Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5155/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi, həmçinin Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2(011)-863/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC-si cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, X3 və X9 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2014-cü il 11 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “3 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 27500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri. Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən 5 otaqlı, 92.58 kv.m ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzili 2014-cü il 11 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 11 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2017-ci ilin sentyabrın 18-dək Cavabdeh1 2014-cü il 11 noyabr tarixli kredit müqaviləsi üzrə banka 21312.84 ABŞ dolları əsas, 10474.3 ABŞ dolları faiz, 324.73 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 32111.87 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 11 noyabr tarixli kredit müqaviləsi üzrə banka 21312.84 ABŞ dolları əsas, 10474.3 ABŞ dolları faiz, 324.73 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 32111.87 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kiyafət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzilinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X4, X2 və X5 Bakı şəhəri, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, X4, X2 və X5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC-si arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(011)-863/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı İKB ASC-si ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə 21312.84 ABŞ dolları əsas borc, 10474.3 ABŞ dolları faiz borcu və 324.73 ABŞ dolları olmaqla, ümumilikdə 32111.87 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı evin 25 saylı mənzilinə yönəldilməsi, həmin mənzil ilkin qiyməti 84000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabadehin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı evin 25 saylı mənzilinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, X10, X6 və X5 mənzildən çıxarılmaları və həmin mənzilin onlar tərəfindən boşaldılması, iddianın qalan hissələrdə, yəni “satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kiyafət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” və “Cavabdeh1, Cavabdeh2, X4, X2 və X5 Bakı şəhəri, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzilin Banka təhvil verilməsi” hissələrində təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-863/2018 saylı iş üzrə 25.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(011)-863/2018 saylı qətnaməsini əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzilin ilkin satış qiyməti dəyərindən çox aşağı qiymətə, yəni 84.000 manat dəyərində qiymətləndirilmişdir. Halbu ki, həmin mənzilin hal-hazırki bazar qiyməti 110.000-120.000 manat arasında dəyişir. Hesab edir ki, bununla bağlı yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti vardır. Bundan başqa onunla bank arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ondan 10474.3 ABŞ dolları faiz borcu tələb olunur. Hesab edir ki, həmin faiz borcu bank tərəfindən həddən artıq çox hesablanmışdır. Hesab edir ki, həmin faiz borcu da bank tərəfindən həddən artıq çox hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi, həmçinin Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi sənədlər təqdim edərək bildimişdir ki, hazırkı qətnamə icra olunaraq, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzil hərracın yekunlarına dair 15.02.2021ci il tarixli protokol və müqavələyə, bundan sonra isə ƏMDK yanında Daşınmaz Əmlakın dövlət reyestrindən 11 mart 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Bankın mülkiyyətinə keçmişdir.Odur ki, apellyasiya şikayəti əsassız hesab olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarında olan İddiaçı İKB ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İKB ASC-si tərəfindən illik 25 % olmaqla 60 ay müddətinə Cavabdeh1 27500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı evin 25 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, X10, X6 və X11 qeydiyyatdadırlar. İş materialında olan İddiaçı İKB ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı evin 25 saylı mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 100000 manat məbləğində qiymətləndirilmişdir. İş materialında olan İddiaçı İKB ASC-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 21312.84 ABŞ dolları əsas borcu, 10474.3 ABŞ dolları faiz borcu, 324.73 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 3211 1.87 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı İKB ASC-si tərəfindən 22.09.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predmetinə tutumanm yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ipoteka qoyana göndərilmişdir. İş materiallarında olan İddiaçı İKB ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehlərə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “xxxx” MMC-si tərəfindən verilmiş 10 may 2018-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən 9 saylı evin 25 saylı mənzilinin hazırki bazar qiyməti 84000 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsinin təqdim etdiyi sənədlərdən görünür ki, hazırkı qətnamə icra olunaraq, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzil hərracın yekunlarına dair 15.02.2021-ci il tarixli protokol və müqavələyə, bundan sonra isə ƏMDK yanında Daşınmaz Əmlakın dövlət reyestrindən 11 mart 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Bankın mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarma istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, müəyyən edilmişdir ki, hazırkı qətnamə icra olunaraq, ipoteka predmeti olmuş Bakı şəhəri, Xətai rayonu Qədir Məmmədov küçəsində yerləşən, 5 otaqlı, 92.58 kv.metr ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 9 nömrəli evin 25 nömrəli mənzil hərracın yekunlarına dair 15.02.2021-ci il tarixli protokol və müqavələyə, bundan sonra isə ƏMDK yanında Daşınmaz Əmlakın dövlət reyestrindən 11 mart 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Bankın mülkiyyətinə keçmişdir. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2(011)-863/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5155/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5155/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver