Məhkəmə qərarları › İş №2(103)-527/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-527/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-527/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)-2379/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 143295 (bir yüz qırx üç min iki yüz doxsan beş) manat məbləğində əsas borcun, 28659 (iyirmi səkkiz min altı yüz əlli doqquz) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 12015 (on iki min on beş) manat pulun, qətnamə icra olunan günə kimi hər ay 3500 (üç min beş yüz) manat məbləğində icarə haqqının və ödənilmiş 474 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)- 2379/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə 143295 manat məbləğində əsas borc, 20000 (iyirmi min) manat cərimə, ümumilikdə 163295 manat və 474 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)- 2379/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, bir tərəfdən İddiaçı MMC-nin direktoru X4, digər tərəfdən Cavabdeh barışıq sazişini bağlayaraq aşağıdakılar barədə razılığa gəldilər: 1.1 Bu Sazişin predmeti Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-7397/2022 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə ödənilməsindən ibarətdir. 1.2 Tərəflər razılaşır, təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya ümumi borcu 205800 manat (171500 manat əsas borc və 34300 manat məbləğində cərimə borcu) təşkil edir, lakin borc məbləği güzəşt edilərək 100000 (bir yüz min) manat kimi müəyyənləşdirilir. 2.1 Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu xx.xx.2023-cü ilədək tam şəkildə İddiaçıya ödəyəcəkdir. 2.2 İcarə haqqının hesablanması bu Sazişin imzalandığı andan xx.xx.2023-cü ilədək dayandırılır. 2.3 X5 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.4 Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixə kimi tam ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, 1.2-ci bənddə qeyd olunmuş güzəşt tətbiq edilmir və 2.2-ci bənddə göstərilmiş hesablanmayan icarə haqları yenidən hesablanır. 2.5 Tərəflər razılaşır ki. Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə, cəmi borc məbləği (icra ödənişləri daxil olmaqla) anbarda saxlanılmış mallara dair qiymətləndirmə aparılaraq birbaşa həmin mallara yönəldiləcəkdir və cavabdehdən qiymətləndirmə zamanı sazişin 1.2-ci bəndində göstərilmiş borcdan qalıq pul vəsaiti tələb olunmayacaqdır. 2.6 Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, iddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-ci bənddə müəyyən edilmiş tarix) növbəti günü, 2.4cü bənd nəzərə alınmaqla, borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.7 İddiaçı öhdəlik götürür ki, cavabdeh bu Sazişin 2.1-ci bəndini tam şəkildə icra etdiyi halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(005)-137/2022 saylı qərardadı ilə cavabdehin anbarda saxlanılmış malların üzərinə qoyulmuş həbsin ləğv olunması üçün dərhal müvafiq məhkəməyə ərizə ilə müraciət edəcəkdir. 2.8 Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.1 Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2 Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3 Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)-2379/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1 Bu Sazişin predmeti Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-7397/2022 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə ödənilməsindən ibarətdir. 1.2 Tərəflər razılaşır, təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya ümumi borcu 205800 manat (171500 manat əsas borc və 34300 manat məbləğində cərimə borcu) təşkil edir, lakin borc məbləği güzəşt edilərək 100000 (bir yüz min) manat kimi müəyyənləşdirilir. 2.1 Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu xx.xx.2023-cü ilədək tam şəkildə İddiaçıya ödəyəcəkdir. 2.2 İcarə haqqının hesablanması bu Sazişin imzalandığı andan xx.xx.2023-cü ilədək dayandırılır. 2.3 X5 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.4 Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixə kimi tam ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, 1.2-ci bənddə qeyd olunmuş güzəşt tətbiq edilmir və 2.2-ci bənddə göstərilmiş hesablanmayan icarə haqları yenidən hesablanır. 2.5 Tərəflər razılaşır ki. Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə, cəmi borc məbləği (icra ödənişləri daxil olmaqla) anbarda saxlanılmış mallara dair qiymətləndirmə aparılaraq birbaşa həmin mallara yönəldiləcəkdir və cavabdehdən qiymətləndirmə zamanı sazişin 1.2-ci bəndində göstərilmiş borcdan qalıq pul vəsaiti tələb olunmayacaqdır. 2.6 Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, iddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-ci bənddə müəyyən edilmiş tarix) növbəti günü, 2.4cü bənd nəzərə alınmaqla, borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.7 İddiaçı öhdəlik götürür ki, cavabdeh bu Sazişin 2.1-ci bəndini tam şəkildə icra etdiyi halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(005)-137/2022 saylı qərardadı ilə cavabdehin anbarda saxlanılmış malların üzərinə qoyulmuş həbsin ləğv olunması üçün dərhal müvafiq məhkəməyə ərizə ilə müraciət edəcəkdir. 2.8 Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.1 Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2 Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3 Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)-2379/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar