Məhkəmə qərarları › İş №2(103)-5231/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5231/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5231/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5936/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 03 aprel 2009-cu il tarixli, 978 saylı təminatsız kredit xətti müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 3 saylı filialı borcalan Cavabdeh 6 ay müddətinə, illik 18 faizlə dərəcəsi ilə 44837 manat məbləğində kredit vermişdir.

2. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazimi qaydada icra edilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

3.İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli 978 saylı kredit müqaviləsinə əsasən 44837 manat əsas, 9895,39 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, cəmi 81720,75 manat borcun və 30,40 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 978 saylı, 3 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsinə əsasən borcluya şəxsi mənzilinin təmiri üçün 6 ay müddətinə, 3 oktyabr 2009-cu il tarixə qədər illik 18 % ödəmək şərti ilə 44837 manat məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilə üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim-Təhminə Xəlilova), iddia təmin edilmiş, Cavabdeh 44837 manat əsas borc, 9895,39 manat faiz borcu, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcu, ümumilikdə 81720,75 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 978 saylı, 03 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC-nin 3 saylı filialı borcalan Cavabdeh 6 ay müddətinə illik 18 faizlə dərəcəsi ilə 44.837 manat məbləğində kredit vermişdir. Borcalan Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyi üçün, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən lazımınca icra edilməmişdir.

7. **********738 saylı, 19 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 978 saylı, 03 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsi üzrə 13 avqust 2021-ci il tarixə 44837 manat məbləğində əsas borcu, müqavilə müddəti olan 03 oktyabr 2009-cu il tarixədək 9895,39 manat məbləğində faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən AR MMnin 445.7-ci maddəsinə əsasən 5%-lə hesablanmış 26988,36 manat faiz borcu olmaqla, cəmi 81720,75 manat borcu yaranmışdır. 8.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, qanunvericiliyin müddəalarına əsasən iddia təmin edilməlidir. 9.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 445.7, 739.1, 739.2 və 741-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10.Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə 6 ay müddətinə bağlanmışdır. Müqavilənin icra müddəti xx.xx.2009-cu ildə yekunlaşmışdır. Lakin məhkəmə qeyd edilən hala diqqət yetirməmişdir. Bundan başqa iş materiallarına müqavilənin əsli əlavə edilməmiş, iddiaçının özünün müqavilə öhdəliklərini icra etməsini təsdiq edən məxaric orderi iş materiallarında mövcud olmamışdır. O, müqavilə ilə tanış olduqda belə bir kredit müqaviləsini ümumilikdə imzalayıb-imzalalamasını xatırlamamış, bundan əlavə, məhkəmə iclasına dəvət edilməmiş və onun iştirakı təmin edilməmişdir. İddiaçı pretenziya qaydasına da əməl etməmiş, onu məlumatlandırmamışdır. Nəticə etibarı ilə o, hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Belə ki, analoji işlərlə bağlı müvafiq qaydada iddia müddətinin tətbiqi halı vardır ki, o, qeyd edilən hərəkətlər nəticəsində belə bir ərizənin verilməsindən məhrum olmuşdur. Hazırki mübahisə ilə bağlı iddiaçı faktiki olaraq iddia müddətini 10 il ötürmüş və iddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 12.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 03 aprel 2009-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 978 saylı, 03 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-dən xx.xx.2009-cu il tarixdə 44837 manat məbləğində nağd pul götürmüşdür. 13.Həmçinin, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 16 may 2013-cü il tarixli Banka ödəniş edilməsi barədə qəbzdən görünür ki, Cavabdeh adından həmin tarixdə Banka 1000 manat məbləğində pul ödənilmişdir. 14.Cavabdeh apelyasiya şikayətində belə bir kredit müqaviləsini imzalayıb-imzalalamasını xatırlamadığını qeyd edərək, həmin müqavilədən məlumatlı olmadığını bildirdiyindən apelyasiya məhkəməsinin iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən ərizə ilə məhkəmə kollegiyasına müraciət edilərək, kredit müqaviləsindəki imzaların cavabdeh tərəfindən icra edilibedilməməsi, kredit məbləğinin cavabdeh tərəfindən götürülüb-götürülməməsi məsələsinin dəqiqləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməxəttşünaslıq ekspertizasının 41638 saylı, 16 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 8-14-cü vərəqlərində olan xx.xx.2009-cu il tarixli 978 saylı təminatsız kredit xətti müqaviləsinin “Borc alan” qrafalarındakı imzalar və xx.xx.2009-cu il tarixli məxaric orderində “Vəsaiti aldım” qrafalarındakı imza Cavabdeh tərəfindən icra olunmuş, mülki işin 179-cu vərəqlərində olan xx.xx.2013-cü il tarixli qəbzdə “Təhvil verdim” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 16.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- X6 (sədrlik edən və məruzəçi), X8 və X2) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 124 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 17.Məhkəmə kollegiyası təqdim olunmuş ekspert rəyinə əsaslanaraq, Cavabdeh apelyasiya şikayətinin kredit müqaviləsinin onun tərəfindən imzalanmaması barədə dəlillərini əsassız hesab etmişdir. 18.Bundan başqa, məhkəmə kollegiyası hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır. 19.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 372, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 449.4, 739.1, 739.2, 741-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Kassasiya instansiyası məhkəməsindəki icraat

21.İddiaçı (vəkil X3) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməməsi və bu baxımdan hüquqlarını müdafiə etmək imkanından məhrum olması, iddia müddətinin tətbiqi barədə ərizənin bilavasitə apellyasiya instansiyası məhkəməsində qəbul edilməsi üçün əsas ola bilməz, mülki prosessual qanunvericilikdə belə hallar nəzərdə tutulmamışdır. Bundan əlavə, hazırkı kredit bankın işlək dövründə aidiyyəti şəxslərlə bağlanmış kreditlərdəndir. Belə ki, Cavabdeh 2008-2009-cu illər daxil olmaqla uzun müddət LPO İddiaçı ASCnin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Həmin kredit müqaviləsini də bankda sədr olduğu dövrdə öz səlahiyyətlərindən sui-istifadə edərək təminatsız olaraq götürmüş, sonradan həmin müqavilə üzrə heç bir ödəniş etməmişdir və Bankın işlək dövründə həmin iş üzrə iddia müddəti bilərək ötürülmüşdür. Bunun da nəticəsində hal-hazırda Əmanətlərin Sığortalanması Fondunun nəzdində dövlət büdcəsinə külli miqdarda ziyan vurulmuşdur. Bu və bunun kimi digər aidiyyəti şəxslərə verilmiş belə təminatsız kreditlər faktiki olaraq gələcəkdə Əmanətlərin Sığortalanması Fondunun reqress tələb üzrə dövlət və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməsinə böyük maneə törədir. 23.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)- 2034/2023 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. 24.Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. 25.Belə ki, İddiaçı ASC Cavabdeh ilə aralarında 3 aprel 2009-cu il tarixdə bağlanmış 978 saylı təminatsız kredit xətti müqaviləsi üzrə borcluya şəxsi mənzilinin təmiri üçün 6 ay müddətinə, 3 aprel 2009-cu il tarixə qədər illik 18 % ödəmək şərti ilə 44837 manat məbləğində kredit verildiyini, borcalan həmin müqavilə üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürdüyünü, lakin cavabdehin üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyini və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcunun yarandığını bildirmiş və cavabdehdən xx.xx.2009-cu il tarixli 978 saylı kredit müqaviləsinə əsasən 44837 manat əsas, 9895,39 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, cəmi 81720,75 manat borcun və 30,40 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. 27.Cavabdeh apelyasiya şikayəti verərək kredit müqaviləsinin xx.xx.2009-cu il tarixdə 6 ay müddətinə bağlandığını və müqavilənin icra müddətinin xx.xx.2009-cu ildə yekunlaşdığını qeyd etməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 124 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 29.Məhkəmə kollegiyası iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi ərizəsinə münasibətdə qeyd etmişdir ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır. 30.Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaəti qanunu və əsaslı hesab etməmişdir. 31.Belə ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə verilmədikdə apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrinə verilə bilməz. 32.İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası 22 sentyabr 2021ci il tarixə saat 09:30-a (İ cild, səh. 35) təyin olunmuş, iddiaçı və cavabdeh iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılmışdır. 2 oktyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, qapısı bağlı olduğundan bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır (İ cild səh. 38). Bu səbəbdən 16 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdəhə SMS bildiriş göndərilmişdir (iş səh. 47). Lakin cavabdeh iştirak etmədiyindən məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə saat 11:00-a təxirə salınmış və bu barədə tərəflərə bildiriş göndərilmişdir (İ cild, səh. 51). Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və iş üzrə müvafiq qətnamə qəbul olunmuşdur. 33.Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəmə iclaslarında iştirak etməməsi onun iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmaması anlamına gəlmir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına göndərilmiş bildirişlərin qapısı bağlı olduğu üçün ona çatdırılması mümkün olmasa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş bildiriş cavabdehə çatdırılmış və o, iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmuşdur. Lakin iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. 34.İşə baxan apellyasiya məhkəməsi cavabdehin birinci instansiya məhkəmənin icraatında iddiaçının ona qarşı tələblə məhkəməyə müraciət etməsindən məlumatlı olmasını nəzərə almadan iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi ərizəsini təmin edərək iddia tələbini rədd etmişdir. 35.İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. 36.Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88- ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.

c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

d)Məhkəmə icraatı iştirakçılarının izahatları

37.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia müddəti tətbiq olunmaqla, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. 38.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 39.Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 40.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 41.Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 42.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 43.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44.Maddə 425.2.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçiliktörədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 45.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 46.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. 47.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 48.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 49.Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır. 50.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 51.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 52.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 53.Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 54.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 55.Maddə 741.Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli Qərarı: 56.Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. 57.MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun aellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərlən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarı: 58.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. 59.Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.

60. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarı: 61.İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 62.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 63.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 64.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 65.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 66.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 67.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 69.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

70.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 71.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh ilə aralarında 03 aprel 2009-cu il tarixdə bağlanmış 978 saylı təminatsız kredit xətti müqaviləsi üzrə borcluya şəxsi mənzilinin təmiri üçün 6 ay müddətinə, 03 oktyabr 2009-cu il tarixə qədər illik 18 % ödəmək şərti ilə 44837 manat məbləğində kredit verilmiş, borcalan həmin müqavilə üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2009-cu il tarixli, 978 saylı kredit müqaviləsinə əsasən 44837 manat əsas, müqavilə müddətinin sonuna 9895,39 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə əsasən 5%-lə hesablanmış 26988,36 manat faiz borcu, cəmi 81720,75 manat borcu yaranmışdır. 72.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 73.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 74.Məhkəmə kollegiyası, həmçinin cavabdehin mübahisələndirilən kredit müqaviləsini imzalayıbimzalamadığını xatırlamamsı barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş mateirallarıda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməxəttşünaslıq ekspertizasının 41638 saylı, 16 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 1. Mülki işin 8-14-cü vərəqlərində olan xx.xx.2009-cu il tarixli 978 saylı təminatsız kredit xətti müqaviləsinin “Borc alan” qrafalarındakı imzalar və xx.xx.2009-cu il tarixli məxaric orderində (i.v.180) “Vəsaiti aldım” qrafalarındakı imzaCavabdeh tərəfindən icra olunmuşdur. 2. Mülki işin 179-cu vərəqlərində olan xx.xx.2013-cü il tarixli qəbzdə “Təhvil verdim” qrafasındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 75.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 76.Məhkəmə kollegiyası təqdim olunmuş ekspert rəyinə əsaslanaraq, cavabdehin apelyasiya şikayətinin kredit müqaviləsinin onun tərəfindən imzalanmaması barədə dəlillərini əsassız hesab edir. 77.Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəmə iclaslarında iştirak etməməsi onun iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmaması anlamına gəlmir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına göndərilmiş bildirişlərin qapısı bağlı olduğu üçün ona çatdırılması mümkün olmasa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş bildiriş cavabdehə çatdırılmış və o, iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmuşdur. Lakin iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. İşə baxan apellyasiya məhkəməsi cavabdehin birinci instansiya məhkəmənin icraatında iddiaçının ona qarşı tələblə məhkəməyə müraciət etməsindən məlumatlı olmasını nəzərə almadan iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi ərizəsini təmin edərək iddia tələbini rədd etmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. 78.MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 79.Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası 22 sentyabr 2021-ci il tarixə saat 09:30-a (İ cild, səh. 35) təyin olunmuş, iddiaçı və cavabdeh iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılmışdır. 02 oktyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, qapısı bağlı olduğundan bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır (İ cild səh. 38). Bu səbəbdən 16 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdəhə SMS bildiriş göndərilmişdir (İ cild səh. 41). Lakin cavabdeh iştirak etmədiyindən məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə saat 11:00-a təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdəhə SMS bildiriş göndərilmişdir (İ cild səh.47) 20 noyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, yaşamadığı üçün bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır (İ cild səh. 51). Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və iş üzrə müvafiq qətnamə qəbul olunmuşdur. 80.Göründüyü kimi məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına göndərilmiş bildirişlərin qapı bağlı olması, yaşamaması əsası ilə çatdırılması mümkün olmasa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş bildiriş cavabdehə çatdırılmış və o, iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmuşdur. Lakin iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. 81.Kollegiya apellyatorun pretenziya qaydasına əməl olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş metiriallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq (pretenziya) göndərilmişdir. Digər tərəfdən cavabdeh uzun illər LPO İddiaçı ASC-də idarə heyətinin sədri vəzifəsində işləmiş, kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, borcunun olması ilə bağlı mübahisəsiz qaydada məlumatlı olmuşdur. 82.Kollegiya hazırki mərhələdə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməsini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. 83.Beləliklə, məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini və bu faktın iş materialları, yəni müqavilə və digər sənədlərə əsasən sübut olunduğunu, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmadığını nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 84.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 85.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 86.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 87.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 88.Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 89.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar