Məhkəmə qərarları › İş №2(103)-5172/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5172/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5172/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-72/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta məbləğinin və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 40000 manat sığorta ödənişinin, dəymiş zərərin əvəzi olaraq 20000 manatın, ümumilikdə 60000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən ona məxsus sement zavodunun yanğından və digər əlavə risklərdən sığortalanması barədə Cavabdeh ASC tərəfindən ona xx.xx.2018-ci il tarixli, AZ//PİP/18/0018 saylı sığorta şəhadətnaməsi verilmişdir. Daşınmaz əmlakın icbari sığortası da Cavabdeh ASC tərəfindən sığortalanıb və buna görə də 217 manat sığorta haqqı ödəmişdir. Müəyyən edilmiş 1110 manat sığorta haqqını ödəmiş və müqavilə üzrə sığorta məbləği (avadanlıq (drabilka motor)-50000 manat; Bunker (3 ədəd)-10000 manat; Çardaq (naves) – 240000 manat olmaqla) ümumilikdə 300000 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixində məlum olmuşdur ki, sexin çardağı (navesi) təqribən 500 kv.m. ölçüdə dağılmışdır(uçmuşdur). Dərhal tərəfindən Cavabdeh ÄSC-yə məlumat verilərək sonuncu iş günü, yəni xx.xx.2018-ci il tarixdə hər şeyin qaydasında olduğu, iş bitdikdən sonra, işçilərin evlərinə getdiyi və məlum hadisədən xx.xx.2018-ci il tarixində xəbərdar olduğu bildirilmişdir. İxtiyar adlı şəxs həmin gün əraziyə gəlmiş, şəkillər çəkmiş, sənədləşmə apararaq, qısa müddət ərzində hesablama aparılıb sığorta ödənişi olacağını bildirmişdir. Bir neçə gün sonra həmin ona zəng edəndə telefon nömrəsi verərək işini gördüyünü, qalan işləri Orxan və Tomin adlı işçilərin görəcəyini demişdir. Onlarla əlaqə saxladıqda isə heç bir problemin olmadığı, Hidrometeorologiyaya sorğu verildiyi, cavabı aldıqdan sonra sənədləşdirəcəklərini bildirmişlər. Bir neçə gün sonra ASC-də olmuş, Tomin və Orxanla görüş zamanı, sorğunun cavabını aldıqlarını, orada küləyin sürətinin aşağı, yəni 14,7 m/san olduğunun göstərildiyi bildirilmişdir. Sorğunun cavabı ilə tanış olanda nədənsə 2018-ci ilin oktyabr ayının 12 və 13-cü günləri üçün sorğu verilmədiyi aşkar edilmişdir. Ona görə də həmin günlər üçün sorğu verilməsini xahiş etmişdir. Yenidən verilən sorğuya cavabı bilmək üçün dəfələrlə Orxana zəng etsə də, hər dəfəsində gözləyin, darıxmayın yaxşı olacaq deyirdi. Etdiyi zənglərdən birində isə Orxan bildirmişdir ki, sorğuya cavab gəlib, orada da küləyin sürəti 16 m/saniyədir. Belə olduqda, Orxanın iş yerinə gedib alınan sorğunun cavabını istəmiş, o isə sorğunun cavabının rəhbərlikdə olduğunu, rəhbərliyin mövqeyinin nə olacağını gözləməsini lazım bilmişdir. Ancaq sorğunun cavabını ala bilmişdir. Sorğunun cavabına baxanda məlum olmuşdur ki, oktyabr ayının 13-ü axşam küləyin sürəti 19m/san olmuş, leysan yağışı yağmışdır. Bunu dedikdə, sığorta müqaviləsinin tərkib hissəsi olan və Cavabdeh ASC-nin internet səhifəsində də yerləşdirilən qaydada “küləyin sürəti 17.1 m/san olarsa bu fırtına kimi qəbul olunmalıdır” tələbini onlara göstərəndə Hidrometeorologiya idarəsi ilə əlaqə yaradıb küləyin sürətinin 20 m/san olması barədə cavab alması ona təklif olunmuşdur. Belə olduqda dərhal rəhbərliklə görüşməsini və bu oyuna son qoyulmasını tələb etmişdir. Cavabdeh ASC-nin Təhlükəsizlik Departamentinin rəhbəri Çingiz Məhərrəmov onu qəbul etmiş, ekspertiza keçirilməsini demişdir. Ancaq həmin gündən 13 gün keçmiş, hər dəfə zəng edəndə vəya Cavabdeh ASC-yə gedəndə ekspertiza mərkəzinə müraciət etdiklərini, bu gün, sabah gəlib yekunlaşdıracaqlarını, gözləməsini demişlər. Cavabdeh ASC işçilərinin bu özbaşınalıqları ucbatından uçubdağılmış yerin altında olan sement istehsalı üçün xammal-vulkan külü yağışdan yararsız hala düşür, eləcə də sement sexinin arxa hissəsindəki vulkan külünün itlərin yeminə və suyuna qarışması səbəbindən bahalı it cinslərindən olan iki iti ölmüş, fermasına böyük ziyan vurulmuşdur. Cavabdeh ASC-nin əməkdaşları bu gün-sabah deyərək, ona müxtəlif bəhanələr gətirərək, müddət istəyərək şəhadətnamədə, qaydada, qanunvericilikdə əks olunmuş müddətin tələbini və eləcə də onun hüquqlarını kobud şəkildə pozmuşlar və hələ də pozmaqda davam edirlər. Cavabdeh ASC-nin əməkdaşları nə şəhadətnamənin tələblərinə, nə saytında yerləşdirilmiş qaydann tələblərinə və nə də ki, Mülki qanuvericliyin tələblərinə əməl etmirlər. Belə ki, xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydalarının 22-ci müddəasının (Sığorta ödənişinin verilməsi) 22.1- ci bəndində "sənədlərin təqdim olunması vaxtından etibarən, Sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir” əks olunsa da, göründüyü kimi artıq 3 ay vaxt keçməsinə baxmayaraq müraciətinə konkret münasibət bildirilməyib. O cümlədən, sözügedən qaydanın 29. Xüsusi şərtlər bölməsinin Fırtına üzrə şərtlər bəndində qeyd olunur ki, “Əmlakın Yanğın və X6 Sığortasının Əsas şərtlərinin müddəalarına əməl olunması şərti ilə: Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına 10 (on) metr yüksəklikdə saniyədə 17,1 metrdən yuxarı sürətlə əsən küləklər) və ya fırtma nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına daxil edilir”. Göründüyü kimi, 17,1 metrdən yuxarı sürətlə əsən küləkləri fırtına kimi qəbul etsələr də xx.xx.2018-ci il tarixində küləyin sürətinin 19 m/san olması faktını qəbul etməyərək, görmək istəməyərək, fırtına kimi qiymətləndirməyərək haqsız olaraq tələbi təmin edilmir. Onu da bildirir ki, həmin qaydanın 17-ci müddəasının (Sığorta hadisəsi zamanı sığortalının vəzifələri) 17.1-ci bəndində göstərilir ki, “Sığortalı hadisə baş verdiyini öyrəndiyi tarixdən etibarən ən geci 5 (beş) iş günü ərzində sığortaçıya məlumat verməlidir”. Maddənin məzmunundan da aydın olduğu kimi o, hadisədən xx.xx.2018-ci il tarixində xəbər tutduqdan müddəti buraxmadan dərhal sığortaçıya məlumat vermişdir. Odur ki, müddətin buraxılması və ya gec xəbər vermədən söz gedə bilməz. İşin halları və qeyd olunan müddəalar onun tələbinin təmin edilməli olduğunu bildirir. Əgər sözügedən qaydalara, qanunvericiliyin tələblərinə, əldə edilmiş məlumatlara, işin hallarına, sənədlərə qanuni nəzər yetirilsə, tələbi təmin edilməli, ona dəymiş zərər müəyyən edilərək sığorta ödənişi ödənilməlidir. Cavabdeh ASC-nin qanuni əsaslarla ödənilməli olduğu sığorta ödənişini ödəməməsi nəticəsində, sement sexində olan vulkan külünün yağışdan, küləkdən yararsız hala düşməsi və vulkan külünün itlərin yeməyinə, suyuna qarışması ilə əlaqədar olaraq iki bahalı itinin ölməsi səbəbindən, ona ümumilikdə 20000 manat maddi ziyan dəymişdir. Bütün bunlar məhz cavabdehin təqsirindən yarandığından şirkət onun qarşısında məsuliyyətlidir. Əldə etdiyi məlumata, hesablamalara görə sexin çardağının yenidən bərpası üçün 40000 manat lazımdır. Aralarındakı mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, sığorta ödənişi və ona dəymiş maddi ziyan cavabdeh tərəfındən ödənilmədiyindən hesab edir ki, pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-72/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta məbləğinin və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı aid edilməklə ondan dövlət nəfinə tutulması, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı maddi və prosessual hüquq normaları kobud surətdə pozulduğundan, məhkəmə araşdırmaları qeyri obyektiv, fakt və sübutlara qiymət verilmədən aparıldığından, iş üzrə mühüm əhəmiyyətə malik sənədlər təhrif edildiyindən Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanunsuz və əsassız olduğuna görə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməli və tələbinin təmini barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə iddaiçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, AZ//PİP/18/0018 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Adıl oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən sement zavodu “xxxxxxxxx” ASC-də 300000 manat məbləğində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. RAZ seriyalı, ********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Adıl oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən sement zavodu “xxxxxxxxx” ASC-də 100000 manat məbləğində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. 2018-ci il 12, 13, 14, 15, 16, 17 oktyabr tarixiərində Bakı Hidrometeoroioji stansiyasında müşahidə oiunmuş hava şəraiti haqqında məlumata əsasən: - xx.xx.2018-ci il tarixdə hava dəyişkən buludlu, görünüş 20 km, havanın orta mperaturu 18,7° C, minimum temperaturu 16,6° C, maksimum temperaturu 23,1° C, külək mal istiqamətli olub, maksimum sürəti 13m/san (6 bal) olmuşdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır. - xx.xx.2018-ci il tarixdə hava tutqun, buludlu, görünüş 20 km, havanın orta temperaturu ı4,9° C, minimum temperaturu 13,4° C, maksimum temperaturu 17,4° C, külək şimal stiqamətli olub, maksimum sürəti 19 m/san (8 bal) olmusdur. Saat 02:00-dan 02:46-dək leysan yağış yağmış, yağıntının miqdarı 1,7 mm olımuşdur. - xx.xx.2018-ci il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 15,6° C, minimum temperaturu 14,1° C, maksimum temperaturu 19,5° C, külək cənub- cənub-şərq istiqamətli olub, maksimum sürəti 7m/san (4 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır. - xx.xx.2018-ci il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 15,7° C, minimum temperaturu 11,0°C, maksimum temperaturu 20,6° C, külək şimal istiqamətli olub, maksimum sürəti 14 m/san (7 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır. - xx.xx.2018-ci il tarixdə hava dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 16,3° C, minimum temperaturu 13,70° C, maksimum temperaturu 19,5 °C, külək şimal istiqamətli olub, maksimum sürəti 12 m/san (6 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır. - xx.xx.2018-ci il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 17,0° C, minimum temperaturu 15,3° C, maksimum temperaturu 19,7° C, külək cənub-cənub-şərq istiqamətli olub, maksimum sürəti 10 m/san (5 bal) olmusdur. Saat 06:40-dan 11:47-dək, saat 13:15-dən 13:40-dək fasiləli leysan yağış yağmış, yağıntının miqdarı 0,6 mm olımuşdur.. “xxxxxxxxx” ASC ilə bağlanmış müqavilə əsasında müstəqil ekspert X5 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01 saylı rəyin surətindən görünür ki, apanlmış tədqiqatla müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sığortalıya məxsus obyektin talvar tikintisinin xarici divarlarının qalınlığı 0.4 m olan mişar daşından hörülməsi, hörülmüş divarların üstündə ölçüləri 0.4x0.4 m olan dəmin/betondan üfüqi və şaquli istiqamətdə seysmik kəmərlərin quraşdırılması, həmin kəmərlər üzərində dam konstruksiyasının quraşdırılması uçun metaldan hazırlanmış 2 tavar şvellerlər quraşdırılması, bu şvellerlərə fermaların bərkidilməsi, fermaların üstünə metal künclüklər bağlanılması və künclüklərin üstünün metal şiferlə örtülməsi nəzərə aİınmaqla, həmin tikilidə yaranmış qüsurların hidrometorologi stansiyasılar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranmamasına xas olan əlamətİərdir. Bu səbəbdən də yuxanda göstəriİən faktlar nəzərə alınmaqla, sığortalıya məxsus obyektin taİvar tikintisinin xarici divarlan və dam örtüyündə yaranmış qüsurların hidrometorologi stansiyalar tərəfindan göstərilən sürətdə əsən küləkiərin təsiri nəticəsində yaranmaması ehtimal olunur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sığortalıya məxsus obyektin talvar tikintisinin divar və damında əmələ gəlmiş qüsurlar, həmin obyektə tərtib olunmuş iayihədə, inşaat işiərində istifadə oiunan yükgötüren konstruktiv elementiərin konstruktor tərəfindən aparılmış hesabatların düzgün hesablanmaması nəticəsində və ya binanın iayihə sənədlərinə uyğun inşa olunmaması və eləcə də binanın tikintisində keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi və tikinti texnologiyasına düzgün əməl edilməməsinə, həmçinin, xarici amillərin təsiri nəticəsində yaranmasına xas olan əlamətlərdir. Yaranmış qüsurların yuxanda göstərilən faktların hansından əmələ gəlməsinin müəyyən edilməsi yalnız tikintidə istifadə olunan yükgötürən konsfruktiv eiementlərin konstruktor tərəfindən hesabatlar aparılması nəticəsində müəyyən etmək mümkündür. “xxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il məktubundan göründüyü kimi, İddiaçı Adıl oğlunun sığorta tələbinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, onun xx.xx.2018-ci tarixdə ünvanladığı elə həmin tarixdə baş vermiş sığorta tələbinə və daha sonra müraciətinə dəyişiklik edərək 12,13,xx xxxxxxx 2018-ci il tarixlərində baş vermiş halın araşdırılması üçün sorğu göndərilməsini xahiş edilmişdir. Aralarında bağlanan sığorta müqaviləsinin şərtlərinə əsasən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı pfedmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, firtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur. Müəyyən edilən hallardan və müvafıq sorğulara alınan cavablardan məlum olmuşdur ki, 12,13,14,xx xxxxxxx 2018-ci il tarixində Abşeron rayonu ərazisində sığorta müqaviləsinin şərtlərinə uyğun hadisə baş verməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirilmişdir ki, Azərbaycan Respublikasf Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanurılarına və sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığorta ödənişinin erilməsindən imtina edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2023/2019 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı Adıl oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi Binəqədi- Novxanı yolunun sağ tərəfi ünvanında yerləşən və tərəflər arasında imzalanmış AZ/P/P/18/0018 nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta predmeti olan sement zavodunun - istehsalat sexinin çardağı (navesi) dağılmışdırmı (uçmuşdurmu). Əgər dağılmışdırsa, hansı ölçüdə olan çardağ (naves) sahəsi dağılmışdır (uçmuşdur).

2. Sığorta predmeti olan sement zavodunun - istehsalat sexinin çardağının (navesinin) dağılmasının səbəbi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti tərəfindən təqdim olunmuş 12, 13, 14 və xx xxxxxxx 2018-ci il tarixlərində hava şəraiti haqqında məlumatda göstərilən sürətlə əsən küləyin təsiri, yoxsa həmin sement zavodunun – istehsalat sexinin bu obyektə dair tərtib olunmuş layihə sənədlərinə və tikinti-texniki normalarına uyğun inşa olunmaması və qeyd edilən çardağın (navesin) tikinti normalarına uyğun quraşdırılmaması olmuşdur.

3. İddiaçı Adıl oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi Binəqədi- Novxanı yolunun sağ tərəfi ünvanında yerləşən sement zavodunun - istehsalat sexinin çardağının (navesinin) dağılması (uçması) nəticəsində dəymiş ziyanın məbləği nə qədər (manatla) təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8161 saylı ekspertiza rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş üzrə İddiaçı məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən sement zavodunun - istehsalat sexinin cardağının (19,0 x 12,0) metr ölçüdə hissəsinin uçub torpağın üzərinə düşdüyü müəyyən edilmişdir. 2-ci sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, Respublika ərazisində 1987-ci ildən xx.xx.2015-ci il tarixinədək inşa olunmuş bütün tikililər yuxarıda göstərilən zaman kəsiyində qüvvədə olmuş “Harpyзки и воздействия CHИП 2.01.07-85" normalarına, xx.xx.2015-ci il tarixindən sonra inşa olunmuş bütün tikililər isə həmin tarixdən qüvvəyə minmiş “Yüklər və təsirlər. Layihələndirmə normaları AzDTN 2.1-1“ normalarına uyğun layihələndirilib inşa edilməlidir. Lakin tədqiq olunan obyektin layihə sənədləri olmadığından zavodun - istehsalat sexinin bu obyektə dair tərtib olunmuş layihə sənədlərinə və tikinti normalarına uyğun inşa olunmasını müəyyən etmək mümkün deyildir. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, CHИП 2.01.07-85"-in və AzDTN 2.1-1-in normativ tələblərinə uyğun layihələndirilərək inşa edilmiş hər hansı bir bina 19 m/san təşkil edən küləyin sürətindən zədə almamalı idi. 3-cü sual üzrə: Qərardadın 3-cü sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan obyektin istehsalat sexinin çardağının bərpa olunması üçün çəkiləcək xərclərin dəyəri, həmin obyekt üzrə möhkəmləndirmə işləri ilə bağlı tikinti konstruktoru tərəfindən müvafiq araşdırmalar aparılaraq smeta tərtib edildikdən sonra müəyyən edilə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən daşınmaz əmlakın yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer ürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. 36.2-ci maddəsinə görə isə, bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış və “xxxxxxxxx”ASC tərəfindən təsdiqlənmiş “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas Qaydaları”nın “Fırtına üzrə şərtlər” bölməsinə əsasən Əmlakın Yanğın və X6 Sığortasının Əsas şərtlərinin müddəalarına əməl olunması şərti ilə yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına 10(on) metr yüksəklikdə saniyədə 17.1 metrdən yuxarı sürətlə əsən küləklər) və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına daxil edilir. Fırtına üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və X6 Sığortasının Əsas şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyası işin hallarını araşdıraraq, İddiaçı məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən sement zavodunun tikililərində yaranmış qüsurların xx.xx.2018-ci il tarixində hidrometorologi stansiyasılar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranmamasının müəyyən edilməsini, qüsurların göstərilən hava şəraiti ilə əlaqədar yaranmasına, həmçinin, iki itinin sığortaçının təqsiri üzündən ölməsinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim olunmamasını, bununla da sığorta hadisəsinin baş verməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, sığortaçı “xxxxxxxxx” ASC sığorta ödənişinin ödənilməsindən qanuni əsaslarla imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-72/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar