Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5189/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(005)-2058/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 17 fevral 2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, 18.000 manat pul vəsaitini cavabdehə verilməsi üçün notariusun Bank hesabına köçürərək öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, həmin məbləğ "xxxx" ASC tərəfindən xx.xx.2023-cü ildə cavabdehə kassa məxaric orderinə əsasən verilmişdir. 2.Cavabdeh aldığı kredit borcunu müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya qaytarmamış, müqavilə şərtlərini pozduğu üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.000 manat, eləcə də pul vəsaitini uzun müddət ərzində gecikdirdiyi üçün, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirdiyi üçün 1800 manat, müdafiəçiyə ödənilmiş 320 manat, kredit müqaviləsi üzrə xərc 36 manat, etibarnaməyə ödənilmiş 18 manat ümumilikdə 20174 (iyirmi min yüz yetmiş dörd manat) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh ilə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlamışdır. Kredit Müqaviləsinin 1-ci maddəsində göstərildiyi kimi ona 18.000 manat məbləğində faizsiz borc vermişdir. Müqavilənin 2-ci maddəsindən irəli gələn öhdəliyə əsasən cavabdeh krediti xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı dəfələrlə müraciət etsə də, cavabdeh borc məbləğini qaytarmamışdır. Müqavilədə göstərilən vaxtın çatmasına baxmayaraq, Cavabdeh hələ də öz öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Müqavilənin 8-ci maddəsində göstərilir ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, əlavə olaraq borc müqaviləsini oxumadan imzaladığını,notariusda olarkən ona müqavilədə qeyd olunan pul vəsaitinin verilmədiyini, iddiaçıya yalnız icarə haqqı olaraq 18.000 manat borcu olduğunu bildirmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21may 2024-cü il tarixli, 2(005)-2058/2024 saylı qətnaməsiilə (sədrlik edən-Solmaz Ədilova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 18000 manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqı, kredit müqaviləsi üzrə 36 manat xərc və etibarnaməyə görə ödənilmiş 18 manat olmaqla, cəmi 18374 manatın (on səkkiz min üç yüz yetmiş dörd) İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 7."xxxx" ASC Nərimanov filialının 17 fevral 2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 18.000 manat pul vəsaiti notarius Sadıqov Rəşadətin hesabına köçürülmüşdür. 8."xxxx" ASC Nərimanov filialının 17 fevral 2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 36 manat pul vəsaiti notarius Sadıqov Rəşadətin hesabına köçürülmüşdür. 9.Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 18000 manat məbləğində pul borc verir, “Borc alan” Cavabdeh krediti xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. 10.xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya qaydasında bildirişdən görünür ki, borcun 21 gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 11.ünvan 1 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə 18.000 manat məbləğində pulun Cavabdeh verilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş olunmuşdur. 12.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki,İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində 17 fevral 2023-cü il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. “Borc Alan” Cavabdeh xx.xx.2024-cü il tarixinədək borcun “Borc verən” İddiaçı qaytarılması öhdəliyini üzərinə götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh prentenziya ilə müraciət edərək, borcun 5 (beş) gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb etmişdir. 13.Hazırda iddiaçı kredit müqaviləsi üzrə 18000 manat borcun, 1800 manat Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz borcunun, kredit müqaviləsi üzrə 36 manat xərcin, etibarnaməyə ödənilmiş 18 manat və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir.
14. Cavabdeh məhz yuxarıda göstərilən borc müqaviləsi üzrə ona hər hansı məbləğdə pulun ödənilmədiyini irəli sürüb, həmin əqdin aldadılma nəticəsində bağlandığına əsaslanaraq, iddianın rədd edilməsini xahiş edir. 15.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı notarial qaydada təsdiqlənmiş borc müqaviləsi üzrə cavabdehə 18000 manat pul vəsaitinin verilməsini iddia edir, cavabdeh həmin müqavilə üzrə ona heç bir vəsaitin verilmədiyini, həmin müqavilənin aldadılma nəticəsində imzaladığını bildirir, lakin iddiaçı iddia tələbinin dəlillərini əsaslandıran müvafiq sübutları təqdim etsə də, cavabdeh etirazın dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetməmişdir. 16.Məhkəmə qeyd etmişdir ki,borc müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. 17.İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. 18.Məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş işin faktiki hallarına görə, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinədək qaytarmaq şərtilə 18000 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin Cavabdeh verildiyini, lakin bu günədək geri qaytarılmadığını bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçı tərəfindən notariusun bankda olan depozit hesabına 18000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh isə həmin borc məbləğinin geri qaytarılmasına dair ödəniş qəbzi və ya borcunu ödəməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, bundan başqa borc münasibətlərinin icarə haqqından yarandığı, həmin müqavilənin aldadılma nəticəsində bağlandığı işin halları ilə sübuta yetməmiş, etirazında qeyd olunanlar öz təsdiqini tapmamışdır. 19.Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 18000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməlidir. 20.Məhkəmə iddia tələbinin “bank uçot dərəcəsinə əsasən əldən çıxmış faydanın tutulması” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında şərh olunan hüquqi mövqeyə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. 21.Məhkəmə “vəkilə ödənilmiş 320 manat xidmət haqqı, kredit müqaviləsi üzrə 36 manat xərc və etibarnaməyə ödənilmiş 18 manat” ödənilməsi hissəsində iddia tələbini əsaslı hesab etmişdir. 22.Eyni zamanda məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 150,52 manat məbləğində müəyyən edilməli, tərəflər hər ikisi də dövlət rüsumunu ödəməkdən azad olunduqlarından həmin məbləğ dövlət büdcəsinə aid edilməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 337.1, 337.2, 339.2, 339.3, 339.6, 449.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarıa; Azərbaycan Respublikası “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasımda bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsində borcverənin borcalana borc verdiyi pulun hansı formada borcverənə təqdim olunacağı barədə müddəa öz əksini tapsada (notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir) bununla bağlı, cavabdehə 18.000 manat pulun verilməsi barədə qəbz iş materiallarına əlavə edilməmişdir. Belə ki, iddiaçının özü tərəfindən ilkin olaraq öhdəliyin, həqiqətən, yerinə yetirilməsi,18.000 manat məbləğində borcun, həqiqətən də, hansısa formada (nağd və ya nağdsız, notarius depozitinə qoyulma vasitəsilə və s.) borcalana verilməsini təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir.Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsində borcun hansı formada verildiyi qeyd olunmamış, İddiaçı tərəfindən 18.000 manat pul məbləği depozitə qoyulmuş və sonradan özü tərəfindən götürülmüşdür. Cavabdeh həmin gün heç bir məbləğ verilməmişdir. Bu faktda, müqavilənin qanunsuz və əsassız olduğunu sübut edir. Məhkəmə tərəfindən 9 saylı notariat ofisinə bununla bağlı hər hansı bir sorğu verilməmişdir ki, bu da qətnamənin bir daha əsassız və qanunsuz olmasını sübut edir.Məhkəmə iş üzrə heç bir araşdıma aparmamış, tərəflər arasında daha əvvələ hansı münasibəti olması müəyənləşməmiş, iddiaçının hansı səbəbdən cavabdehə 18.000 manat məbləğində kifayət qədər vəsaitin hansı səbəbdən verilməsini sübuta yetirməmişdir. xx.xx.2021 – ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yol vağzalının şərq hissəsində yerləşən ünvanda qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsi 600 manat məbləğinə icarə verilmiş,icarə müqaviləsinin müddəti 2 il müddətinə nəzərdə tutulmuşdur. Cavabdeh qeyd edilən icarə müqaviləsi üzrə 3 aylıq 1800 manat məbləğində borcu qaldığından, iddiaçı cavabdehə qeyd olunan icarə müqaviləsinin bitməsindən sonra borc müqaviləsini imzalatmışdır. Cavabdeh 1800 manat borcunun əvəzinə 18.000 manat məbləğində yüksək borc müqaviləsinə imza etdirilmişdir. Nərimanov Rayon Məhkəməsi isə qeyd olunan xüsusatların heç birini araşdırmamışdır. Bundan əlavə, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yol vağzalının şərq hissəsində yerləşən ünvanda qeyri-yaşayış sahəsinin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir.Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 3bad qəsəbəsi, ev 22, mənzil 30 ünvanıdır. Lakin iddia ərizəsi isə Nərimanov rayon Məhkəməsinə verilmişdir ki, bu xüsusatda AR MPM-nin 35.1-ci maddəsinin tələblərinin aşkar şəkildə pozulmasını sübut edir. Belə ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu Cəbrayıl rayon Məhkəməsinə, ya da faktiki yaşadığı Qaradağ Rayon Məhkəməsinə verilməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə icra yeri birmənalı olaraq göstərilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, pul iddiaçı tərəfindən cavabdehə şirniyyat məhsullarının alınması üçün cavabdehin özünün xahişi əsasında verilmişdir. Pul iddiaçı tərəfindən notiriusun Bankda olan depozit hesabına köçürülmüş, cavabdeh tərəfindən həmin pul Bankdan kassa məxaric orderinə imza olunmaqla qəbul olunmuşdur. Cavabdehin heç bir dəlili öz təsdiqini tapmır. 28.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilinin izahatına uyğun məzmunda izahat vermişdir. 29.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 30.Cavabdeh tərəf növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh, onun nümayəndəsi və vəkili məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 32.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 35.Maddə 739.2 maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 36.Maddə 740.1.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 37.Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 38.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 39.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 40.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, o, dəlillərində qətnaməni iddianın qismən təmin edilən hissəsində mübahisələndirmişdir. Buna görə də, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, 18.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürərək öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, Bakı şəhəri 9 saylı notariat ofisində 17 fevral 2023-cü il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsində nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə iddiaçıya 17 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 18000 manat borcu yaranmışdır. 49.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 50.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 51.Məhkəmə kollegiyası cavabdehin notariusun bankda olan depozit hesabına köçürülmüş pul məbləğinin onun tərəfindən götürülməməsi, iddiaçının özü tərəfindən götürülməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, LPO "xxxx" ASC-dən əldə edilmiş ÇEK MUĞNo688474 saylı, 17 fevral 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 18000 manat məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriyası: AZE, nörməsi: 0*******) tərəfindən şəxsən qəbzə imza olunmaqla əldə olunmuşdur. 52.Hətta, məhkəmə kollegiyasının iclasında məhkəmə iclas katibi tərəfindən cavabdehin nümayəndəsi və vəkili ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq istinad olunan 17 fevral 2023cü il tarixli qəbzdəki imzanın cavabdehə məxsus olub-olmaması soruşulmuş, cavabdehin vəkili cavabdehlə əlaqə saxladığını, qəbzdəki imzanın ona məxsus olduğunu təsdiq etdiyini bildirmişdir. 53.Kollegiya həmçinin apellyatorun onunla iddiaçı arasıda icarə müqaviləsinin bağlanması və həmin müqavilə əsasında iddiaçıya 1800 manat borcu olması, kredit müqaviləsinin həmin borca görə bağlandığını lakin borc məbləğinin artıq qeyd edilməsi ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, cavabdeh qeyd olunan halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim etməmişdir. 54.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 55.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki iş üzrə iddiaya qarşı etiraz edən cavabdehin dəlilləri üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. 56.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 57.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 58.Kollegiya qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 59.Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəligəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları). 60.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 61.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 62.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 63.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 64.Göründüyü kimi məhkəmə araşdırılması zamanı qanunvericiliklə mübahisə edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş, cavabdehin iddia ərizəsinə etirazında və apellyasiya şikayətində etirazının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. 65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 66.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 67.Belə ki, müqavilənin qarşı tərəfinin (yaxud onun məlumatı daxilində) aldadıcı davranışı qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 68.Hazırkı mülki işdə cavabdeh kredit müqaviləsi bağlanarkən aldadıldığını, 1800 manat borc əvəzinə, 18000 manat məbləğində yüksək borc müqaviləsinə imza etdirilməsini qeyd etsə də, onun iddiaçı tərəfindən aldadılması halı öz təsdiqini tapmamış, əksinə cavabdeh iddiaçı tərəfindən Bankın depozitinə yerləşdirilmiş 18000 manat məbləğində pulu qəbzlə almışdır. 69.Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 18.000 manat pul vəsaitinin noratiusun bankda olan depozit hesabına köçürülməsi və Cavabdeh tərəfindən həmin pul vəsaitinin bankdan götürülməsi, lakin, qeyd olunan vəsaitin iddiaçıya qaytarılmaması iş materialları ilə öz təsdiqini tapmışdır. 70.Belə olan halda kollegiya hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən məhkəmə 18000 manat əsas borc məbləğinin cavabdehdən tutulması ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir. 71.Kollegiya apellyatorun məhkəmə tərəfindən aidiyyət qaydalarının pozulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 4-cü bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Göründüyü kimi, öhdəliklərin yarandığı yer Nərimanov rayonu ərazisidir (9 saylı notariat kontoru-ünvan 6 ünvanında yerləşir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Belə olan halda, kollegiya hesab edir ki, hazırki iddia iddiaçının seçiminə görə düzgün olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş, aidiyyət qaydaları pozulmamışdır. 72.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 73.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 74.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 75.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 76.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 77.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 əv 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(005)-2058/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov