Məhkəmə qərarları › İş №2(103)-5243/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5243/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5243/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh 15 saylı Notariat Ofisinin notariusunun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(005)- 125/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarına, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarının hərəkətlərində cinayət əməli olduğu xüsusi qərar çıxarmaqla hüquq mühafizə orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində 15 iyun 2015-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2017-ci il tarixli, 1(103)-106/2017 nömrəli qərarına əsasən məhkəmə iclas zalından azad olunmuşdur. Qeyd edilən müddət ərzində iddiaçı şəxs həbsdə olmuşdur. 04 mart 2017-ci il tarixdə, yəni həbsdə olduğu müddətdə Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində ** CM ***147 nömrəli etibarnamə onun tərəfindən Cavabdeh1 verilmişdir. Cavabdeh1 onun qohumudur və sözügedən etibarnamədən onun xəbəri olmamışdır. Daha sonra həmin etibarnaməyə əsasən Bakı şəhəri 15 nömrəli notariat ofisində 13 mart 2019-cu il tarixdə verilmiş 3804 reyestr nömrəli etibarnamə Cavabdeh1 tərəfindən digər Cavabdeh5 verilmişdir. Həmin tarixdə də Bakı şəhəri 15 nömrəli notariat ofisində reyestrdə 7E-3826 nömrəsi ilə qeyd edilən etibarnamə Cavabdeh5 tərəfindən digər Cavabdeh4 verilmişdir. 28 mart 2019-cu il tarixdə Bakı şəhəri 9 nömrəli notariat ofisində Cavabdeh4 onun adından imza edərək digər Cavabdeh1 ilə alqı-satqı etmişdir. Ümumiyyətlə, bu şəxslərdən Cavabdeh1 istisna olmaqla heç birini tanımır. Beləliklə, Cavabdeh1 başda olmaqla bir qrup şəxs ona məxsus torpağı qanunsuz və saxta sənədlərlə öz adlarına rəsmiləşdirmişlər. Cavabdeh1 onun qohumu olduğu üçün həmin torpağın çıxarışını itirdiyindən məlumatlı idi. O sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 nömrəli ərazi idarəsinə təqdim etmişdir. Cavabdeh1 da əldə etdiyi saxta etibarnamə ilə 27 mart 2019-cu il tarixdə həmin çıxarışı əldə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 03 noyabr 2020-ci il tarixdə iddia tələbi üzrə dəqiqləşdirmə ərizəsi verərək, İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019- cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarının hərəkətlərində cinayət əməli olduğu xüsusi qərar çıxarmaqla hüquq mühafizə orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il, tarixli 2(005)- 125/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri 9 nömrəli notariat kontorunda rəsmiləşdirilmiş İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019- cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-125/2021 saylı iş üzrə 10.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə işə baxarkən real faktları araşdırmamış və əsassız subutlara üstünlük vermiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir.Buna görədə hesab edir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10.02. 2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə cavabdeh 15 saylı Notariat Ofisinin heç bir qanun pozuntusuna yol vermədiyini bildirərək, məhkəmə kollegiyasından ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbininin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 1(101)-234/2016 nömrəli hökmünün məzmunundan görünür ki, müvafiq hökmlə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona cəza təyin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaşəkmə müddətinin başlanğıcı 25 iyun 2015-ci il tarixdən hesab edilməsi hökm edilmişdir; İş materiallarında olan Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində 04 mart 2017-ci il tarixdə tərtib edilmiş ** CM ***147 nömrəli etibarnamənin surətindən və məzmunundan görünür ki, İddiaçı tərəfindən onun adından Cavabdeh1 etibarnamə verilmişdir; İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2017-ci il tarixli 1(103)- 106/2017 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum İddiaçı barəsində olan 07 noyabr 2016-cı il tarixli 1(101)-234/2016 nömrəli hökmü dəyişdirilərək, məhkum İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsi İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 971 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 31 may 2018-ci il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarında olan İddiaçı (Cavabdeh4)-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış 28 mart 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsini 5.400 (beş min dörd yüz) manat qiymətə alıcıya satmağı, alıcı isə həmin məbləği ödəməklə müvafiq torpaq sahəsini almağı öhdəsinə götürmüşdür; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 971 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 28 mart 2019-cu il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarında olan İddiaçı (onun əvəzinə X5)-birinci tərəf ilə Cavabdeh1 (onun əvəzinə X7)-ikinci tərəf arasında bağlanmış 04 may 2020-ci il tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqavilənin surətindən və məzmunundan görünür ki, tərəflər arasında Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsinin 5.400 (beş min dörd yüz) manat qiymətə alqı-satqısının Bakı şəhəri 9 nömrəli notariat ofisində 28 mart 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə rəsmiləşdirilməsi razılaşdırılmışdır. Hazırda tərəflər həmin alqı-satqı müqaviləsinin ləğvi barədə razılığa gəliblər. Belə ki, İddiaçı aldığı 5.400 (beş min dörd yüz) manat pul məbləğini Cavabdeh1 geri qaytardı. Cavabdeh1 ödədiyi müvafiq pul məbləğini İddiaçı geri aldı. Cavabdeh1 isə göstərilən əmlakı dərhal boşaldır və İddiaçı təhvil verir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 26 noyabr 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05 fevral 2008-ci il tarixdə **********87 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X3 həmin torpaq sahəsinin 0,15 ha hissəsini Abşeron rayonu 1 nömrəli dövlət notariat kontorunda təsdiq olunmuş 31 yanvar 2018-ci il tarixli, 4Ə/12-2813 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 (10 may 2018-ci il tarixli azalma ərizəsinə əsasən 0,142 ha hissəsinə çıxarış verilmişdir). Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2018-ci il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X10 həmin torpaq sahəsini Bakı şəhəri 9 nömrəli notariat kontorunda təsdiq edilmiş 28 mart 2019-cu il tarixli, 4Ə-342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 mart 2019-cu il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda bağlanmış 24 may 2020-ci il tarixli, 3M-486 reyestr nömrəli müqavilənin ləğv edilməsinə dair saziş 4 nömrəli Abşeron Ərazi İdarəsinə daxil olması barədə məlumat aşkar edilməmişdir; Beləliklə də, işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 1(101)-234/2016 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində 04 mart 2017-ci il tarixdə tərtib edilmiş ** CM ***147 nömrəli etibarnamə verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2017-ci il tarixli 1(103)- 106/2017 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü dəyişdirilərək, məhkum İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2018-ci il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X10 həmin torpaq sahəsini Bakı şəhəri 9 nömrəli notariat kontorunda təsdiq edilmiş 28 mart 2019-cu il tarixli, 4Ə-342 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 mart 2019-cu il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda bağlanmış 24 may 2020-ci il tarixli, 3M-486 reyestr nömrəli müqavilənin ləğv edilməsinə dair saziş 4 nömrəli Abşeron Ərazi İdarəsinə daxil olması barədə məlumat aşkar edilməmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, İddiaçı 25 iyun 2015-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbsdə olduğu müddətdə onun Cavabdeh1 Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində 04 mart 2017-ci il tarixdə müvafiq etibarnaməni verməsi qeyrimümkündür. Bu səbəbdən həmin etibarnamə əsasında aparılmış alqı-satqı etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 mart 2019-cu il tarixdə qeydiyyata alınmış, lakin İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda bağlanmış 24 may 2020-ci il tarixli, 3M-486 reyestr nömrəli müqavilənin ləğv edilməsinə dair saziş 4 nömrəli Abşeron Ərazi İdarəsinə daxil olması barədə məlumat aşkar edilməmişdir. Bu baxımdan məhkəmə İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmiş halları İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsasdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Bakı şəhəri 9 nömrəli notariat kontorunda rəsmiləşdirilmiş İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(005)- 125/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar