Məhkəmə qərarları › İş №2(103)-5233/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5233/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5233/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-284/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxx” ASC cavabdeh X1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-284/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı və cavabdeh tərəfindən həmin qətnamədən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı “xxxxxxxxx” ASC və cavabdeh X2 ayrı-ayrılıqda məhkəməyə ərizə ilə müraciət edərək hazırkı işlə bağlı razılıq əldə edildiyini bildirərək, şikayətdən imtina etdiklərini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Hazırkı məsələ ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərindən imtinaya dair ərizələrini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının və cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-284/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərindən imtinaları qəbul edilməli və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apelyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının və cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-284/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərindən imtinaları qəbul edilməli və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-284/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC və cavabdeh X2 tərəfindən ayrıayrılıqda verilən apelyasiya şikayətlərindən imtinalar qəbul edilsin və onlara münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar