Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5236/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəbbət oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun nümayəndəsi və vəkili X4, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 vəkili X3 iştirakları ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs qismində Mikiyev Sahib Hacı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi ev 13, 82 saylı mənzilə onun istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cu il tarixli və qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçının Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 82 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Maraqlarına toxunulan şəxs qətnamədən apelyasiya şikayəti vermiş və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev 2- 1193/2004)ərizə təmin edilmiş, müddət keçdiyi üçün məhv edilmiş 2-1193/2004 saylı mülki iş üzrə icraat bərpa edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 25.04.1994-cü il tarixli 611 saylı sərəncamı ilə Mikiyev Sahib Hacı oğluna Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal- 1, ev 13, mənzil 82 saylı mənzil ayrılmışdır. Həmin sərəncam verildikdən sonra məlum hadisələrdən sonra həmin ev məcburi köçkünlər tərəfindən tutulmuşdur. Hal-hazıradək həmin mənzildə ona məlum olmayan şəxslər qalmaqdadır. Evin özəlləşdirilməsi üçün müraciət etsə də, məlum olmuşdur ki, ev Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli (işin sayı qətnamədə göstərilməyib) qətnaməsi ilə Mikiyev Sahib Hacı oğluna ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal-1, ev 13, mənzil 82 saylı mənzil tanımadığı şəxs olan orada məcburi köçkün kimi məskunlaşmış İddiaçı yaşayış hüququ tanınmış və onunla icarə müqaviləsi bağlanılması və orderin verilməsi Cavabdehnə həvalə edilmişdir. Qeyd edilən qətnamə qüvvəyə mindikdən sonra İddiaçı Bakı şəhər Cavabdeh 454 saylı 29.05.2004-cü il tarixdə məhkəmə qərarının icrası ilə əlaqədar olaraq order verilmişdir. Həmin order əsasında da 20.07.2004-cü il tarixdə İddiaçı qeyd edilən mənzil-Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal-1, ev 13, mənzil 82 saylı mənzil ilkin qeydiyyatdan keçmişdir. Bundan sonra İddiaçı 04 avqust 2004-cü il tarixdə Məlikova (Allahverdiyeva) Şəfəq Rafiq qızı ilə alqı-satqı edilmiş və mənzil Məlikova (Allahverdiyeva) Şəfəq Rafiq qızının adma rəsmiləsmiləşdirilmişdir. Mikiyev Sahib Hacı oğluna verilmiş mənzil üzərində aparılan əməliyyatlardan heç birindən xəbəri olmamış, yalnız 05.08.2019-cu il tarixdə vəkil sorğusu əsasında DƏDRX-in 21.08.2019- cu il tarixli **********27 saylı sorğuya cavab məktubu ilə əldə edilmişdir. Həmin məhkəmə qətnaməsi onun hüquq və vəzifələrimə toxunsa da, həmin mülki iş üzrə məhkəmə icraatına cəlb edilməmişdir. İddiaçı özü məhkəmədən xahiş etmişdir ki, 1995-ci il tarixdən qeyd olunan ünvanda öz ailəsi ilə birgə yaşayır. Lakin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 25.04.1994-cü il tarixli 611 saylı sərəncamı onların həmin mənzilə köçməmişdən öncə verilməsini diqqətə çatdırır. Hal-hazırda da Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 25.04.1994-cü il tarixli 611 saylı sərəncamı qüvvədədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6599/2020 saylı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1193/2004 saylı 30.01.2004-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2338/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarı ilə həmin qətnamədən maraqlarına toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6599/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “apellyasiya instansiyası məhkəməsi 5 nömrəli X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1, ev 13, 82 saylı mənzilin Sahib Mikiyev və onun ailəsinin mənzil ilə təmin edilməsi üçün ayrılması ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin 25.04.1994-cü il tarixli 611 saylı sərəncamının S.Mikiyevin mənzilə dair hansı hüquqlar əldə etməsi məsələsinə həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq qiymət verməmişdir. Halbuki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, həmin mənzilin mübahisələndirilən qətnamə əsasında əldə edilmiş hüquqlar əsasında iddiaçının mülkiyyət hüququnun yaranması və sonradan digər şəxsə özgəninkiləşdirilməsi hazırki qətnamənin maraqlarına toxunan şəxsin əsaslı hesab ediləcək şikayəti əsasında ləğvinin qarşısını alan hal hesab edilə bilməz. Belə ki, mənzili əldə etmiş şəxsin vicdanlılğı məsələləri hazırki mübahisə çərçivəsində həll edilməli məsələ deyildir. Odur ki, hazırki iddiaya qanunauyğun qaydada şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər əsasında qiymət verilməklə qanunamüvafiq qərar qəbul edilməlidir”. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirakı edən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirakı edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavininin 25.04.1994-cü il tarixli 611 saylı sərəncamı ilə 5 nömrəli X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal- 1, ev 13, mənzil 82 saylı mənzil ayrılmışdır. Həmin sərəncamdan müəyyən edilir ki, Binəqədi rayon xalq Məhkəməsinin 2-247 nömrəli, 1993-cü il tarixli qətnaməsinə əsasən məskunlaşdırılmış 7-ci mikrorayon 22 nömrəli evin 79 nömrəli üç otaqlı mənzilin əvəzinə S.H.Mikiyevin ailəsini təmin etmək üçün 5 nömrəli X1 ümumi sahəsi 69.44 kv.m olan bir mənzil ayrılır. Bakı şəhəri Yasamal rayonu icra Hakimiyyəti başçısının 454 saylı, 29 may 2004-cü il tarixli sərəncamının surətindən görünür ki, 30 yanvar 2004-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi icra edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal- 1, ev 13, mənzil 82 saylı mənzilə dair order verilmişdir. İş materiallarından həmçinin görünür ki, qeyd olunan mənzil 20.07.2004-cü il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmiş və 04.08.2004-cü il tarixli alqı-satqı müqaviləsin əsasən Şəfəq Məlikova (Allahverdiyeva)nın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Təkrar apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, hazırki işin materiallarında eyni tərəflər arasında, eyni tələbə dair, eləcə də oxşar məzmunlu 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qətnamələri mövcuddur. 30 yanvar 2004cü il tarixli qətnamə nömrəsizdir, həmçinin əsli işdə mövcud deyil, bununla belə mübahisəli mənzilin İddiaçı verilməsinə dair 29.05.2004-cü il tarixli 454 saylı sərəncam məhz Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qətnaməsi üzrə verilmişdir. Digər, yəni 02 iyul 2004-cü il tarixli qətnamənin əsli işə əlavə olunub, mülki iş 2-1193/2004 nömrə altında qeydiyyata alınıb və həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə icraat bərpa olunub. Hazırki vəziyyətdə kollegiya belə qənaətə gəlir ki, 30 yanvar 2004-cü il tarixli qətnamənin əsli mövcud olmasa belə apelyasiya şikayəti həmin tarixli qətnamədən verildiyindən və sərəncam da məhz həmin qətnamə üzrə verildiyindən, eyni zamanda 02 iyul 2004-cü il tarixli qətnamə üzrə icraat bərpa edildiyindən hər iki qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil ilk olaraq S.Mikiyevin ailəsinə ayrılmış, daha sonra 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004-cü il tarixli Yasamal rayon Məhkəməsinin qətnamələri ilə iddiaçının Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 82 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Məhkəmə kollegiyasl qeyd edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikasının 08.07.1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 48ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Göründüyü kimi mənzilə dair order yalnız hüquqi cəhətdən boş olan ayrıca yaşayış sahəsinə verilə bilərdi ki, 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004-cü il tarixli Yasamal rayon Məhkəməsinin qətnamələri qəbul edilməzdən qabaq Bakı şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavininin 25.04.1994-cü il tarixli 611 saylı sərəncamı ilə 5 nömrəli X1 S.H.Mikiyevin ailəsini təmin etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal- 1, ev 13, mənzil 82 saylı mənzil ayrılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, S.Mikiyevin ailəsinə ayrılmış mənzil, həmin vaxt qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından yenidən başqa bir şəxsə ayrılmasını qadağan etdiyindən hazırda 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004-cü il tarixli Yasamal rayon Məhkəməsinin qətnamələri maddi normanın pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004-cü il tarixli, 2-1193/2004 saylı Yasamal rayon Məhkəməsinin qətnamələri ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi ev 13, 82 saylı mənzilə onun istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, həmin mənzilin mübahisələndirilən qətnamə əsasında əldə edilmiş hüquqlar əsasında iddiaçının mülkiyyət hüququnun yaranması və sonradan digər şəxsə özgəninkiləşdirilməsi hazırki qətnamənin maraqlarına toxunan şəxsin əsaslı hesab ediləcək şikayəti əsasında ləğvinin qarşısını alan hal hesab edilə bilməz. Belə ki, mənzili əldə etmiş şəxsin vicdanlılğı məsələləri hazırki mübahisə çərçivəsində həll edilməli məsələ deyildir. Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004cü il tarixli, 2-1193/2004 saylı qətnamələri ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi ev 13, 82 saylı mənzilə onun istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5236/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5236/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver