Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5268/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması, ipoteka predmetinə yönəltmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı LPO İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(005)-476/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı1 ASC-nin “Dostluq” filialı ilə Cavabdeh arasında 07 mart 2023-cü il tarixində LB/23/010/000601 saylı kredit və 07 mart 2023-cü il tarixli girov müqavilələri bağlanmış, cavabdeh tərəfindən 07 mart 2023-cü il tarixli LB/23/010/000601 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmədiyindən iddiaçı qarşısında borcu yaranmışdır. 2.Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 16420,66 manat, faiz borcu üzrə 1924,91 manat, dəbbə pulu 200,88 manat, cəmi 18546,45 manat məbləğində borcun və ödənilmiş 146 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 ASC-yə ödənilməsi; tələbin girov predmeti olan ümumi çəkisi 293,4 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı1 ASC-yə olan 18546,45 manat məbləğində borcun və 146 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC “Dostluq” filialı ilə Cavabdeh arasında 07 mart 2023-cü il tarixində LB/23/010/000601 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, illik 23 % (iyirmi üç) hesablanmaqla 16635 (on altı min altı yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı1 ASC ilə Cavabdeh arasında 07 mart 2023-cü il tarixində G-LB/23/010/000601 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdehmülkiyyətində olan ümumi çəkisi 293.4 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 07 mart 2023-cü il tarixli LB/23/010/000601 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, Dos/23-886 saylı 05 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı1 ASC-yə əsas borc üzrə 16420.66 (on altı min dörd yüz iyirmi.66) manat, faiz borcu üzrə 1924.91 (bir min doqquz yüz iyirmi dörd.91) manat, dəbbə pulu 200.88 (iki yüz), cəmi borcu 18546.45 (on səkkiz min beş yüz qırx altı.45) manat təşkil edir. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 iyun 2024-cü il tarixli, 2(005)-476/2024 saylı qətnaməsi ilə (hakim-Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə 16420,66 manat əsas, 1823,93 manat faiz, 150 manat cərimə borcu olmaqla, ümumilikdə 18394,59 (on səkkiz min üç yüz doxsan dörd manat, əlli doqquz qəpik) manat borc və 146 (bir yüz qırx altı) manat dövlət rüsumunun iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc tələbinin girov ilə yüklü edilmiş Cavabdeh məxsus 293,4 qram olan qızıl zinət əşyalarına yönəldilməsi və həmin daşınar əşyaların açıq hərraca çıxarılması, qeyd olunan daşınar əşyaların açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğin Cavabdeh qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan:
6. 05 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə xx.xx.2023-cü il tarixinə 16420,66 manat əsas, 1924,91 manat faiz borcu, 200,88 manat dəbbə pulu olmaqla, cəmi 18546,45 manat borcu yaranmışdır.
7. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı müqaviləsinə əsasən yaranmış borcun 5 iş günü müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 23 % dərəcəsi ilə 16635 manat kredit verilmişdir.
9. ******* №-li Kredit müqaviləsi əlavə ödəniş cədvəlindən görünür ki, X5 LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 533.18 manat, sonuncu ay isə 532,94 ödəməyi öhdəsinə götürmüşdür.
10. 07 mart 2023-cü il tarixli Girov müqaviləsindən görünür ki, Girov qoyan - Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı olaraq ona məxsus bazar qiyməti 23765 manat, likvid qiyməti 16635.5 manat olan 293.4 gram zinət əyalarını Girov saxlayan - İddiaçı1 ASC-nin sahibliyinə vermişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 07 mart 2023-cü il tarixli, LB/23/010/000601 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh “Muğanbank" ASC-nə olan borcu aşağıdak kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tarixinə) 18.290,00 AZN: -əsas borc üzrə - 16.450,72 AZN, -faiz borcu üzrə - 1.839,28 AZN xx.xx.2024-cü il tarixə: (rəyin verildiyi tarixə) 20.192,35 AZN -əsas borc üzrə - 16.450,72 AZN -faiz borcu üzrə - 3.741,63 AZN 12.Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. 13.Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf iddia tələbində faiz borca görə 1924,91 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunun surətinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən tam borc məbləğinin ödənilməsini tələb etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlandığı tarixdən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 1823,93 manat pul məbləği tutulması məqsədəmüvafiqdir. 14.Məhkəmə iddia tələbində qeyd edilən cərimə məbləğinin əsas borca münasibətdə uyğun olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə cərimə borcu olaraq 150 manat məbləğində pul vəsaiti ödənilməlidir. 15.Məhkəmənin mövqeyinə görə xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə borc tələbi tələbin cavabdehə məxsus olan və bank qarşısında girov ilə yüklü edilmiş 293,4 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi hissəsində əsaslıdır və təmin edilməli, borc tələbi 293,4 qram olan qızıl-zinət əşyalarına yönəldilməlidir. Həmin daşınar əşyalar açıq hərraca çıxarılmalı, ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 16.Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 146 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa ekspertiza xərci olan 50 manat Cavabdeh tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 17.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 421.2, 423.2, 442, 443.1, 448.1, 739.1, 739.2, 462.1, 465.2, 295, 279, 298.1, 298.1.1, 298.1.2, 298.1.3, 298.1.4, 298.2, 298.3-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 78.1, 80 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq iddianı təmin etmişdir. İşə bu səpkidə yanaşma cavabdehin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Digər tərəfdən, məhkəmənin mövqeyi ilə həmçinin ona görə razılaşmır ki, işdən göründüyü kimi girov qoyulmuş əmlakların qiymətləndirilməsinə qeyri-obyektiv yanaşılmışdır. Baxmayaraq ki, tərəflərindən girov qoyularkən qızıl-zinət əşyaların daşı brilyant olmuşdur, tətqiqat zamanı onların brilyant olmaması göstərilmişdir. Halbuki tərəfindən təhvil verilmiş əmlak brilyantdan ibarət olmuşdur. Bu səbəbdən sübutların qiymətləndirilməsində məhkəmə tərəfindən birtərəfli, qərəzli mövqe tutulmuşdur. Göstərilənlərdən savayı məhkəmə iclasına iştirakı olmadan baxılmasını da çəkişmə prinsipinin pozulması kimi qiymətləndirir. Məlum olduğu kimi işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. İşə baxan məhkəmə işə baxan zaman cavabdehin işdə iştirakını təmin etməmişdir. Qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxlmasını mümkün hesab etməklə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən mülki mühakimə icraatının fundamental prinsiplərindən biri olan "çəkişmə prinsipinə" zidd olaraq tərəfi çağırmadığına, onun dəlillərini, izahatlarını nəzərə almadığına görə məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı sayla bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququ kobudcasına pozulmuşdur. Konvensiyanın mənasına görə hakim tərəflərin bərabərliyi prinsipinə riayət edilməsinə görə cavabdehlik daşıyır, bu prinsip o deməkdir ki, bütün tərəflərə onları əks tərəfin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salmayan şəraitdə dəlillərini irəli sürə bilmələri üçün ağlabatan imkan verilməlidir. Hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-476/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnaməninin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etmir, süründürməçiliklə işin baxılmasının uzadılmasına çalışır. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 24.Maddə 269.1.Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 25.Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 26.Maddə 276.1.İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 27.Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 28.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 31.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 32.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 33.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 34.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 35.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 36.Maddə 448.1.Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 37.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 42.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 43.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. 47.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 48.Məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən lazimi qaydada icra edilməməsi və bunun nəticəsində yaranmış borcun cavabdehdən tutulması barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, məhkəmə faiz borcunun məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. 49.Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh “Muğanbank" ASC-nə xx.xx.2023cü il tarixə əsas borcu 16.450,72 AZN, faiz borcu 1.839,28 AZN Manat təşkil edir. 50.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 51.Göründüyü kimi ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə olan faiz borcu 1839,28 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə göndərdiyi pretenziya məktubunda tam borc məbləğinin ödənilməsini tələb etdiyindən tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlandığı tarixdən, xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilməklə tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən məhkəmə cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 1823,93 manat pul məbləği tutulmasını məqsədəmüvafiq hesab etsə də, həmin məbləği hansı əsasla əldə etdiyini əsaslandırmamışdır. 52.Məhkəmə kollegiyası faiz borcunun müəyyən edilməsi ilə bağlı qeyd edir ki, məhkəmənin faiz borcunun iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun göndərildiyi tarixə qədər hesablanması barədə mövqeyi əsaslı olmuşdur. 53.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada-məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
54. Həmin Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir..O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır” 55.Lakin, iş üzrə əldə edilmiş ekspert rəyində faiz borcu xx.xx.2023-cü il tarixə kimi hesablanmışdır. 56.Faiz borcunun hazırki işin fakitki halları baxımından pretenziya məktubunun göndərildiyi xx.xx.2023-cü il tarixdən sonrakı dövr üzrə tələb edilməsi yuxarıda qeyd olunanlara əsasən yolverilməz olduğundan, kollegiya qeyd edir ki, faiz borcunun xx.xx.2023-cü il tarixə qədər hansı məbləği təşkil etməsi müəyyən edilməlidir. 57.İş materiallarından göründüyü kimi mübahisələndirilən kredit müqaviləsi üzrə borc illik 23% dərəcəsi ilə verildiyindən, ekspert rəyinə əsasən müəyyən edilmiş 16450,72 manat əsas borc məbləğinə münasibətdə bir illik faiz borcu 3783,66 manat müəyyən olunur. (16450,72x23/100=3783,66) 58.Kollegiya qeyd edir ki, sadə riyazi qaydalara əsasən ekspert rəyi ilə faiz borcu xx.xx.2023-cü il tarixə qədər 1839,28 manat müəyyən edildiyindən, pretenziya məktubunun göndərildiyi xx.xx.2023-cü il tarixə qədər faiz borcunun müəyyən edilməsi üçün həmin tarixlər arasında 9 gün fərq nəzərə alınmalıdır. 59.Bunun üçün bir günlük faiz borcu müəyyən edilməlidir. Bu məbləğ isə 10,51 manat təşkil edir (3783,66/12=312,305) (312,305/30=10,51). Doqquz gün üçün faiz borcu isə 94,59 manat təşkil edir (9x10,51=94,59). Bu halda xx.xx.2023-cü il tarixə faiz borcu 1744,69 manat təşkil edir. (1839,28-94,59=1744,69) 60.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcunun məbləği 1744,69 manat müəyyən edildiyindən, bu isə cəmi borca təsir etdiyindən, qətnamə faiz və cəmi borc hissələrində dəyişdirilməli, faiz borcu 1744,69 manat, cəmi məbləğ isə 18315,35 manat müəyyən edilməldir. 61.Məhkəmə kollegiyası cavabdehin girov pretmeti olan qızılların brilliant qaşlarının olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü tarixli “girov qoyulmuş qiymətlilərin, dəyərlilərin Qiymətləndirmə və təhvil təslim” Aktından görünür ki, həmin aktda girov premeti olan qızılların adı, əyarı, çəkisi, məmulatın bazar və likvid qiyməti və şəkilləri əks olunmuş və həmin akt cavabdeh tərəfindən imzalanmışdır. 62.Digər tərəfdən kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin qızıllar ipoteka predmeti olmadığından məhkəmə tərəfindən onların qiymətləndirilməsinə zərurət yoxdur. 63.Kollegiya qeyd edir ki, girov premeti olan əşyalar daşınar qızıl-zinət əşyaları olmaqla, dəyəri hazırki bazar şəraitində daimi olaraq dəyişrir (artır-azalır). Belə olan halda, kollegiya həmin qızılzinət əşyalarının hərrac keçirilən zaman qiymətləndirilməsini daha məqsədəmüvafiq hesab edir. 64.Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarına əsasən (i/v 33, 48, 61, 85, 94) birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinə SMS bildiriş göndərilmiş, həmçinin cavabdehin ünvanına poçtla bildiriş göndərilsə də “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. (i/v-97) 65.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(005)-476/2024 saylı qətnaməsi faiz borcu və cəmi məbləğ hissələrində dəyişdirilməli, faiz borcu 1744,69 manat, cəmi borc məbləği isə 18315,35 manat müəyyən edilməlidir. 66.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, faiz və cəmi borc məbləğinin dəyişməsi iddianın təmin edilmiş hissəsinə də təsir etdiyindən qətnamə məhkəmə xərcləri ilə bağlı hissələrdə də dəyişdirilməli, iddia ərizəsinin verilməsinə görə cavabdehdən tutulan dövlət rüsumunun məbləği 143 manat müəyyən edilməli, 50 manat ekspertiza xərcinin 49 manatı Cavabdeh 1 manatı isə ddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. 67.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406cımaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(005)-476/2024 saylı qətnaməsi faiz və cəmi borc məbləği hissələrində dəyişdirilsin, faiz borcu 1744,69 (min yeddi yüz qırx dörd manat, altmış doqquz qəpik) manat, cəmi borc məbləği 18315,35 (on səkkiz min üç yüz on beş manat, otuz beş qəpik) manat müəyyən edilsin. Qətnamə dövlət rüsumu və ekspertiza xərci ilə bağlı hissələrdə dəyişdirilsin. Dövlət rüsumunun məbləği 146 (yüz qırx altı) manat müəyyən edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 49 (qırx doqquz) manatı Cavabdeh, 1 (bir) manatı iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
X9
Fərrux Qasımov