Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5271/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1002/2025 nömrəli 22 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 14 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" İKB ASC (İddiaçı ASC) ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli saylı kredit müqaviləsinə əsasən bank sonuncuya 36 ay müddətə illik 30 faiz dərəcəsi ilə 10000 manat məbləğində kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürmüşdür.
2. Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür.
3. Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli şəhadətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı Cavabdeh2 və oğlu Cavabdeh1dur.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-600/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X4 və X5 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi X3 münasibətdə baxılmamış saxlanılmış, Cavabdeh1 adlı şəxsi etibarnamə ilə təmsil edən vəkil-nümayəndə Vəkil cavabdeh X2 ölməsi ilə əlaqədar onun oğlu Cavabdeh1 hüquq varisi kimi işə cəlb edilməsi barədə ərizəsi geri qaytarılmış, banka mərhumun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-600/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh X5 qarşı kredit borcunun tutulması barədə iddia tələbi təmin edilməmişdir.
6. Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə X2 borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə veriləcəyi barədə xəbardar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2848,88 manat əsas borc, 2544,06 manat faiz borcu, 101,49 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən 30 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 6682,63 manat borcun və 86,83 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X4 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq X7 ilə 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, 30 avqust 2024-dək onun banka 2848,88 manat əsas borc, 2544,06 manat faiz borcu, 202,98 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024-cü il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6784,12 manat borcu yaranmışdır, ümumi cərimə borcu 202,98 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 101,49 manat məbləğində tələb olunur. X4 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş - X2 vərəsələri: arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 miras əmlakdan bərabər hissələrdə irs almışdırlar. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də götürülmüş kreditə görə hesablanmış faizlər cavabdehlər tərəfindən ödənilməlidir.
9. Cavabdehlər ərizə ünvanlayaraq, iddia müddətinin tətbiq edilərək, hazırki iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 2848,88 manat əsas, 2544,06 manat faiz, 202,98 manat cərimə borcu, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1188,2 manat, cəmi 6784,12 manat məbləğində borcu yaranmışdır.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə görə X2 xx.xx.2018-ci il tarixə əsas borc üzrə - 6692,41 manat; faiz borcu üzrə - 3180,42 manat; xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə - 2947,59 manat; faiz borcu üzrə - 3180,42 manat; faiz borcu 5% ilə - 1214,67 manat borcu müəyyən edilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 iyul 2025-ci il tarixli 2(001)-1002/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-Z-1-0-79-15 nömrəli kredit müqaviləsi üzrə 2848,88 manat əsas, 2544,06 manat faiz borcu, 101,49 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6682,63 manat borcun və 86,83 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bankla X4 arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada kredit müqavilələri bağlanılmış, bank müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirsə də, X4 müqavilələrin şərtlərinə əməl etməmişdir.
14. Həmçinin məhkəmə göstərmişdir ki, müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 101,49 manat məbləğində cərimənin ödənilməsini tələb edir.
15. İddia müddətinə münasibətdə məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur.
16. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-Z-1-0-79-15 nömrəli kredit müqaviləsi üzrə 2848,88 manat əsas, 2544,06 manat faiz borcu, 101,49 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən, 30 avqust 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1188,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6682,63 manat borcun və 86,83 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 445.3, 445.7, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 739, 1146, 1255, 1306-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Hər iki apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etməklə göstərilmişdir ki, məhkəmə iddia müddətini tətbiq etməli olduğu halda etməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Təqdim etdikləri ərizələrdən görünür ki, bank Fikrət Kərimovun vəfat etməsindən əvvəldən məlumatlı olmuş, Cavabdeh1 atasının ölüm haqqında şəhadətnaməsini surətini və vərəsəlik şəhadətnaməsinin surətini Banka təqdim etmiş və xx.xx.2019-cu il tarixədək ödənişlər aparmışdır. Müqavilənin icra müddəti 36 ay olmuş və xx.xx.2018-ci il tarixindən başlayaraq, bankın tələb irəli sürmək hüququ yaranmış və iddia müddətinin axımı da başlamışdır. Cavabdeh1 vərəsə olmasını bildiyi halda, bank 2020-ci ildə ölmüş Fikrət Kərimova və zamin Samir Mürsəlova qarşı iddia qaldırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı tərəfin qərardadın surətini 2022-ci il tarixdə əldə etməsi barədə bildirdikləri əsassızdır, belə ki, qətnamə və qərardad elektron sistemdə zamanında yerləşdirilmişdir.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi, sözügedən qərardadı sorğu əsasında xx.xx.2022-ci il tarixdə əldə etmişlər.
23. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
28. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
29. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
38. Göründüyü kimi xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X3 10000 manat məbləğində kredit verilmiş, müqavilənin müddəti 36 ay müəyyən edilmişdir.
39. X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə oğlu Cavabdeh1 tərəfindən ödənişlər edilmişdir.
40. Bank xx.xx.2020-ci il tarixə X4 və zamin X5 qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia qaldırmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi X3 münasibətdə baxılmamış saxlanılmış, eyni zamanda sonuncunun ölməsi ilə əlaqədar oğlu Cavabdeh1 hüquqi varisi kimi işə cəlb edilməsi barədə ərizəsi geri qaytarılmış, banka mərhumun varislərinə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur.
41. Eyni tarixli qətnamə ilə cavabdeh X5 qarşı iddia tələbi təmin edilməmişdir.
42. Göründüyü kimi ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün xx.xx.2021-ci il tarixdə iddia borcluya münasibətdə baxılmamış saxlanılmışdır.
43. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
44. Birinci instansiya məhkəməsində cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə təqdim etsələr də, məhkəmə iddia müddətinin keçib-keçməməsi məsələsinə münasibət bildirməmiş və Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarını səhv təvsir etmişdir.
45. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, qərardadın surətini sorğu əsasında xx.xx.2022-ci il tarixdə əldə etmişlər.
46. Cavabdeh tərəf isə bildirmişdir ki, qərardad elektron sistemə yerləşdirilmişdir.
47. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab edir, belə ki, göründüyü kimi sənəd dövriyyəsi Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə həyata keçirilmiş və qəbul edilmiş məhkəmə aktları elektron sistemə yerləşdirilmişdir. Belə olan halda iddiaçının sözügedən məhkəmə aktlarını xx.xx.2022-ci il tarixdə əldə etməsi barədə dəlilləri inandırıcı hesab edilmir.
48. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti yalnış olmuşdur, müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmiş, daha sonra iddiaçı 2020-ci ildə iddia qaldırmış, xx.xx.2021-ci il tarixli qərardadla iddia borcluya münasibətdə baxılmamış saxlanılmış, bundan sonra iddiaçı hərəkətsizlik göstərmiş və qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
49. Beləliklə, apellyasiya şikayətlərində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1002/2025 nömrəli iş üzrə 22 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” iddiası təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.