Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5196/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X3 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-18/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə vəsaitin hesabdan çıxarıldığı tarixdən ilk 30 gün ərzində faiz hesablanmayaraq, 31-ci gündən başlayaraq borcalan kart hesabından çıxarılmış pul vəsaitinə görə illik 20%, 121-ci gündən başlayaraq illik 26% olmaqla 24 ay müddətinə xx.xx.2017- ci il tarixinədək qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit kartı müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospektində xüsusi mülkiyyətində olan 21a nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, 10 nömrəli mənzil sonrakı ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka müqaviləsi xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə əsas borca görə 2918,57 ABŞ dolları, cərimə faizinə görə 4052,93 ABŞ dolları borcu vardır. Bununla əlaqədar cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Ona görə də, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2918,57 ABŞ dolları, cərimə faizinə görə 4052,93 ABŞ dolları olmaqla, cəmi 6971,50 ABŞ dolları borcun, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manatın tutulmasına, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində xüsusi mülkiyyətində olan 21a nömrəli evin, 10 nömrəli mənzilinə yönəldilməsinə, bu əmlakın ilkin satış qiyməti 245000 manat olmaqla açıq hərracda satılmasına və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə 6971,50 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilən 61 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-18/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə əsas borca görə 2856,74 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 2906,74 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 61 manat İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manatın dövlət nəfinə tutulması, Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manatın “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin, 10 saylı mənzili ilkin satış qiymətinin 245000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 2906,74 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 61 manat İddiaçı ASC-nin hesabına, 300 manat “xxxxxxxxxxx” MMCnin hesabına, 145 manatın dövlət nəfinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-18/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, onda olan ödəniş qəbzlərindən görünür ki, ümumiyyətlə onun xx.xx.2015-ci il tarixli 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə banka borcu yoxdur. Birinci instansiya məhkəməsi həmçinin öz qətnaməsində maddi prosesual hüquq normalarını sadalamasına baxmayaraq, kredit müqaviləsi üzrə ödənişlər edilməsinə baxmayaraq ekspertin rəyinə əsaslanaraq kreditin cavabdehdən tutulması qənaətinə əsassız olaraq gəlmişdir. Göründüyü kimi Binəqədi rayon Məhkəməsi işin faktiki hallarına uyğun olmayan, səhv hüquqi qiymət verməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli № 985-SF/15K saylı kredit kartı müqaviləsindən müəyyən olunur ki, bank şəxsi istehlak məqsədilə 24 ay müddətinə xx.xx.2017-ci il tarixinədək qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit kartı verməyi borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada, müqavilənin şərtləri əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin, 10 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1510 saylı reyestr kitabının 137924 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan borcalanın xx.xx.2015-ci iltarixli № 985- SF/15K saylı kredit kartı müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin, 10 saylı mənzilini ipoteka saxlayan qarşısında yenidən ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 202000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 21a saylı evin, 10 saylı mənzilinin xx.xx.2014-cü il tarixli 408-SF/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 42 ay müddətinə İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016cı il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospekti 21a saylı evin, 10 saylı mənzilinə dair tutmanın yönəldilməsinə dair İddiaçı ASC-nin bildirişi qeydə alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli 106 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2019-ci il tarixə əsas borca görə 2856,94 ABŞ dolları, cərimə faizinə görə 4052,93 ABŞ dolları borcu vardır. Müqavilə üzrə faiz hesablanması xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2016cı il tarixli 669 saylı pretenziyadan müəyyən olunur ki, bank borcalana kredit kartı müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kreditin girov qoyulan əmlakın satılması hesabına ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin, 10 saylı mənzilinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 305000 manat müəyyən edilir. “xxxxxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli LP104/19 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzilinin ilkin satış qiyməti 245000 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 23522 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış sənədləri, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 985-SF/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 13970 ABŞ dolları məbləğində, xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan cəmi borcu isə 2918,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 9999,00 ABŞ dolları, faiz borcu üzrə 3970,00 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 2918,57 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən sonra xx.xx.2019-cu il tarixli Fərmana əsasən Cavabdeh1 61,63 ABŞ dolları məbləğində kompensasiya ödənişinin əsas borca yönəldilməsi ilə bağlı hesabdan çıxarış sənədində xx.xx.2019-cu il tarixdə silinməsi mövcüddur. Aparılan ekspertiza tədqiqatı zamanı borcun xx.xx.2019-cu il tarixə hesablanılması soruşulduğundan, xx.xx.2019-cu il tarixdə Fərmanla bağlı aparılmış silinmə hazırki hesablama zamanı nəzərə alınmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İddiaçı ASC-nin Gənclik filialının xx xxxx 2020-ci il tarixli, 380 saylı maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 985-SF/15K saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 61,63 ABŞ dolları ödənişi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar kompensasiya kimi ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit kart və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit kartı müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit kartı müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın Cavabdeh2 mülkiyətində olduğu ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli № 985- SF/15K saylı kredit kart müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə (2918,57-61,63=2856,74) 2856,74 ABŞ dolları borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə iddiaçının əsas borca görə 2856,74 ABŞ dolları tələbini, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına dair tələblərini əsası hesab edib, iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması ilə bağlı düzgün nəticəyə gələrək, 50 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Apellyator kredit borcunun olmaması, iş üzrə mühasibatlıq ekspertizasının rəyinə düzgün istinad olunmaması ilə bağlı cavabdehin dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etmiş və düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Kollegiya yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-18/2020 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-5196/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5196/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver