Məhkəmə qərarları › İş №2(103)-5190/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5190/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5190/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-6/2-3329/24 nömrəli məktubundan və ona əlavə edilmiş Cavabdeh4 xx.xx.2022-ci il tarixli və İddiaçı xx.xx.2022-ci il tarixli izahatlarından müəyyən edilir ki, Cavabdeh4 pul vəsaitinin İddiaçı tərəfindən ələ keçirilməsi barədə BMCMİ-yə daxil olmuş müraciəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh4 izahatında 2020-2021-ci illər ərzində gül bitkilərinin və günəbaxan tumlarının satışını həyata keçirib birgə qazanc əldə etmək məqsədi ilə İddiaçı 1.084.500 manat borc pul verdiyini, lakin İddiaçı aldığı puldan 125.000 manatını qaytarıb qalan 959.500 manatını qaytarmadığını bildirmişdir. İddiaçı isə izahatında Cavabdeh4 göstərdiklərini qismən təsdiq edərək, ona birgə sahibkarlıq fəaliyyətindən 260.000 manat borcu olduğunu bildirmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən Cavabdeh4 260.000 manat pulun ödənilməsi təmin edilmişdir. Həmçinin araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı müəyyən edilməklə, tərəflərə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona maddi ziyan olaraq vurulmuş 219.200 manat, hüquqi yardım gösətrilməsi üçün vəkilə ödədiyi 500 manat və dövlət rüsumu kimi ödədiyi 510 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin sentyabr-oktyabr aylarında Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivində yerləşən 1,0 ha torpaq sahəsini almaq üçün Cavabdeh1 219.200 manat pul vermişdir. Həmin torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh1 arvadı - Cavabdeh2 məxsus olmuşdur. İddiaçı torpaq sahəsinin alqısatqısı ilə bağlı Cavabdeh2 ilə heç bir danışıq aparmamış və Cavabdeh2 pul verməmişdir. Həmçinin torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh3 və Cavabdeh4 ilə heç bir danışıq aparılmamışdır. İddiaçı bütün danışıqları Cavabdeh1 ilə aparmış və torpaq sahəsinin razılaşdırılmış dəyərini də ona ödəmişdir. Cavabdeh2 cavabdeh kimi Şahih İbadovun arvadı, Cavabdeh3 isə oğlu olduğuna görə cavabdeh kimi iddia ərizəsində göstəriblər. İddiaçı Cavabdeh4 isə "xxxx" QSC-nin direktoru və Cavabdeh1 adamı kimi tanıyır, BMCMİ-də 260.000 manat pul vəsaitini Cavabdeh4 ödədiyinə görə cavabdeh kimi qeyd edib. Mübahisəli torpaq sahəsini İddiaçı gül biznesini genişləndirmək üçün almışdı. Lakin sonradan Cavabdeh1la münasibətləri korlandığına görə Cavabdeh1 torpaq sahəsini İddiaçı adına sənədləşdirməkdən imtina etmiş və torpaq sahəsinin alqı-satqısı üçün ona verilmiş 219.200 manat pulu qaytarmamışdır. Torpaq sahəsinin alqı-satqısına və pulun verilməsinə dair İddiaçı və Cavabdeh1 arasında yazılı müqavilə tərtib edilməmiş və notariat kontorunda təsdiq edilməmişdir. Yalnız Cavabdeh1 imzası olan dəftər vərəqində qeyd aparılmış 130.000 manat pulu almasına dair kserosurət vardır.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlər tərəfindən İddiaçı maddi ziyan olaraq vurulmuş 219.200 manat, hüquqi yardım gösətrilməsi üçün vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 510 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-6/2-3329/24 nömrəli məktubundan və ona əlavə edilmiş Cavabdeh4 xx.xx.2022-ci il tarixli və İddiaçı xx.xx.2022-ci il tarixli izahatlarından müəyyən edilir ki, Cavabdeh4 pul vəsaitinin İddiaçı tərəfindən ələ keçirilməsi barədə BMCMİ-yə daxil olmuş müraciəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh4 izahatında 2020-2021-ci illər ərzində gül bitkilərinin və günəbaxan tumlarının satışını həyata keçirib birgə qazanc əldə etmək məqsədi ilə İddiaçı 1.084.500 manat borc pul verdiyini, lakin İddiaçı aldığı puldan 125.000 manatını qaytarıb qalan 959.500 manatını qaytarmadığını bildirmişdir. İddiaçı isə izahatında Cavabdeh4 göstərdiklərini qismən təsdiq edərək, ona birgə sahibkarlıq fəaliyyətindən 260.000 manat borcu olduğunu bildirmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən Cavabdeh4 260.000 manat pulun ödənilməsi təmin edilmişdir. Həmçinin araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı müəyyən edilməklə, tərəflərə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İddia tələbində İddiaçı 2022-ci ilin sentyabr-oktyabr aylarında icarə hüququ əsasında Cavabdeh1 arvadı - Cavabdeh2 məxsus olan Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivində yerləşən 1,0 ha torpaq sahəsini almaq üçün Cavabdeh1 219.200 manat pul verdiyini iddia etsə də, bu halı təsdiq edən tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsini, sadə yazılı formada tərtib edilmiş müqaviləni və rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı aldığını iddia etdiyi torpaq sahəsi üzərində Cavabdeh2 hüquqlarını təsdiq edən sübutları, Cavabdeh2 həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 394-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 81, 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-755/2024 nömrəli qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçı tərəfindən verilmiş izahatları və ona əlavə edilmiş sübutlara baxmamış, mübahisə üzrə ziddiyyətli məqamların olduğunu etiraf etsə də, həmin ziddiyyətli məqamları araşdırmadan iddianı əsassız hesab etmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmadan əsassız qətnamə çıxarılmışdır. Həmçinin qətnamə bir sıra maddi və prosessual normaların kobud surətdə pozulması ilə qəbul edilmişdir, qərəzli və qanuna ziddir, bu səbəbdən də tamamilə ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan sənədlərdən aydın olur ki, İddiaçı tərəfindən xeyli miqdarda vəsait cavabdehlərə ödənilmişdir. Məhkəmədə cavabdehlər tərəfindən vəsaitin alınmasının inkar olunmasına baxmayaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş cavabdehlərdən Cavabdeh4 izahatında iddiaçıdan vəsaitin alınması öz təsdiqini tapmışdır. Cavabdeh4 izahatında bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1 oğlu Namiq İbadovun (həmçinin cavabdeh) təsisçisi olduğu "xxxx" ASC-nin rəhbəri olmuşdur. Həmçinin BMCMİ daha əvvəl təqdim etdiyi məktubunda da İddiaçı tərəfindən vəsaitin ödənildiyi öz təsdiqini tapmışdır. Lakin cavabdehlər qeyd olunan vəsaitlərin nə məqsədlə alınması barədə məhkəmədə hər hansı izahat verməmişdir. Beləliklə aydın olur ki, iddiaçı tərəfindən 219 200 manat vəsait cavabdehlərə ödənmiş, lakin cavabdehlər tərəfindən həmin vəsait əsassız olaraq geri qaytarılmamışdır. Digər bir tərəfdən Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq məbləğin cavabdehlərə ödənilməsi barədə hər hansı sübut təqdim olunmamışdır. Bununla bağlı qeyd edir ki, tərəflər arasında ortaq sahibkarlığı sonlandırılan zaman İddiaçı 220 000 manat ödəməsi əvəzində Cavabdeh1 ona torpaq sahəsini təhvil verməsi razılaşdırılmışdır. Danışıqlar və əməliyyatlar məhz Cavabdeh1la aparılmışdır. Danışıqların aparılması ilə bağlı whatsapp yazışmaları Məhkəməyə təqdim olunmuş izahata əlavə olunmuş, həmçinin izahata əlavə olunan xx.xx.2021-ci il tarixli emaildən görünür ki, İddiaçı cavabdehlərdən Cavabdeh3 Hortenziya layihəsi ilə bağlı məlumatlar göndərmişdir. Cavabdehlərdən T.Mərəhərrəmovun öz ifadəsi ilə sübuta yetirilir ki, 260 000 manat vəsait iddiaçıdan alınmışdır. Lakin, vəsaitin hansı səbəbdən və nə məqsədlə alınması barədə əsassız və fərqli izahat verilmişdir. Əgər İdarədə verilmiş izahatda göstərildiyi kimi vəsait şirkətdən götürülüb və şirkətə geri ödənibsə, müvafiq sübutlar, bank çıxarışları və digərsənədlər mütləq qaydada məhkəməyə təqdim olunmalıdır. Çünki məhkəmə mübahisəsinin predmetini məhz cavabdehlərin iddiaçının pul vəsaitini qanunsuz olaraq özlərində saxlaması təşkil edir. Şahid ifadələrinin ziddiyyyətli olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, ifadələrlə iddia tələbi arasında uyğunsuzluq mövcud deyildir. Belə ki, iddia tələbinin mahiyyəti məhz ondan ibarətdir ki, birgə biznesə son qoyulduqdan sonra cavabdehlər həm torpaq sahəsini özlərində saxlamış, həm də ödənilmiş vəsaiti geri qaytarmamışdırlar.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

10. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

11. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

12. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

13. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

15. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina olunması barədə ərizənin qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən İddiaçı verdiyi şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən,qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar