Məhkəmə qərarları › İş №2(103)-5173/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5173/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5173/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X3 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 Sadıx oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-964/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X4 və Cavabdeh1 tərəfindən Səlahiyyətli Təşkilatlara ünvanlanan ərizədən görünür ki, Cavabdeh1 və X4, İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc kimi götürüblər. Borcu 15 ay müddətinə kimi, hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-293/2022 saylı 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüş 13.950 manat məbləğində pulun cavabdehlərdən alınaraq onlara verilməsi, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürülməklə faizlərin miqdarının müəyyən edilərək ödənilməsi, 130 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər X4 və Cavabdeh1 13.950 manat məbləğində borc pulu iddiaçılardan xx.xx.2021-ci il tarixdə alaraq hal-hazıradək qaytarmamışlar və qaytarmaqdan yayınırlar. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-də satıcı Cavabdeh1 ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh1 özünə məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobili alıcı İddiaçı2 satmışdır. “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmış və həmin tarixdə avtomobilə dair Cavabdeh1 adına etibarnamə verilmişdir. Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobilə dair müqavilə əsasında xx.xx.2021-ci il tarixində 13950 manata satılmışdır. Avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Sarxanlı Hüseyn arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə X4 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. İddiaçı1 notarial təsdiq olunmuş etibarnamə əsasında İddiaçı2 nümayəndəsi olmaqla onun adından qeyd olunan hərəkətləri həyata keçirmək hüququna malik olmuşdur. Cavabdeh1 İddiaçı1 pulu götürərkən İddiaçı1 İddiaçı2 adından qanuni nümayəndəsi olaraq çıxış etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı (məhkəmə zamanı İddiaçı1 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında ona məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 Cavabdeh1 qarşı “Atomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Elantra” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2( 004)-293/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi əsassız olaraq təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022ci il tarixli, 2(004)-293/2022 saylı qətnaməsini qanunsuz hesab etdiklərindən qətnamədən narazı qaldıqlarından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı2 vəkili və nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-(103)-647/2022 saylı qətnaməsində Cavabdeh1 X4 ilə birlikdə səlahiyyətli təşkilatlara yazdığı ərizədə onlar avtomobili almaq üçün 13950 manat məbləğində pulu İddiaçı1 götürmələrini təsdiq etmişlər, yəni Cavabdeh1 yazdığı ərizəsində 13950 manat pulun İddiaçı2 adından qanuni olaraq etibarnamə əsasında çıxış edən İddiaçı1 götürdüyünü bildirir və bunu imzaları ilə təsdiq edirlər və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində təsdiq olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-(103)-647/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunur ki, avtomobili almaq üçün 13950 manat məbləğində borc pul X4 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. İddiaçı1 notarial təsdiq olunmuş etibarnamə əsasında İddiaçı2 nümayəndəsi olmaqla onun adından qeyd olunan hərəkətləri həyata keçirmək hüququna malikdir. Cavabdeh1 İddiaçı1 pulu götürərkən İddiaçı1 İddiaçı2 adından qanuni olaraq çıxış etmişdir. Apellyasiya məhkəməsi xx.xx.2022ci il tarixli, 2(103)-3037/2022 saylı qətnaməsində (qətnamə səh.5) göstərilmişdir ki, “Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən, alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda ) onun dəyərini pulla ödəməlidir.” Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsində göstərilmişdir ki , “..... avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 pulu götürülmüşdür.” İşdə iştirak edən tərəflər həmin qətnamədən kassasiya şikayəti verməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-(103)-647/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. 13950 manat məbləğində borc pul isə X4 və Cavabdeh1 tərəfindən İddiaçı1 və İddiaçı2 qaytarılmamış və onlar pulu qaytarmaqdan tamamilə yayınırlar.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-964/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 13950 manat məbləğində pulun və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin X4 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüş 13950 manat məbləğində pulun onlardan alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi hissəsində iddia qismən təmin edilməli, 13950 manat məbləğində borc X1 və Cavabdeh1 alınaraq İddiaçı1 verilməlidir. Belə ki, 11 mart 2023-cü il tarixli ərizədən göründüyü kimi borc pul X4 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür.

8. İddia tələbinin “qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizlərin miqdarının müəyyən edilərək ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən belə bir şərtin nəzərdə tutulduğu müqavilə və ya bu hissədə iddia tələbini əsaslı edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 390.1, 448.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-964/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qətnamədə qeyd olunur ki, AzərbaycanRespublikası DİN BDYPİ-də satıcı Cavabdeh1 ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh1 özünə məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobili alıcı İddiaçı2 satmışdır. “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmış və həmin tarixdə avtomobilə dair Cavabdeh1 adına etibarnamə verilmişdir. Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobilə dair müqavilə əsasında xx.xx.2021-ci il tarixində 13950 manata satılmışdır. Avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Sarxanlı Hüseyn arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə X4 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. Dəfələrlə, məhkəmədə xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitinin borc olaraq götürürlməsi ilə bağlı ərizəyə tərəfindən imza atılmadığını bildirmişdir. Lakin, məhkəmə tərəfindən imzanın onun tərəfindən çəkilməməsi ilə bağlı hüquqi qiymət verilməmiş, eləcə də xəttşünaslıq ekspertizası keçirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X5 bildirmişdir ki, imzanı Hüseyn adlı şəxs etmişdir. Bununla bağlı əvvəllər polisə də müraciət ediblər. Cavabdeh1 Sarxanlı Hüseynin yoldaşı deyildir, təsadüfən sosial şəbəkəsində tanış olublar. Alğı-satqı müqaviləsi başqa bir əqdi pərdələmək məqsədilə bağlandığı üçün məhkəmə hesab etmişdir ki, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Tərəflər arasında müqavilə bağlanmış, Hicranın adından Günayın adına keçmiş, hal-hazırda həmin alğı-satqı müqaviləsi etibarsız hesab olunduğu üçün qayıtmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət verməmişlər. Həmin qətnamə ilə razıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət verməmişlər. Həmin qətnamədən qismən razıdırlar. Birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizəsini o yazmışdır. Hüseyn adlı şəxsin Cavabdeh1 qarşı da dələduzluq əməlləri mövcuddur. X11 tanımışdır, Hicran xanım heç birini tanımır. Birinci instansiya məhkəməsində vəsatət məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsində bir dəfə iştirak edib, həmin vaxt qəbz ortaya çıxdı, o, tərəflə həmin məsələni müzakirə edib. Tərəf bildirdi ki, həmin imza ona məxsus deyildir, hətta alğı-satqı müqaviləsindəki imza da ona məxsus deyildir. Sadəcə növbəti məhkəmə iclasında o, iştirak edə bilmədi deyə vəsatəti məhkəməyə təqdim edə bilmədi və məhkəmə qərarı qəbul olundu.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilir ki, “beləliklə MM-nin 21.1, 21.2, 317.1, 385.1, 442, 445.1, 448.2 və 470-ci maddənin tələblərini nəzərə alaraq müəyyət etdi ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərtib olunaraq imzalanmış ərizənin surətindən görünür ki, tərəflər İddiaçı1 xx.xx.2021-ci il tarixində 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc kimi götürdükdən sonra borcu 15 ay müddətinə kimi, hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər.” Bu hallar məhkəmə qətnaməsi ilə təsdiq olunur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində həmin hal təsdiqini tapır və müəyyən olunur ki, 13950 manat məbləğ cavabdehlər tərəfindən alınmışdır. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hazırki mübahisənin araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, X4 və Cavabdeh1 İddiaçı1 13950 manat məbləğində pul vəsaitini borc almış, borcun təminatı qismində Cavabdeh1 məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 satılmış və borc öhdəliklərindən sonra avtomobilin sonuncunun adına qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuşdur. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur. Hazırda qüvvədə olan MPM-ə əsasən vəsatətlər və sənədlər hazırlıq iclasında verilə bilər, apellyasiya məhkəməsində verilə bilməz. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı vəsatətlə müraciət olunmamışdır. Maşın Hicran tərəfindən Günay Rzayevə satılmışdır. Birinci instansiya məhkəməsində Hicran xanım iştirak edibdir, onlar tərəfindən vəsatət verilməmişdir. İmza məsələsi hazırkı iddianın predmetinə daxil deyildir, istinad olunmuş hallar məhkəmə qətnaməsi ilə müəyyən olunur.

15. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı2 və cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Həmçnin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan və Cavabdeh1 aid hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 24.445-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyibütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 26.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 27.882.1-ci və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

28. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

29. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (82.3-cü maddə).

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 32.Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (233.3-cü maddəsi).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, iddiaçının tələbi cavabdehlərin imzaladıqları borcun etirafı sənədinə əsaslanır. Qanuna əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 35.Göründüyü kimi, hazırda mübahisə predmeti olan borc razılaşmaya əsasən etiraf olunmuşdur. Cavabdeh göstərilən sənədin ona aidiyyəti olmadığını, sənəddəki imzanın onun tərəfindən icra olunmadığını bildirməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmçinin istinad etdiyi halın müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertiza keçirilməsinə dair vəsatətlə müraciət etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib və vəsatəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab etmişdir ki, vəsatət rədd edilməlidir. 36.Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 37.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 38.Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. 39.Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. 40.Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir 41.İddiaçıların və cavabdehlərin tərəf olduqları mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş çərçivəsində müzakirə edilməsi mümkün olmayan hallardan göründüyü kimi “...mübahisəsiz halları ondan ibarətdir ki, X4 və Cavabdeh1 İddiaçı1 13.950 manat məbləğində pul vəsaitini borc almış, borcun təminatı qismində Cavabdeh1 məxsus olan “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı2 satılmış, İddiaçı1 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinə görə isə qeyd olunan borc ödənildikdən sonra avtomobilin yenidən sonuncunun adına qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı2 “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq, sonuncu tərəfindən eyni tarixdə həmin avtomobilə dair Cavabdeh1 etibarnamə verməsi həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün, daşınar əşyanın ipoteka müqaviləsini pərdələmək məqsədilə bağlandığı barədə nəticəni yaradır.” (iş vərəq 19)

42. Həmin qətnamədə göstərilmişdir ki, “... avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə X4 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13.950 manat məbləğində borc isə X4 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür”. (iş vərəq 20) 43.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi və həmin qətnamə ilə dəyişdirilməmiş saxlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-293/2022 saylı 01 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq cavabdeh hazırki icraat çərçivəsində 13.950 manat məbləğində pulun onun tərəfindən İddiaçı1 götürülmədiyinə istinad edir, bu halın araşdırılması üçün ekspertiza keçirilməsini xahiş edir. Halbuki sözügedən qətnaməyə əsasən müəyyən edilmiş faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunun görə cavabdehin iddiaya etirazın əsası kimi istinad etdiyi bu hallar hazırki mülki iş üzrə artıq müəyyən edilmiş faktlar kimi qəbul edilməlidir. 44.Beləliklə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Göründüyü kimi iddiaçı cavabdehlərdən razılaşmanın icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə razılaşma üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə, iddiaçının bu hüququnu pozmuşlar. Cavabdehlər öz müqavilə öhdəliyini icra etmədiklərindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 45.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 münasibətdə təmin edərək mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 47.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-964/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar