Məhkəmə qərarları › İş №2(103)-5156/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5156/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5156/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ləğv prosessində olan «İddiaçı” ASC-nin nümayəndəsi X13, Cavabdeh X4 nümayəndəsi və vəkili X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı xx xxxxxx 2020-ci tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X5, X14, X2 və X10 qarşı “borc” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еtmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "İddiaçı" ASC-nin "Nəsimi" filialı arasında bağlanmış 2015-ci il 02 oktyabr tarixli 637/15-QDTİB N°-li kredit müqaviləsinə əsasən Cavabdeh illik 21%-lə 36 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq X5 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən ümumi sahəsi 48.75 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzil 2015-ci il 02 oktyabr tarixli ipoteka müqaviləsi ilə yüklü etmiş, həmçinin X20 ilə Bank arasında 2015-ci il 02 oktyabr tarixli ZM-637/15-QDTİB saylı zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 02 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2017-ci il aprelın 21-dək Cavabdeh 2015-ci il 02 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 25887.83 ABŞ dolları əsas, 2972.06 ABŞ dolları faiz, 550.09 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 29409.98 ABŞ dollan borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Göstərinləri nəzərə alaraq, Cavabdeh və X11 "İddiaçı" ASC-in xeyrinə 2015-ci il 02 oktyabr tarixli kredit müqaviləsi 25887.83 ABŞ dollan əsas, 2972.06 ABŞ dolları faiz, 550.09 ABŞ dolları cərimə borcıı olmaqla ümumilikdə cəmi 29409.98 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın X5 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən Umumi sahəsi 48.75 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən ümumi sahəsi 48.75 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X4, X1 və X7 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində yerləşən ümumi sahəsi 48.75 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra X4, X1 və X7 həmin evdən çıxarılması, həmin evin boşaldılması və Banka təhvil verilməsi bаrədə qətnаmənin çıхаrılmаsı хаhiş оlunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı xx xxxxxx 2020-ci tarixli qətnaməsi ilə iddiа tələbləri qismən təmin еdilmiş, Cavabdeh və X11 müştərək qaydada əsаs bоrc üzrə 25887.83 ABŞ dolları və faiz üzrə 17529.59 ABŞ dolları, cərimə borcu 160.25 ABŞ dolları, cəmi 43277 (qırx üç min iki yüz yetmiş yeddi) ABŞ dolları 67 (altmış yeddi) sent ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumunun məbləğindən 30 manat tutulаrаq «İddiaçı” ASC-nın hеsаbınа ödənilməsi, X5 məхsus Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzil iхtisаslаşdırılmış açıq hərracdan satılması, mənzilin sahəsinin sаtışındаn əldə еdilmiş vəsаitdən cəmi 43277 (qırx üç min iki yüz yetmiş yeddi) ABŞ dolları 67 (altmış yeddi) sent ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat tutulаrаq «İddiaçı” ASC-nin хеyrinə ödənilməsi, mənzilin sаtışındаn götürülmüş məbləğ «İddiaçı” ASC-nin tələbini ödəməyə kifаyət еtməzsə, çаtışmаyаn məbləğin Cavabdeh və X11 müştərək qaydada «İddiaçı” ASC-nin хеyrinə tutulması, mənzilin sаtışındаn əldə еdilmiş məbləğ «İddiaçı” ASC-nin tələbindən аrtıq оlаrsа, аrtıq məbləğin X5 qаytаrılması, Cavabdeh və X11 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və ləğv olunmalıdır. İddiaçı iddia ərizəsində Cavabdeh və X11 "İddiaçı" ASC-in xeyrinə 2015-ci il 02 oktyabr tarixli kredit müqaviləsi 25887.83 ABŞ dollan əsas, 2972.06 ABŞ dolları faiz, 550.09 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 29409.98 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etsə də, məhkəmə qətnaməsində faiz məbləği olaraq 17529,59 ABŞ dollarının tutlmasını qət etmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019- cu il tarixli, 14827 nömrəli rəyində xx xxx 2019-cu il tarixə (qərardadın tarixinə) əsas borc 25,733,76 ABŞ dolları, faiz borcu isə 13,795,44 ABŞ dolları müəyyən edilmişdir.Məhkəmə həm yuxarıda qeyd edilən ziddiyətləri araşdırmamış, həmçinin qətnaməsində cavabdehlərdən düzgün olmayan məbləğin tutulmasını qət etmişdir.Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əvvəllər ödənişləri vaxtında etmişdir, lakin bankda ödənişi qəbul edən kassirin tələbi ilə ödənişi başqa hesaba etmişdir. Belə ki, bankın işçisi ona ödənişin həmin hesaba ödənilməsini tələb etmişdir. Müvafiq şikayətlər etsə də, nəticəsiz qalmışdır. Yəni həmin dövrdə ona bankın rəhbərliyi tərəfindən bildirilmişdir ki, dolların devalivasiyası ilə bağlı, bank digər şəxslərə edildiyi kimi ona da, güzəşt edə bilər. Belə ki, onun 25000 manat ödəməsi qarşılığında banka olan borcu demək olar ki, tam bağlanmış olacaq. Bunun üçün isə bankın kredit komitəsinin qərarı olmalıdır. O, həmin pul məbləğini ödəyə biləcəyini bildirdikdə, həmin vaxt İddiaçı ASC-nin Nəsimi filialının müdiri olmuş Zöhrab Rüstəmov 25000 manatı kassir Rövşən Quliyevin hesabına keçirməsini demiş, əks təqdirdə, Cavabdeh həmin pulu öz hesabına keçirəcəyi təqdirdə, sistem tərəfindən avtomatik olaraq, pul məbləğinin ABŞ dollarının yüksək məzənnəsi ilə faiz məbləğinin silinməsinə yönəldiləcəkdi. Cavabdeh filial müdirinin dediyi kimi etmiş, lakin yekunda aldadılmış, ödədiyi pul məbləği bir çox şikayətlərdən sonra ABŞ dollarının yüksək məzənnəsi ilə faizlərə hesablanmışdır. Göründüyü kimi, məhkəmə bu halları da, araşdırmamış, ədalətsiz və düzgün olmayan mövqe nümayiş etdirmişdir. Bankın tələb etdiyi və məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulması qət edilmiş əsas, faiz və cərimə məbləği çoxdur, düzgün hesablanmamışdır. Hesab edirik ki, bu məbləğlər şişirdilmişdir. Göründüyü kimi bankla X17 arasında müqavilə xx xxxxxxx 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış və son ödəniş müddəti xx xxxxxxx 2018-ci il müəyyən olunmuşdur. Məhkəmə isə aydın olmayan səbəblərə görə iş üzrə səhv nəticəyə gələrək, tamamilə düzgün olmayan məbləğlərin tutulmasını qət etmişdir. Yəni cavabdehlərdən müqavilə müddəti bitdikdən sonra da, faiz məbləğləri tutulmuşdur. İş materiallarından göründüyü kimi, iş üzrə bir-neçə dəfə ekspertiza təyin edilmiş, 2 dəfə ekspertizya lazımi mühasibatlıq sənədləri təqdim edilmədiyindən, müvafiq rəyin verilməsindən imtina edilmiş, buna baxmayaraq, məhkəmənin 3-cü dəfə təyin etdiyi ekspertiza, natamam sənədlər əsasında keçirilmiş və düzgün olmayan rəy alınmışdır. Məhkəmə əsassız olaraq, iddiaçının təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli məktuba istinad edərək yekun qərarını qəbul etmişdir. Hansı ki, həmin məktubda qeyd edilmişdir: “ LPO İddiaçı ASC ilə Yusibovİlham Elçin oğlu arasında bağlanmış x xxxxxxx 2015-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixinə yaranmış tələb”. Göründüyü kimi həmin məktubda 25887,83 ABŞ dolları əsas borc, 17529,59 ABŞ dolları faiz borcu, 1 1560, 25ABŞ dolları dəbbə borcu qeyd edilmişdir. Məhkəmənin həmin məktubu əsas götürərək yekun qərar qəbul etməsinin səbəbi məlum deyil. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh X4 nümayəndəsi və vəkili X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı ləğv prosessində olan «İddiaçı” ASC-nin nümayəndəsi X21 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı xx xxxxxx 2020-ci tarixli qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan xx xxxxxxx 2015-ci il tаriхli krеdit müqаviləsindən göründüyü kimi, İ.Yusubov «İddiaçı” ASC ilə illik 36 ay ərzində qаytаrmаq şərti ilə 35000 ABŞ dolları məbləğində krеdit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tаriхli sonrakı ipоtеkа müqаviləsindən göründüyü kimi, müqаvilə tərəфlər аrаsındа bаğlаnmış krеdit müqаviləsini təmin еtmək üçün bаğlаnmışdır. Müqаvilənin 2.1-ci bəndinə əsаsən X5 məхsus Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzil ipоtеkа prеdmеti kimi müəyyən оlunmuş və müqаvilənin 2.2.ci bəndinə görə ipoteka predmetinin dəyəri 65000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X20 ilə Bank arasında 2015-ci il 02 oktyabr tarixli ZM- 637/15-QDTİB saylı zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən göründüyü kimi, o kredit müqaviləsi üzrə öhdəliklərə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu tarixli arayışdan göründüyü kimi, cavabdehin əsas borc üzrə 25887.83 ABŞ dolları, faiz üzrə 17529.59 ABŞ dolları və cərimə üzrə 11560.25 ABŞ dolları, cəmi 56590.47 ABŞ dolları borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, cavabdehə bоrcun ödənilməsi təkliф оlunmuş və borcun ipoteka predmetinə yönəldiləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı “Çıxarış”dan göründüyü kimi, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzil «İddiaçı” ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında оlаn bildirişdən göründüyü kimi, tələbin ipotekaya yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən göründüyü kimi, iddiаçı tərəфindən 30 mаnаt məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyindən göründüyü kimi, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxxxx 2018-ci il tarixə 25733.76 ABŞ dolları əsas borc, 13.795.44 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, xx xxxxxxx 2015-ci il tаriхli krеdit xətti müqаviləsindən göründüyü kimi, İ.Yusubov «İddiaçı” ASC ilə illik 36 ay ərzində qаytаrmаq şərti ilə 35000 ABŞ dolları məbləğində krеdit verilmişdir.Cavabdeh həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq xx xxxxxxx 2015-ci il tаriхdə sonrakı ipоtеkа müqаviləsi bağlanmış və müqаvilənin 2.1-ci bəndinə əsаsən X5 məхsus Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzil ipоtеkа prеdmеti kimi müəyyən оlunmuşdur. Eyni zamanda X20 ilə Bank arasında 2015-ci il 02 oktyabr tarixli ZM-637/15-QDTİB saylı zaminlik müqaviləsi bağlanmış və o kredit müqaviləsi üzrə öhdəliklərə dair məsuliyyəti öz üzərinə götürmüşdür.Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, 25887.83 ABŞ dollan əsas, 2972.06 ABŞ dolları faiz, 550.09 ABŞ dolları cərimə borcıı olmaqla ümumilikdə cəmi 29409.98 ABŞ dolları məbləğində borcun ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “əsas borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 25887.83 ABŞ dolları məbləğində əsas borcun tutulmasını xahiş etmiş və iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasın rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh əsas borcu 25733.76 ABŞ dolları təşkil etmişdir. Lakin birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə almamış və əsassız olaraq cavabdehdən iddia tələbinə uyğun əsas borc tutmuşdur. Kollegiya iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, Cavabdeh məhz ekspertinin rəyi ilə müəyyən edilmiş 25733.76 ABŞ dolları məbləğində əsas borc iddiaçı Bankının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 2972.06 ABŞ dolları faiz borcu tələb etmiş sonradan isə xx.xx.2019-cu il tarixli məktubla məhkəməyə müraciət edərək cavabdehin faiz borcunun 17529.59 ABŞ dolları olduğunu bildirmişdir. Birinci instansiya həmin məktubu iddianın artırılması kimi qiymətləndirmiş, cavabdehdən 17529.59 ABŞ dolları faiz borcunun tutulmalı olduğu qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, xx.xx.2019-cu il tarixli məktub iddia tələbinin artırılması kimi qiymətləndirməkdə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan da müəyyən edilir ki, iddiaçının nümayəndəsi cavabdehlərdən 2972.06 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etmiş və həmin protokola qeyd verilməmişdir. İş üzrə təyin edilmiş ekspert rəyi ilə isə cavabdehdən tutulmalı məbləğ 13.795.44 ABŞ dolları müəyyən edilmişdir. Başqa sözlə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyinə əsasən faiz borcunun iddia üzrə tələb edilən məbləğdən çox olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi üzrə müəyyən edilmiş faiz məbləği tələb olunan faiz borcudan çox olduğu üçün məhz xx xxxxxxx 2015-ci il tаriхli krеdit üzrə yaranmış faiz borcu iddia tələbində tələb edildiyi məbləğdə, yəni 2972.06 ABŞ dolları müəyyən edilməklə, Cavabdeh iddiaçı Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, xx xxxxxxx 2015-ci il tаriхli kredit müqaviləsi üzrə iddiaçı Bankı ilə Cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 550.09 ABŞ dolları borcunun ödənilməsini də tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə məbləği müəyyən edilərkən iddiaçı tənasüblüyü qorumışdır. Bu səbəbdən iddiaçı tərəfindən tələb edilən cərimə məbləği 550.09 ABŞ dolları məbləğində Cavabdeh iddiaçı Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından müəyyən edilir ki, «İddiaçı” ASC ilə zamin X20 arasında bağlanmış 2015-ci il 02 oktyabr tarixli ZM-637/15-QDTİB saylı zaminlik müqaviləsinə əsasən zamin X20 borcalan Cavabdeh borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, 2015-ci il 02 oktyabr tarixli müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Kollegiya iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X5 məхsus Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilinə yönəldilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş X5 məхsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilə yönəldilməli, həmin əmlak hərracda satılmalı, mənzilin sаtışındаn əldə еdilmiş vəsаitdən 29255.91 (iyirmi doqquz min iki yüz əlli beş doxsan bir sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun) pul tutulаrаq «İddiaçı” ASC-nin хеyrinə ödənilməli, mənzilin sаtışındаn götürülmüş məbləğ «İddiaçı” ASC-nin tələbini ödəməyə kifаyət еtməzsə, çаtışmаyаn məbləğ Cavabdeh və X11 müştərək qaydada «İddiaçı” ASCnin хеyrinə tutulmalı, mənzilin sаtışındаn əldə еdilmiş məbləğ «İddiaçı” ASC-nin tələbindən аrtıq оlаrsа, аrtıq məbləğ X5 qаytаrılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahələri boşaldılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2020–ci il tarixli MB 13/902 saylı rəydə cavabdeh X5 məхsus Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilin bazar dəyəri 55.000 (əlli beş min) manat, likvid dəyəri isə 50.000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir. Kollegiya həmin rəyi əsas götürərək cavabdeh X5 məхsus Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat məbləğində müəyyənləşdirilməli olduğu qənaətinə gəlir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı «İddiaçı” ASCiddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 170 manat təşkil edir. İş materiallarında olan “xxxxxxx” Qiymətləndirmə Şirkətinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X11 müştərək qaydada tutularaq iddiaçı «İddiaçı” ASC -yə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 170 manat və qiymətləndirmənin dəyərini təşkil edən 200 manat məbləğində pul cavabdehlər Cavabdeh və X11 oğlundan müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və “xxxxxxx” Qiymətləndirmə Şirkətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və X11 müştərək qaydada 25733,76 ABŞ dolları əsas, 2972,06 ABŞ dolları faiz, 550,09 ABŞ dolları dəbbə, olmaqla cəmi 29255.91 (iyirmi doqquz min iki yüz əlli beş dollar doxsan bir sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun) məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 487.75 kv.m ümumi, 27.06 kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilə yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı, mənzilin hərracdan ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməli, ipoteka predmeti satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan X8, X6 və X15 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaqla mənzil boşaldılmalı, mənzilin satışından götürülmüş məbləğ İddiaçı ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ cavabdehlər Cavabdeh və X11 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, mənzilin satışından əldə edilmiş məbləğ İddiaçı ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ X5 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X11 müştərək qaydada 25733,76 ABŞ dolları əsas, 2972,06 ABŞ dolları faiz, 550,09 ABŞ dolları dəbbə, olmaqla cəmi 29255.91 (iyirmi doqquz min iki yüz əlli beş dollar doxsan bir sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun) məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 487.75 kv.m ümumi, 27.06 kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. İpoteka predmeti olan X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samiq Balaqardaşov küçəsində yerləşən, 2 otaqlı, 487.75 kv.m ümumi, 27.06 kv.m yaşayış sahədən ibarət 8 nömrəli mənzilin hərracdan ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan X8, X6 və X15 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaqla mənzil boşaldılsın. Mənzilin satışından götürülmüş məbləğ İddiaçı ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ cavabdehlər Cavabdeh və X11 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Mənzilin satışından əldə edilmiş məbləğ İddiaçı ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ X5 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 170 manat məbləğində pul cavabdehlər Cavabdeh və X11 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul cavabdehlər Cavabdeh və X11 müştərək qaydada tutularaq “xxxxxxx” MMC-nin hesabına (H/h № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar bank: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar