Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5222/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7, maraqlı şəxslər qismində Abşeron rayonu 1 saylı notariat ofisi və X13 cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7, maraqlı şəxslər qismində Abşeron rayonu 1 saylı notariat ofisi və X13 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2249/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı xx.xx.1990-cı il tarixdə verilmiş V-JQ seriyalı 317670 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X6 arasında nikah 20 mart 1990-cı il tarixdə Qazax rayonu kənd qəsəbə sovetliyində 19 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Abbasova soyadı verilmişdir. xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 etibarnamədə sadalanan səlahiyyətlərin həyata keçirilməsini X4 etibar etmiş, etibarnamə Abşeron rayonu 1 saylı notariat ofisində 7E/01501 reyestr sayı ilə təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində 7E/01-502 reyestr sayı ilə təsdiq edilmiş ərizədən görünür ki, X13 həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 228043 saylı etibarnamədən görünür ki, Cavabdeh2 etibarnamədə sadalanan səlahiyyətlərin həyata keçirilməsini X5 etibar etmiş, etibarnamə Abşeron rayonu 1 saylı notariat ofisində 7E/17902 reyestr sayı ilə təsdiq edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 354 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/378 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini 10.000 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 354 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)230/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 613 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2024cü il tarixli AZ-İ seriyalı 490536 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə 209 saylı akt qeydi aparılaraq, nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X13 maraqlı şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair AN-İ seriyalı xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, həmin alğı-satqı müqaviləsinin əsasında hüquqların dövlət qeydiyyatı haqqında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 14 sentyabr 2013cü il tarixdə Bakı 3 saylı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 613 saylı akt qeydi ilə nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-230/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2012-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat kontorunda 30.000 manat pula Cavabdeh2 Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini etibarnamə əsasında yaxın dostu X3 adına almışdır. Keçmiş həyat yoldaşı və qayınatası tərəfindən ona məxsus olan torpaq sahəsinə daxil olmasına maneələr yaradıldıqdan sonra ona məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Halbuki, o, bu müddətə kimi torpaq sahəsinin X3 adına olduğunu hesab etmişdir. Bundan sonra o, hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və vəkil sorğusu əsasında əldə etdiyi sənədlər əsasında müəyyən etmişdir ki, keçmiş həyat yoldaşı tərəfindən qanunsuz olaraq öz adına keçirilmişdir. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi həyat yoldaşının adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Abşeron rayonu 1 saylı Notariat ofisindən xx.xx.2024-cü il tarixli 4634 saylı vəkil sorğusuna cavabdan müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 tərəfindən keçmiş qayınatası X5 Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən mübahisəli 0,10 ha torpaq sahəsinə etibarnamə verilmiş və bu etibarnamə əsasında xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmış, Cavabdeh2 adından keçmiş qayınatası X1 həyat yoldaşı Cavabdeh1 0,10 ha torpaq sahəsi 10.000 manata satılmış və bundan sonra torpaq sahəsinə dair çıxarış alınmışdır. 4 saylı Abşeron Ərazi İdarəsindən Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna verilmiş sorğuya cavabdan müəyyən olunur ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh2 həyat yoldaşı X13 xx.xx.2012-ci il tarixli ərizə ilə Abşeron rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini satmasına etiraz etmir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 torpaq sahəsini 2 dəfə satmış, yada ki, keçmiş qayınatası və həyat yoldaşı qanunsuz olaraq onun tərəfindən alınmış torpaq sahəsinə sahiblənmişlər. 2015-ci ilin aprel ayında fərdi evin tikintisinə başlamış, 12 x 13 metr eskizlə təsdiqlənmiş bünövrə və yeraltı hissəsi tam hazır olmuş, lakin 2015-ci ildə ölkədə baş verən devalvasiya səbəbindən işləri məcburi olaraq dayandırmalı olmuşdur. 2019-cu ilin əvvəllərində yenidən tikintiyə başlamış, həyətin hasarları və köməkçi ev, həmçinin köməkçi tikililər onun tərəfindən tikilmişdir. Tərəfindən məhkəmə proseslərində tikinti işlərində iştirak edən ustalar məhkəməyə şahid qismində cəlb ediləcəkdir. Hesab edir ki, mübahisəli torpaq sahəsi ona məxsus olduğundan cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməlidir. Cavabdeh1 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Sözügedən torpaq sahəsini nikahdan əvvəl əldə etmişdir. İddiaçı ilə o, xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Nikahları 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 613 nömrə ilə qeydiyyata alınmışdır. Birgə yaşadıqları müddətdə onların dörd övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Aralarında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-230/2024 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçının mübahisəsini etdiyi torpaq sahəsini isə o, xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsi əsasında əldə etmişdir və torpaq üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən dövlət tərəfindən tanınmışdır. Qanunvericiliyin tələbinə görə, sözügedən torpaq sahəsini nikahdan əvvəl rəsmi qaydada satın almışdır. Bu səbəbdən də, həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilməz. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 izahatında bildirdi ki, Sadiqlə birlikdə torpaq sahəsini almağa gediblər. Həmin torpaq sahəsini Sadiqin pulu ilə alıblar. Sadiq topraq sahəsini alanda məhz onun adına keçirib və bununla bağlı ona bir neçə sənəd imzaladılıb. Bir neçə il sonra isə Sadiq ona zəng edərək həmin torpaq sahəsini adından çıxarmasını istəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2249/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X13 maraqlı şəxs qismində cəlb edilməklə) «alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – torpaq sahəsinin faktiki olaraq onun tərəfindən alınması və s. dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı mübahisələndirdiyi alğı-satqı müqaviləsinin tərəfi olmamış, eləcə də, torpaq sahəsinin alğı-satqı müqaviləsi iddiaçı ilə Cavabdeh1 nikaha daxil olmamışdan öncə bağlanmışdır. Qeyd olunan torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən, iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququ yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X13 maraqlı şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 152.5, 157.2, 225.1, 225.2, 362.1, 567, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2249/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, Abşeron rayonu 1 saylı notariat ofisi və X13 maraqlı şəxs qismində cəlb edilməklə) «alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair AN-İ seriyalı xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin alqı-satqı müqaviləsinin əsasında hüquqların dövlət qeydiyyatı haqqında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2249/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2012-ci il tarixdə Abşeron rayon 1 saylı Notariat kontorunda 30.000 manat pul məbləğinə Cavabdeh2, Abşeron rayon Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini etibarnamə əsasında yaxın dostu X3 adına alıb. Nikaha xitam verildikdən sonra ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi keçmiş həyat yoldaşının adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Bundan sonra o, hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlayıb və vəkil sorğusu əsasında əldə etdiyi sənədlər əsasında keçmiş həyat yoldaşı tərəfindən qanunsuz olaraq öz adına keçirilmişdir. O, qeyd edilən torpaq sahəsini Ağdam rayonundan məcburi köçkün olması səbəbindən öz adına almamışdır. Abşeron rayon 1 saylı notariat ofisindən xx.xx.2024-cü il tarixli 4634 saylı vəkil sorğusuna cavabdan müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 tərəfindən keçmiş qayınatası X5 Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsinə etibarnamə verilmiş və bu etibarnamə əsasında xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınır. xx.xx.2013-cü il tarixdə isə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır, Cavabdeh2 adından keçmiş qayınatası X1 həyat yoldaşı Cavabdeh1 0.10 ha torpaq sahəsini 10.000 manata satır və bundan sonra torpağa dair çıxarış alınır. 4 saylı Abşeron Ərazi İdarəsindən Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosuna verilmiş sorğuya cavabdan müəyyən olunur ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Çıxarış nömrəsi Seriya RX № 0118982. Maraqlı məqam odur ki, Cavabdeh2 həyat yoldaşı X13 xx.xx.2012-ci il tarixdə ərizə ilə Abşeron rayon 1 saylı notariat ofisinin rəisi R.Hümmətova ərizə ilə müraciət edərək həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini satmağına etiraz etmir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 torpaq sahəsini 2 dəfə satmış, ya da ki, keçmiş qayınatası və həyat yoldaşı qanunsuz olaraq onun tərəfindən alınmış torpaq sahəsinə sahiblənmişlər. Lakin Nəsimi Rayon Məhkəməsi qeyd olunan zəruri xüsusatları araşdırmamış, ədalətli qərar qəbul etməmiş, müqavilənin həqiqətən də etibarlı olub-olmaması hissəsində hər hansı bir araşdırma aparmamışdır. Bundan əlavə, iş materillarına əlavə olunmuş müvafiq sənədlər dəlillərlə təkzib olunmamış və qətnamədə bu xüsusatlar qeyd olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur: Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən suiistifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi dövlət rüsumunun ödənilməsi haqqında məlumatın mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İddia ərizəsində cavabdeh kimi Cavabdeh2 qeyd olunmasına baxmayaraq, qeyd olunan şəxsin məhkəmədə izahatı alınmamışdır ki, bu da mübahisənin ədalətli və düzgün həllinə şübhələr doğurur, iş materiallarına əlavə edilmiş notariat işinin sənədlərindən müəyyən olunur ki, Cavabdeh2 iki dəfə ayrı-ayrı vaxtlarda etibarnamələr vermiş, həyat yoldaşı Bəxtiyar Yasinova etibarnamə verilən gün mübahisəli torpaq sahəsinin satılması ilə bağlı razılıq ərizəsi vermişdir, lakin Nəsimi Rayon Məhkəməsi qeyd olunan xüsusatları araşdırmamış, cavabdehin məhkəmə proseslərində iştirakını təmin etməməklə prosessual norma pozuntusuna yol vermişdir Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, Ağdam rayonundandır, 2009-cu ildə hərbi xidmətdən gəldikdən sonra özünə ev-eşik, torpaq almaq qərarına gəldiyindən 2012-ci ildə özünə 30.000 manata torpaq sahəsi alaraq sinif yoldaşı B.Yasinovun adına keçirmişdir. Sənədsübut işlərindən baş açmadığından xalasının yoldaşı, keçmiş qaynatası hələ nikahdan əvvəl ona belə işləri bacarmasını demiş, torpağı satan X11 da tapmışdır. Torpağı aldıqdan sonra o, xalası qızı Cavabdeh1 ilə ailə qurmuşdur. Nikahdan əvvəl qaynanası ona icra hakimiyyətində tanışı olmasını deyib, torpağın Mayanın adına keçirilməsini təklif etmiş, lakin o etiraz etmişdir. O, torpağın Mayanın adına keçirilməsini hələ nikahdan əvvəl xx.xx.2013-cü ildə bilmiş, bundan sonra etiraz etməmişdir. Ailə qurduqdan sonra torpaqda ev tikmiş, bütün xərcləri özü çəkmişdir. Sənədləşmə işlərinin də bütün xərclərini özü ödəmişdir. Evin hələ sənədləşmə işlərini tam başa çatdırmamışdır. 2024-cü ilin fevral ayında Cavabdeh1 ilə rəsmi boşamışdır. O, əslində torpağın Mayanın adında qalmasına etiraz etməmiş, uşaqlar da analarının yanında qalmışdır. Lakin barəsində polisə edilən şikayətlə tanış olarkən əsəbləşmişdir. Hazırda o torpağın satılmamasını istəyir. Çünki onun dörd uşağı var və torpaq uşaqlarındır. Torpağa dair pulun verilməsini təsdiq edən sənədi o, Kamilə vermişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərmişdir ki, 30.000 manat pulu dostu verərək torpağı alıb. O, iddiaçı, onun atası, qardaşı və Kamil Əlibəyov bir yerdə gedib, torpağın pulunu sayıb, onun adına keçirmək istəmişlər. Torpağın sahibi Şəhlanın yoldaşı idi. O, həmin vaxt bir dənə sənədi də imzalamışdır. Lakin heç nədən başı çıxmırdı. Torpaq 30.000 manata alınmış, pul Sadiqin olmuşdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxslər Abşeron rayonu 1 saylı notariat ofisinə və X12 rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxs Abşeron rayonu 1 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edilərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs X13 məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsinin və X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsibağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil-bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etsə də, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, İddiaçı hələ nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2013-cü il tarixdə satıcı Cavabdeh2 ilə alıcı (iddiaçının keçmiş arvadı) Cavabdeh1 arasında Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair bağlanan və Abşeron rayonu 1 saylı notariat ofisində təsdiq olunan alqı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab etdiyi üçün mübahisələndirir. Belə ki, apellyasiya şikayətinin dəlillərinə görə torpaq sahəsi Ş.C. Abbasova tərəfindən iddiaçıya 30.000 manata satılsa və bu barədə B.T.Yasinova etibarnamə verilsə də, sonradan Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində torpaq sahəsinə dair Cavabdeh1 ilə müqavilənin bağlanmasının xx.xx.2024-cü il tarixdə ona məlum olmasını qeyd etdiyi halda Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında müqavilənin bağlanmasının ona hələ xx.xx.2013-cü ildə məlum olmasını, buna etiraz etməməsini, hazırda torpaq sahəsinin satılması ehtimalı olduğu üçün etiraz etməsini göstərmişdir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı mübahisələndirdiyi əqd bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulmasına dair hər hansı bir mötəbər, təkzib olunmaz sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar, yəni dostu olan üçüncü şəxsin izahatı, sonuncuya etibarnamə verilməsi, 12 il əvvəl bağlanmış, bu müddət ərzində iddiaçı tərəfindən də mübahisələndirilməmiş əqdin etibarsız olması qənaətinə gəlinməsi əsas ola bilməz. Araşdırma zamanı iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığı üçün etibarlı əqd olması öz təsdiqini tapdığından kollegiya iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2249/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5222/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5222/2025
08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver