Məhkəmə qərarları › İş №2(103)-5164/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5164/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5164/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı BOKT İnkisaf üçün Maliyyə MMC-e cavabdehlər Cavabdeh1 Rafael oğlu və Cavabdeh2 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İnkisaf üçün Maliyyə MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli L-BK-00469679 saylı kredit müqaviləsi və BK- 00021317 zaminlik müqaviləsi üzrə ödənilməmiş 4898,37 manat əsas, 594,34 faiz, 165,17 cərimə, 377,17 əldən çıxmış fayda olmaqla cəmi 6035,05 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərardadı ilə, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi 21 aprel 2021-ci il tarixli qərardadı ilə, şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyri-mümkün sayılmalı və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddəsinə görə iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən tutulmalı olan məbləğ 20 manat təşkil edir. İşdən görünür ki, iddiaçı Suraxanı Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış barədə qərardadından şikayət verərkən rüsum ödəməmişdir. Eyni zamanda, iddiaçının rüsum ödəməkdən azad olmasını təsdiqləyən hala dair sübut təqdim olunmamışdır. Qeyd edilənlər ona dəlalət edir ki, şikayətə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənəd əlavə edilməmişdir. Ona görə də, şikayət qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(001)-1298/2021 saylı, 02 mart 2021-ci il tarixli qərardadından iddiaçı BOKT İnkisaf üçün Maliyyə MMC tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İş № 2(103)-5164/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 03 may 2021-ci il Bakı şəhəri Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı BOKT İnkisaf üçün Maliyyə MMC-e cavabdehlər Cavabdeh1 Rafael oğlu və Cavabdeh2 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən Sədrlik edən saat 09:10-da məhkəmə iclasını açır və hansı işə baxıldığını bildirir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 378-ci maddəsinə əsasən işi məruzə edir və şikayət haqqında məlumat verir. Kollegiya iş materiallarını nəzərdən keçirir. Kollegiya müşavirə otağına gedir. Protokol 03.05.2021-ci ildə tərtib edildi. Sədrlik edən: İclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar