Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5237/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh SOCAR-ın Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh SOCAR-ın Cavabdeh1nə qarşı (SOCAR-ın Təhlükəsizlik İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın Cavabdeh1ndən onun xeyrinə vurulmuş zərərin əvəzi olaraq 3.000 manat pulun və ödəmilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 08 avqust 2000-ci il tarixli, № 1138 saylı Sərəncamı ilə Biləcəri qəsəbəsində uzun müddət bağ-bostan kimi istifadə etdiyi 600 m2 torpaq sahəsi ona fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış, həmin vaxtdan o, evin tikintisinə başlamış, 2003-cü ildə tikinti yekunlaşandan sonra ailəsi ilə birlikdə həmin ünvana köçmüş və hazırkı günədək həmin ünvanda yaşayır. 04 mart 2015-ci il tarixdə o, evə qayıtdığı zaman cavabdehin nümayəndələri hər hansı hüquqi əsası olmadan evin bir hissəsinin söküb, qapı-pəncərəni, eləcədə evin içindəki əşyaların yararsız hala salındığını görmüşdür. Dərhal Binəqədı RPİnin 6-cı PB-nə müraciət etmiş, ərizəsi əsasında araşdırmaya başlanılmış və 1 il 7 ay sonra, 21.10.2016-cı il tarixli Qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra onun SOCAR DNŞ-nə və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı vurulmuş maddimənəvi ziyanın əvəzinin tutulmasına dair iddiası Nərimanov Rayon Məhkəməsinin 19.10.2018-cı il tarixli Qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli Qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi hesab etmişdir ki, iddia əsl olmayan tərəfə qarşı verilmiş, hazırkı mərhələdə isə tərəfin əvəz edilməsi yolverilməzdir. Ali Məhkəmənin 15.10.2019-cu il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası da hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh məhz SOCAR-ın Cavabdeh1 olmalıdır. Məhkəmə ekspertiza Mərkəzinin 24.09.2018-ci il tarixli 12782 saylı Rəyinə əsasən, tikilinin sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün 2.111 manat zərər müəyyən etmişdir. Nə qədər ki, yuxarı məhkəmələr həmin zərərin kimdən tələb edilməsini dəqiq müəyyən etmişlər, o iddianı həqiqi cavabdehə qarşı irəli sürmək qərarına gəlmişdir. Məhkəmə Ekspert Mərkəzinin rəyi natamam olmuşdur. Belə ki, ekspert yalnız istifadə olunacaq materialları 2017-2018-ci il üçün olan qiymətlərlə hesablamışdır. Hazırkı iddiası təmin olunduğu təqdirdə cavabdehin formal şikayətləri ilə hazırkı iş üzrə mülki icraat 2021ci ilə qədər davam edəcəkdir. Belə olan halda, illik inflyasiya və qiymət artımı da nəzərə alınmalıdır. Həmçinin ekspert rəyində usta (bənna, rəngsaz və s.) haqqı nəzərdə tutulmamışdır. Yəni, həmin tikilinin bərpası ən azı 3.000 manata başa gələcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2.111 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun SOCAR-ın “Neft Kəmərlər” İdarəsindən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi X10 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Eyni zamanada hakimin qərəzli mövqeyi, formal mülahizəsi ilə işə baxılmış, hüquqi qiymət verilmişdir. Məhkəmə qətnanmə qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Müxtəlif tarixlərə məhkəmə iclası təyin edilmiş, yalnız iki iclasda cavabdehin iştirakı rəsmi bildirişlə təmin edilmiş, cavabdehin nümayəndəsinin iştirak etdiyi ikinci iclas isə polis orqanından sənədlərin alınması məqsədilə təxirə salınmış və işə baxılmamışdır. Qalan digər tarixlərdəki iclaslara cavabdeh çağrılmamışdır. Nəticədə məhkəmə qətnamə qəbul edərkən yeganə subut kimi istinad etdiyi SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları X4 və X2 Binəqədi RPİ-də verdikləri izhatlar ilə cavabdeh tanış olmamış, qeyd edilən “sübutlar” müzakirə edilməmişdir. Eyni zamanda adı çəkilən şəxslər cavabdehin iştirak etmədiyi məhkəmə baxışında şahid kimi dindirilmiş, həmin şəxslərin məhkəmədə dindirilmə prosesində cavabdeh tərəfdə iştirak etməmişdir. Sonuncu məhkəmə baxışı 02.06.2020-ci il tarixində saat 1700-da təyin edilmişdir. Cavabdehin nümayəndəsi E.Xammədov və Təhlükəsizlik İdarəsinin vəkili və nümayəndəsi A.Ələkbərova qeyd edilən vaxta məhkəmədə olmuşdur. Lakin hakim tərəfindən baxış iclası gecikdirilmiş, nümayəndələr saat 1800-a kimi gözləmiş, iclasın keçirilməsi və ya təxirə salınması barədə məlumatın əldə edilməsi məqsədilə məhkəmənin inzibati binasında mühafizə polisindən, hakimin otağından bir neçə dəfə məlumat alınmağa cəhd edilsə də, bu barədə hər hansı bir məlumat ala bilməmişlər. Həmin vaxt İddiaçı da gözləmişdir. 1800-dan sonra nümayəndələr iş günün bitməsi ilə əlaqədar olaraq, məhkəmədən çıxmışlar. Bundan sonra, yəni 18:00-dan sonra cavabdehin və 3-cü şəxsin iştirakı olmadan məhkəmə baxış iclası keçirmiş, 02.06.2020 tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Bundan əlavə qətnamədən də göründüyü kimi idianın təmin edilməsinə istinad edilən yeganə sübut Təhlükəsizlik İdarəsinin əməkdaşlarının Binəqədi RPİ-də verdikləri izahatlarıdır. Qətnamədə yazılanlara əsasən görünür ki, həmin izahatlarda söküntü işlərini Cavabdeh1 tərəfindən həyata keçirilir. Lakin həmin şəxslər məhkəmə iclası zamanı şahid kimi məhkəmə tərəfindən dindirilmiş, onlar ifadələrində sözügedən tikilinin Cavabdeh1 əməkdaşları tərəfindən sökülməsini görmədiklərini bildirmişlər. Eyni zamanda iddiaçının həyat yoldaşı Şəlalə Sadıxova məhkəmədə verdiyi ifadəsində evin 10 nəfərə yaxın xüsusi geyimli adamlar tərəfindən söküldüyünü bildirmişdir. Məhkəmə formal mülahizə yürüdərək Şəlalə Sadıxovanın ifadəsinə münasibət bildirmişdir ki, bu ifadə digər şahidlərin 2016-cı ildə Binəqədi RPİ-nin 6-cı PB-də verdiyi ifadələrlə oxşarlıq təşkil etməməklə bərabər, iş materialları ilə ziddiyyət təşkil etmir. Hesab edirik ki, məhkəmə yanlışlığa yol vermişdir. Belə ki, cavabdeh müəssisənin əməkdaşları xüsusi geyim forması geyinmir. Həmin formanı kəmərlərin mühafizəsini həyata keçirən müəssisənin əməkdaşları geyinir. Belə olan halda şahid kimi dindirilmiş Şəlalə Sadıxovanın ifadəsi digər şahidlərin Binəqədi RPİ-də verdikləri izahatlarla ziddiyət təşkil etmişdir. X9 ifadəsi digər şahidlərin məhkəmə iclası zamanı “süküntünün Cavabdeh1 əməkdaşları tərəfindən aparıldığını görmədikləri” məzmunda verdikləri ifadə ilə ziddiyət təşkil etmir. Göründüyü kimi məhkəmə subutlara qiymət verərkən səthi yanaşmış, ziddiyətli məqamları düzgün qiymətləndirməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş SOCAR-ın Təhlükəsizlik İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə SOCAR-ın Təhlükəsizlik İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh SOCAR-ın Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi X3 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdeh SOCAR-ın Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən özbaşına tikilmiş evin sökülməsi ilə bağlı cavabdeh təşkilatın əməkdaşlarının hərəkətləri qanuna zidd olmaqla bərabər, həm də təqsirli olmuşdur, odur ki, iddiaçı maddi zərərin tələb edilməsi ilə məhkəməyə müraciət etməyə haqlıdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirov qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, səhər tezdən uşağı məktəbə apardıqdan sonra evə qayıdanda təxminən 10 nəfərə yaxın xüsusi geyimli adamların həyətdə təzə tikdirdikləri evi sökdüklərini görmüşdür. O, içəri daxil olmaq istəyəndə onu kənara itələmişlər. Onlar evin hasarının üstündən keçmişdilər, çünki qapı bağlı olmuşdur. Onlar əllərindəki dəmir və çəkiclə otağın tavanını, pəncərəsini, üstünün şiferini söküb dağıtdılar, sonra dedilər ki, həyat yoldaşın gəlsin danışarıq. Həmin şəxslərin əynində açıq yaşıl rəngdə xüsusi geyim var idi. İş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1138 saylı, 08.08.2000-ci il tarixli Sərəncamının surətindən görünür ki, həmin sərəncama əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 600 m2 torpaq sahəsi ayrılmış və torpaq sahəsinin naturada nişanlanmasının həyata keçirilməsi və tikintinin lahiyələşdirilməsi üçün tapşırıq verilmişdir. İş materiallarında olan, cinayət işi başlanmasının rədd edilməsi barədə Binəqədi Rayon Prokurorluğunun 21.10.2016-cı il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları X7 və X6 verdikləri izahatlarında göstərmişlər ki, İddiaçı yaşadığı 1 May küçəsində yerləşən həyətində qanunsuz yarım tikili olması barədə rəhbərliyə məlumat verilmiş və tikintinin davam etdirilməsi barədə İddiaçı rəsmi xəbərdarlıq edilmişdir. Lakin o, xəbərdarlığa əhəmiyyət vermədən tikintini davam etdirdiyi üçün Cavabdeh1 əməkdaşları tərəfindən söküntü icra edilmiş, həmin vaxt orada təhlükəsizliyi təmin etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan başqa, Azərbaycan Respublikası DNŞ tərəfindən 31.03.2011-ci il tarixdə təsdiq edilmiş “ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunmasının və üzərində aparılan qanunsuz tikintilərin qarşısının alınması üzrə əlavə tədbirlərin görülməsi barədə Təlimat”ın 2.2-ci bəndinə əsasən təşkilatın rəhbəri tərəfindən ərazilərdə qanunsuz tikililər bilavasitə aşkar edildiyi halda və ya sahə rəislərindən alınmış bildirişlər əsasında məlumatların müvafiq qaydada qeydiyyata alınması təmin edilməli və müvafiq tədbirlərin görülməsi üçün həmin gün Təhlükəsizlik İdarəsinə və müvafiq dövlət orqanlarına rəsmi məlumat verilməlidir. Bütün müraciətlərin surətləri qısa müddətdə Baş ofisin Hüquq İdarəsinə təqdim edilməlidir. Təlimatın 2.3-cü bəndinə əsasən məsul şəxslər tərəfindən özbaşına tikililərin aşkar olunduğu yerlərə baxış keçirilməli və lazımi məlumatlar əldə olunaraq müvafiq qaydada qeydiyyat jurnalına daxil olunmalıdır. Təlimatın 2.4-cü bəndinə əsasən inşası başa çatmış özbaşına tikililər barədə təşkilat tərəfindən dərhal məhkəməyə müraciət edilməlidir. Özbaşına tikintilərin sökülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməlirinin icrasını təmin etmək məqsədilə Təşkilat tərəfindən rayon icra şöbələrinə müraciət edilməlidir. Göründüyü kimi, həm Mülki Məcəllənin 180.4-cü maddəsində, həm də qeyd olunan Təlimatda özbaşına tikilinin sökülməsi üçün yalnız məhkəməyə müraciət edilməsi açıq göstərilmişdir. Cavabdeh tərəfindən özbaşına tikilmiş evin sökülməsi üçün məhkəməyə müraciət etmədən söküntü işləri aparması isə onun hərəkətlərinin qanuna zidd olması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən özbaşına tikilmiş evin cavabdeh təşkilatın əməkdaşları tərəfindən qanunsuz sökülməsi nəticəsində ona maddi zərər dəyməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunmasının və üzərində aparılan qanunsuz tikintilərin qarşısının alınması üzrə əlavə tədbirlərin görülməsi barədə Təlimat”ın tələblərinə uyğun olaraq özbaşına tikilinin mövcudluğu barədə müvafiq məlumatlandırmanın yerinə yetirilməsi, özbaşına tikilinin aşkar edilməsi ilə bağlı məlumatın qeydə alınması, eləcə də özbaşına tikilinin dayandırılması barədə iddiaçının məlumatlandırması və ya bu barədə bildiriş verməsi barədə sübutları istər birinci instansiya məhkəməsinə, istərsə də apelyasiya məhkəməsinə təqdim etməmişdir. Bunda başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, X7 və X6 məhkəmə iclası zamanı şahid kimi məhkəmə tərəfindən dindirilmiş, onlar ifadələrində sözügedən tikilinin Cavabdeh1 əməkdaşları tərəfindən sökülməsini görmədiklərini bildirmişlər. Lakin, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanlara öz qətnaməsində ətraflı hüquqi qiymət vermişdir. Belə ki, şahidlər Elvin İlyasov və Vüqar Mustafayev polis orqanında hansı məzmunda izahat verdiklərini xatırlamadıqlarını, izahatın polisin müstəntiqi tərəfindən yazıldığını və həmin izahatı oxumadan imzaladıqlarını bildirsələrdə birinci instansiya məhkəməsi haqlı olaraq bunu belə əsaslandırmışdır ki, şahidlərin verdikləri ifadələri inandırıcı hesab edilmir, şahidlərin hər ikisi ali təhsillidir və onların polis orqanında özləri tərəfindən yazılmasa da belə, izahatın mətni ilə tanış olmadan, yaxud onu oxumadan imza etmələri ağlabatan görünmür. Qeyd olunanları nəzərə alıb, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh SOCARın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirov apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları sübut edən dəlillərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavadeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavadeh SOCAR-ın Cavabdeh1 rəisi Vasif Əmirovun apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh SOCAR-ın Cavabdeh1 rəisi X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5237/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5237/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver