Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5256/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(011)-4942/2020 saylı qətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli İK № 1441/F-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04.09.2019-cu il tarixli İK 1441/F-19 saylı kredit müqaviləsinə əsasən 2527.59 manat əsas borc, 517.33 manat məbləğində faiz borcu, 45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3089.92 manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. 26.01.2021-ci il tarixdə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Abbasova, iş № 2(011)-4942/20) apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılaraq, cavabdehə prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh2 həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayəti vermək qərarında olmuşdur. Lakin məhkəmənin bu qətnaməsi ona 07 dekabr 2020-ci il tarixdə poçt vasitəsilə çatmışdır. 02.12.2020-ci il tarixdən 25.01.2021-ci il tarixə qədər Ali Məhkəmənin müvafiq qərarı əsasında bütün məhkəmələrin fəaliyyəti dayandırılmışdır. Onun hüquqi savadı olmadığı üçün hesab etmişdir ki, məhkəmələr açılanda apellyasiya şikayəti vermək olar. Bununla yanaşı oğlu İİ Qarabağ müharibəsindən gəldiyi üçün onun müalicəsi ilə məşğul olmuşdur. Qərardadın ləğv edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş edir. Xətai Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından və əlavə olunmuş sənədlərdən görünür ki, qətnamənin surəti Cavabdeh2 tərəfindən 07 dekabr 2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin cavabdeh apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə 21 yanvar 2021-ci il tarixdə təqdim etmişdir. Beləliklə, Cavabdeh2 apellyasiya şikayətinin təqdim edilməsi qaydasını pozmuş, habelə apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5256/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5256/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver