Məhkəmə qərarları › İş №2(103)-5244/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5244/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5244/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-dən birgə qaydada ziyan əvəzi olaraq siyahıya alınmış türk geyimləri üzrə dollar münasibətdə məzənnə üzrə 4700 ABŞ dollarının, istintaqa və məhkəmələrə get-gəl yol xərcləri üzrə 300 manat, əldən çıxmış fayda üzrə 2000 manat, mənəvi ziyan üzrə 5000 manatın, vəkil xərcləri üçün 600 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(011)- 3082/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 ASC-dən 4719 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin ləğv prosesində olan Cavabdeh3 ASC-yə münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. 07 aprel 2021-ci il tarixdə iddiaçı Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadından şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3082/2020-ci il tarixli qətnaməsi bankın ünvanına rəsmi qaydada 15.10.2020-ci il tarixdə daxil olmuş və 28.10.2020-ci il tarixdə **********149 saylı şikayət hazırlanmışdır. Lakin LPO Cavabdeh3 ASC-nin korparativ kartında pulun olmaması və bankın hesablarında yaranmış problemlər səbəbi ilə Apellyasiya şikayətinə rüsum vaxtında ödəmək mümkün olmamışdır.Yaranmış problem 17.11.2020-ci ildə öz həllini tapmışdır. Bununla əlaqədar olaraq müddətin bərpası ilə Xətai Rayon Məhkəməsinə ərizə yazılmasına baxmıyaraq müddət bərpa edilməmişdir. Səbəb kimi də rüsumun hazır olduğu tarixdən xeyli vaxt keçdiyindən sonra məhkəməyə göndərilməsi göstərilmişdir. Ərizənin təmin edilməməsi ilə bağlı bildirilmişdir ki, COVİD-19 pandemiyası səbəbi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tövsiyəsinə əsasən işçi sayının məhdudlaşdırılması tövsiyə edilmişdir. Xətai rayon məhkəməsi üzrə əraziyə baxan nümayəndənin insan resusları departamenti tərəfindən öncədən hazırlanmış qrafik üzrə həmin vaxt işdə olmaması səbəbindən müddəti ötmüş Apellyasiya şikayətinin 07.12.2020-ci il tarixdə göndərilməsinə səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadından verdiyi şikayət təmin olunmamış, şikayət baxılması üçün MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və cavabdehin prosessual müddətin bərpa edilməsinə dair vəsatətin məzmunundan da müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3082/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi məhkəmənin 07 oktyabr 2020-ci il tarixli məktubu ilə cavabdeh LPO Cavabdeh3 ASC-yə göndərilmiş və bankın ünvanına rəsmi olaraq 15.10.2020-ci il tarixdə daxil olmuşdur. Lakin cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət 07 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçının ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. Belə ki, “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin apellyatordan asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)- 3082/2020 saylı qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-3082/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar