Məhkəmə qərarları › İş №2(102)-2695/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2695/2022

04.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2695/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9840/2021 nömrəli iş üzrə qəbul edilmiş məhkə mə aktından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(094)-189/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-9840/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(094)-189/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 17 dekabr 2021-ci il tarixli, 2(103)-9840/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-9840/2021 nömrəli qətnaməsindən təkrarən kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 yanvar 2022-ci il tarixli, 2(103)9840/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti yenə Azərbaycan Respublikası MPMin 407.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı növbəti dəfə kassasiya şikayəti vermiş, kassasiya şikayəti eyni əsaslarla və əlavə olaraq kassasiya şikayətinin giriş hissəsində apellyasiya məhkəməsinin 21 oktyabr 2021-ci i l tarixli qətnaməsindən şikayət edildiyi göstərilsə də, şikayətin “xahiş etdim” hissəsində 2(103)-9840/2021 saylı qərardadının ləğv edilməsi göstərildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(103)9840/2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı növbəti dəfə kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2(103)-9840/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilmiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normaları nın düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. İddiaçı kassasiya şikayətində pozulmu ş maddi hüquq normaları qismində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə istinad etsə də, həmin pozuntuların nədə ifadə olunmasını göstərməmiş, yalnız maddələrin dispozisiyalarını kassasiya şikayətinə köçürmüşlər. Həmçinin kassasiya şikayətinin məzmunundan iddiaçının apellyasiya instansiyası məhkəməsinin hansı aktını mübahisələndirdiyini müəyyən etmək mümkün olmur. Belə ki, kassasiya şikayətinin giriş hissəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9840/2021 nömrəli qərardadının (qərardadın tarixi qeyd olunmayıb) ləğv edilməli olunması qeyd olunsa da, şikayətin nəticə hissəsində Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Bununla da, kassato r Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi və kassasiya şikayətində hansı məhkəmə aktının mübahisələndirildiyini müəyyən etmək mümkün olmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9840/2021 nömrəli iş üzrə qəbul etdiyi məhkəmə aktından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar