Məhkəmə qərarları › İş №2(103)-5212/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5212/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5212/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə İddiaçı LPO “xxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3706/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 70 saylı kredit müqaviləsi üzrə 43.850 (qırx üç min səkkiz yüz əlli) manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2016-cı il tarixədək hesablanmış 13.998,83 (on üç min doqquz yüz doxsan səkkiz manat, səksən üç qəpik) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 904,56 (doqquz yüz dörd manat, əlli altı qəpik) manat məbləğində faiz, cəmi 58.753,39 (əlli səkkiz min yeddi yüz əlli üç manat, otuz doqquz qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqının “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilin ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, ləğv prosesində olan “xxxxxxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 139.578,43 manat məbləğində kredit borcunun 63.850 manat əsas borcun, 65.074,47 manat isə faiz borcunun, 10.653,96 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan “xxxxxxxx” X5 Səhmdar Cəmiyyətinə ödənilməsi, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 0.11983 ha torpaq sahəsində yerləşən 89 nömrəli, 9 mərtəbəli binada yerləşən 63.14 kv.m ümumi, 47.04 kv.m yaşayış sahəsindən ibarət 91 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh1 ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı X1 borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70 nömrəli kredit müqaviləsi üzrə borcalana 12 ay müddətinə, illik 20 % ilə 85.500 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında xx xxxxx 2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 18.08.206-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.11983 ha torpaq sahəsində yerləşən 89 nömrəli, 9 mərtəbəli binada yerləşən 63.14 kv.m ümumi, 47.04 kv.m yaşayış sahəsindən ibarət 91 saylı mənzil tərəflərin qarşılıqlı razılığı ilə 100.000 manat məbləğində qiymətləndirildikdən sonra Cavabdeh2 tərəfindən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edildikdən sonra ipoteka qoyulmuş mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1-ci, 4.2-ci və 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh1 kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada ödəmək barədə bank qarşısında öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri yerinə yetirməmiş və kredit götürdükən sonra banka əsas borc üzrə 21.650 manat, faiz borcu üzrə isə 2.850 manat ödəniş etmiş və xx xxxxxx 2017-ci il tarixdə banka 20.000 manat məbləğində sonuncu ödənişi etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə, xx.xx.2018ci il tarixli, **********727 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq bank tərəfindən ipoteka qoyan Cavabdeh2 ipoteka predmetinin yönəldilməsi barədə xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş bə həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Hazırda xx.xx.2019-cu il tarixə Cavabdeh1 Banka ödənilməmiş cəmi 139.578,43 manat məbləğində kredit borcu vardır. Bunun 63.850 manat əsas, 65.74,47 manat faiz borcu və 10.653,96 manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “xxxxxxxx” ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilmiəsi, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır, iddianı qismən təmin edən məhkəmə digər sübutlara ümumiyyətlə qiymət verməmişdir.Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Öz növbəsində qeyd olunan qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 ilə “xxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70 saylı kredit müqaviləsinə əsasən “xxxxxxxx” ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 20% dərəcəsi ilə faiz ödəmək şərti ilə 85.500 manat məbləğində kredit vermişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği “xxxxxxxx” ASC-dən qəbul etmiş və kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı, kredit məbləğinə hesablanmış faiz məbləğini, habelə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etməmiş, nəticədə banka borcu yaranmışdır. Bununla bağlı ləğv prosesində olan “xxxxxxxx” ASC pretenziya qaydasında cavabdehə xəbərdarlıq məktubu göndərərək, xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi nəticədə borcun yarandığını bildirilmiş və borcun ödənilməsi ondan tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən ləğv prosesində olan “xxxxxxxxxxx” ASC hazırki iddia ilə məhkəməyə müraciət etmiş və xx xxxxxx 2019-cu il tarixə 63.850 manat əsas, 65.074,47 manat faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 10.653,96 manat faiz borcunun yarandığını iddia edərək, həmin məbləğin Cavabdeh1 tutulmasını tələb etmişdir. Mülki iş üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş 21928 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 həmin müqavilə üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixə 83.850 manat məbləğində əsas, 13.998,83 manat məbləğində faiz borcu yaranmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Həmin ərəfədə qeyd edilən müqavilə üzrə ödəniş edilmişdir. Bu ödənişi də nəzərə almaqla və yaranmış faiz borcunu xx.xx.2016-cı il tarixə hesablamaqla iddiaçı həmin müqavilə üzrə Cavabdeh1 43.850 manat əsas, 14.103,73 manat faiz, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla 12.660,84 manat faiz borcunun yarandığını bildirir. Lakin bu məbləğlərlə əlaqədar tələbini dəyişməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin hallarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, əsas borc məbləği hissəsində məhkəmə ekspertinin 21928 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyini və “xxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışını müqayisəli şəkildə təhlil edib, haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 əsas borcu müəyyən edilərkən “xxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışı əsas götürülməli və 43.850 manat məbləğində əsas borc Cavabdeh1 “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı Cavabdeh1 ilk olaraq 63.850 manat əsas borcunun olduğunu bildirməsinə baxmayaraq, məhkəmə eksperti əsas borcun 83.850 manat olduğunu göstərmişdir. Bundan sonra da cavabdeh tərəfindən 20.000 manat məbləğində ödəniş edilmişdir və iddiaçı əsas borcun 43.850 manat qaldığını göstərmişdir. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə iddiaçı Cavabdeh1 iddia tələbində qeyd olunan məbləğdə, yəni 65.074,47 manat məbləğində faiz borcunu kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini xx.xx.2019-cu il tarixədək hesablanmaqla tələb edir. Halbuki, kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İşə baxan məhkəmə haqlı olarq iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayıraraq, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70 nömrəli kredit müqaviləsinin 4.3-cü maddəsində nəzərdə tutulmuş şərt isə, yəni Mülki Məcəllənin 449.4-cü maddəsinə uyğun olaraq kredit üzrə faizlərin əsas kredit borcu üzrə banka tam ödənildiyi günədək hesablanıb tutulması, kredit müqaviləsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə deyil, mülki məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə pulun tutulmasını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması ürİia qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi kimi kredit müqaviləsində nəzərdə tutulmuş faizlə deyil, 449.1-ci maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsi ilə faizlərin tutulması gələcəkdə iddiaçının daha böyük zərərə görə pul tələbi ilə çıxış etməsinin qarşısını aldığından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməklə yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun kredit müqaviləsi üzrə faiz dərəcəsi ilə gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək, yəni xx.xx.2016-cı il tarixədək hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyinə görə tutulmalı olan faiz borcu müəyyən edilərkən xx.xx.2016-cı il tarixə yaranmış faiz borcu əsas götürülməli və bu borc məbləği ilə bağlı iddiaçının xx.xx.2019-cu il tarixli maliyyə arayışı deyil, məhkəmə ekspertin rəyi mötəbər sübut kimi qiymətləndirilməli və həmin rəyə əsasən kredit müqaviləsi üzrə kredit müddətinin sonuna hesablanmış 13.998,83 manat məbləği faiz borcu qismində müəyyən edilərək, Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 10.653,96 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-3617/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarına əsasən “xxxxxxxx” ASC məcburi ləğv edilmiş və X2 “xxxxxxxx” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2016-cı il tarixdən sonra “xxxxxxxx” ASC-nin faiz formasında zərərin ödənilməsini tələb etmək hüququ məhdudlaşır. Belə ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama məhz xx.xx.2016-cı il tarixədək aparıla bilər. Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi, 3 ay 12 gün təşkil edir. İllik 5 faiz dərəcəsi ilə 1 il üçün hesablanmış faiz borcu (63.850 x 5 /100 = 3.192,5 manat) 3.192,5 manat, 3 ay üçün hesablanmış faiz borcu (3.192,5 /12 = 266,04 x 3 ) 798,12 manat, 12 gün üçün hesablanmış faiz borcu (266,04 / 30 = 8,87 manat x 12 = 106,44 manat) 106,44 manat təşkil edir. Ümumilikdə 3 ay 12 gün üçün isə (798,12 + 106,44 = 904,56) 904,56 manat təşkil edir. Bununla belə, məhkəmənin qənaətinə əsasən iddia tələbi bu hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 904,56 manat məbləğində faiz borcu Cavabdeh1 iddiaçı ləğv prosesində olan “xxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi maddələr xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;282.1-ci madəirovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər;282.2-ci maddəsinə əsasən sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir;317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir;319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada):xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər;36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər;59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxxxxxxxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 70 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilin bazar dəyəri 100.000 manat məbləğində qiymətləndirilmişdir. “xxxxxxxx” MMC-nin ekspert rəylərinə əsasən həmin əmlakın ilkin (likvid) satış qiyməti 135.000 manat məbləğində qiymətləndirilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı LPO “xxxxxxx” ASC-nin ləğvedicisi X3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar