Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-521/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2806/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı "xxxx" ASC-nin ABB-nin Nizami filialı ilə cavabdehlər Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi, zamin X6 arasında zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 60 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla 112000 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada iddiaçının xeyrinə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat borcun, 116,62 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla, 11200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla və zamin X6 arasında xx.xx.2018-ci il tarixli, BPM**********73 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. xx.xx.2018-ci il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 8028.56 manat, faiz borcu üzrə 1632.93 manat, cəmi 9661.49 manat borc məbləği mövcuddur. Cavabdeh X6 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı əsas borclu olan Cavabdeh2 heç bir bildiriş və xəbərdarlıq məktubu göndərmədən, eləcə də onun niyə görə kredit borcunu ödəməməsini, işləyib-işləməməsini və ya pensiya alıb-almamasını müəyyən etmədən aylıq kredit borcunu ona yönəltmişdir. Hesab edir ki, Cavabdeh2 iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə zamini olsa da, iddiaçı tərəfindən yuxarıda qeyd etdiyi hallar müəyyən olunmadığından onun kredit borcu üzrə birgə məsuliyyət daşımamalıdır. Çünki, kredit borcu ödəmək vəzifəsi 1-ci növbədə həmin krediti götürmüş borclunun üzərinə düşür. Əgər onun borcu ödəmək imkanının olmaması sübut olunarsa, bu halda borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair" 4 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki,"Subsidiar (birgə) məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). İddia ərizəsindən görünür ki, mübahisə predmeti olan kredit müqavilə üzrə əsas borclu olan Cavabdeh2 kredit borcunu ödəməməsinin səbəbləri və həmin borcu ödəməkdən imtina edib-etməməsi barədə heç bir rəsmi sübut yoxdur. Bundan başqa iddiaçı ona heç bir xəbərdarlıq bildirişi göndərmədən, aylıq kredit borcunu ona yönəltmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2806/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada iddiaçının xeyrinə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 (doqquz min altı yüz altmış bir manat 49 qəpik) manat borc, 116,62 (bir yüz on altı manat 62 qəpik) manat dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 472.1, 472.2, 739.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, iş materialları ilə Cavabdeh2 banka xx.xx.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsi üzrə banka 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat məbləğində borcunun qalması, digər cavabdeh X3 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə kreditor qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunduğundan və müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən, iddia tələbi təmin edilərək, həmin borc məbləği cavabdehlərdən müştərək qaydada tularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 442-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir, məhkəmə həmin maddəni ona dair münasibətdə səhv tətbiq etmişdir. Belə ki, iddiaçı tərəfindən ondan 2020-ci ilin mart ayına qədər kredit faizi tutulmuş, mart ayında isə kredit faizini terminal vasitəsi ilə iddiaçının hesabına köçürdükdən sonra həmin vəsait naməlum səbəblərdən iddiaçının hesabına oturmamışdır. Bununla bağlı Cavabdeh2 tərəfindən "xxxx"ASC-nə müraciət olunmuş, lakin bank bu hala münasibət bildirmədən və ona heç bir məlumat vermədən kartını bloklamışdır. Sonra isə oğlu erməni əsirliyindən azad edildikdən sonra, onun xəstəlikləri ilə bağlı müalicəsinə maddi vəsait xərclədiyindən, iddiaçıya olan aylıq kredit faizini ödəmək iqtidarında olmamışdır. İddiaçı isə 90 gündən artıq müddətdə faiz borcunu ödəmədiyi halda faizləri dayandırmamışdır, onun bu hərəkətsizliyi isə Milli Bankın xx.xx.2000-ci il tarixli qərarına ziddir. Belə ki, həmin Qərar ilə təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”-ın 2.2-ci maddəsinə görə kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kredit təşkilatları kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırmalıdır. Xətai Rayon məhkəməsində bu mülki işə baxılarkən, Cavabdeh2 iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə onun etirazını nəzərə almamış, ekspertiza təyin etməmiş və bu barədə qətnamədə heç nə göstərməmişdir. Halbuki, ekspert 2018-ci ildə Mərkəzi bankın müəyyən etdiyi uçot dərəcəsini əsas tutmaqla iddiaçının onunla bağladığı kredit müqaviləsindəki illik uçotu məhz Mərkəzi bankın həmin il müəyyən etdiyi uçot dərəcəsinə müvafiq (yəni 11%-lə) hesablamalı idi. Həmçinin 2018-ci ilin iyun ayından sonra (90 gündən artıq faiz borcu ödənilmədiyinə görə) iddiaçı tərəfindən faizlərin tutulması nəzərə alınmamalıdır. Məhkəmə tərəfindən iddiaçının kredit müqaviləsi bağlayarkən onu aldatması, müqavilədə şişirdilmiş illik uçot dərəcəsi ilə onu yükləməsi nəzərə alınmamış, həmçinin iddiaçıya səbəbi göstərilməklə 90 gün müddətində aylıq kredit borcu ödəmədiyi halda iddiaçının faizləri dayandırmaması və onun bu hərəkətinin Milli Bankın xx.xx.2000-ci il tarixli qərarına zidd olması müəyyən edilməmişdir. Halbuki, həmin qərarda göstərilir ki, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kredit təşkilatları kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırmalıdır, ona görə də məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına qəti uyğun gəlmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçı "xxxx" ASC-nin ona və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə yalnız borcun tutulması hissəsində yoxlanılır. Digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır. Tətbiq edilən hüquq: Mülki Məcəllə
385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC-nin ABB-nin Nizami filialı ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi, zamin X6 arasında zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 60 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla 11200 manat məbləğində kredit verilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddiaçı "xxxx" ASC cavabdehlərə qarşı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən iddiaçının təqdim etdiyi maliyyə arayışının məzmununda göstərilən rəqəmlərə istnad etmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7380/2022 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə 9/8829 saylı rəy vermişdir. Həmin rəydən görünür ki, təqdim edilmiş hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 30 aprel 2018-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə-bildirişin verilmə tarixinə Cavabdeh2 "xxxx" ASCnə olan borcu əsas kredit borcu 8028,53 manat və faiz borcu 1221,05 manat olmaqla, 9249,58 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixə- maliyyə arayışı verilən tarixə Cavabdeh2 "xxxx" ASC-nə olan borcu əsas kredit borcu 8028,53 manat və faiz borcu 1626,71 manat olmaqla, 9655,24 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixə-qətnamə qəbul edilən tarixə Cavabdeh2 "xxxx" ASC-nə olan borcu əsas kredit borcu 8028,53 manat və faiz borcu 1603,61 manat olmaqla, 9632,14 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mühasibatlıq-ekspertizasının rəyində də məhz gecikdirmə üzrə əsas və faiz məbləğləri çox cüzi fərqlə müəyyən edilmişdir. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək hesab edir ki, məhkəmə cavabdehdən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu tutulmalı olması barədə qənaəti düzgün olmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş əsas borcunun məbləği 8028,53 manat, faiz borcunun məbləği 1603,61 manat, ümumilikdə 9632,14 manat müəyyən edilməlidir. Apelyasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc və faiz borcu ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul apellyatordan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2806/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi «cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada iddiaçının xeyrinə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 (doqquz min altı yüz altmış bir manat 49 qəpik) manat borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması» hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada iddiaçının xeyrinə 8028,53 manat əsas borc, 1603,61 manat faiz borcu olmaqla, 9632,14 (doqquz min altı yüz otuz iki manat 14 qəpik) manat borc iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, idə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə