Məhkəmə qərarları › İş №2(103)-5233/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5233/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5233/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-43/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 5665,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 5695,48 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB 04.04.2017-cı il tarixli, 03/6063 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 17.10.2016-ci il tarixli, ******* saylı akta əsasən 124,20 manat, 16.11.2016-ci il, ******* saylı akt əsasında 210,60 manat, 12.12.2016-ci il tarixli, ******* saylı akt əsasında 182,60 manat, 17.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, 13.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 255,80 manat, 03.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 170,80 manat, 18.04.2017- ci il tarixli, ******* saylı akt əsasında 436 manat, 15.05.2017-ci il tarixli, ******* saylı akt əsasında 146 manat,22.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 996,60 manat, 09.02.2018-cu il tarixli, ******* saylı akt əsasında 160 manat, 09.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, 26.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 455,20 manat,15.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 21.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 266,40 manat, 20.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat,30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019-ci il tarixli, ******* saylı akt əsaında 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 5667 manat İddiaçı İB-yə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5667 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5665,48 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-43/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, X1 2019-ci ilin iyul ayına təbii qazdan istifadəsi nəticəsində 5665,48 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 19.08.2019-cu il tarixli gasrepin surətindən görünür ki, **********00030 nömrəli abonent kodu X1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, qeyd edilən ünvanda sayğacdan kənar təbii qazdan istifadə edilmişdir. İş materiallarından olan məhkəmə tərəfindən 17.02.2021-ci il tarixdə ünvan 2 ünvanına baxış keçirilən zaman həmin ünvanda qaz sayğacı və qaz xəttinin mövcud olması müəyyən edilmişdir. Lakin həmin qaz sayğacının Cavabdeh deyil onun atası X2 məxsus oduğu müəyyən edilmişdir. Bu faktı həmin baxışda iştirak edən müvafiq aktı tərtib etmiş İddiaçı İB-nin əməkdaşlarıda təsdiq etmişdirlər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İB ilə X4 arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı İB ünvan 2 ünvanını təbii qazla təmin etmiş və istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmişdir. İstifadə olunan təbii qazın məbləğinin vaxtında ödənilməməsi nəticəsində 5665,48 manat məbləğində borc yaranmışdır. Lakin iş materiallarından göründüyü kimi qeyd edilən müqavilə İddiaçı İB ilə hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh ilə deyil onun atası X4 arasında bağlanılmışdır. Bu baxımdan kollegiyanın qənaətinə görə, ilk növbədə iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir; belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, İddiaçı İB-nin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Kollegiya hesab edir ki, iddiaçı, tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi müqavilə İddiaçı İB ilə hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh ilə deyil onun atası X4 arasında bağlanılmışdır. Həmçinin aktlar tərtib edilərkən istehlakçı kimi Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinin aşkar olunduğu qeyd edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi təbii qazdan qeyriqanuni istifadəsinin aşkarlandığı sayğac Cavabdeh deyil onun atası X1 adına qeydiyyatdan keçmişdir. Həmçinin aktlar tərtib edilərkən bu barədə aktın istehlakçıya aid olan hissəsində Cavabdehnın sözügedən aktları imzalamaqdan imtina edildiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə də ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-43/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar