Məhkəmə qərarları › İş №2(103)-5181/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5181/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5181/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1890/2021 saylı, 14.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1rşı 12000 ABŞ dolları və 5000 manat borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri olaraq cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına və cavabdehin mülkiyyətində olan 2007-ci il buraxılışlı WDB2110411B130929 ban nömrəli ** TF *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 200 markalı minik avtomobilinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edlməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020ci il tarixli qərardadına əsasən ərizə təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.11.2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X1rşı borc tələbinə dair 2(001)-2073/2020 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020-ci il tarixli qərardadından cavabdeh X5 şikayət vermişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı cavabdeh X1rşı borc tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 12000 ABŞ dolları və 5000 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçının eyni zamanda qətnamənin gələcəkdə icrasının təmin olunması məqsədilə işə mahiyyəti üzrə baxılanadək cavabdeh Youseflooei Hamidin Azərbaycan Respublikası ərazisindən çıxışının qadağan edilməsi və onun mülkiyyətindəki 2007-ci il buraxılışlı WDB2110411B130929 ban nömrəli ** TF *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 200 markalı minik avtomobilinin üzərinə həbs qoyulması xahişi məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə qərardad qəbul edərkən MPM-nin 158-ci maddəsinə istinad etmiş, lakin maddədə nəzərdə tutulmayan ölkədən çıxmağın müvəqqəti məhdudlaşdırılması tədbirini həyata keçirmişdir. Halbuki iddianın təmin tədbiri qismində görülən tədbirlər siyahısında ölkədən çıxmağın müvəqqəti məhdudlaşdırılmasına dair hər hansı bir bənd qeyd edilməmişdir. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020-ci il tarixli qərardadının ləğv edilib, ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(001)-1890/2021 saylı qərardadına əsasən şikayət qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020-ci il tarixli qərardadı iddianın təmini tədbiri olaraq cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına dair hissədə ləğv edilmiş, İddiaçı iddianın təmini tədbiri seçilməsinə dair ərizəsi cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına dair hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(103)-3484\2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(001)-1890\2021 saylı qərardadı ləğv edilərək iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.11.2020-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilən şikayətə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1890/2021 saylı, 14.04.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020-ci il tarixli qərardadı iddianın təmini tədbiri olaraq cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına dair hissədə ləğv edilməsi, İddiaçı iddianın təmini tədbiri seçilməsinə dair ərizəsinin cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına dair hissədə təmin edilməməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Səadət Səlimova). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020-ci il tarixli qərardadından cavabdeh X5 şikayət vermişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı cavabdeh X1rşı borc tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 12000 ABŞ dolları və 5000 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçının eyni zamanda qətnamənin gələcəkdə icrasının təmin olunması məqsədilə işə mahiyyəti üzrə baxılanadək cavabdeh Youseflooei Hamidin Azərbaycan Respublikası ərazisindən çıxışının qadağan edilməsi və onun mülkiyyətindəki 2007-ci il buraxılışlı WDB2110411B130929 ban nömrəli ** TF *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 200 markalı minik avtomobilinin üzərinə həbs qoyulması xahişi məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə qərardad qəbul edərkən MPM-nin 158-ci maddəsinə istinad etmiş, lakin maddədə nəzərdə tutulmayan ölkədən çıxmağın müvəqqəti məhdudlaşdırılması tədbirini həyata keçirmişdir. Halbuki iddianın təmin tədbiri qismində görülən tədbirlər siyahısında ölkədən çıxmağın müvəqqəti məhdudlaşdırılmasına dair hər hansı bir bənd qeyd edilməmişdir. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı 18.08.2020-ci il tarixli qərardadının ləğv edilib, ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1890/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddiaçının şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsiinn qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə təbbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə məhkəmə müdafiəsi iddianı təmini tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpasıdır. İstinad olunan normalardan müəyyən olunur ki, iddianın təmini tədbiri gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə seçilməlidir. Şikayətin məzmunundan aydın olur ki, qərardadın bütövlükdə ləğv edilməsini xahiş edən cavabdeh şikayətində iddianın təmini tədbiri olaraq yalnız ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı razılaşmadığını bildirsə də, mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoymuş həbsin hansı əsaslarla götürülməsini əsaslandırmamışdır. Kollegiya hesab edir ki, iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə tətbiq olunan prosessual hərəkət olduğundan, iddiaçı cavabdehdən borc tələb etdiyindən, vətəndaşı olduğu dövlətin ərazisinə getmək hüququ cavabdehin Azərbaycan Respublikasının qanunları ilə qorunmasına təminat verilən hüququ olduğundan, cavabdehə bu hərəkəti etməyi qadağan etmək iddianın təmini tədbiri növü olmadığından, cavabdehin ölkədən çıxmaq hüququna qoyulan qadağanın ləğv edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1890/2021 saylı, 14.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1890/2021 saylı, 14.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar