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver