Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-517/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh Mirqabil Seyidəmirov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Bank VTB (Azərbaycan)” ASC (bank) Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı iddia ərzəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış 125861-1-11250/1 saylı xx.xx.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə 417 215 ABŞ dolları məbləğində əsas, 50 070 ABŞ dolları məbləğində faiz, 20 588,50 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 487 873,50 ABŞ dolları borcun; 125861-1-11250/2 saylı xx.xx.2014cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə 118 257 ABŞ dolları məbləğində əsas, 14 220 ABŞ dolları məbləğində faiz, 5121 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 137 598 ABŞ dolları borcun; 125861-1-11250/3 saylı xx.xx.2015-ci il tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə 412 206 ABŞ dolları məbləğində əsas, 49 000 ABŞ dolları məbləğində faiz, 58 764.00 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 578 734 ABŞ dolları borcun; həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumlarının cavabdehlərdən alınaraq banka ödənilməsi, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına ilkin satış qiyməti 469 000 manat məbləğində müəyyənləşdirilməklə tutma yönəldilməsi, Cavabdeh2una məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə ilkin satış qiyməti 175 300 manat müəyyənləşdirilməklə tutma yönəldilməsi, əmlakların açıq hərracdan satılması, boşaldılması və satışdan əldə olunmuş vəsaitin banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 125861-1-11250/1 saylı xx.xx.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə uzrə 406 384,81 ABŞ dolları əsas, 50 070 ABŞ dolları faiz, 10 000 ABŞ dolları cərimə olmaqla cəmi 466 454,81 ABŞ dolları məbləğində pul vəsaitinin; 25861-1-11250/2 saylı xx.xx.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə 114 267,98 ABŞ dolları əsas, 14 220 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə olmaqla cəmi 130 487,98 ABŞ dolları məbləğində pul vəsaitinin; 25861-1-11250/3 saylı xx.xx.2015-ci il tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə 400 000,00 ABŞ dolları əsas, 47 957,34 ABŞ dolları faiz, 20 000,00 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 467 957,34 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada tutularaq banka ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydiyyat alınması üçün ödənilmiş 60 manat dövlət rüsumun 45 manatının iddiaçıya aid edilməsi, qalan 45 manatın cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri, yəni 145 manat məbləğində pul vəsaitinin 72 manat 50 qəpiyinin iddiaçıdan, 72 manat 50 qəpiyinin isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaitinin 300 manatının iddiaçının özünə aid edilməsi, 300 manatının isə cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 552 800 manat məbəğində müəyyən edilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 175 300 manat məbəğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka predmetlərinin Cavabdeh2 tərəfindən boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə adı çəkilən şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi on dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə X3 birinci instansiya məhkəməsinin qətnaməsini yeni əldə etdiyini bildirməklə ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, ipoteka müqavilələrində 1 300 000 manat və 350 000 manat qiymətləndirilmiş əmlaklarının müvafiq olaraq 552 800 manat və 175 300 manat qiymətləndirilməklə hüquqlarının pozulduğu, həmin qiymətlərin bankın sifarişi əsasında qoyulduğu və məhkəmənin real qiymətləndirmə həyata keçirmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən apellyatorun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, bununla belə növbəti məhkəmə iclasına gəlməyərək prosesin təxirə salınması barədə ərizə göndərmişdir. İşin halları, apellyatorun nümayəndəsinin əvvəlki iclasda şikayətin mahiyyəti üzrə izahat vermiş olduğu, həmçinin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi nəzərə alınmaqla işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin 552 800 manat və 175 300 manat məbəğində müəyyən edilməsi” ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. X7 şikayətində qətnamənin ləğvini istəsə də, faktiki olaraq ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı hissələri mübahisələndirmiş, əsas borclunun kredit borclarının məbləğləri ilə bağlı şikayətinə isə əvvəllər baxılmışdır. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, xx xxxx 2014-cü il tarixdə bankla Cavabdeh1 arasında 125861-1-11250 saylı “Baş kredit razılaşması” bağlanmış, razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 (borcalan) xx xxxx 2024-cü il tarixinədək 2 000 000 manat kredit xətti açılmış, kreditlərin borcalana kredit limiti daxilində razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqavilələrinə əsasən verilməsi, kredit xətti üzrə verilən hər bir kreditin müddətinin, məbləğinin, faiz dərəcəsinin, ödənişlər üzrə qaytarılma qrafikinin və digər şərtlərin müvafiq kredit müqavilələri ilə müəyyən edilməsi razılaşdırılmış, xx.xx.2014-cü il tarixli “kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 48 ay müddətinə kreditdən istifadəyə görə illik 18 faiz olmaqla 510 000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 48 ay müddətinə, illik 18 faiz olmaqla 127 000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 60 ay müddətinə 15 faizlə 400 000 ABŞ dolları kredit verilmiş, sözügedən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsi xx xxxx 2014-cü il tarixli ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, əmlaklar müvafiq olaraq 1 300 000 manat və 350 000 manat qiymətləndirilmişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən kredit öhdəliklərinin lazımi qaydada icra edilmədiyi artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuşdur; Mirqabil Seyidəmirov isə həmin kredit öhdəliklərinə görə ipoteka ilə yüklü etdiyi ipoteka predmetlərinin ilkin satış qiymətini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı bank ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş və bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinə tutma yönəldilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kollegiya apellyatorun, əmlakların dəyərinin daha yüksək olması barədə arqumentini də əsassız hesab edir: Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 2014-cü il tarixdə ipotekaya qoyularkən 1 300 000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinin isə 350 000 manat qiymətləndirildiyi, məhkəmənin təyin etdiyi qiymətləndiricinin isə ipoteka predmetlərinə 2018-ci ildə müvafiq olaraq 552 800 manat və 175 300 manat qiymət qoyduğu aydın olur; apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə isə Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2021-ci il tarixinə likvid dəyəri 385 000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinin likvid dəyərinin isə 160 000 manat olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qeyd olunanlardan göründüyü kimi, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirici əmlaklar üçün daha aşağı qiymətlər müəyyənləşdirmişdir; lakin iddiaçı bankın əmlaklar üçün müəyyənləşdirilən qiymətləri mübahisələndirmədiyini və əmlak mülkiyyətçisinin əmlakın qiymətinin yüksək olduğu barədə verdiyi şikayət əsasında onun üçün daha əlverişsiz qərar qəbul edilməsinin prosessual qanunvericiliyin mənasına uyğun olmadığını nəzərə almaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılması məqsədəmüvafiqdir. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi “ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi” nəticəsinə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 319.6-cı maddəsinə görə, ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kollegiya hesab edir ki, həmin maddi hüquq norması borclu ilə ipoteka qoyanın eyni şəxs olduqları hal üzrə münasibətləri tənzimləyir; həmin subyektlər fərqli şəxslər olduqları halda isə ipoteka predmetinin satışından sonra ipoteka saxlayanın tələbindən artıq qalan məbləğin borcluya qaytarılması qanunun mənasına (məqsədinə) uyğun deyildir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi “ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəsbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsait Cavabdeh2 verilsin. Qətnamə Cavabdeh2 mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətnin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 aid olunsun; ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat isə ondan alınaraq “X9” MMC-nin hesabına(VÖEN:**********,hesab№:AZ30GUNA********************,Bank:“xxxx”ASC,VÖEN: **********,Müxbir hesab:AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-517/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-517/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver