Məhkəmə qərarları › İş №2(103)-5200/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5200/2024

03.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5200/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X18 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı nümayəndəsi X2, üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndələri Nümayəndə və X11, üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-585/2023 saylı 5 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamına əsasən, Bakı şəhər sovetinin icraiyyə komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” 29 oktyabr 1990-cı il tarixli 7/362 saylı qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş İddiaçı qaraj-tikinti kooperativinin idarə heyətinin xahişi icra olunmaqla: Fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 (yeddi) qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə İddiaçı Kooperativinin nizamnaməsini qeydiyyata almaq və bu kooperativ üzvlərinin 7 nəfər olmaqla siyahısını təsdiq etmək İddiaçı Qaraj-Tikinti Kooperativinə tapşırılmışdır.

2. İddiaçı Qaraj-Tikinti Kooperativi tərəfindən 19 mart 1992-ci il tarixdə kooperativin 7 nəfər üzvlərinin siyahısı - B.D.Şirinova, A.M. Əzimov, B.P.Hüseynov, E.Ş.Məmmədova, M.N.Əzimov, E.Ş. Namazova və A.İ.Malanin olmaqla təsdiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 2566-cı məhəllədə yerləşən İddiaçı idarə heyətinin xahişi nəzərə alınaraq həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 (altı) yeni üzvün qəbul edilməsi haqqındakı ümumi iclasın qərarının təsdiq edilməsi, İddiaçı QTK-nin siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir.

3. İddiaçı Qaraj-Tikinti Kooperativi tərəfindən 28 aprel 1994-cü il tarixdə kooperativin 6 nəfər üzvlərinin siyahısı - A.A.Nizamov, X.S.Süleymanov, K.A.Sandrikov, S.U.Əliyeva, V.Q.Qasımov və F.M.İmanov olmaqla təsdiq edilmişdir.

4. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

5. 31 yanvar 2014-cü il tarixli, **********531400 nömrəli Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı 13 mart 1992-ci ildə qeydiyyata alınmışdır, əvvəlki qeydiyyat nömrəsi 1333, dövlət qeydiyyat nömrəsi VÖEN-**********, hüquqi ünvanı - ünvan 1əmsilçisi X3r.

6. Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMMC 11 avqust 2020-ci ildə 1120- MM7-0180 qeydiyyat nömrəsi ilə Qeydiyyat və notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır, hüquqi ünvanı - ünvan 2əri, Nizami rayonu, 2566-67-ci məhəllə, ev 81-dir, fəaliyyət predmeti və məqsədi - yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, qanuni təmsilçisi - Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları - sahə mülkiyyətçilərinin 15 mart 2020-ci il, 01 avqust 2020-ci il tarixli qərarları və digər sənədlərdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2023 nömrəli, 31 iyul 2013-cü il tarixli qətnaməsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi və cavabdehlər X16, X15, X9, X8 və X7 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmiş, ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar X16, X9, X8 və X7 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı "xxxx" MMC tərəfindən yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının özülünün qoyulması ilə bağlı qazılmış xəndək nəticəsində uçmuş əsaslı qarajın bərpası, dəymiş maddi ziyanın ödənilməsi və digər qarajlardan istifadə hüququnun bərpa edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsinin nəticə hissəsindən görünür ki, cavabdehlərin və üçüncü şəxs İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2023 nömrəli, 31 iyul 2013-cü il tarixli qətnaməsi dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia qismən təmin olunmuş, dəyəri sahibləri X5, X12 və X13 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi barədə ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması, qətnamənin ilkin iddianın cavabdehlərin həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları və qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə X5, X12 və X13 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi və cavabdehlər X16, X15, X9, X8 və X7 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmişdir.

10. Bakı şəhəri Nizami rayon icra şöbəsinin 29 dekabr 2017-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli icra vərəqəsinin icraatına icra məmurunun 22 dekabr 2017-ci il tarixli qərarı ilə xitam verilmişdir.

11. "xxxx" MMMC 11 avqust 2020-ci ildə 1120-MM7-0180 qeydiyyat nömrəsi ilə Qeydiyyat və notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır, hüquqi ünvanı - Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 olmaqla qanuni təmsilçisi - Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları – sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlərdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2063/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 4 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri”; bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftrlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun "xxxx" MTK-dan alınıb, "xxxx" MMMC-yə verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə yerləşən İddiaçınə məxsus olan ərazidə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1883 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Naxçıvanski küçəsi 2566-cı kvartalda 7 qarajın tikintisi və istismarı üçün yaradılan İddiaçı Qaraj kollektivinin nizamnaməsi qeydiyyata alınmışdır. Qeyd olunan sərəncamın 2-ci bəndinə əsasən kooperativ üzvlərinin siyahısı təsdiq edilmişdir. Bundan sonra kooperativin üzvü olan şəxslərə müvafiq orderlər verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli 399/4 nömrəli Sərəncamı ilə daha 6 şəxs İddiaçı Qaraj kollektivinə üzv qəbul edilmiş və həmin şəxslərə orderlərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Vergi Xidmətində (keçmiş Vergilər Nazirliyində) kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı qanuni təmsilçisi X3r. Nəzərə alınmalıdır ki, qarajların yaxınlığında yerləşən bəzi bina sakinləri İddiaçı Qaraj kollektivinin və kooperativin üzvü olan vətəndaşların qarajlara münasibətdə mülkiyyət o cümlədən sahiblik, sərəncam vermə və istifadə hüquqlarına maneələr və süni münaqişə şəraiti yaradırlar. Belə ki, həmin şəxslər qanunsuz olaraq qarajlarla bağlı hər hansı yenidən qurma, təmir və s. işlərə imkan vermirlər. Həmin şəxslərin qarajlara münasibətdə hər hansı hüquqları mövcud deyil, lakin öz qanunsuz və özbaşına hərəkətləri ilə İddiaçı və həmçinin kooperativ üzvlərinin konstitusion mülkiyyət hüquqlarını kobud pozurlar.

15. İşə baxılan zaman "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

16. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" MTK-nın ünvan 5 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı Şəhər İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti” ("xxxx" MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 6 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin idarəçiliyinə keçmişdir. Hazırda icraatda olan hazırki mülki iş birbaşa onların maraqlarına toxunur. Belə ki, yuxarıda qeyd etdiyi kimi ünvan 7 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin ümumi idarəçiliyində və istifadəsindədir. İddiaçı istifadəsini ümumiyyətlə çoxdan dayandırmış kooperativdir. Odur ki, qeyd olunan bu ərazi, bu ərazidə yerləşən qarajlar həmin kooperativə məxsus ola bilməz. Eyni zamanda, qeyd etmək vacibdir ki, İddiaçı bu ərazidən çıxarılması haqqında məhkəmə qətnaməsi vardır. Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-67ci məhəllə, 81 ünvanda yerləşən 0.7 ha torpaq sahəsindən İddiaçı kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2016-cı il tarixli 2(103)-748/2016 saylı qətnaməsi qəbul olunmuşdur.

17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-585/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, « iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində «...İş materiallarından göründüyü kimi mübahisəli ərazinin də daxil olduğu torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, ərazidə yerləşən fərdi qarajların və qeyri-yaşayış tikililərinin sökülərək mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi iddiaçıya tapşırılmışdır. Həmçinin işdə olan eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsi zamanı keçirilmiş yerli baxış protokolu əsasında müəyyən edilir ki, 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə "ÜMÜD" QTK-nin üzvlərinə Naxçıvanski küçəsi, 2566-cı məhəllədə ayrılmış 7 ədəd fərdi qaraj iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyi mübahisəli qarajların yerləşdiyi sahə ilə üst-üstə düşür. Nəzərə alınmalıdır ki, iş materiallarında ‘‘ÜMÜD” QTK-nın digər üzvlərinə qarajlar ayrılsa da həmin qarajlar ilkin ayrılmış 7 qarajla üst-üstə düşə bilməzdi. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, onlara ayrılmış tikinti ərazisində xeyli sayda başqa qarajlar da olmuş, həmin qarajların dəyəri ödənilməklə sökülmüşdür. Baxılan iş üzrə iddiaçı dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin qanuni sahibidir. Qanunvericilik iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edir. İddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ vardır... Bununla bağlı nəzərə alınmalıdır ki, qarajın vətəndaşların istifadəsinə verilməsi barədə orderlər qaraj-tikinti kooperativi tərəfindən deyil, həmin kooperativlərin razılığı əsasında yerli icra hakimiyyəti orqanları tərəfindən verilmişdir. Bu baxımdan ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan kooperativin vətəndaşa verilmiş, dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi üzərində yerləşən qarajı digər şəxsə vermək səlahiyyəti olmamışdır...Həmçinin nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 16 avqust 2011-ci il tarixli cavab məktubunda sonradan Nizami Rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 aprel tarixli, 399/4 saylı sərəncamı ilə rəsmiləşdirilmiş 6 qarajın "ÜMÜD" QTK-nə ilkin olaraq ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi qeyd olunmuşdur...”.

19. Yuxarıda göstərilən hallarla yanaşı məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsində iş üzrə iddiaçının ("xxxx" MMC) dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş hazırda da mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” barədə iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə İddiaçı subyektiv hüququ yaranmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 164.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-585/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC-nin nümayəndələrinin istinad etdiyi hallardan biri də o olmuşdur ki, 1993-cü ildə İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam verilsə də, sonradan 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə torpaq qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilib. Lakin Məhkəmə tərəfindən müəyyən olunmamışdır ki, Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1993-cü il İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam “İnzibati icraat haqqında” Qanunun 67-ci (qanunsuz inzibati aktın ləğv olunması) maddəsinin tələb etdiyi qaydada yoxlanmamışdır. “İnzibati icraat haqqında” normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. 1993-cü il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 1993-cü il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əksi barədə mülki materialında sübut yoxdur. Hansı ki, məhz elə iddia tərəfinin həmin inzibati aktdan irəli gələn hüquqlarının pozulmasından müdafiə məqsədilə "subyektiv hüquqları" var idi. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 152.1, 157.5, 164.1, 164.2-ci maddələrinə istinadla əsaslandırmışdır ki, bu barədə məhkəmənin hüquqi mövqeyi qəbul edilən deyil. Ona görə ki, sadalanan maddi hüquq normaları mülkiyyət hüququnun təsbiti, bu və ya digər formada iqtisadi dəyərə malik olan əmlakla bağlı hüquqların həyata keçirilməsi zamanı yaranan ictimai münasibətləri tənzimləyir. Hazırkı mübahisə predmetini mülkiyyətlə eyniləşdirmək düzgün hesab edilmir. Belə ki, iddia tələbindən görünür ki, iddia tərəfi məhkəmədən “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsini” xahiş etmişdir. İddia tərəfi məhkəmə iclaslarında da dəfələrlə təkrarlamışdır ki, İddiaçı tələbi hasarın əvvəlki vəziyyətinə qaytarılmasıdır. Həmin qarajların İddiaçın balansında olması ilə bağlı orderlər var. Lakin qarajların "xxxx" MMMC-yə hər hansı aidiyyəti yoxdur. Nizami Rayon İcra Hakimiyyətinin qarajların ayrılması ilə bağlı sərəncamı var. Qarajlar və yerləşdiyi sahə İddiaçınə məxsusdur. Həmin qarajların İddiaçın balansında olması ilə bağlı orderlər var. Binanın qarşısında yerləşən və İddiaçınə məxsus olan ərazi əvvəllər hasarlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC hasarın sökülməsini etiraf edir. Hətta iddia edirlər ki, həmin ərazilər əvvəllər MTK-ya məxsus olduğundan hazırda onlarda özlərini MTK-nın varisi kimi hesab etdiklərindən həmin ərazi MMMC-nin balansında olmalıdır. Göstərilənlərdən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC birbaşa hasarın sökülməsini etiraf edir, lakin belə bir tələblə müraciət etməyə iddiaçının subyektiv hüququnun olmamasını irəli sürərək mübahisənin qanuni həllindən yayınmağa çalışır. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müdaxilə edən tərəfin qarajlara münasibətdə hər hansı hüquqları mövcud olmadığı halda, öz qanunsuz və özbaşına hərəkətləri ilə “ÜMÜD Qaraj” Kooperativinin hüquqlarına müdaxilə etmişdir, belə bir müdafidən qorunmaq üçün “ÜMÜD Qaraj” Kooperativinin "subyektiv hüququ" müdaxilə baş verdiyi andan yaranmışdır. Hasarın sökülməsi, qarajların İddiaçın balansında olması ilə bağlı ilkin və inandırıcı sübutlar (fotolar, order, sərəncam) məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etməmiş, işin hallarını maddi hüquq normaları çərçivəsinə sala bilməmişdir. Eyni zaman məhkəmə tətbiq oluna biləcək hüquq normalarını da düzgün seçə bilməmişdir. Bundan başqa məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hasarın həqiqətəndə onlar tərəfindən qəsdən söküldüyünü etiraf etmişlər. Onlar hazırda hasarın bərpa edilməsinə etiraz etmirlər. "xxxx" MMMC isə bu iddia tələbinə aidiyyatı yoxdur. Məhkəmə tərəfindən qeyd olunan bu halların araşdırılması işin hallarına təsir edə bilərdi. Məhkəmə isə iddia tərəfinin məhkəmə iclasında işin halları ilə bağlı olan izahat və dəlillərinə demək olar ki, heç bir münasibət bildirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1218/2024 saylı 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Kollegiya belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsində iş üzrə iddiaçının ("xxxx" MMC) dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş hazırda da mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Ağaqulu Nizamov izahatında göstərmişdir ki, o, mübahisəli yer üzrə qaraj sahiblərinin hamısını təmsil edir. Halbuki, elə Ağaqulu Nizamovun izahatından belə aydın olur ki, qaraj sahiblərindən biri vəfat etmiş, biri xaricə köçmüş, birinin yeri məlum deyil, birini isə məhkəməyə gətirə bilmir. Ona görə də məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin bu izahatına tənqidi yanaşır.

27. Kollegiyanın qənaətinə görə, mübahisələndirilən qarajların sahibləri (varisləri) həmin qarajlara artıq maraqlarını itirmişlər, ona görə də hazırki iddianın qaldırılması onların maraqlarına xidmət etmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi qarajların yerləşməsi barədə təqdim etdiyi sxemdə 7 qarajın yerini göstərmiş və iddia etmişdir ki, sxemin ortasında göstərilən qarajlar 2016-cı il qətnaməsi ilə müəyyən edilmiş qarajlar deyildir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin iclasında əvvəllər soyadı Topçiyev, hazırda isə Məmmədov olan Vaqif İsrafil oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sxemdəki qarajlar 2016-cı ildə qəbul edilmiş qətnamə ilə sökülmüş qarajlardır və mübahisəli ərazidə onun da qarajı olmuş və onun dəyəri ona ödənilməklə qarajın sökülməsi qət edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki əvvəllər ona məxsus olan və hazırki yarısökülmüş qarajın yerini göstərmiş və bir daha qeyd etmişdir ki, həmin sökülən qarajlar 2016-cı il qətnaməsində göstərilən həmin qarajlardır. Beləliklə də, müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış qətnamə ilə 3 nəfərin sökülməsi, 6 nəfərin isə kənarlaşdırılması qərara alınmış qarajlar hazırki mübahisə edilən qarajlardır.

28. Nizami rayon İcra şöbəsinin icra məmuru Yaqub Məmmədovun xx.xx.2017-ci il tarixli «icraata xitam verilməsi barədə» qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)- 748/2016 saylı icra vərəqəsinin icraatına xitam verilmişdir. Həmin qərardan və qanuni qüvvəsini almış qeyd edilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünur ki, İddiaçı sədri X2 həmin qarajlar olan ərazidən kənarlaşdırılması qərara alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” barədə iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə İddiaçı subyektiv hüququ yaranmamışdır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində 1993-cü ildə İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılmasına istinad etməklə hazırki tələblər məhkəməyə müraciət edilməsi üçün subeyktiv hüquqlarının olmasını bildirilsə də, iş materiallarından göründüyü kimi 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə sözgüdən torpaq sahəsi qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilmişdir ki, bununla da iddiaçının həmin torpaq sahəsində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır.

30. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2252/2024 saylı 1 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1218/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Kollegiya qeyd etmişdir ki, işə baxan məhkəmələr, iş üzrə tam araşdırma aparmadan, iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 152.1, 152.5, 164.1, 164.2-ci maddələrini sadalasa da, iddiaçının sonuncu dəfə xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş Kooperativ kimi fəaliyyətdə olan hüquqi şəxs olmasını nəzərə almamış və Mülki Məcəllənin kooperativlər haqqında, kooperativdə üzvlüyə xitam verilməsi barədə müddəalara istinad etmədən, iddianın tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə Kooperativin subyektiv hüququnun yaranmaması barədə yanlış nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsi Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə ayrılmış 7 ədəd fərdi qarajların həmin vaxt mövcud olan beşinin sökülməsi və cavabdehlərin oradan çıxarılması ilə bağlı olduğu halda, apellyasiya instansiyası məhkəməsi qeyd olunan qətnamə ilə müəyyən edilmiş həmin işin hallarına təhrif etməklə birtərəfli qaydada, yalnız iddianın rədd edilməsi istiqamətində istinad etmiş, bu halda Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamında "xxxx" MMC-yə ayrılmış 0,7 ha torpaq sahəsinin də yalnız qeyd olunmuş 7 qarajla bağlı olmasının həmin qətnamə ilə müəyyən edilməsinə diqqət yetirməmiş, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə Kooperativin daha sonradan 6 yeni qəbul edilmiş üzvünə avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə kollektiv qarajların tikintisi və istismarı üzrə ayrılmış sahənin hansı ərazidə yerləşməsini araşdırmadan, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə 3 nəfərə aid qarajın sökülməsi, 5 nəfərin isə kənarlaşdırılması qərara alındığı halda, Kooperativə aid olan 13 qarajdan qalanının aqibətinin necə həll olumasını, yəni qalan kooperativ üzvlərinə münasibətdə hər hansı qərarın qəbul edilməsini müəyyən etmədiyi halda, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi ilə bağlı olan iddianın rədd edilməsi barədə qanunsuz nəticəyə gəlmiş, iddianın rədd edilməsi barədə nəticəni düzgün əsaslanmamışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış 2(103)- 748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə rəsmiləşdirilmiş 6 qarajın Kooperativə ilkin olaraq ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi barədə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 16 avqust 2011-ci il tarixli məktubuna istinad edilməsinə, dəyəri razılaşma yolu ilə X5, X12 və X13 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi və cavabdehlər X16, X15, X9, X8 və X7 həmin qarajlar olan ərazidən kənarlaşdırılmalarının qət edilməsinə, qaraj sahibləri, yəni sərəncamda adları qeyd olunan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova məxsus qarajların dəyəri ödənilmədiyindən onlara münasibətdə iddianın təmin edilməməsinə, bununla da 2 qarajın hələ də mövcud olmasına diqqət yetirməmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş işin həmin hallarına hər hansı hüquqi qiymət verməmişdir.

35. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar (cild 2 i.v. 194) qəbul edilərkən izahatı alınmış "xxxx" MMMC-nin sədri Nümayəndə həmin izahatında Kooperativə məxsus 4 qarajın sökülməmiş qalmasını göstərsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan izahatda göstərilənlər, üçüncü şəxsin nümayəndəsi kimi Nümayəndə məhkəmədə verdiyi izahatı ilə qarşılıqlı şəkildə təhlil edilərək, izahatlara hüqui qiymət verməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş üzrə bir neçə hal araşdırılmamışdır. Bunlardan biri qarajların sökülüb-sökülməməsi ilə bağlıdır. Bakı Apellyasiya Məhkəməsinin 2016-ci il tarixli qətnaməsində müəyyən qarajların sökülməsi, bunun müqabilində müəyyən kompensasiyanın ödənilməsi, cavabdehlərin uzaqlaşdırılması göstərilmişdir. Lakin Ali Məhkəmə iş materiallarını, məhkəmə iclasında ifadə verən şahid ifadələri və tərəflərin izahatlarını nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmişdir ki, "xxxx" MMMC-nin sədri Nümayəndə 25-ci polis şöbəsində izahat verərkən bildirmişdir ki, sökülməmiş 4 qaraj mövcuddur. Kooperativin özü də hal-hazırda mövcuddur və aktivdir. Kooperativin fəaliyyət istiqaməti qarajların tikilməsi və daha sonra istifadəyə verilməsindən ibarətdir. Kooperativ 5 nəfərdən ibarətdir. Həmin şəxslər X8, X14, X9, X16, X10r. 2016-cı ilin məhkəmə qətnaməsində bu şəxslərin hər biri tərəf kimi çıxış etmişdir. Onlara kompensasiya verilməmişdir. Həmin şəxslərin bəziləri qarajları başqasına satıb gediblər, bəziləri ölkədə deyil. Ümumi 13 nəfər qanuni üzv olub. 3 nəfər könüllü olaraq getmişdir, qarşılığında nəsə ödənilməyib, özləri könüllü olaraq ayrılıblar. 10 nəfər qalıb. 10 nəfərdən 5 nəfərin qarajı tikintinin altına düşmüşdür. Tikintini aparanlar həmin 5 nəfərin qarajını söküblər. Yerdə qalan 5 nəfər isə saydığı adamlardır, onların qarajı tikintinin altına düşməyibdir. O vaxt tikilənlərə pul verib almaq sərf etmirdi. Ona görə də 10 ildir ki, məhkəmələrdədirlər. Onlar bir neçə ay qabaq özəlləşdirmə üçün müraciət etmək istədi, dedilər ki, qaraj faktiki olaraq mövcud olmalıdır. Qaraj mövdud olmadığına görə onlar müəyyən sənədlər toplamalı idilər. Sənədlərin toplandığı ərəfədə, bu iş məhkəmədə olanda yerdə qalan qarajları sökdülər. Qarajlar sakinlər tərəfindən sökülmüşdür. Şəhərsalma İdarəsi sökülməsinə icazə vermirdi, “abadlaşdırılmalıdır” demişdi, bununla bağlı məktub da vardır. O, həmin sənədlə kooperativi ləğv etmək üçün Ədliyyə Nazirliyinə müraciət edəndə belə bir şeyin mümkün olmadığını dedilər. Subyektiv hüquqla bağlı Ali Məhkəmənin araşdırılmalı hesab etdiyi məqamlardan biri budur ki, İddiaçı vergidə qeydiyyatdan keçmişdir, 2014-cü ildə sonuncu dəfə qeydiyyatdan keçmiş və indiyə kimi hər hansı dayandırılma və ya ləğv edilmə halları olmamışdır. İddiaçı üzvlərinin qarajları mövcud olduğu təqdirdə subyektiv hüquqla bağlı məsələdə hər hansı problem yarana bilməz. O qarajların mövcudluğu göstərir ki, hüquqi şəxs kimi hüquqlarının müdafiəsi üçün istənilən iddia ilə bağlı məhkəməyə müraciət edə bilər. Digər tərəfdən qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il tarixli qətnaməsinə istinad edir. Həmin qətnamədə 7 qaraja münasibətdə qarajların dəyəri ödənilməsi ilə həmin şəxslərin oradan çıxarılmasından söhbət gedir. Bugünkü gündə İddiaçı 5 qarajı var. Həmin qarajlar binanın qabağındadır. Hazırda o qarajlar sökülüb və bildirilib ki, bina sakinlərinin sakitçiliyini və dincliyini təmin etmək məqsədilə həmin ərazidə park salınacaq. İddiaçı tərəf burada qarajlarının olduğunu və həmin qarajların dəyərinin ödənilməli olduğunu bildirmişdir. Həmin qarajlar İddiaçınə məxsusdur, onun balansındadır. İş materiallarında qarajların və hasarın şəkli, hasarın sökülməsinə dair videogörüntü var. İş Ali Məhkəmədən qayıdanda bəzi məqamların araşdırılmalı oduğu qeyd olunmuşdur. Həmin məqamlar subyektiv hüquqla bağlı məsələlərdir. Məlum oldu ki, həmin iddianı irəli sürmək üçün subyektiv hüquqqları var. Qarajlar faktiki olaraq mövcuddur və qarajların sahibləri İddiaçı üzvləridir. Ağaqulu Nizamov indi də kooperativin sədridir. Qarajlar sökülüb yerində abadlaşdırma işləri aparılsa da, subyektiv hüquqları var. Ona görə də iddia əsaslıdır. 37.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, kooperativin qanuni təmsilçisi və sədridir. Ona VÖEN verilmişdi, VÖEN-i ləğv etdirmək üçün müraciət etmişdir. O, qarajların sökülməsi ilə bağlı rəsmi sənəd, məhkəmə qərarı istəyir. O, vergiyə cəlb olunmalıdır. Ona dedilər ki, o 5 adamın kompensasiyasını almasan, vergiyə cəlb olunacaqsan. Ona qərar lazımdır ki, o qərarı vergi orqanlarına aparanda VÖEN-mi ləğv etdirə bilsin, yoxsa belə ləğv edilmir. Bu şəxslərə 2015-ci ildə 547 nömrəli sərəncamla 0.7 hektar tikinti üçün sahə ayrılmışdır. Onların sahəsinə isə 0.6 sot torpaq verilmişdir. Tikinti onların sahədən əlavə 1.2 hektar sahə zəbt etmişdir. Özləri üçün ayrılan 0.7 hektardan əlavə 0.5 hektar sahəni də zəbt ediblər, onlara ayrılan sahədən istifadə etməyə imkan vermirlər və heç kompensasiya da ödəmirlər. Onlara fərqi yoxdur, kompensasiyanı bu yoldaşlar da verə bilər, keçmiş tikinti təşkilatı da verə bilər. Sərəncamda göstərilib ki, kompensasiya verilməsə, tikinti aparılmasın. Lakin qarşı tərəf sərəncama da riayət etmir. Problem budur ki, qarajlar binanın yanında yerləşir, maraqlar orada cəmləşir. Vaxtında tikinti təşkilatı o sahəni almalı idi. Ora nə qarşı tərəfə verilib, nə də keçmiş tikinti təşkilatına verilmişdir. Mübahisəli qarajlardan biri özünündür. Bu sərəncamda binanın tikilməsi ilə bağlı bənd var. Burada göstərilib ki, qarajların dəyəri ödəniləndən sonra qarajlar sökülə bilər. Buna heç kim əməl etməmişdir. Həmin 5 nəfərin qarajının dəyəri notarial qaydada ödənilmişdir. Həmin adamların adları iş materiallarında var. Bu nizamnamə rəsmi qaydada təsdiqlənmiş bir sənəddir. 1992-ci ildə verilmiş sərəcama əsasən 7 nəfərə qaraj verilmişdir. Qarajlar da tək pay kimi qeydiyyata alınmışdır. Ona görə də onlarda balans ola bilməz, yalnız nizamnamədə göstərilən qarajlar ola bilər. O, qeydiyyat idarəsinə gedəndə dedilər ki, hər qaraj bir pay olduğuna görə bu qarajları istədiyi qiymətə sata bilər, ona görə də Qanun daxilində bu qarajlar tək pay qeyd olundu. Sökülməmiş qarajlar İsayev Zahid, Həşimova Nargilə, Topçiyev Vaqif, Nizamov Ağaqulu və Yusifov Firdovsiyə aiddir. Məhkəmə qətnaməsi ilə mübahisəli ərazidən çıxarılma ona aiddir. O, tikintinin davam etməyinə icazə vermirdi, çünki qarajların dəyərini ödəmirdilər və prosesi uzadırdılar. O, qarajın qabağında fundament işinin aparılmasına icazə vermirdi. Ondan sonra məhkəmə qərarı alaraq onu oradan uzaqlaşdırdılar. Nə o nə də adı çəkilən digər şəxslər qaraja maşınla daxil ola bilərdi və ya oradan istifadə edə bilərdi. O ərazi onun üstündədir, həmin 5 sot torpaq sərəncamla kooperativə məxsusdur. "xxxx" MMC-yə rəsmi olaraq 0.7 sot torpaq verilmişdir, "xxxx" MMC isə 1.2 sot yer zəbt etmişdir. Torpağın yiyəsi o yox, “Baksovet”-dir. 2014-cü ildə qeydiyyat orqanı bütün sənədləri, orderləri yoxlanyıb və nizamnamə təsdiq edilmişdir. Şirinovanın qarajını halhazırda söküblər. Ümumiyyətlə bütün qarajları söküblər. Burada 27 qaraj var, burada isə 6 qaraj var. Həmin 6 qaraj binanın altına düşür. 38.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, sökülmüş hasar hansısa sənəddə, çıxarışda yoxdur, hüquqi cəhətdən mövcud deyil, amma məhkəmə 1 ildən artıqdır ki, həmin hasarın bərpası ilə bağlı işə baxır. Sözügedən qarajlar İddiaçı balansında deyil. Biri var ki, bu qarajlar kooperativin balansında olsun, biri də var adıçəkilən 5 nəfərin hərəsinin 1 manat qoymağı ilə yaranmış birşey olsun. Onlar o qarajları 2-3 ay əvvəl sökdü, amma onlar sökənə kimi heç çıxarış ala bilməyəcəkdilər. Ali Məhkəmə tərəfindən apellyasiya instansiyasının araşdırmadığı halların olduğu göstərilib deyə bu məktub bugün təqdim olunur. Məhkəmə araşdırması gedən vaxt onlar o qarajları sökmüşlər. Çünkü onlar Memarlıq və Şəhərsalma İdarəsinə park layihəsi təqdim etmişdilər və həmin layihə təsdiqləndi və bugün orada park var. O sahə İddiaçı olub, sonra "xxxx" MTK-ya bina tikilməsi üçün verilmişdir. "xxxx" MTK kimin pulunu veribsə çıxardıb. Çıxardılmayan, pulu verilməyən 8 nəfər İddiaçı ilə üz-üzə gəlmişdir. Yekun məhkəmə qərarı da işi bu formada həll edir. Yerdə qalan 5 nəfər elə bunlar idi. Hər nə qədər İddiaçı ilə "xxxx" MTK bir-birilərinə qarşı mübarizə aparsalar da, sonradan sakinlər birləşib MMMC yaratdıqlarına görə artıq İddiaçı ilə "xxxx" MTK onlara qarşı birləşdilər Bina tikiləndə sökülən qarajlardan başqa yerdə qalan qarajların mübahisəsi elə Bakı Apellyasiya Məhkəməsində gedirdi. Yekun 2 qarajın yiyəsi yoxdur "xxxx" MTK həmin ərazidə mərasim evi tikməyə cəhd edilmişdi, sakinlər narazılıq edəndən sonra tikə bilmədilər. Həşimova Nargilə xanıma satmış, Nargilənin də məsələsini apellyasiya məhkəməsi həll etmişdir. Bir dəfə sərəncam çıxanda ümumi 13 nəfər oldu, 2014-cü ildə kooperativin nizamnaməsi təsdiqlənəndə 5 nəfər var idi, digər üzvlər yox idi. Nargilə məhkəmə qərarı ilə oradan uzaqlaşdırılmışdır. Onlar layihə təqdim etmiş, həmin layihəyə qiymət verirlər. Onların məsələni Bakı Şəhər İcra Hakimiyyəti də, Şəhərsalma və Arxitektura komitəsi də, Nizami Rayon İcra Hakimiyyəti də bilir. Ali Məhkəmə qərarında qeyd edir ki, kooperativin üzvləri olduğuna görə kooperativ iddia qaldıra bilər. Şirinova özü istəsə iddia qaldıra bilər, amma İddiaçı Qaraj Kooperativ onun adından iddia qaldıra bilməz, çünki Şirinova artıq kooperativin üzvü deyil. Nizamnamədə İddiaçı 5 üzvü olduğu qeyd olunmuşdur. Həmin üzvlərlə bağlı Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, İddiaçı yalnız öz üzvlərinin hüquqlarını qorumaq üçün subyektiv hüququ ola bilər. Həmin üzvlərlə bağlı məsələ Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həll olunub və onların heç bir hüququnun olmadığı qətnamə ilə sübuta yetirilmişdir. Eyni zamanda söhbət hasardan gedirsə, heç bir sənəddə və ya planda həmin hasar yoxdur. Sökülmüş hasarın yerində deyil, hasardan aralıdadır. Uşaq meydançası qarajların yerindədir, hasar da təxmini 10 metr aralıda - yolun qırağında idi. 39.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, bayaq adı çəkilən şəxslərdən biri X4 qarajı var idi, pulunu aldı və getdi. "xxxx" MTK gəlib orda mərasim evi tikmək istəyəndə onlar qarşı çıxdılar, onda heç Nizamov Ağaqulu orada deyildi. Sonradan həmin yerdə meyid tapıldı, narkomaniya yuvası olduğu bilindi. Bu məsələlər məhkəməyə düşəndə o qaraj sahiblərinin heç biri yox idi. X23 gəlmişdi, o da dedi ki, pulunu almışdır. "xxxx" MTK bunlara pulu hissəhissə ödəməyə başlamış və söküntü işlərinə başlamışdır. Orada qalan 4 qaraj axıra qalmış qarajlar idi. Qarajlardan biri Topçiyev Vaqifə məxsusdur, o da "xxxx" MMC-dən kompensasiya almışdır. Qalan qarajlar 2016-cı ildə çıxarılan qətnamədə adları qeyd olunan şəxslərin qarajları idi. Məhkəmə qərarı ilə həmin şəxslər oradan uzaqlaşdırılandan sonra "xxxx" MMC həmin şəxslərə 10 min-20 min dəyərində kompensasiya ödəmişdir. Orderlər özlərindədir. Əvvəl o parkın yerində mərasim evi tikiləcəkdi, onlar razı olmadı deyə park tikdilər. Həm İcra Hakimiyyətinin təyin etdiyi ekspertiza, həm də onların eksperti ərazinin eyni olduğunu təsdiqlədi. O qarajlar 10 il idir ki, istifadə olunmurdu, narkomaniya yuvasına çevrilmişdi. Buradakı hamı parka görə gəlib, amma qaraj sahibləri yoxdur. Olsa idilər, gələrdilər. 40.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3 bildimişdir ki, qarajların bir hissəsi 70 hektar Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış və "xxxx" MMC tərəfindən alınmış, yerində bina tikilmişdir. Digər hissələrlə bağlı gələcəkdə layihə planı tərtib olunacaq, hazırda heç bir iş görülməyib və razılıq əldə edilməmişdir. Ona maraqlı gələn "xxxx" MMMC-nin qarajlarla bağlı hansı subyektiv hüquqlara sahib olmasıdır. Qeyd edir ki, "xxxx" MTK "xxxx" MMC-nin nəzdində yaradılmışdır, hazırda fəaliyyəti ləğv edilməyib, dayandırılmışdır. "xxxx" MMMCnin "xxxx" MMC-yə birləşdirilməsi haqqında heç bir məhkəmə qərarı yoxdur. Gələcəkdə sərəncamdan irəli gələn hüquqlarla orada tikinti işləri aparmaq səlahiyyəti var. Ona görə də hesab edir ki, hasarın sökülməsi ilə bağlı məsələlər qanunsuz olaraq həyata keçirilən məsələlərdir. İcra vərəqəsində qeyd olunan məsələ sökülən qarajların binanın altına düşməsi məsələsidir. Təqribi 7 qaraj olmalıdır. Tikilən yerdə olmalıdır, yerdə qalan qarajlarla işi yoxdur. Sadəcə layihə kimi qalıb. Yerdə qalan qarajlarla bağlı "xxxx" MTK heç bir addım atmamışdır. Bildiyi qədərilə sərəncam ayrılmış sahəyə 13 qaraj düşür. Faktiki olaraq 33-ə yaxın qaraj olubdur. 33 qarajın hamısı ərazi daxilində olubdur. Faktiki 13 qarajdan söhbət gedir. 41.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 43.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 45.Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə xahişini, həmçinin kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən məcburi göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

46.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 47.14.2.1-ci və 14.2.2-ci qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 48.44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 49.45.1-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 50.48.1-ci maddəsinə əsasən, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 51.59.1-ci maddəsinə əsasən, hüquqi şəxs ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 52.59.2-ci maddəsinə əsasən, hüquqi şəxs təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə ləğv edilə bilər. 53.109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 54.109.2-ci maddəsinə əsasən, kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 55.109-1.1-ci maddəsinə əsasən, kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. 56.109-2.2-ci maddəsinə əsasən, kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət verdikləri nümayəndələri vasitəsilə təmsil olunmalıdırlar. 57.109-3-cü maddəsinə əsasən, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 58.110.1-ci maddəsinə əsasən, kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 59.112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 60.113.1-ci maddəsinə əsasən, kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 61.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

62. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 63.157.2 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 64.157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 65.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 66.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyinqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 67.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

69.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

70.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia, başqa maddi hüquq əsası ilə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 71.İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhər sovetinin icraiyyə komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” 29 oktyabr 1990cı il tarixli 7/362 saylı qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş Kooperativin idarə heyətinin xahişi icra olunmaqla: Fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə Kooperativin Nizamnaməsini qeydiyyata almaq və bu kooperativ üzvlərinin 7 nəfər olmaqla siyahısını təsdiq etmək Kooperativə tapşırılmışdır. 72.Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə isə, qeyd olunan ünvanda yerləşən Kooperativin idarə heyətinin xahişi nəzərə alınaraq həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 yeni üzvün qəbul edilməsi haqqındakı ümumi iclasın qərarının təsdiq edilməsi, Kooperativin siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir. 73.Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. 74.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, X5, X12 və X13 razılaşma yolu ilə dəyəri ödənilmiş üç ədəd qarajın sökülməsi və cavabdehlər X16, X15, X9, X8 və X7 həmin qarajlar olan ərazidən kənarlaşdırılması qət edilmişdir. 75.İddia tələbindən də görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə qarajların tikilməsi üçün Dövlət tərəfindən Kooperativə ayrılmış ərazidən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər də iddiaçı tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişlər. 76.İddianı rədd edən birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsinə istinad etməklə, iş üzrə iddiaçının dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilməsini, qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymasını tələb etmək, o cümlədən məhkəmədə bu barədə iddia qaldırmaq üzrə subyektiv hüququ, mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olmadığı üçün, yaranmamışdır. 77.Mübahisə ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Məhz üzvlərin konkret ehtiyacının təmin edilməsi məqsədilə yaradıldığı üçün kooperativlər istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. 78.Qeyd edilməlidir ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Belə ki, Mülki Məcəllənin kooperativdə idarəetmə qaydalarını tənzimləyən 111-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin maddədə ümumi yığıncağın müstəsna səlahiyyətləri də müəyyən edilmişdir ki, bunlardan biri də kooperativ üzvlərini qəbul etmək və çıxarmaqdır. Nəzərə alınmalıdır ki, kooperativ üzvlüyündən çıxarmadan fərqli olaraq üzvlükdən çıxma kooperativ üzvünün azad iradə ifadəsi kimi müəyyən edilmişdir. Bu, ilk növbədə, ictimai münasibətlərin, o cümlədən mülki münasibətlərin tənzimlənməsində təməl qayda və prinsipləri müəyyən edən Konstitusiyadan irəli gəlir. Həmçinin Mülki Məcəllənin kooperativ üzvlərinin hüquq və vəzifələrini müəyyən edən 109-4-cü maddəsi ilə kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq əsas hüquqlardan biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə də kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Nəticə etibarı ilə, Mülki Məcəllənin 5.3 və 560-cı maddələrinə uyğun olaraq, suiistifadə olunmaması şərtilə, kooperativ üzvləri kooperativdən azad şəkildə çıxmaq hüququna malikdirlər. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. 79.Hazırkı halda da müəyyən edilir ki, İddiaçı Qaraj Kooperativ, üzvlərinin sayı beşdən az olmayan, qarajlara olan tələbatının üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılmış, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmış, mövcudluğunu və fəaliyyətini qanunauyğun şəkildə davam etdirən hüquqi şəxsdir. 80.X1 “Kooperativin fəaliyyətinin məqsədi” başlıqlı 2-ci hissəsində göstərilmişdir ki, Kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların qaraj sahəsinə tələbatının təmin edilməsidir. Nizamnamənin 3.1-ci bəndinə görə Kooperativ müstəqil surətdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlaka sərəncam vermək hüquqlarına malikdir; 12.1-ci bəndində isə qeyd olunmuşdur ki, Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaiti) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. 81.Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən, iş üzrə tam araşdırma aparmadan, iddiaçının sonuncu dəfə xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş Kooperativ kimi fəaliyyətdə olan hüquqi şəxs olmasını nəzərə almadan və Mülki Məcəllənin Kooperativlər haqqında, kooperativdə üzvlüyə xitam verilməsi, üzvlüyündən çıxması barədə müddəalara istinad etmədən, Kooperativin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir 82.Halbuki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə, X5, X12 və X13 dəyəri razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi; cavabdehlər X16, X15, X9, X8 və X7 qarajlar olan ərazidən kənarlaşdırılması qət edilmişdir. 83.Həmin qətnaməyə əsasən müəyyən edilir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən qarajların sökülməsi üçün mövcud qanunvericilik əsasında vəsaitlərinin ödənilməsi həmin MMC-yə həvalə edilmişdir. Həmçinin eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsinin keçirdiyi baxış protokolu əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamına əsasən İddiaçı QTK-nın üzvlərinə qeyd edilən ünvanda ayrılmış 7 ədəd fərdi qaraj iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşir və mübahisəli qarajların yerləşdiyi sahə ilə üst-üstə düşürdü. 84.Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566- 67 məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə 0,7 ha torpaq sahəsinin verilməsi və həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməsi barədə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamında qeyd olunmuş qarajların 7 ədəd fərdi qaraja, yəni kooperativin üzvləri olan B.D.Şirinova, A.M.Əzimov, B.P.Hüseynov, E.Ş.Məmmədova, M.N.Əzimov, E.Ş.Namazova və A.İ.Malaninə aid olması müəyyən edilmişdir. 85.Məmməd Əzimov, Aydın Əzimov və Vladimir Hüseynova məxsus qarajların dəyərinin onlara ödənildiyi və həmin qarajların onların razılığa ilə sökülə biləcəyi müvafiq sübutlarla öz təsdiqini tapmışdır. Bununla belə digər qaraj sahibləri, yəni sərəncamda adları qeyd olunan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova məxsus qarajların dəyəri ödənilmədiyindən onlara münasibətdə iddia təmin edilməmiş, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən həmin qarajların digər şəxslərə verilməsi, ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan verildiyindən, başqa şəxsə verilməsi qanunsuz hesab edilmiş, qarajlar kooperativin üzvləri olan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova aidliyi, bu qarajların dəyərinin "xxxx" MMC tərəfindən ödənilmədiyi, hələ də Kooperativin balansında olduğu müəyyən edilmişdir. 86.Bundan başqa qətnamədə sadalanan qarajlara (MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşən məhz 7 ədəd fərdi qaraja) 5 nəfər cavabdehin aidliyi müəyyən edilmədiyindən onların həmin ərazidən kənarlaşdırılmaları qət edilmişdir. Halbuki nəzərə alınmalıdır ki, Kooperativin balansında 13 qaraj olmuşdur və qalan kooperativ üzvlərinə münasibətdə hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(103)-748/2016 nömrəli mülki iş üzrə cavabdeh qismində müstəqil hüquqi şəxs olan İddiaçı QK yox, məhz X16, X15, X9, X8 və X14 cəlb edilmişdir. Onlar QK-nın üzvlüyündə olsalar da, mülki işin araşdırmasında fiziki şəxs olaraq iştirak etmişlər. Beləliklə də İddiaçı QK-nin özünün mübahisəli ərazidən kənarlaşdırılması halı öz təsdiqini tapmamışdır. 87.Bundan başqa iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar (cild 2 i.v. 194) qəbul edilərkən izahatı alınmış "xxxx" MMMC-nin sədri Nümayəndə verdiyi izahatda Kooperativə məxsus 4 qarajın sökülməmiş qalmasını etiraf etmişdir. Məhkəmə iclasında Nümayəndə verdiyi izahata münasibət bildirməsi təklif olunsa da, o, bu məsələyə aydınlıq gətirə bilməmişdir. 88.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı hüquqi şəxs olaraq mövcuddur, "xxxx" MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşən fərdi qarajlardan ən azı ikisinin balansında olması aşkardır, onun hüquqi şəxs olaraq mübahisəli ərazidən kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(103)-748/2016 nömrəli mülki iş üzrə çıxarılmış 18 avqust 2016-cı il tarixli qətnaməsində hər hansı qeyd-şərt müəyyən edilməmişdir. Belə olan halda da iddianın QK-nin subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. Bu səbəbdən də iddiaçının cavabdehlər tərəfindən özbaşına hərəkətlərlə törədilən maneələrin aradan qaldırılması tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaçının subyektiv hüququ mövcuddur və cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində həmin hüququn pozulduğu müəyyən edilir. 89.Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 90.Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 91.Göründüyü kimi mülkiyyət hüququnun, habelə qanuni sahibliyin müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 92.İddiaçının iddia ərizəsində bildirdiyi faktiki hallara uyğun gələn qanuni əsasdan müəyyən edilir ki, o, neqator iddia vasitəsilə hüquqlarını qorumaq niyyətindədir. Neqator iddia mülkiyyətçinin (qanuni sahibin) ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Bu iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. 93.Beləliklə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi (qanuni sahib, səlahiyyətli şəxs) qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Belə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. 94.Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması birinci instansiya məhkəməsində işə baxılan zaman müəyyən edilə bilsə də, hazırkı halda nəzərə alınmalıdır ki, mövcud vəziyyətdə iddiaçının nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsi qeyri-mümkündür. 95.Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən edildiyi kimi hazırda bərpa olunması, həmçinin istifadəsinə maneələrin törədilməsinə qadağa qoyulması xahiş edilən daşınmaz əmlak məhv edilmişdir. Belə olan halda bu əmlakın əvvəlki vəziyyətinin (sökülmüş hasarın) cavabdehlər tərəfindən bərpa olunması mümkün deyildir. Belə ki, mülki hüquqlar və vəzifələri müəyyənləşdirən məhkəmə aktı icra oluna bilən olmalıdır. Halbuki hazırkı vəziyyətdə, yəni "xxxx" MMMC-nin tamamilə sökdüyü, üzərində uşaq meydançasını tikdirdiyi əmlakın cavabdehlər tərəfindən bərpa olunması, törədilən maneələrin aradan qaldırılması qeyri-mümkün olacaqdır. 96.Belə olan halda qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmasına baxmayaraq verdiyi iddia, mövcud vəziyyətdə istinad etdiyi qanuni əsasın dispozisiya şərtləri müəyyən edilmədiyindən rədd edilməlidir. 97.Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. 98.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). 99.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

100. Göstərlənlərdən aydın olur ki, yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

101. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

102. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-585/2023 nömrəli, 5 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar