Məhkəmə qərarları › İş №2(103)-5204/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5204/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5204/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı Ağası oğlu və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Bank VTB (Azərbycan)” ASC-yə qarşı “kredit müqaviləsi və əlavə razılaşmaların mübahisələndirilməsi”, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 246/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh “Bank VTB (Azərbycan)” ASC-yə qarşı “kredit müqaviləsi və əlavə razılaşmaların mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə bağladığı 18 yanvar 2016-cı il tarixli əlavə razılaşmaların və ona aid edilmiş ödəniş cədvəllərinin, 14 sentyabr 2018-ci il tarixli əlavə razılaşmaların və onlara aid edilmiş ödəniş cədvəllərinin ləğv edilməsi, 04 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən Cavabdeh ASCyə əsas borcu və faiz borcu hesabına müqavilə bağlandığı andan borclu olduğu 23.883,13 ABŞ dolları məbləğində vəsaitin 21.138,49 ABŞ dollarını həmin banka ödəməsi, (23.883,13 – 21.138,49 = 2.744,64 ABŞ dolları) bu hesabla banka cəmi əsas borc və faiz borcu ilə birlikdə 2.744,64 ABŞ dolları borclu olması, 04 sentyabr 2013-cü il tarixli ilkin müqavilənin 2 nəfərdən ibarət zaminlik müqavilələri ilə təmin olunmasının göstərilmələrinə görə və həmin zaminlər kreditor qarşısında müvəkkili ilə birlikdə müştərək qaydada məsuliyyət daşımalı olduqlarından borclu qaldığı 2.744,64 ABŞ dolları məbləğinin zaminlər və onun arasında müştərək və bərabər qaydada bölünərək ona düşən 914,88 ABŞ dolları məbləğində vəsaitin həmin banka borclu olması, 2015-ci ilin fevral və dekabr aylarında devalivasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına nisbətdə həddində artıq qalxması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan vətəndaşlarına edilmiş humanistliyi, bununla əlaqədar imzalanmış Fərmanın və ağır maddi vəziyyətinin nəzərə alınaraq banka borclu qaldığı 2.744,64 ABŞ dolları məbləğinin faiz hissəsinin silinməsi, Cavabdeh ASC-nin təqsiri üzündən ona dəymiş 2.823,41 ABŞ dolları məbləğində real zərərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 339.1, 339.2, 339.3, 339.4 və 339.5-ci maddələrinin tələblərinə əsasən həmin bank tərəfindən ona ödənilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun, müdafiəçi ilə bağladığı müqavilənin dəyəri olan 310 manat pulun bankdan alınıb ona ödənilməsi, eləcə də məhkəmə məsrəflərinin Cavabdeh ASCdən tutulması, banka ödədiyi 1.015 manat sığorta haqqının, həmçinin bankın ona verdiyi 15.740 ABŞ dollarından komissiya haqqı kimi tutulan 662,42 ABŞ dolları məbləğinin bankdan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3944/2020 saylı 17 sentyabr 2020-ci il tarixli qərardadından görünür ki, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi və əlavə razılaşmaların mübahisələndirilməsi” tələbinə dair 2(006)-1994/2020 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli, 116762-1-8560 saylı “Avtomobil krediti” müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 18.01.2016-cı il tarixli 01 saylı və 14.09.2018-ci il tarixli 02 saylı Razılaşmalara əsasən 09.06.2020-ci il tarixə Banka borclu olduğu 5.436,98 (beş min dörd yüz otuz altı dollar, doxsan səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 343,44 (üç yüz qırx üç dollar, qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 152,29 (bir yüz əlli iki dollar, iyirmi doqquz sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 5.932,71 (beş min doqquz yüz otuz iki dollar, yetmiş bir sent) ABŞ dolları pul məbləğinin və 30 (otuz) manat məhkəmə üçün dövlət rüsumunun İddiaçı Cavabdeh ASCnin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 05.09.2013-cü il tarixində Bakı şəhərində fəaliyyət göstərən Cavabdeh ASC ilə həmin tarixli 116762-18560 nömrəli illik 18% hesabı ilə 60 ay müddətinə 15.740 ABŞ dolları məbləğində pul vəsaitinin alınması barədə “Avtomobil krediti müqaviləsi” imzalamışdır. Həmin tarixdə bank ilə onun arasında 116762 nömrəli X3 və 116762-16- 1210088 nömrəli “İpoteka Müqaviləsi (Avtomobil)” imzalanmışdır. Bu müqavilələr əsasında müqavilələrin tərkib hissəsi olan tarixsiz, ilkin “əlavə nömrə -1 ödəniş cədvəli”nə əsasən İddiaçı 04.10.2013-cü il tarixdən başlayaraq 30.12.2013-cü il tarixə qədər qeyd edilən banka 1612 ABŞ dolları, 04.02.2014-cü il tarixdən 30.12.2014-cü il tarixə kimi vaxtlı-vaxtında 4836 ABŞ dolları, cəmi 2013-2014-cü illər ərzində 6448 ABŞ dolları kredit vəsaiti ödəmişdir. İddiaçı bankdan götürdüyü əsas kredit borcunun 15.740 ABŞ dolları olduğunu, bu kreditdən 2013-2014-cü illər ərzində 6448 ABŞ dolları kredit vəsaiti ödədiyi (15.740- 6.448=9.292 USD) nəzərə alınaraq bu halda onun banka əsas borcunun məbləği 9292 ABŞ dolları təşkil edir ki, belə bir vəziyyətdə İddiaçı 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada əsas kredit borcu 9.292 ABŞ dollarından ibarət olmuşdur. İddiaçı “Avtomobil krediti müqaviləsi”nə əsasən öz öhdəliyini heç bir gecikdirmə, cərimə, peniyaya məruz qalmadan icra etməsinə baxmayaraq, həmin bank tərəfindən 18 yanvar 2016-cı il tarixdə İddiaçı bağladıqları ilkin müqavilənin bəndlərinin dəyişdirilməsi, bəzi maddələrinin ləğv edilməsi, cüzi bir hissəsinin öz qüvvəsində saxlanması barədə əlavə razılaşdırmalar və ödəniş cədvəlləri hazırlamaları və bu razılaşmalara və ödəniş cədvəlinə onun imza etməsi bildirilmişdir. İddiaçı bank işçilərinə, bu əlavə razılaşmanın nə ilə əlaqədar olduğu, nə məqsədlə ilkin müqavilənin dəyişdirildiyi və bir çox maddələrinin ləğv edildiyi ilə bağlı sual vermiş və demişdir ki, həmin müqaviləni və ödəniş cədvəlini oxumasını yaxud özlərinin oxumasını, müqavilənin dəyişdirilməsinin zaminlərlə də razılaşdırılmalı olduğunu bildirmiş, əks halda bu məsələ zaminlərlə razılaşdırılmadan etibarsız hesab olunacaqdır. Bank işçiləri isə müqavilənin həm İddiaçı, həm də zaminlərin xeyrinə olduğunu, zaminlərlə bunun artıq razılaşdırıldığını bildirərək, əgər İddiaçı əlavə razılaşmaya və ödəniş cədvəlinə imza etmədiyi halda avtomobilin üzərinə həbs qoyularaq əlindən alınacağı ilə hədələmişlər. İddiaçı razılaşmanı oxuduqdan sonra ona faydalı olduğu təqdirdə imza edəcəyinə israr etsə də, bunun heç bir faydası olmamışdır. Bank əməkdaşları hakimiyyətdən sui-istifadə edərək razılaşmanı və ödəniş cədvəlini oxumaq üçün İddiaçı vermədən avtomobilini əlindən alacaqları hədə-qorxusu ilə və aldatma yolu ilə həmin razılaşma və ödəniş cədvəlinə ona zorla imza etdirmişlər. İddiaçı bankla ilkin müqaviləni bağlayarkən əməkdaşlar İddiaçı iki nəfər zamin tələb etdikdə sonuncu zamin tapmaqda çətinlik çəkəcəyini bildirdikdə, bank işçiləri özləri müqavilənin 2 nəfərlik zaminlik müqavilələri ilə və ipoteka müqaviləsi ilə təmin edəcəklərini bildirmişlər. Bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri müqavilənin 2.5-ci maddəsinə əsasən 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı '“İpoteka Müqaviləsi (Avtomobil)” və zaminlik müqavilələri ilə təmin edilmişdir. İddiaçı bankla müqavilə bağlamazdan əvvəl avtomobili bank vasitəsi ilə ona verən avtomobil şirkətinə 2086 ABŞ dolları məbləğində ilkin ödəniş, bankın özünə 1015 manat sığorta haqqı və 662,42 ABŞ dolları komissiya haqqı ödəmiş və bankdan ona müqavilə ilə götürəcəyi 15.740 ABŞ dolları əvəzinə 15.077,58 ABŞ dolları nağd pul vəsaiti verilmişdir. Həmçinin İddiaçı götürdüyü 15.740 ABŞ dolları əsas borcun üzərinə bank tərəfindən illik 18% hesabı ilə 8.143,13 ABŞ dolları faiz əlavə olunmuşdur ki, bu hesabla onun banka müqaviləni bağladığı andan əsas və faiz borcu 23.883,13 ABŞ dolları olmuşdur. Bank 18 yanvar 2016-cı il tarixdə İddiaçı hədəqorxu, təzyiq və aldatma yolu ilə əlavə razılaşmaya zorla imza etdirməklə törətdiyi hərəkətlərini 14 sentyabr 2018-ci il tarixdə yenidən təkrarlayaraq yenə hədəqorxu, hakimiyyətdən sui-istifadə, təzyiq və aldatma yolu ilə, yenə avtomobilini əlindən alacaqları ilə hədələyərək İddiaçı gözləmədiyi halda banka çağırıb əvvəlcədən tərtib edib hazırlamış olduqları 14 sentyabr 2018-ci il tarixli “avtomobil krediti müqaviləsi”nə dəyişlik və əlavələr edilməsi, (avtomobil) ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə yenə İddiaçı oxunmadan, məzmunu və məqsədi izah edilmədən, yenidən avtomobilini əlimdən alacaqları ilə hədələyərək 2 ədəd 14.09.2018-ci il tarixli hər ikisinin nömrəsi 02 saylı olan əlavə razılaşmalara və əlavə ödəniş cədvəllərinə əvvəlki kimi zorla imza etdirmişlər. Bu dəfə də İddiaçı bildirmişlər ki, bu əlavə razılaşmalar həm onun, həm də zaminlərin xeyrinədir. Əfsuslar olsun ki, bu belə olmadı. İddiaçı 30 dekabr 2019-cu ildə "xxxx" ASC-dən aldığı arayışı tədqiq edərkən anlamışdır ki, yuxarıda göstərilən 2016-2018-ci illərdə hədə qorxu və aldatma, hakimiyyətdən sui-istifadə etməklə zorla imza etdirilmiş əlavə razılaşmalar və ödəniş cədvəlləri ilə bank tərəfindən İddiaçı “Bank maxinasiyası” qaydasında tələ qurulmuş, bununla da 23.883,13 ABŞ dolları əsas və faiz borcundan 21.138,49 ABŞ dolları vəsaiti banka ödədiyinə, onun banka cəmi 2.744,64 ABŞ dolları borcum qalmasına baxmayaraq, bank İddiaçı üzərində 5.568,05 ABŞ dolları qalıq borc saxlamaqla kobud qanun pozuntularına və insani qəddarlığa yol vermişdir. Hazırda bank İddiaçı qanunsuz olaraq 5.568,05 ABŞ dolları tələb edir. İddiaçı 18 yanvar 2016-cı il - 14 sentyabr 2018-ci il tarixli razılaşmaların etibarsız və qanunsuz olduğunu, bu razılaşmaların ona hakimiyyətdən sui-istifadə, hədə-qorxu, aldatma, təzyiq və avtomaşını əlindən alınacağı hədəsi ilə imzalatdırıldığını, "xxxx" ASCdən aldığı 30 dekabr 2019-cu il tarixli arayışı tədqiq edərkən və elə həmin vaxtda da müdafiəçi ilə görüşərkən bu mübahisə ilə bağlı avtomaşınının əlindən alına bilməyəcəyini öyrənmişdir. Bütün bunlara görə də mühahisələndirdiyi məsələlərin həlli, təsvir edilən əlavə razılaşmaların ləğvi, ilkin müqavilənin 2 nəfər zaminlə təmin olunmasının göstərilməsinə baxmayaraq hazırda bank tərəfindən müqavilədə zaminlərin mövcud olmadığını bildirilməsi zəminində ilkin müqavilənin də ləğv edilərək qeyd edilən əlavə razılaşmaların bağlanması nəticəsində İddiaçı dəymiş xeyli miqdarda əhəmiyyətli dərəcədə zərər qanunvericiliyə əsasən bankın təqsiri üzündən vurulduğundan İddiaçı dəymiş zərərin bank tərəfindən ona ödənilməsi təmin olunmalıdır. İddiaçı Cavabdeh ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli, 116762-1-8560 saylı “Avtomobil krediti” müqaviləsinə əsasən İddiaçı illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 15.740 (on beş min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı mülkiyyətində olan “Seat İbiza minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili 05.09.2013-cü il tarixli, 116762-16-12188 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı “Avtomobil krediti müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 18.01.2016-cı il tarixli Razılaşmaya əsasən İddiaçı 18.01.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 10489 ABŞ dolları məbləğində olan borcu illik 18 faiz hesablanması şərti ilə 32 ay müddətinə uzadılmışdır. Eyni zamanda “Avtomobil krediti müqavilələri”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı “İpoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı 18.01.2016-cı il tarixli Razılaşma bağlanmışdır. Bank ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı “Avtomobil krediti müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı 14.09.2018-ci il tarixli Razılaşmaya əsasən İddiaçı 14.09.2018-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 8.518,50 ABŞ dolları məbləğində olan borcu illik 8 faiz hesablanması şərti ilə 36 ay müddətinə uzadılmışdır. Eyni zamanda “Avtomobil Krediti Müqavilələri”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı “İpoteka Müqaviləsi”nə dəyişiklik edilməsi barədə 02 saylı 14.09.2018-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini 19.12.2019-cu il tarixdən lazımınca icra etməmiş və nəticəsində cavabdehin Banka 5.436,98 ABŞ dolları məbləğində əsas borc, 343,44 ABŞ dolları məbləğində faiz borcu, 152,29 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 5932,71 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən İddiaçı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa bank ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-246/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Bank VTB (Azərbycan)” ASC-yə qarşı onunla Cavabdeh ASC arasında bağlanmış 05.09.2013-cü il tarixli ilkin avtomobil kredit müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, X3nin, həmin müqavilələrə dair ödəniş cədvəllərinin, avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 18.01.2016-cı il tarixli 01 saylı, avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 14.09.2018-ci il tarixli, 02 saylı və bu razılaşmalara dair ödəniş cədvəllərinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh ASCnin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli, 116762-1-8560 saylı “Avtomobil krediti” müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 18.01.2016-cı il tarixli 01 saylı və 14.09.2018-ci il tarixli 02 saylı Razılaşmalara əsasən 5.436,98 ABŞ dolları məbləğində əsas borc, 118 ABŞ dolları məbləğində faiz borcu, 152,29 ABŞ dolları məbləğində cərimə borcu cəmi 5.707,27 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı alınaraq “Bank VTB (Azərbaycan)ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 10.000 manat müəyyən edilməsi, tutmanın “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan)ASC-yə ödənilməsi, Cavabdeh ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manatın İddiaçı alınaraq Cavabdeh ASC-yə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 245 manatın İddiaçı alınaraq dövlət nəfinə köçürülməsi, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Günay Abidova). Daha sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-246/2021 saylı, 15.03.2021-ci il tarixli əlavə qətnamə qəbul edərək, ipoteka predmeti olan “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunan məbləğin qətnamə ilə təmin edilən məbləğdən artıq olduğu təqdirdə, əldə edilən vəsaitin qalıq hissəsinin cavabdeh İddiaçı qaytarılmasını qət etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini xahiş etmişdir Apellyasiya şikayətləri və dəlilləri: Bank VTB ACS apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 03 mart 2021-ci il tarixli 2(006)-246/2021 nömrəli qətnamə mahiyyəti üzrə düzgün olsa da, bütün faktiki halların aydınlaşdırılmaması, Bankın hüquqlarının məhdudlaşdırması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, aşağıda göstərilmiş əsaslar üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və iddia həmin hissədə tam təmin edilməli, həmçinin ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, yenidən müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.06.2020-ci il tarixli 9/229 nömrəli ekspert rəyinə əsasən cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, həmin ekspert rəyində cavabdehin 27 fevral 2020-ci il tarixə olan faiz borcu müəyyən edilmişdir, iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin iddia ərizəsində isə cavabdehin 09 iyun 2020-ci il tarixə olan faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmin tarixlər arasında olan müddət fərqini, həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitmədiyini nəzərə alsaq. "Bank VTB (Azərbaycan)" ASC-nin İddiaçı qarşı irəli sürdüyü tələbin faiz borcu hissəsində əsaslı olduğunu müəyyən etmək mümkündür. Yuxanda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri ümumiyyətlə nəzərə almamış, araşdırmamış və iş materiallarında olan sübutlara düzgün qiymət verməyərək, həmin hissədə səhv nəticəyə gəlmişdir. Həmçinin hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan daşınar əmlakın ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, birinci instansiyası məhkəməsi qətnaməsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2021-ci il tarixli 9/6046 nömrəli ekspert rəyinə istinad edərək, belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olan "Seat İbiza minik" markalı, ag rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan 90-SH- 349 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 10.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq mümkün deyil. Belə ki, həmin ekspert rəyindən görünür ki, sözügedən avtomobil ekspertiza tədqiqatına təqdim edilməmiş, bu səbəbdən ekspertiza obyektinə baxıs keçirilməmiş və faktiki olaraq avtomobilin hazırda istismar nəticəsində hansı vəziyyətdə olması müəyyən edilməmişdir. Buna görə də, ekspert ekspertiza tədqiqatına təqdim olunmayan "Seat İbiza" markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin likvid dəyərini təxminən 10.000 (on min) manat müəyyən etmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, açıq hərraca çıxarılacaq ipoteka predmetinin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi ilə müəyyən edilmiş real satış (likvid) qiyməti deyil, ekspert rəyi ilə təxmini müəvvən edilmiş likvid qiymətidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 05.09.2013-cü il tarixində Bakı şəhərində fəaliyyət göstərən Cavabdeh ASC ilə həmin tarixli 116762-18560 nömrəli illik 18% hesabı ilə 60 ay müddətinə 15.740 ABŞ dolları məbləğində pul vəsaitinin alınması barədə “Avtomobil krediti müqaviləsi" imzalamışdır. Həmin tarixdə bank ilə onun arasında 116762 nömrəli X3 və 116762-16-1210088 nömrəli “İpoteka Müqaviləsi (Avtomobil)” imzalanmışdır. Bu müqavilələr əsasında müqavilələrin tərkib hissəsi olan tarixsiz, ilkin “əlavə nömrə -1 ödəniş cədvəlinə əsasən İddiaçı 04.10.2013-cü il tarixdən başlayaraq 30.12.2013-cü il tarixə qədər qeyd edilən banka 1612 ABŞ dolları, 04.02.2014-cü il tarixdən 30.12.2014-cü il tarixə kimi vaxtlı-vaxtında 4836 ABŞ dolları, cəmi 2013-2014-cü illər ərzində 6448 ABŞ dolları kredit vəsaiti ödəmişdir. İddiaçı bankdan götürdüyü əsas kredit borcunun 15.740 ABŞ dolları olduğunu, bu kreditdən 2013-2014-cü illər ərzində 6448 ABŞ dolları kredit vəsaiti ödədiyi (15.740-6.448=9.292 USD) nəzərə alınaraq bu halda onun banka əsas borcunun məbləği 9292 ABŞ dolları təşkil edir ki, belə bir vəziyyətdə onun 2015-ci ilin fevral ayının 21nə xarici valyutada əsas kredit borcu 9.292 ABŞ dollarından ibarət olmuşdur. İddiaçı “Avtomobil krediti müqaviləsrnə əsasən öz öhdəliyini heç bir gecikdirmə, cərimə, peniyaya məruz qalmadan icra etməsinə baxmayaraq, həmin bank tərəfindən 18 yanvar 2016-cı il tarixdə ona bağladıqları ilkin müqavilənin bəndlərinin dəyişdirilməsi, bəzi maddələrinin ləğv edilməsi, cüzi bir hissəsinin öz qüvvəsində saxlanması barədə əlavə razılaşdırmalar və ödəniş cədvəlləri hazırlamaları və bu razılaşmalara və ödəniş cədvəlinə mənim imza etməsi bildirilmişdir. İddiaçı bank işçilərinə, bu əlavə razılaşmanın nə ilə əlaqədar olduğu, nə məqsədlə ilkin müqavilənin dəyişdirildiyi və bir çox maddələrinin ləğv edildiyi ilə bağlı sual vermiş və demişdir ki, həmin müqaviləni və ödəniş cədvəlini oxumasını yaxud özlərinin oxumasını, müqavilənin dəyişdirilməsinin zaminlərlə də razılaşdırılmalı olduğunu bildirmiş, əks halda bu məsələ zaminlərlə razılaşdırılmadan etibarsız hesab olunacaqdır. Bank işçiləri isə müqavilənin həm İddiaçı, həm də zaminlərin xeyrinə olduğunu, zaminlərlə bunun artıq razılaşdırıldığını bildirərək, əgər onun əlavə razılaşmaya və ödəniş cədvəlinə imza etmədiyi halda avtomobilin üzərinə həbs qoyularaq əlindən alınacağı ilə hədələmişlər. İddiaçı razılaşmanı oxuduqdan sonra ona faydalı olduğu təqdirdə imza edəcəyinə israr etsə də, bunun heç bir faydası olmamışdır. Bank əməkdaşları hakimiyyətdən sui-istifadə edərək razılaşmanı və ödəniş cədvəlini oxumaq üçün İddiaçı vermədən avtomobilini əlindən alacaqları hədə-qorxusu ilə və aldatma yolu ilə həmin razılaşma və ödəniş cədvəlinə ona zorla imza etdirmişlər. İddiaçı bankla ilkin müqaviləni bağlayarkən əməkdaşlar ondan iki nəfər zamin tələb etdikdə sonuncu zamin tapmaqda çətinlik çəkəcəyini bildirdikdə, bank işçiləri özləri müqavilənin 2 nəfərlik zaminlik müqavilələri ilə və ipoteka müqaviləsi ilə təmin edəcəklərini bildirmişlər. Bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri müqavilənin 2.5-ci maddəsinə əsasən 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı '“İpoteka Müqaviləsi (Avtomobil)” və zaminlik müqavilələri ilə təmin edilmişdir. İddiaçı bankla müqavilə bağlamazdan əvvəl avtomobili bank vasitəsi ilə ona verən avtomobil şirkətinə 2086 ABŞ dolları məbləğində ilkin ödəniş, bankın özünə 1015 manat sığorta haqqı və 662,42 ABŞ dolları komissiya haqqı ödəmiş və bankdan ona müqavilə ilə götürəcəyi 15.740 ABŞ dolları əvəzinə 15.077,58 ABŞ dolları nağd pul vəsaiti verilmişdir. Həmçinin onun götürdüyü 15.740 ABŞ dolları əsas borcun üzərinə bank tərəfindən illik 18% hesabı ilə 8.143,13 ABŞ dolları faiz əlavə olunmuşdur ki, bu hesabla onun banka müqaviləni bağladığı andan əsas və faiz borcu 23.883,13 ABŞ dolları olmuşdur. Bank 18 yanvar 2016-cı il tarixdə İddiaçı hədə-qorxu, təzyiq və aldatma yolu ilə əlavə razılaşmaya zorla imza etdirməklə törətdiyi hərəkətlərini 14 sentyabr 2018-ci il tarixdə yenidən təkrarlayaraq yenə hədə-qorxu, hakimiyyətdən sui-istifadə, təzyiq və aldatma yolu ilə, yenə avtomobilini ‘əlindən alacaqları ilə hədələyərək ona gözləmədiyi halda banka çağırıb əvvəlcədən tərtib edib hazırlamış olduqları 14 sentyabr 2018-ci il tarixli “avtomobil krediti nuiqaviləs”nə dəyişlik və əlavələr edilməsi, (avtomobil) ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə yenə ona oxunmadan, məzmunu və məqsədi izah edilmədən, yenidən avtomobilini əlindən alacaqları ilə hədələyərək 2 ədəd 14.09.2018-ci il tarixli hər ikisinin nömrəsi 02 saylı olan əlavə razılaşmalara və əlavə ödəniş cədvəllərinə əvvəlki kimi zorla imza etdirmişlər. Bu dəfə də İddiaçı bildirmişlər ki, bu əlavə razılaşmalar həm onun, həm də zaminlərin xeyrinədir. Əfsuslar olsun ki, bu belə olmadı. İddiaçı 30 dekabr 2019-cj ildə "xxxx" ASC-dən aldığı arayışı tədqiq edərkən anlamışdır ki, yuxarıda göstərilən 2016-2018-ci illərdə hədə qorxu və aldatma, hakimiyyətdən sui-istifadə etməklə zorla imza etdirilmiş əlavə razılaşmalar və ödəniş cədvəlləri ilə bank tərəfindən ona “Bank maxinasiyası” qaydasında tələ qurulmuş, bununla da 23.883,13 ABŞ dolları əsas və faiz borcundan 21.138,49 ABŞ dolları vəsaiti banka ödədiyinə, onun banka cəmi 2.744,64 ABŞ dolları borcunun qalmasına baxmayaraq, bank onun üzərində 5.568,05 ABŞ dolları qalıq borc saxlamaqla kobud qanun pozuntularına və insani qəddarlığa yol vermişdir. Hazırda bank İddiaçı qanunsuz olaraq 5.568,05 ABŞ dolları tələb edir. İddiaçı 18 yanvar 2016-cı il - 14 sentyabr 2018-ci il tarixli razılaşmaların etibarsız və qanunsuz olduğunu, bu razılaşmaların ona hakimiyyətdən sui-istifadə, hədə-qorxu, aldatma, təzyiq və avtomaşını əlindən alınacağı hədəsi ilə imzalatdırıldığını, "xxxx" ASC-dən aldığı 30 dekabr 2019-cu il tarixli arayışı tədqiq edərkən və elə həmin vaxtda da müdafiəçi ilə görüşərkən bu mübahisə ilə bağlı avtomaşınının əlindən alına bilməyəcəyini öyrənmişdir. Bütün bunlara görə də mühahisələndirdiyi məsələlərin həlli, təsvir edilən əlavə razılaşmaların ləğvi, ilkin müqavilənin 2 nəfər zaminlə təmin olunmasının göstərilməsinə baxmayaraq hazırda bank tərəfindən müqavilədə zaminlərin mövcud olmadığını bildirilinəsi zəminində ilkin müqavilənin də ləğv edilərək qeyd edilən əlavə razılaşmaların bağlanması nəticəsində İddiaçı dəymiş xeyli miqdarda əhəmiyyətli dərəcədə zərər qanunvericiliyə əsasən bankın təqsiri üzündən vurulduğundan ona dəymiş zərərin bank tərəfindən ödənilməsi təmin olunmalıdır. Göründüyü kimi Nəsimi rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qanunsuzdur, məhkəmə iş üzrə müəyyən olunmuş bütün hüquqi faktlara qiymət verməməklə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Məhkəmə işi sadəcə cavabdehin hüquqlarını kobud pozan iddiaçının xeyrinə həll etmişdir. Odur ki, birinci məhkəməsinin instansiyasının qətnaməsi rayon məhkəməsinin qaydasında ləğv edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən “Bank VTB“ ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, mülki işin materiallarında olan 05.09.2013-cü il tarixli 116762 saylı “X3”ndən görünür ki, bu Müqavilə Bank hesabın açılması üçün tələb olunan sənədlər əsasında Müştəriyə cari hesab açmağı, açılmış hesaba pul vəsaitini daxil etməyi, hesab üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə hesab vasitəsi ilə əməliyyatların aparılması üzrə Bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı “Avtomobil Krediti Müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh ASC tərəfindən illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 15.740 (on beş min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında 32-33-cü səhifələrdə olan 05.09.2013-cü il tarixli 116762-1- 8560 saylı kredit müqaviləsinə 1 №-li Əlavədən müəyyən edilir ki, qeyd edilən müqavilə üzrə İddiaçı 07.10.2013cü il tarixindən 05.09.2018-ci il tarixinə kimi hər ay 402,65 manat pulu Cavabdeh ASC-yə ödəməliydi. Mülki işin materiallarında olan 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı “avtomobil krediti müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 18.01.2016-cı il tarixli 01 saylı razılaşmadan görünür ki, kredit alan İddiaçı Cavabdeh ASC-yə 18.01.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 10.489,00 ABŞ dolları məbləğdə müəyyən edilir. Razılaşma imzalandığı tarixdən İddiaçı kredit məbləğini kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada 32 ay müddəti ərzində istifadə etməyi və 05.09.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 18% ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı “avtomobil krediti müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 14.09.2018-ci il tarixli 02 saylı razılaşmadan görünür ki, kredit alan İddiaçı Cavabdeh ASC-yə 14.09.2018-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 8.518,50 ABŞ dolları məbləğdə müəyyən edilir. Razılaşma imzalandığı tarixdən İddiaçı kredit məbləğini kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və 14.09.2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 8% ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı “İpoteka müqaviləsi (Avtomobil)” müqaviləsinə dəyişiklik edilməsi barədə 14.09.2018-ci il tarixli 02 saylı razılaşmadan görünür ki, bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər Bankla Kredit alan arasında bağlanmış 05.09.2013-cü il tarixli 116762-1-8560 kredit müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmalarından irəli gələn Bankın Kredit alana qarşı olan qanunverciliklə müəyyən edilmiş bütün tələbləridir. Kredit müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmalara əsasən, Kredit alan Bank tərəfindən verilmiş 8518,50 ABŞ dolları məbləğində krediti 36 ay müddətinə qaytarmağı və həmin kredit üzrə illik 8% ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə və ondan əmələ gələn onun tərkib hissəsi hesab olunan Razılaşmalara əsasən ümumi kreditin məbləği 8620,58 ABŞ dolları məbləğdə təşkil edir. Mülki işin materiallarında olan arayışdan (İ cild, səhifə 70) görünür ki, İddiaçı 116762-1-8560/2 saylı, 14.09.2018-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə 13.12.2019-cu il tarixinə 5.436,98 ABŞ dolları əsas, 131,07 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5568,05 ABŞ dolları məbləğində borcu vardır. Mülki işin materiallarında olan arayışdan (İİ cild, səhifə 30) görünür ki, İddiaçı 116762-1-8560/2 saylı, 14.09.2018-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə 09.06.2020-ci il tarixinə 5.436,98 ABŞ dolları əsas, 343,44 ABŞ dolları faiz borcu, 152,29 cərimə borcu olmaqla, cəmi 5.932,71 ABŞ dolları məbləğində borcu vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1994/2020 saylı 27.02.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Hüquqi dəyərləndirmə: Mülki işin materiallarında olan birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/229 saylı 01 iyun 2020-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materillarında olan hesabdan çıxarış məlumatları və 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı 27.02.2020-ci il tarixinə Cavabdeh ASC-yə olan borcu 5.562,87 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.444,31 ABŞ dolları, faiz borcu üzrə 118,56 ABŞ dolları (ekspertiza tədqiqatının dəyəri 145 manatdır). Qeyd edilir ki, 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən İddiaçı cərimə borcu hesablanmadı. Kollegiya İddiaçı iddia tələbinə və apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan“əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Belə ki İddiaçı son dərəcə əlverişsiz şərtlərlə, bank tərəfindən edilən hədə-qorxu, təzyiq və aldatma yolu ilə əqdin bağlanmasını bildirsə də, bu iddiasına dair halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması faktının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya İddiaçı tərəfindən verilmiş iddia tələbinə münasibətdə hesab edir ki, qeyd edilən hallara əsasən iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh ASC-nin iddia tələbinə və apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı 5436,98 ABŞ dolları məbləğində əsas borc, 343,44 ABŞ dolları məbləğində faiz borcu, 152,29 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə isə 5932,71 ABŞ dolları pul məbləğinin ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/229 saylı 01 iyun 2020-ci il tarixli ekspert rəyinə əsaslanaraq İddiaçı Cavabdeh ASC-yə olan borcunun 5444,31 ABŞ dolları əsas borc, 118,56 ABŞ dolları faiz borcu olmasını qət etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının tələb etdiyi 5436,98 ABŞ dolları məbləğində əsas borcun, ekspert rəyində göstərilən 5444,31 ABŞ dolları məbləğində əsas borcdan az olmasını, ekspert rəyində göstərilən 118,56 ABŞ dolları məbləğinin bank tərəfindən iddia edilən 343,44 ABŞ dolları məbləğindən az olmasını nəzərə almışdır. Kollegiya faiz borcu hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, faiz borcu hissəsində Bankın apellyasiya şikayətinin dəlili əsaslıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iş üzrə ekspertiza keçirildikdən sonra Bank tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət 01.07.2020-ci il tarixində tərtib edilib və İddiaçı 09.06.2020-ci il tarixə olan borcunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, faiz borcunun məbləği sonradan verilən iddiaya əsasən hesablanmış məbləğ üzrə, yəni 343.44 ABŞ dolları məbləğində ödənilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində göstərilmişdir ki, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 6.1-ci maddəsində göstərilmişdir ki, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Həmin Qanununun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarında olan 05.09.2013-cü il tarixli 116762-16-12188 saylı “İpoteka Müqaviləsi”ndən” görünür ki, 05.09.2013-cü il tarixli 116762-1-8560 saylı “Avtomobil Krediti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılışlı “Seat İbiza minik” markalı 90-SH349 dövlət qeydiyyat nişanlı avtomobili 05.09.2013-cü il tarixli, 116762-16-12188 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş və avtomobilin dəyəri 18518 (cild-1, səh.25 müqavilənin 3.5-ci bəndi) manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinə münasibətdə kollegiya hesab edir ki, Bankın apellyasiya şikayəti əsaslıdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmənin 2(103)-5204/2021 saylı, 11.06.2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X2 Mərkəzi” MMC-nin 30.09.2021-ci il tarixində məhkəməyə daxil olmuş rəyinə əsasən, ipoteka predmeti olan “Seat İbiza” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar dəyəri 11450 manat, likvid dəyəri isə 9800 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti dəyişdirilərək, mütəxəssis rəyində müəyyən olunmuş likvid dəyərə əsasən, yəni 9800 manat məbləğində müəyyən edilməlidir. Kollegiya sadalanan xüsusatları nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İddiaçı tərəfindən Bankın xeyrinə 343.44 ABŞ dolları məbləğində faiz borcu tutulmalı, ipoteka predmeti olan “Seat İbiza” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış (likvid) qiyməti 9800 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş faiz məbləğinin artırılmasını və ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin mütəxəssis rəyinə əsasən dəyişdirilərək 9800 manat müəyyən edilməsini işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 246/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi faiz borcu və ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 05.09.2013-cü il tarixli, 116762-1-8560 saylı “Avtomobil krediti” müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 18.01.2016cı il tarixli 01 saylı və 14.09.2018-ci il tarixli 02 saylı Razılaşmalara əsasən 343.44 (üç yüz qırx üç manat qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilsin. İpoteka ilə yüklü edilmiş “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 9.800 (doqquz min səkkiz yüz) manat müəyyən edilsin. Mütəxəssis rəyinin verilməsi üçün müəyyən edilmiş 200 (iki yüz) manat İddiaçı tutularaq “X2 Mərkəzi” MMC-nin xeyrinə ödənilsin (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Paşa Bank ASC, kod 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************). Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar