Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5240/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimenin artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(011)-4293/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2892/2019 saylı qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X8 və 07.01 .201 1 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 235 manatın, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin Cavabdeh tutularaq İddiaçı Ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh arasında birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı iki övladı var. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2019-cu il tarixi, 2(103)-2892/2019 saylı qətnaməsi ilə birgə nikahdan olan övladlarının saxlanması üçün onlar yetkinlik yaşma çatanadək hər ay hər üşaq üçün 110 manat, cəmi 220 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2019-cu il tarixi, 2(103)- 2892/2019 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləği azdır, qanunvericilikdə nəzərdə tutulmuş məbləğə və uşağın aylıq saxlanma xərclərinə uyğun deyildir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 10 ildir ki, uşağın xəstəliyinə görə əlavə pul ödəyir, 10 il müddətinə iddiaçı uşaqlara pensiya düzəltdirə bilərdi, lakin iddiaçı bunu etməmişdir, işsizdir, buna dair arayışı da var, ona görə də hazırkı aliment məbləğini də ödəməkdə çətinlik çəkir, aliment məbləği artırılacağı təqdirdə bu onun maddi vəziyyətinə daha da pis təsir edəcək. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(011)-4293/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Şəhriyar Əliyev) iddia qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2892/2019 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğinin tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2892/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X8 və 07.01 .201 1 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 8.İş materiallarında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ saylı 848128 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X7r. 9.İş materiallarında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ saylı 672040 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. 10.İş materiallarında olan 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00426 saylı Arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş, lakin prosesin davam etdirilməsinə razılıq verilməmiş, X11 50 manat mediasiya xərci və 10 manat poçt xərcini ödəmişdir. 11.İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X12 "Məhkəmə Tibbi Ekspertiza X17 Birliyi" X14 sanitar vəzifəsində işləyir, əmək haqqı 448.8 manatdır. 12.İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına mənzil vardır. 13.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır, uşaq hal-hazırda da iddiaçının yanındadır, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2892/2019 saylı qətnaməsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat aliment məbləğinin tutulması qət edilmişdir, iddiaçı hazırda sanitar vəzifəsində işləməklə 448.8 manat məbləğində əmək haqqı alır, cavabdehin mülkiyyətində bir ədəd daşınmaz əmlak (mənzil) vardır, cavabdeh iddia tələbini qəbul etmir, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. 14.Məhkəmə iddianı qismən təmin edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, həmçinin iddiaçının işləməsini, cavabdehin adına əmlakın olmasının, əvvəl təyin aliment miqdarını, alimentin uzun müddət ərzində artırlmadığını, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun məbləğini, alimentin sabit pul məbləğində tutulması barədə iddiaçının xahişini nəzərə alaraq, hesab etmişdir ki, cavabdehdən hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 320 manat məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. 15.Məhkəmə, məhkəmə xərclərinin kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab etmişdir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən 63,20 manat məbləğində dövlət rüsumu dövlət mədaxilinə alınmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 86, 112.1ci; “Uşaq hüquqları haqqında” Konvensiyanın 3 və 27.2-ci: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci; Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2 və 9.34-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 112.1.3, 124.1 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 17.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Bildirir ki, o, artıq 10 ildir ki, uşağın xəstəliyinə görə əlavə pul ödəyir. Halbuki iddiaçı uşağın xəstəliyinə əlavə müavinət almaq hüququ vardır. Lakin uşağın xəstəliyinə görə müvafiq qurumlara müraciət etməmişdir. Cavabdeh, heç bir yerdə işləmir. İşsiz olmağı barədə məhkəməyə arayış təqdim etmişdir. İşsiz olduğuna görə aliment ödəməkdə çətinlik çəkir. Alimentin məbləği artırıldığından maddi durumunun ağır olması səbəbindən onun icrası mümkün olmayacaqdır. Qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmış, işsizlik barədə arayış təqdim etmişdir. Lakin məhkəmə obyektiv araşdırma aparmamış, uşaqlar üçün yaşayış minimunun qaldırılması səbəbindən alimentin məbləğinin artırılması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə tərəflərin maddi vəziyyətini, işsizliyini, alimentin artırılmış məbləğdə ödənilməsinin mümkünsüzlüyünə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən mülkiyyətində mənzilin olmasını əsas gətirərək alimentin məbləğinin artırılmasını mümkün hesab etmişdir. Hesab edir ki məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Uşaqların ananın yanında qalması hər iki valideynin uşaqları saxlamaq hüququndan azad etmir. O, uşaqlarına aliment ödənilməsinə etiraz etmir. Lakin onun maddi imkanının olmaması, işsizliyi buna imkan vermir. Hesab edir ki, Xətai rayon Məhkəməsinin bu iş üzrə qətnaməsi tamamilə ləğv edilməli və aliment məbləği əvvəlki məbləğdə saxlanmalıdır. Qətnamə xx.xx.2024-cü ildə alınıb.Qanunun tələbindən də görünür ki, alimentin təyin olunmuş məbləğinin dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda onun miqdarı artırılıb-azaldıla bilər. Belə bir hal mcavabdehin maddi durumunda baş verməmişdir. Mübahisəni həll edən məhkəmə heç bir araşdırma aparmamış, şablon ifadələrlə qətnamə qəbul etmişdir.Məhkəmə heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə Cavabdehin qanunla qorunan hüququnu pozmuşdur. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 21.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 22.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 23.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 24.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 25.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 28.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hisələrdə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2892/2019 saylı qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X8 və 07.01 .201 1 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 34.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 35.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 36.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 37.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin az olması, qanunvericiliklə nəzərdə tutulmuş məbləğə və uşağın aylıq saxlanma xərclərinə uyğun olmamasına əsaslanmaqla tələb etmişdir. 38.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşaqların saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 39.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2892/2019 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat aliment tutulmasını müəyyənləşdirərkənhəmin dövrün həyat standartları əsas götürülmüşdür. 40.Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2019-cu il üçün 160 manat nəzərdə tutulmuşdur. 2024-cü ildə isə bu məbləğ 235 manat təşkil edir. 41.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 42.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 43.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 44.Məhkəmə kollegiyası cavabdehin işsiz olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin işsiz olması onun bir valideyn kimi övladlarını saxlamaq, qanunvericiliklə nəzərdə tutulmuş minimum dolanacaq xərclərindən az olmayan miqdarda alimenti ödəmək vəzifəsindən azad etmir. 45.Kollegiya həmçinin qeyd edir ki, işsiz olmaq valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 46.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(011)- 4293/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaıdır. 47.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 48.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 53.Alimentin artırılan hissəsinin illik məcmusu 5000 manatan az olduğu üçün, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(011)-4293/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5240/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5240/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver