Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5206/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, üçüncü şəxs X5 və Cavabdeh1 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 (X5 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcunun tutulması, tutmanın **-MG-*** dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilə yönəldilməsini, həmin avtomobilin açıq hərracda satılaraq tələb edilən borcun satışdan əldə edilmiş pul hesabına ödənilməsi, habelə cavabdehlərdən 113 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları faiz və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanıİddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 112 №-li Kredit Müqaviləsi (iş.səh.12),İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 113 №-li Kredit Müqaviləsi (səh.25),İddiaçı1 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi (səh.29), xx.xx.2019-cu il tarixli, 13690 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert rəyi (səh.108), xx.xx.2020-ci il tarixli 22282 saylı ekspert rəyi (səh.122) sübut kimi tədqiq edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015- ci il tarixli 112 №-li Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti Cavabdeh1 tutulub iddiaçı ləğv prosesində olan İddiaçı1ASC-nin ləğvedicisi X1 hesabına köçürülməsi, ödəmə İddiaçı1 ASC ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 №-li İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobilə yönəldilməsi, həmin avtomobil satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı1 ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 №-li Kredit Müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan İddiaçı1ASC-nin ləğvedicisi X1 hesabına köçürülməsi, İddiaçı1 ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 müştərək qaydada tutulubİddiaçı1 ASC -nin hesabına köçürülməsi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh X6 qətnamədən apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 55,57, 192, 220, 372.1, 372.2, 372.7, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarının 6-cı maddəsinə istinadən qeyd edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı Əli Rahmani ilə ailə həyatı qurmuşdur. Hal-hazırda birlikdə yaşayır və birgə təsərrüfat aparır. Hazırkı mülki iş üzrə ipoteka predmeti olan 535 BMW markali 90MG323 dövlət qeydiyyat nömrəli minik avtomobil cavabdehlərdən biri Cavabdeh1 mülkiyyət hüququ ilə məxsusdur. Əvvəlcədən tanıdıqları digər cavabdeh X10 oglu qaynatası Cavabdeh1 məxsus 535 BMW markali 90MG323 dövlət qeydiyyat nömrəli minik avtomobili qaynatasının 18000 ABŞ dollarına satmaq istədiyini bildirdikdə həmin avtomobili almaq istədiklərini ona bildirdilər. X11 ilə birlikdə nəğd şəkildə 18000 ABŞ dollarının 8000 ABŞ dollarını İddiaçı2 xx.xx.2015 ci il tarixində vermiş, qalan 10000 ABŞ dollarını isə avtomobilin mülkiyyətçisi Cavabdeh1 İddiaçı1 ASC-nə kredit borcunun əvəzi olaraq 2 il ərzində ödəməyi İddiaçı2la raılaşmışıblar. Onlar İddiaçı2 8000 ABŞ dolları verdikdən sonra, avtomobilin sənədləşmə işlərini həyata keçirmək üçün adıçəkilən bankın ofisinə gediblər. Bankda məlum oldu ki, kredit müqaviləsi üzrə Cavabdeh1 gecikməsi olduğundan həmin gecikmə ilə əlaqədar bank ona 3000 ABŞ dolları məbləğində cərimə təyin etmişdir. Onlar həmin cərimənin 2500 ABŞ dolları hissəsini ödəməyə razılaşır, yerdə qalan hissəsini isə İddiaçı2 və qaynatası Cavabdeh1 ödəməli idi. onlar yerindəcə 2500 ABŞ dolları ödəmə etsələr də Əli Cebrayllov sabah gelib ödəyəcəyin desə də o pulu hal-hazıradək ödəməyib. Bank tərəfindən Cavabdeh1 112 saylı kredit müqaviləsi üzrə ödənişlərinin onların tərəfindən həyata keçiriləcəyini bildikdən sonra bizə, yəni o və X11yə ödəniş qrafiki verdilər və bildirdilər ki, faiz daxil 2 il ərzində 10000 ABŞ dolları ödəniş etsəniz kredit üzrə ödənişlər tamamlanar və avtomobil ipotekdan azad olunar. Sonradan Azərbaycan manatının ikinci devalvasiyasından sonra banka ödənişlərdə problem yaranmasin deyə İddiaçı1 onlarla faizlərin endirilməsi barədə razılaşdı və borclu ilə yeni illik 16% olmaqla 3 ilik kredit müqaviləsi bağladı. Bundan sonra o və X11 hər ay İddiaçı1a 350 dollar ödəməyə başladılar ve nəticəde 3 ilden sonra yəni, 2018 ci ildə biz axırıncı ödənişi həyata keçirmək üçün onun ipotekadan azad olması barədə sənədləri və avtomobilə məxsus digər sənədləri bankın rəsmisindən tələb etdikdə, orada bildirdilər ki, əlavə 14000 ABŞ dolları da ödəməlisiniz. Bunun səbəbini soruşduqda Bankdan bildirdilər ki, borclu Cavabdeh1 adma bankda iki ayrı- ayrı, xx.xx.2015-ci il tarixli, 112 saylı və 113 saylı kredit müqavilələri vardır və həmin 112 saylı müqavilə üzrə Cavabdeh1 məxsus 2007-ci il buraxılışlı 90 MG- 323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil ipotekaya qoyulub, 113 saylı kredit isə zaminlik müqaviləsi ilə yüklüdür. Eyni zamanda söylədilər ki, bizim iki il ərzində ödədikləri həm 112 saylı, həm də 113 saylı kredit müqavilələrinin əsas və faiz borclarına sərf edilmişdir. İddiaçı2la yalnız avtomobilin ipotekada olduğu 112 saylı kredit müqaviləsi üzrə ödəniş etməyi razılaşdıqlarını bildirsələr də və həmin müqavilə üzrə bütün ödənişləri etdikləri və avtomobili ipotekdan çıxmalarını xahiş etsələr də onlara əhəmiyyət vermədilər. Onlara Cavabdeh1 adına eyni bankda iki müqaviləsinin olduğundan xəbəri olmamışdır. 3 il ərzində ödədikləri 10000 ABŞ dollarından artıq məbləğ xəbərləri olmadan 112 və 113 saylı kredit müqavilələri üzrə borcların ödənilməsinə sərf edlib. Həm İddiaçı2, həm də bank tərəfindən aldadılmışlar. Cavabdeh1 adına eyni bankda iki müqaviləsinin olduğundan xəbərilər olmamışdır. Onların 3 il ərzində ödədikləri 10000 ABŞ dollarından artıq məbləğ xəbərləri olmadan 112 və 113 saylı kredit müqavilələri üzrə borcların ödənilməsinə sərf edlib. Bundan sonra biz İddiaçı2 əməlində dələduzluq faktının olması şikayəti ilə müvafiq polis orqanlarına müraciət etdikdən sonra Daili İşlər Nazirliyi Başı şəhər Baş Polis İdarəsinin müvafiq araşdırmasından sonra Cavabdeh1 avtomobilin idarə edilməsi ilə bağlı Əli Rəhmaniyə yeni, 07.08.201-cu il tarixli etibarnamə verdi. Hal-hazırda da avtomobil Əli Rəhmaninin istifadəsindədir. Qeyd edir ki, bütün yuxarıda qeyd etdiklərini istər hakim Ülviyyə Şükürovanın sədrlik etdiyi iclasda, istərsə də İlkin Rüstəmlinin sədrlik etdiyi xx.xx.2020-ci il tarixli iclasda bildirsə də izahatı qətnamədə öz əksini tapmayıb. eyni zamanda banka 3 il ərzində Cavabdeh1 kredit borcuna görə ödədiyi 10000 ABŞ dollarına aid ödəniş qəbzlərini də məhkəməyə sübut qismində təqdim etmişdir. Həmin qəbzlərdə də göstərilib ki, onların yəni o və X11 tərəfindən Cavabdeh1 kredit müqavilələri üzrə 10000 ABŞ dollarından artıq məbləğ ödənilib. Həmin qəbzlər əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilsə də və xx.xx.2020-ci il tarixli, 22282 nömrəli rəy verilsə də, qəbzlərin özü və ödənişin kim tərəfindən həyata keçirilməsi barədə qətnamədə heç bir qeyd aparılmayıb. Onun yuxarıdakı izhatını iş üzrə cavabdeh İddiaçı2 da öz izahatında təsdiq etsə də onun izahatı da qətnamədə öz əksini tapmayıb. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh1 kürəkəni İddiaçı2 avtomobil aldıqlarını, həmin şəxsin avtomobilin qiymətinin 18000 dollar olduğunu bildirdiyini, 8000 dollar ona ödəniş ediləcəyini, 10000 dollar isə banka ödəniş etməli olduqlarını bildirdiyini, elə də etdiklərini, bundan sonra bankda Cavabdeh1 kredit borcu olduğu və 3000 dollar cəriməsinin olduğu müəyyən edildiyini, banka ödəniş etdikcə digər borcdan çıxıldığının müəyyən edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 alqı-satqının keçmiş kürəkəni ilə həyata keçirildiyini, avtomobilin hüquqi cəhətdən onun mülkiyyətində olduğunu və etibarnamə vasitəsilə satıldığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X2, cavabdehlər İddiaçı2 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269- 270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri tərəflər arasında olan müqavilə münasibətlərinə aid olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5206/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5206/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver