Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5202/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Açar sözlər:(maddi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(008)-2063/2023 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı İB ilə abonent Əli Mahmudov arasında xx.xx.2021-ci il tarixində AKX-03342xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddiaçı İB-nın Bakı X7 Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. 2.İddiaçı İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvan üzrə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar İddiaçı İB-in əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövr üzrə mütəmadi olaraq cavabdeh Əli Mahmudovun barəsində məişət qazından sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə “təbii X3nın pozulması haqqında” aktlar tərtib edilmişdir (xx.xx.2015-ci il tarixli 089817 saylı akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli). Aktların heç biri cavabdeh Əli Mahmudov tərəfindən imzalanmamış, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözü qeyd edilmişdir. 3.“Təbii X3nın pozulması haqqında” İddiaçı İB tərəfindən tərtib edilmiş aktlara əsasən, xx.xx.2015ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, cəmi 9.491,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. 4.Əli Mahmudovun adına tərtib edilmiş abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********0000 sayla qeydiyyata alınmış abonent kodunun 2023-cü ilin dekabr ayına kimi 9.375,96 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı (bundan sonra iddiaçı və ya İstehsalat Birliyi) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 9.375,96 manat məbləğində zərərin və 113,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9.489,72 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, İstehsalat Birliyi ilə abonent Əli Mahmudov arasında xx.xx.2021-ci il tarixində AKX-0334272/10- 2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İstehsalat Birliyi abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İstehsalat Birliyinin Bakı X7 Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar iddiaçının əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, cəmi 9.491,50 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Abonent 172,80 manat zərərdən 132,14 manat ödəniş etmişdir. Cavabdehin 9.359,36 manat məbləğində Birliyə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş uçotu pozulmuş qaz sərfinin 2022-ci ilin aprel ayı üzrə 16,60 manat sərfiyyat borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin Saldo və Gazrep üzrə ümumi 9.375, manat təşkil etməkdədir. 7.Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, yalnız bir dəfə xx.xx.2020-ci il tarixdə kənar xəttə qanunsuz qoşulmuşdur. Elə məhz həmin aktın tərtib olunması zamanı çəkilmiş fotoşəkildəndə görünür ki, həmin ev onun evidir. Digər aktlardan onun məlumatı olmamışdır. 8.Cavabdeh eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır və faktiki olaraq elə həmin ünvanda da yaşayır. ünvan 4 ünvanında nə evi olub, nə də ki, həmin ünvanda yaşamışdır. xx.xx.2012-ci il tarixdə İstehsalat Birliyi tərəfindən ünvan 3 ünvanına onun iştirakı ilə küçədə G-4 İtron smart tipli, 1202AQ**********2 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana 1**********0000 № li abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” AKT tərtib edilməmiş və onunla iddiaçı İstehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 40 gün sonra, onun hesab koduna 479,70 manat qeyri-qanuni borc yazılmışdır. Bundan əlavə, hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanırdı və sayğacdan istifadə etmək olmurdu. xx.xx.2015ci il tarixdə, növbəti dəfə kart bloklandığı üçün, məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmuş və 3 həftədən sonra, xx.xx.2015-ci il tarixdə nəzarətçi İstehsalat Birliyinin əməkdaşları ilə birlikdə həmin ünvanda quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş və qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmışlar. Növbəti günü birliyə külli miqdarda ziyan vurduğuna görə, ona tətbiq olunmuş 200 manat cəriməni ödədikdən sonra həmin ünvanına qaz təchizatı bərpa olunmuşdur. xx.xx.2015-ci il tarixdə isə sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə 089817 № li AKT tərtib edilmiş, 1728 m3 itirilmiş qazın dəyəri 172,80 manat hesablanmış, lakin həmin AKT ona təqdim edilməmişdir. Bu hal yalnız bir dəfə baş vermişdir. Onun bir dəfə də olsun kənar xətdən istifadə etməyi, onun məsuliyyətini aradan qaldırmır. Belə ki, iddiaçı təbii qazdan sayğacdan kənar qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etmişdir. Qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoyulmuşdur. Lakin, iddiaçı qazın verilməsini dayandırmamışdır. Bu da o deməkdir ki, qaz xəttinə sayğacdan kənar qoşulma olmamış və iddiaçının qazın verilməsinin dayandırılması üçün heç bir əsas olmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq İstehsalat Birliyi tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan yenə də onun iştirakı olmadan M.Hüseynzadə küçəsi, döngə 8, ev 22 ünvanında quraşdırılmış 1202AQ**********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş sayğacın istismar müddətinin bitməsinə baxmayaraq həmin sayğac yenidən quraşdırılmış, plomb vurulmuş, “Qaz sayğacının çıxaırlması, quraşdırılması, istismarı haqqında “AKT tərtib edilməmiş və onunla İstehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2015-ci il tarixdə aşkar edilmiş sayğacdan kənar qaz xətti ləğv edildikdən sonra onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Əraziyə nəzarət edən İstehsalat Birliyinin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə edilmiş müdaxilə onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İstehsalat Birliyinin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarla elektron tablodakı göstəricilər İstehsalat Birliyinin bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Küçədə qurşadırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Aktlar birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o həmin aktları imzalamışdır. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. İddiaçı xx.xx.2020- ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə qədər müəyyən vaxtlarda onun iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmuş kənar xətti ləğv etdikdən sonra, yalnız qış aylarında 7 akt xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli,xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii X3nın pozulması haqqında” aktlar tərtib edilmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər onun hesab koduna 9.375,96 manat borc yaranmışdır. Həmçinin, qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi fotoşəkillərdən yalnız biri xx.xx.2015-ci il tarixdə çəkilmiş foto-video şəkildir. Təqdim edilmiş digər şəkillər onun ünvanına aid deyildir. Qeyd etmişdir ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izi qalır. Bu səbəbdən də müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli GASREP-dən məlum olur ki, o sərfiyyata uyğun olaraq xx.xx.2021-ci ilə qədər hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 6927 m3 qaz sərfiyyatına görə 1.249,30 manat ödəniş etmiş və qeyri-qanuni yüklənmiş 479,70 manat borca görə ondan 691,92 manat pul tutmuşdur. Belə ki, abonentin saldosunda xx.xx.2023-cü il tarixə qədər borc 5.213,16 manat qeyd edilsə də, iddiaçı ondan artıq pul almaq üçün xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edərək iddia ərizəsində 9.375,96 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçı tərəfindən tərtib edilmiş – xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarının ləğv edilməsi, həmin aktlardan irəli gələn 9.375,96 manat məbləğin onun hesab kodundan silinməsi,qeyri-qanuni borca görə tutulmuş 691,92 manatın ona qaytarılmasına dair qətnamə çıxarılması xahiş etmişdir. 9.Cavabdehin etiraz ərizəsi ilə məhkəmə iclası zamanı vermiş olduğu izahat arasında etiraf etmiş olduğu aktın fərqli olmasının səbəbini izah edərək bildirmişdir ki, etiraz ərizəsi onun tərəfindən tərtib edilməmişdir, o, yalnız xx.xx.2020-ci il tarixdə olan aktın doğruluğunu etiraf edir. 10.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e- 2(008)-2063/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Nilufər Cəfərli) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 623,86 manat dəymiş zərər, 16,60 manat debitor borcu və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 11.Birinci instansiya məhkəməsi ilk öncə idda tələbinin xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat borcun cavabdehdən iddiaçınının xeyrinə tutulması hissəsinə müanisbət bildirərək qeyd etmişdir ki, sözügedən akt mülki işin materiallarına əlavə edilmədiyindən iddia tələbi xx.xx.2015-ci il tarixli 089817 saylı aktə əsasən hesablanmış cərimənin tutulması hissəsində təmin edilə bilməz. 12.Məhkəmə iclasında müəyyən edilmişdir ki, İstehsalat Birliyi ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı hesab etmişdir. 13.Məhkəmə bu zaman, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almışdır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaratmışdır. 14.Məhkəmə hesab etmişdir ki, abonentin təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində cavabdehə yalnız onun etirafına uyğun olaraq xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7560 kubmetr olduğu müəyyən olunmuşdur. 7560 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alğı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 756 manat edir. 15.Məhkəmənin qənaətinə görə, qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbi 756 manat həcmində təmin edilməlidir. 16.Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında yazılmış cərimə məbləğindən 132,14 manat ödəniş etmişdir. 17.Belə olan halda məhkəmə hesab etmişdir ki, əsassız yazılmış cəriməyə görə cavabdeh tərəfindən ödənilmiş pul məbləği xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış cərimədən silinməli, yerdə qalan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. (756-132,14=623,86 manat) 18.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” 6.2-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci maddələrin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 19.Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Həmin aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərin əksəriyyətində koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, cavabdeh təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 22.Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İstehsalat Birliyinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, qətnamə qəbul edilərkən vacib əsaslar nəzərə alınmamışdır. Bazada akt mövcud olmadığına görə onlar aktı təqdim edə bilməyiblər. Vətəndaş bunu yalnız 2015-ci ildə etdiyini deyib. Yəqin ki, 2015-ci ildə aktın bazada olmadığını xəbər tutub və 2020-ci ildə ödəniş ödəyir. Aktların heç biri demək olar ki, araşdırılmayıb. Hər hansı bir ekspertiza keçirilmədən, aktlar araşdırılmadan, aktı imzalayan şəxslər məhkəməyə dəvət edilmədən yalnız cavabdehin ifadəsi əsasında məhkəmə iddianı qismən təmin etmişdir. Onlar hesab edir ki, aktların heç biri araşdırılmayıb və heç bir obyektivliyə yer verilməyib. Qaz dövlət əmlakıdır. Təbii qazdan əgər kimsə müqavilə əsasında istifadə edirsə, bunun dəyərini ödəməlidir. İşə qeyri-obyektiv baxdılmışdır. Vətəndaş özü etdiyini etiraf edir, lakin məhkəmənin fikrini yayındırmaq üçün 2015-ci ildə etdiyini bildirir. Bu səbəbdən də onlar iddia ərizəsində sübutları olan illəri - 2015-ci ildən sonrakı illəri tələb edir. Aktları təkzib edəcək əks sübutlar qarşı tərəfdə yoxdur. X9 İdarəsini bu işə cəlb edə bilərlər. Onun qarşısında şəxsin qazdan kənar xətt vasitəsilə istifadə etməsini və nə qədər istifadə etməsi barədə sorğu kimi qoya bilərlər. Çünki onlarda tələbnamələrdə qaz işlədicilər və onların işlətdiyi qazın gücü var. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilməyib. Təbii qazın istifadəsinə görə ödəniş istəyir, dəymiş zərərin ödənilməsini istəmirlər. Qaz sayğacı olub, sadəcə olaraq sayğacdan kənar götürüb istifadə ediblər. Onlar bununla bağlı tədbir görüblər. Sənədlərin içərisində də var ki, dəfələrlə qazı kəsiblər. İstehsalat Birliyi hər hansı istifadəçinin qazın qanunsuz istifadəsini gördükdə şəxsi nəzarətə götürür. Əgər birdə belə hadisə baş verərsə, qazın kəsilməsi barəsində kəsim aktı tərtib edilir və qazı kəsirlər. Dəymiş zərər 9.000 manatdır. Ödənişlərin hamısı orada göstərilib. Cavabdehin həm debitor borcu çox az idi, həm də ödənişləri az idi. Bu da şübhə doğuran haldır. Qaz sayğacının olmadığı dövrdə kənar xətdən istifadə edilib. 23.Apellyasiya məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə trasoloji ekspertiza təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/2179 saylı ekspert rəyinə əsasən, tədqiqata bir ədəd boz rəngli plastamasa oxşar materialdan hazırlanmış qaz sayğacı və boru təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş boruya, sayğaca adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməkliyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edildi. Bu zaman qeyd olunan borunun, sayağacın üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi və sayğacdan kənar qaz xətti aşkar edilmədi. 24.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-349/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehdən 623,86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilərək 756 manat dəymiş zərərin tutulması qət edilmişdir. 25.Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğu təsdiq edilmişdir. Həmin aktda abonent təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə etməsi və Akta əsasən İstehsalat Birliyinə 756 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. 26.Məhkəmə kollegiyası cavabdehdən 623,86 manat məbləğində pulun tutulması ilə bağlı nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli, 089817 saylı akt üzrə cavabdeh tərəfindən edilmiş ödəniş xx.xx.2020-ci il tarixli akt üzrə borcdan silinməli deyildi. Hazırıkı halda abonent Əli Mahmudovun xx.xx.2015-ci il tarixli, 089817 saylı aktın etibarsız hesab edilməsi, akt üzrə hesablanmış borcun silinməsi və ya edilmiş ödənişin geri qaytarılması ilə bağlı tələbi olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Əli Mahmudov tərəfindən edilmiş ödəniş xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcdan silinmişdir. 27.Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Əli Mahmudovdan 623,86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilməli, cavabdeh Əli Mahmudovdan iddiaçı İstehsalat Birliyinin xeyrinə 756 manat məbləğində pul tutulmalıdır. 28.Digər aktlara münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İstehsalat Birliyinin istinad etdiyi xx.xx.2015-ci il tarixli, 089817 saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, cavabdeh tərəfindən X3nın pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından və qanunvericiliyin normalarından belə qənaətə gəlmək olur ki, iddiaçının nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “X3”nın tələbləri pozulmuşdur. Akt yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Digər tərəfdən yoxlamanın qanunvericiliyin tələbinə uyğun keçirilməsi, aktın əsaslı olması barədə video-görüntülər və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir. 29.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sonuncu tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4147,20 manat məbləğində borc hesablanmışdır. 25 fevral 2022-ci il tarixli 486 VİQD nömrəli qanunla Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 8-1 hissə əlavə edilmişdir. 8-1-hissədə qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. 30.Məhkəmə kollegiyası qeyd etmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki halda isə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən cavabdehin qazın talanmasında təqsirli olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat 31.Apellyasiya instansiyası məhkəməsinin qətnamədən iddiaçı (vəkili-Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. 32.Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən İstehsalat Birliyinin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. Cavabdeh tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində İstehsalat Birliyi əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent hesabına onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, abonent saldosu və s) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Qeyd olunmalıdır ki, İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.İş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, cavabdeh tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçı təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin ödənilməsinə dair iddia tələbini əsassız olaraq tam təmin etməmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək cavabdeh tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.Bundan başqa, məhkəmə ekspert rəyinə istinad edərək şikayəti qismən təmin etmişdir. Trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşməninmövcud olduğu yerləri tədqiq etməmişdir. Cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir ki, qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də cavabdehin etirafı və fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin, həmçinin ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir.Göstərilənlərdən məlum olur ki, iddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, həmçinin də cavabdeh tərəfindən iddiaya etirazının əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir. 33.Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2024-cü il tarixli, 2(102)-2318/2024 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-349/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsinin qismən – iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə iddianın təmin edilməsi, həmçinin xx.xx.2015-ci il tarixli 089817 nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara münasibətdə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 34.Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İstehsalat Birliyi ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseymadə küçəsi, döngə 8-də yerləşən 22 saylı yaşayış evini təbii qazla təmin etmişdir. İstehsalat Birliyinin əməkdaşları tərəfindən cavabdehin ünvanı üzrə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar iddiaçı təşkilatın əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövr üzrə mütəmadi olaraq cavabdehin barəsində məişət qazından sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə “təbii X3nın pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023- cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat məbləğində İstehsalat Birliyinə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. Aktların heç biri cavabdeh tərəfindən imzalanmamış, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözü qeyd edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında göstərmişdir ki, qaz sayğacı smart sayğac olmuş və smart-kart vasitəsi ilə ödəniş etmişdir. Hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanmış və sayğacdan istifadə etmək olmamışdır. xx.xx.2015-ci il tarixdə, növbəti dəfə kart bloklandığı üçün, məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmuş və 3 həftədən sonra, xx.xx.2015-ci il tarixdə nəzarətçi İstehsalat Birliyinin əməkdaşları ilə birlikdə həmin ünvanda quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş və qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmışlar. Növbəti günü birliyə külli miqdarda ziyan vurduğuna görə, ona tətbiq olunmuş 200 manat cəriməni ödədikdən sonra onun ünvanına qaz təchizatı bərpa olunmuşdur. Həmçinin birinci insyansiya məhkəməsində cavabdeh yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etmiş, təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə etmişdir. Həmin akta əsasən İstehsalat Birliyinə 756 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. 35.İddiaçı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsini, bununla bağlı “Təbii X3nın pozulması haqqında” xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat məbləğində İstehsalat Birliyinə maddi zərərin dəyiməsini qeyd edərək, İstehsalat Birliyinə vurulmuş 9.375,96 manat məbləğində zərərin və 113,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9.489,72 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 36.Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini əsas götürərək həmin akta görə hesablanmış məbləğin 756 manat təşkil etməsini qeyd etsə də, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında yazılmış cərimə məbləğindən 132,14 manat ödəniş etməsini nəzərə alaraq həmin məbləği çıxdıqdan sonra cavabdehdən yalnız 623,86 manat pulun tutulması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehin xx.xx.2020-ci il tarixli aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini əsas götürsə də, cavabdehdən akt üzrə hesablanmış 756 manat məbləğində vəsaitin tutulmasını məqsədəuyğun hesab etmişdir. 37.Göründüyü kimi iddiaçı cavabdehin yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsinə əsaslanaraq aktlar tərtib etdiyini bildirmiş, məhkəmələr isə cavabdehin birinci instansiya məhkəməsində yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini əsas götürərək həmin akta görə hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə isə iddianın rədd edilməsi barədə nəticəyə gəlmişlər. 38.Kassasiya instansiya məhkəməsi ilk öncə qeyd edir ki, apellyasiya məhkəməsi xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə iddianın təmin etməsi, həmçinin xx.xx.2015-ci il tarixli 089817 nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara münasibətdə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda qeyd edilənlərin doğruluğunu birinci instansiya məhkəməsində təsdiq etməsi həmin akta münasibətdə iddianın təmin edilməsi üçün əsasdır. xx.xx.2015- ci il tarixli 089817 nömrəli akt iddia ərizəsinə əlavə edilmədiyindən, daha sonra da iş materiallarına əlavə edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, həmçinin tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən (MPM 77.1-ci maddəsi), qeyd olunan akta münasibətdə iddia təmin edilə bilməz. 39.Digər, xx.xx.2023-cü il tarixli ******* saylı akta münasibətdə isə qeyd olunmalıdır ki, cavabdehin istifadəsində olan sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı İstehsalat Birliyi daşımasına baxmayaraq, habelə cavabdeh tərəfindən qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən iddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini xx.xx.2023-cü il tarixli akta əsasən tələb etməkdə və həmin zərərin məbləğini abonentin saldosuna daxil etməkdə haqlı olmamışdır. Belə ki, ““Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən (həmin maddə 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir) “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir ki, həmin maddədə göstərilmişdir ki, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir....” 40.Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların tərtib edilməsi ilə bağlı işin hallarının nəzərə alınmaması barədə dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. 41.Məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsinin - işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğu təsdiq edildiyindən, yalnız həmin akta əsasən hesablanmış borcun silinməli olması - ilə bağlı əsaslandırması ilə razılaşmır. Çünki apellyasiya məhkəməsi cavabdehin iddia ərizəsinə qarşı verdiyi yazılı etirazını və məhkəmə iclasında verdiyi izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 42.Apellyasiya instansiya məhkəməsi işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini qəbul edərkən, yuxarıda qeyd olunan 5 aktın da həmin akta oxşar qaydada tərtib edilməsini, həmin aktların bir ay fasilə ilə ardıcıl olaraq tərtib edilməsini, qeyd olunan aktların da cavabdeh tərəfindən imzalanmamasını, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözünün qeyd edilməsini diqqətdən qaçırmış, bu halın cavabdehin əslində müntəzəm olaraq sayğacdan kənar qaz xəttindən istifadə etməsinə dəlalət edib-etməməsini aydınlaşdırmamış, cavabdehin iddiaya qarşı verdiyi yazılı etirazında əvvəllər də məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmasını etiraf etməsini digər sübutlarla, o cümlədən abonent saldosu ilə qarşılıqlı şəkildə yoxlayıb qiymətləndirməmişdir. 43.Halbuki abonent saldosuna diqqət yetirdikdə 2015-ci ildən sonra sayğac göstəricisi üzrə təbii qazdan istifadənin həcminin əvvəlki illərə münasibətdə xeyli iki dəfədən çox azalması, istifadənin həcminin yalnız 2020-ci ildən sonra (aktların tərtibindən sonra) artması və 2021-ci ildə 2015-ci ildən əvvəlki illərlə eyni səviyyəyə çatması müşahidə olunur ki, bu da cavabdehin müntəzəm olaraq təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə etirafının həqiqəti əks etdirməsi barədə ehtimal irəli sürməyə əsas verir. Apellyasiya instansiya məhkəməsi isə qeyd olunan halları yoxlamamış, həmin ehtimalın reallığı əks-etdirib etdirməməsi ilə bağlı işin hallarını araşdırmamışdır. 44.Bundan başqa apellyasiya instansiya məhkəməsi mülki işə əlavə olunmuş, İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” Aktlara əlavə edilmiş fotoşəkilləri ətraflı araşdırmamış, o cümlədən foto şəkillərdə qeyd olunan ünvanın cavabdehin istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını etiraf etməsi ilə bağlı onun mövqeyinə Azərbaycan Respublikasının MPM-in 88 və 106.3-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. 45.Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq haqqında gəldiyi nəticə tam və əsaslı deyildir. 46.Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları qeyd olunan hissədə tam araşdırılmamış, MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmiş, həmin hissədə mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. 47.Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını yuxarıda qeyd olunan hissədə ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları 48.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 49.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 50.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 51.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 52.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 53.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 54.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 55.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. 56.Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 57.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xəttidərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. 58.Maddə 13.9. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”:
59. 1.3.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
60. 4.2.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
61. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
62. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
63. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
64. 4.9.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
65. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 66.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 67.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 68.Maddələr 385.1.2, 385.1.4.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 69.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 70.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
71.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 72.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
73.İşin faktiki halları ondan ibarətdir ki, İstehsalat Birliyi ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseymadə küçəsi, döngə 8-də yerləşən 22 saylı yaşayış evini təbii qazla təmin etmişdir. İstehsalat Birliyinin əməkdaşları tərəfindən cavabdehin ünvanı üzrə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar iddiaçı təşkilatın əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövr üzrə mütəmadi olaraq cavabdehin barəsində məişət qazından sayğacdan kənar qeyriqanuni istifadə edilməsi barədə “təbii X3nın pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat məbləğində İstehsalat Birliyinə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. Aktların heç biri cavabdeh tərəfindən imzalanmamış, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözü qeyd edilmişdir. 74.İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında göstərmişdir ki, qaz sayğacı smart sayğac olmuş və smart-kart vasitəsi ilə ödəniş etmişdir. Hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanmış və sayğacdan istifadə etmək olmamışdır. xx.xx.2015-ci il tarixdə, növbəti dəfə kart bloklandığı üçün, məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmuş və 3 həftədən sonra, xx.xx.2015-ci il tarixdə nəzarətçi İstehsalat Birliyinin əməkdaşları ilə birlikdə həmin ünvanda quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş və qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmışlar. Növbəti günü birliyə külli miqdarda ziyan vurduğuna görə, ona tətbiq olunmuş 200 manat cəriməni ödədikdən sonra onun ünvanına qaz təchizatı bərpa olunmuşdur. Həmçinin birinci insyansiya məhkəməsində cavabdeh yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etmiş, təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə etmişdir. Həmin akta əsasən İstehsalat Birliyinə 756 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. 75.Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini qəbul edərkən, yuxarıda qeyd olunan 5 aktın da həmin akta oxşar qaydada tərtib edilməsini, həmin aktların bir ay fasilə ilə ardıcıl olaraq tərtib edilməsini, qeyd olunan aktların da cavabdeh tərəfindən imzalanmamasını, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözünün qeyd edilməsini diqqətdən qaçırmış, bu halın cavabdehin əslində müntəzəm olaraq sayğacdan kənar qaz xəttindən istifadə etməsinə dəlalət edib-etməməsini aydınlaşdırmamış, cavabdehin iddiaya qarşı verdiyi yazılı etirazında əvvəllər də məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmasını etiraf etməsini digər sübutlarla, o cümlədən abonent saldosu ilə qarşılıqlı şəkildə yoxlayıb qiymətləndirməmişdir. 76.Halbuki abonent saldosuna diqqət yetirdikdə 2015-ci ildən sonra sayğac göstəricisi üzrə təbii qazdan istifadənin həcminin əvvəlki illərə münasibətdə xeyli iki dəfədən çox azalması, istifadənin həcminin yalnız 2020-ci ildən sonra (aktların tərtibindən sonra) artması və 2021-ci ildə 2015-ci ildən əvvəlki illərlə eyni səviyyəyə çatması müşahidə olunur ki, bu da cavabdehin müntəzəm olaraq təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə etirafının həqiqəti əks etdirməsi barədə ehtimal irəli sürməyə əsas verir. Apellyasiya instansiya məhkəməsi isə qeyd olunan halları yoxlamamış, həmin ehtimalın reallığı əks-etdirib etdirməməsi ilə bağlı işin hallarını araşdırmamışdır. 77.Kollegiya qeyd edir ki, MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 78.Apellyasiya baxışının predmetində qalan xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020ci il tarixli ******* saylı akt, xx.xx.2021-ci il tarixli ******* saylı akt, xx.xx.2021-ci il tarixli ******* saylı akt və xx.xx.2021-ci il tarixli ******* saylı aktlarla abonent saldosu müqayisəli şəkildə təhlil edilərkən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlar üzrə sərfiyyat sonraki illərə nisbətən az olmuşdur. 79.Mübahisələndirilən digər aktlar- xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar abonent saldosu ilə birlikdə təhlil edilərkən görünür ki, qaz sərfiyyatı 2020-ci ilə nisbətən artmış, 2015-ci ildən əvvəlki illərlə eyni səviyyəyə çatmışdır. 80.Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktların tərtib olunduğu tarixlər üzrə qaz sərfiyyatında əhəmiyyətli dərəcədə azalmanın müşahidə olunmasını nəzərə alaraq qeyd edir ki, həmin aktlar əsasında hesablanmış borc qanuni və əsaslı hesab edilməlidir. 81.Kollegiya hesab edir ki, məhkəmə xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlara münasibətdə iddianı rədd edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir. 82.Belə ki, Abonent saldosuna diqqət yetirdikdə 2015-ci ildən sonra sayğac göstəricisi üzrə təbii qazdan istifadənin həcminin əvvəlki illərə münasibətdə xeyli iki dəfədən çox azalması, istifadənin həcminin yalnız 2020-ci ildən sonra (aktların tərtibindən sonra) artması və 2021-ci ildə 2015-ci ildən əvvəlki illərlə eyni səviyyəyə çatması müşahidə olunur ki, bu da cavabdehin müntəzəm olaraq təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə etirafının inandırıcı olmasını deməyə əsas verir. 83.Eyni zamanda o da nəzərə alınmalıdır ki, xx.xx.2020-ci il tarixli akt üzrə cavabdehin sayğacdan kənar qaz xəttinə qoşulması işin mübahisəsiz halıdır. 84.Belə olan halda kollegiya hesab edir ki, istifadənin həcminin yalnız 2020-ci ildən sonra (aktların tərtibindən sonra) artması və 2021-ci ildə 2015-ci ildən əvvəlki illərlə eyni səviyyəyə çatması halı nəzərə alınmaqla xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar qanuni hesab edilməli, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 2.656,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 85.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(008)-2063/2023 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan-xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlarla bağlı iddianın təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmin edilməli, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 2.656,80 manat olmaqla cəmi 2952 manat borc Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulmalı, qətnamə apellyasiya baxışının predmetində qalan digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 86.Digər aktlara münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, aktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Belə ki, işin hallarından və qanunvericiliyin normalarından belə qənaətə gəlmək olur ki, iddiaçının nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “X3”nın tələbləri pozulmuşdur. Akt yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. 87.Digər tərəfdən kollegiya qeyd edir ki, “X3”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən digər aktlarla bağlı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 88.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 89.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 90.Kollegiya qeyd edir ki, təbii X3nın pozulması barədə xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi iddiaçıya aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə əvvəlki apellyasiya məhkəməsində keçirilmiş ekspert rəyinə əsasən qoşulma izləri aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi foto şəkillərə münasibətdə isə kollegiya qeyd edir ki, həmin foto şəkillər cavabdeh tərəfindən hansı ünvanda çəkilməsi, həmin foto şəkilin iddiaçının yaşadığı ünvana aid olması ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə də, həmin aktlar mötəbər sübut kimi qəbul oluna bilməz. 91.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissədə iddianın qiyməti 4415,5 manat olmaqla, 5000 manatdan aşağı olduğundan MPM-in 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 92.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(008)-2063/2023 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan-xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlarla bağlı iddianın təmin edilməyən hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qeyd olunan hissədə təmin edilsin. xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 2.656,80 manat olmaqla cəmi 2952 (iki min doqquz yüz əlli iki) manat borc Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamə apellyasiya baxışının predmetində qalan digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov