Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5145/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(003)-2433/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-303/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan mobil nəzarət qurğusu məhkum Cavabdeh istifadəsində olan zaman zədələnərək yararsız vəziyyətə salınmışdır. Hazırda iddiaçı cavabdehdən zədələnmiş elektron nəzarət qurğusunun dəyərini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-303/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya idarəsində icra məmuru Aynur Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla “Attenti” markalı 35639*77 nömrəli elektron nəzarət vasitələri məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyətinə texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, ana platada elektron elementlərin korroziyası müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(003)-2433/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pulun Cavabdeh tutularaq Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə (müxbir hesab: nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, VÖEN: **********) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin istifadəsində olan “Attenti” markalı elektron nəzarət vasitəsinə (komplektə) daxil olan mobil nəzarət qurğusu cavabdehin istifadəsində olmaqla zədələndiyindən və cavabdeh həmin nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün öhdəlik daşıdığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, mübahisə predmeti olan elektron nəzarət qurğusuna cavabdehin təqsirli hüquqazidd əməli nəticəsində maddi zərər vurulmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə elektron nəzarət qurğusunun onun təqsiri olmadan xarab olmasını təsdiq edən zəruri sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Qeyd edilməlidir ki, iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya maddi zərər vurulması, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də, məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 201*-ci il tarixli qərarı: 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Cəzaların İcrası Məcəlləsi: 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. *0. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. **. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 21*.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 3*4.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-303/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında yerləşən nömrəsiz yaşayış evini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Cavabdeh cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Qeyd edilən hökm icra olunması üçün Bakı Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər-hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan ED seriyalı, 000303 nömrəli elektron nəzarət vasitəsinin vəziyyəti haqqından texniki rəyin surətindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən Cavabdeh Fəxrəddin oğluna təhkim edilmiş 35639*77 nömrəli “Attenti” V6 mobil qurğusuna 17.0*.2023-cü il tarixdə baxış keçirilmiş və nəticədə ana platada elektron elementlərin korriziyası müşahidə olunmuş, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin direktoru T.Tağıyev tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəsinə (komplektə) daxil olan-1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası–1930 manat dəyərində, 347,40 manat ƏDV daxil olmaqla cəmi 2277,40 manat dəyərindədir. Həmin məktubdan daha sonra görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,4 manat tutulmalıdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun 1*.06.2021-ci il tarixli məktubundan görünür ki, elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq Bakı şəhəri üzrə Bakı şəhər Maliyyə İdarəsinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən də şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. İş materiallarında olan “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə xx.xx.2023-cü il tarixli protokoluna istinadən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları izah edilmişdir. İddiaya əsasən məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyətinə texniki baxış nəticəsində tərtib olunmuş rəydən görünür ki, ana platada elektron elementlərin korriziyası müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Halbuki elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Göründüyü kimi “Attenti” markalı elektron nəzarət vasitəsinə (komplektə) daxil olan mobil nəzarət qurğusu cavabdehin istifadəsində olmaqla zədələndiyindən və cavabdeh həmin nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün öhdəlik daşıdığından birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisə predmeti olan elektron nəzarət qurğusuna cavabdehin təqsirli hüquqazidd əməli nəticəsində maddi zərər vurulmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilərkən həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidməti qaydalar izah edilmiş, elektron nəzarət vasitəsi onun istifadəsində olmuşdur. Beləliklə də, həmin nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması məhz cavabdehin öhdəliyində olmuşdur. Belə olan halda elektron nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması öhdəliyi cavabdehin üzərində olduğundan və həmin nəzarət vasitəsinin digər şəxsin istifadəsinə verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, elektron nəzarət vasitəsinin məhz cavabdehin təqsirli hərəkətləri səbəbindən tam yararsız vəziyyətə düşdüyü nəticəsinə gəlməyə əsas verir. Digər tərəfdən cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı və kollegiyanın iclasında verdiyi izahatında elektron nəzarət vasitəsindən istifadə edərkən ehtiyatsızlıqdan üzərinə su tökdüyünü və nəticədə elektron nəzarət vasitəsinin yararsız hala düşdüyünü bildirmişdir. Bununla yanaşı 35639*77 nömrəli “Attenti” V6 mobil qurğusunun ana platasında elektron elementlərin korriziyasının müşahidə olunması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olmasının müəyyən edilməsi və həmin halların baş verməsinin məhz cavabdehin fiziki (təqsirli) hərəkətləri nəticəsində baş verib-verməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 0* oktyabr 2024-cü il tarixli, 3-16-16/2-5/1125 saylı məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Həmin imtina məktubundan görünür ki, ekspertiza qarşısında qoyulmuş suallar məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Belə ki, məhkəmə kompüter-texniki ekspertizasının predmetinə müxtəlif rəqəmsal məlumatların, o cümlədən smartfonlarda mövcud olan faylların, müxtəlif proqram məhsullarının müəyyən edilməsi, onların mübadiləsi nəticəsində yaranan rəqəmsal izlərin, pozulmuş (notebookda, kompüterdə və sairə) məlumatların bərpası, rəqəmsal hesablama sistemlərində baş vermiş hadisələrin təhlili və elektron yaddaşın fəaliyyətinə aid digər bu tipli suallar aiddir. Hər-hansı bir elektron cihazda mövcud qüsurların yaranma səbəbləri (istifadəçi və yaxud istehsalçı tərəfindən) cihazın sistem jurnalında qeyd olunmur və onun barəsində məlumatlar saxlanılmır. Ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni elektron nəzarət cihazına kənar müdaxilənin, qüsurların, təmir-bərpasının mümkün olubolmamasının müəyyən edilməsi müvafiq istehsalçı şirkətinin məhsularına texniki xidməti həyata keçirən (o cümlədən "Attenti" şirkətinin və sairə) qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər. Eyni mərkəzdə aparılan məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 1 nömrəli əlavədə göstərilən siyahı əsasında müəyyən edilmişdir. "Məhkəmə Ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunun tələblərinə əsasən ekspertiza təyin edilərkən ekspert qarşısına qoyulan suallar ekspertizanin növü və ixtisas sahəsi üzrə tərtib edilməlidir. Gələcəkdə bu növ ekspertiza təyin etdikdə yuxarıda qeyd olunan tövsiyyələri nəzərə almağınız xahiş olunur. Göründüyü kimi, cavabdehin dəlillərinin yoxlanılması məqsədi ilə məhkəmə kompüter-texniki ekspertizası təyin edilsə də, nəticə etibarı ilə ekspertiza aparılmasından imtina edilmişdir. Qeyd olunanlara münasibətdə məhkəmə kollegiyası bildirir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 3*2, 3*4-3*6, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(003)-2433/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5145/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5145/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver