Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5273/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X11 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müqabil oğluna qarşı “mənzilin boşaldılması və mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müqabil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müqabil oğlunun Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində istifadədə olan 0,0662 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 39,0 kv.metr ümumi, 24.0 kv.metr yaşayış sahəsindən ibarət mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müqabil oğlunun mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC xx xxxxxx 2011-ci iltarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri,Yasamal rayonu, F.İbrahimbəyov küçəsində istifadədə olan 0,0662 ha torpaq sahəsindəyerləşən 10 nömrəli, 1 mərtəbəli binada 39,0 kv.m. ümumi, 24.0.kv.m. yaşayış sahəsindənibarət mənzili alaraq, tam mülkiyyətinə əldə etmişdir. Hal-hazırda cavabehlərin İddiaçı X12 məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)634/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı” X12 məxsus Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində yerləşən 10 saylı evin, 1 mərtəbəli 39,0 kv.m ümumi, 24,0 kv.m yaşayış sahəsindən ibarət mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müqabil oğlunun istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində yerləşən 10 saylı evin, 1 mərtəbəli 39,0 kv.m ümumi, 24,0 kv.m yaşahış sahəsindən ibarət mənzildən çıxarılması, həmin mənzil boşaldılması və İddiaçı” X12 təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini,iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsasdırılmışdır ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində yerləşən 10 saylı evin, 1 mərtəbəli 39.0 kv.m ümumi, 24.0 kv.m yaşayış sahəsindən ibarət mənzildə ailə üzvləri, azyaşlı xəstə uşağı, bacısının oğlu və ailəsi, həmçinin 2 gözündən əlil bacısı X8 ilə birlikdə yaşayırlar. Başqa yaşayış sahələri yoxdur. Bundan başqa İddiaçı X11 rəhbərliyi ilə razılaşmaları olmuşdur ki, mübahisəli ev söküləcəyindən, müvafiq şəxslərlə söhbətlər aparıb, razılığa gələndən və evin dəyərini onlardan alandan sonra, banka olan borclarını ödəyəcəklər, qalan hissəsinə də, Bakı ətrafı qəsəbə və rayonlarda torpaq alıb ev tikəcəklər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Y-1126 saylı hərracın yekunları barədə protokola və xx.xx.2011-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində istifadədə olan 0,0662 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 39,0 kv.metr ümumi, 24.0 kv.metr yaşayış sahəsindən ibarət mənzili 44625 manat məbləğinə İddiaçı X14 tərəfindən satın alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində yerləşən 10 saylı evin 39,0 kv.m ümumi sahəsindən ibarət mənzili tam mülkiyyət hüququ kimi xx.xx.2016-cı il tarixdə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 60 saylı Mənzil Kommunal İstismar Səhəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, ev 10 ünvanındaki ümumi sahəsi 39.0 kv.metr olan mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müqabil oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4144/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ASC-nin X4, X2, X6, X9, Cavabdeh2 qarşı kredit öhdəliklərinin icrasının təmin edilməsinə dair iddia tələbi qismən təmin edilməsi, X3 üzrə 35.000 manat məbləğində əsas borc, kreditə görə hesablanmış 11.177 manat 57 qəpik məbləğində faiz borcu, 500 manat məbləğində peniya borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-in hesabına ödənilməsi, tutma X1, tərəflərin razılığı ilə 70.000 manat qiymətləndirilmiş mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində istifadədə olan 0,0662 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 39,0 kv metr ümumi, 24,0 kv metr yaşayış sahəsindən ibarət yaşayış sahəsinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ İddiaçı X13 tələblərindən artıq olduqda, artıq məbləğ cavabdeh X4 qaytarılması, ipoteka qoyulmuş ev satıldıqdan sonra cavabdehlər X7, X5, X10, X9, Cavabdeh2 bir ay ərzində evi tərk etmələri, həmin cavabdehlər qeyd olunan müddət ərzində evi könüllü olaraq tərk etmədikdə onların məcburi qaydada evdən çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hazırki mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, mübahisələndirilən yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsində və sahibliyində olduğu, bununla da iddiaçının qanunla müəyyən olunmuş hüquqları pozulduğu üçün birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərin istifadə hüquqlarına xitam verməklə və Cavabdeh1 həmin mənzildən çıxarılması hissəsində təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Apelyator iddiaçı ilə razılaşdıqları qeyd etsə bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası izah edir ki, mənzilin cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olması, onların həmin mənzildən çıxarılmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Lakin həmin Siyahının “Qeyd” hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, mənzil könüllü olaraq müqavilə əsasında ipoteka ilə yüklü edildiyindən və həmin ipotekanın təminatı olan kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən iddiaçının tələbi ipoteka predmetinə yönəldilmiş və həmin mənzil hərracdan satılaraq iddiaçı tərəfindən əldə edilərək mülkiyyətinə keçmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bununla belə məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehlərin qanunvericiliklə müəyyən olunmuş qaydada başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin surətləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)634/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5273/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5273/2020
13.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver