Məhkəmə qərarları › İş №2(103)-5275/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5275/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5275/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının vəkili X3, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X8 oğlu, Cavabdeh2 və “xxxx” MTK-ya qarşı “pulun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2020 saylı mülki işi üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı (“xxxx” MTK cavabdeh qismində cəlb edilmiş) iddia ərizəsi (dəqiqləşmə) verərək, İddiaçı Seyfəddin oğlu ilə Cavabdeh3 MTK arasında bağlanmış 30 iyul 2019-cu il tarixli ilkin müqavilənin və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 70000 manat mənzilin dəyəri, 10000 manat əldən çıxmış fayda, 5000 manat ekspertiza, nəqliyyat, vəkillərə ödənilmiş vəsait və digər xərclər, 15000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 100000 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.46- 47). Cavabdeh2 vəkili Vəkil iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh2 "xxxx "MTK-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq iddiaçı ilə bağlanmış 2013-cü il tarixli müqaviləyə imza atmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən MTK-ya heç bir pul ödənişi edilməmişdir.Ödənilmiş pul məbləği olan 30000 manat MTK-nın ilkin müqavilə üzrə mənzilin sahibləri olan X9 ödənilib. Bu fakt 19 sentyabr 2013-cü il tarixli aktla rəsmiləşdirilib və həmin aktı elə iddiaçının özü də imza edib. Bunu qeyd etməkdə məqsəd onun sadəcə MTK-nın etibarnamə üzrə nümayəndəsi olaraq müqaviləni "xxxx” keçirməyidir. Onun MTK-nı etibarnamə əsasında təmsil etməyi bağlanmış müqavilə üzrə öhdəliklərin ona aid olması anlamına gəlmir. Çünki qanunla onun təmsilçiliyi üzrə hərəkətlər hüquqi şəxs olan MTK-nın öhdəçiliyi sayılır. Yuxarıda sadalanan işin faktiki halları və eləcə də qanunun tələbləri üzrə ümümiyyətlə o, hazırkı iddia üzrə cavabdeh ola bilmir. Çünki iddia üzrə 2 fiziki şəxs cavabdeh qoyulub ki, bu qanunsuzdur. Cavabdehlərdən Camələddin Məmmədov MTK-nın direktoru və təsisçisidir. O, isə MTKnin 22 iyul 2012-ci il tarixli 5 il müddətinə qüvvədə olmuş etibarnamə üzrə nümayəndəsi, qanunla hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəliklərinə cavabdeh deyil. Eləcə də qeyd etdiyi kimi, nümayəndə fiziki şəxs olaraq təmsilçiliyinə görə təmsil etdiyi şəxsin öhdəçiliyinə cavab verə bilmir. Nəzərə almaq lazımdır ki, iddiaçı bağlanmış müqavilələr üzrə onunla yox "xxxx” MTK ilə tərəfdir. Qanunla da müqavilə tərəfi olaraq hesab etdiyi hüququnun pozulmasına dair və vurulmuş ziyanın ödənilməsini müqavilə üzrə məsuliyyət daşıyan tərəfdən tələb edə bilər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırki iddia ərizəsini aldıqdan sonra araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artıq iddiaçı ilə "xxxx” MTK arasında 01 avqust 2019 cu il tarixli Barışıq Sazişi bağlanmış və həmin Sazişə əsasən MTK iddiaçıya 2 mənzil vermiş, buna dair müqavilələr bağlanmış və tərəflər qarşılıqlı öhdəçiliklər götürmüşlər. Belə olan halda iddiaçının barışıq sazişi qüvvədə ola-ola buna dair iddia ərizəsində heç bir söz belə bildirmədən məhkəməni aldatmaq və sonda ədalətsiz, qanunsuz iddia tələbini təmin edilməsi arzusuna düşüb (səh.32). Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: "xxxx” MTK ilə İddiaçı arasında 19.09.2013-cü il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən, müqavilənin predrneti Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşavəş massivində 39 saylı kooperativ yaşayış evinin tikintisi başa çatdıqdan sonra həmin evin Xİİ mərtəbəsində yerləşən və ümumi sahəsi 59,3 m2 olan 1 otaqlı mənzil bir pay kimi verilir (səh.12, 52); 11.12.2019-cu il tarixli pretenziya məktubuna əsasən, İddiaçı tərəfindən cavabdehlər X4 və Cavabdeh2 pul vəsaitinin qaytarılması əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir (səh.15); 23.07.2019-cu il tarixli “xxxx” MTK-nın direktoru X2 Cavabdeh2 tərəfindən ünvanlanmış ərizəyə əsasən, ünvan 1yış binasının 1 -ci blok 7-ci mərtəsində yerləşən 70 kv.m mansard sahədən ibarət olan mənzilin Göy-Göl rayonu Nəsibov məhəlləsində inşa olunmuş 2 girişli 7 mərtəbəli (mansardlı) yaşayış binasında eyni sahə ilə əvəzləmək şərtilə İddiaçı Seyfəddin oğlunun adına sənədləşdirilərək özgəninkiləşdirilməsinə etirazı yoxdur (səh.59); “xxxx” MTK ilə İddiaçı arasında 30.07.2019-cu il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən, müqavilənin predmeti Gəncə şəhəri, Xanlar küçəsində yerləşən 6 (altı) Mərtəbəli yaşayış evinin 1. blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 7 mərtəbəsində yerləşən və ümumi sahəsi 70 m2 olan otaqlı mənzil bir pay kimi verilir (səh.60); “xxxx” MTK ilə İddiaçı arasında 30.07.2019cu il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən, müqavilənin predmeti Gəncə şəhəri, X13 64a-da yerləşən 12 (on iki) mərtəbəli yaşayış evinin blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 12. Mərtəbəsində yerləşən və ümumi sahəsi 140 m2 olan 3 otaqlı mənzil bir pay kimi verilir (səh.54); İddiaçı ilə X4 arasında imzalanmış 01.08.2019-cu il tarixli barışıq sazişinə əsasən, “xxxx MTK”-mn direktoru X1 Heydər Seyfətdin oğlu ilə bağlanmış 19.09.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən və 59,3 kvadrat metrdən ibarət olan 1 otaqlı 63 saylı mənzilin əvəzində ona Gəncə şəhəri, Xanlar küçəsi 6 ünvanında İ blok 7-ci mərtəbədə yerləşən 70 kv.metı mansard sahəsindən ibarət mənzil verir. Eyni zamanda Gəncə şəhəri, X13, 64 a ünvanda yerləşən yeni tikilinin 12-ci mərtəbəsində 150 kv.metr mansard sahədən ibarət mənzil verir. Şikayətçi İddiaçı bu sadalanan əmlakları qəbul edir və bunlara dair hazırlanan alqı-satqı müqaviləsini imzalayır. Şikayətçi bu əmlakları qəbul edib alqı-satqı müqäviləsini imzaladıqdan sonra əgər borclu söz verdiyi öhdəlikləri lazımınca yerinə yetirərsə, (əmlakların təhvil verilməsi və satıldıqdan sonra 40000 manat şikayətçiyə verilməsi daxil olmaqla) bu məsələyə dair heç bir məhkəmələrdə iddia qaldırmayacağına, prokurorluq və digər hüquq mühafizə orqanlarında şikayət verməyəcəyinə söz verir. Şikayətçi İddiaçı bu əmlaklar satıldıqdan sonra alınan vəsaitdən 40000 (qırx min) manat götürüb qalan pulu “xxxx” MTK-mn direktoru X2 qaytarmağı öz öhdəsinə götürür. Birinci əmlak satıldıqdan sonra pul məbləğini bütövlükdə İddiaçı Seyfəddin oğlu götürəcəkdir. Bununla o, məhkəmədə onun üzərinə qoyulan ekspertiza xərcini, vəkillərin xərcini, dövlət rüsumlarını və digər xərcləri ödəyəcəkdir. İkinci əmlak satıldıqdan sonra şikayətçi özünə çatacaq 40000 (qırx min) manat məbləği özünə götürüb (birinci və ikinci əmlaklardan gələn məbləğlər cəmlənməklə) qalanını isə "xxxx MTK”-nın direktoruna qaytaracaqdır. X15 imzalandığı andan qüvvəyə minir. X15 tərəflərin hər birində bir nüsxə, Bakı şəhər Binəqədi rayon Prokurorluğuna təqdim etmək üçün 1 nüsxə, cəmi 3 (üç) nüsxədə imzalanmışdır (səh.56). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2020 saylı işi üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 127; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 423, 442, 443, 448, 1097-ci maddələrinə; İnsan hüquqlarının və X10 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 119, 217.1 və 217.3-cü maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına; “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı cavabdehlər X4, Cavabdeh2 və “xxxx” MTK-ya qarşı pulun, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri ümumiyyətcə əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbləri təmin oluna bilməz. Hazırki işdə İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 15000 manat mənəvi ziyanının əvəzi kimi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Bakı şəhəri. Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2020 saylı. 18.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunaraq borcun və maddi zərərin ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 26, 71; “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyala keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X10 haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması və yaxud düzgün təfsir edilməməsi, həmçinin qərarda göstərilənlərin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Məhkəmə dəlillərinin şərhi: məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız rəylərə istinad etməklə iddianın əsassız olması qənaətini gəlmişdir ki, bunlar həqiqəti əks etdirmir, qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərlə, həmçinin də aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh3” Mənzil Tikinti Kooperativinin təmsilçisi Cavabdeh2 32000 manat ödəniş etməklə müqavilə bağlamış və mənzillərin dəyərini tam şəkildə ödəməsinə dair maliyyə arayışı almışdır. Qeyd etdiyi kimi, iddiaçı vicdanlı alıcı olaraq dəyərini ödəməklə mənzili əldə etmişdir. Yəni, payçılar arasında bölgünün hansı şəkildə aparılmasının iddiaçıya aidiyyəti olmamışdır. Buna baxmayaraq cavabdehlər ikinci dəfə iddiaçını aldatmaqla aldıqları pulun dəyərində daha çox sahə olmaqla bağlanaraq Gəncə şəhəri, Əliyev prospekti 64a ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin mansard hissəsundə 140.0 kv.m sahənin böyük ölçülü sahə olaraq şirin vədlərlə pay kimi verilməsi razılaşdırılmış və həmin sahəyə yerinə baxış keçirilmədən barışıq sazişi imzalanmışdır. Sonradan cavabdehin iştirakı ilə sahəyə baxış keçirilərkən nəinki yaşayış heç qeyri-yaşayış üçün də yararlı olmadığı müəyyən edilmişdir.Bu səbəbdən də barışıq sazişinin qüvvədən düşməsi və müqavilənin ləğv edilməsi barədə cavabdehlərə bildiriş təqdim olunmuş, ödənilmiş məbləğin qaytarılması xahiş edilmişdir. Bildirişə və xəbərdarıqlara baxmayaraq ödənilmiş məbləği qaytarmaqdan imtina edilmişdir. Ona görə də hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Prossessual pozuntulara dair: Məhkəmə iclasında iştirakları təmin olunmamış, prosessual bərabərlik hüququmuz pozulmuşdur. Belə ki, onun xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini vəkilinə bildirmişdir. Vəkil isə üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyinə dair məhkəməyə teleqram göndərmiş, Lakin bütün bunlar nəzərə alınmayaraq yekun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, müqavilənin ləğvi hissəsində tələbi "xxxx MTK-a yönəltdiklərini, pul tələbi hissəsində cavabdehlərə qarşı iddia qaldırdığını, tərəflər arasında əvvəl razılaşma olduğunu, mənzilin yararsız vəziyyətdə olduğu üçün hər iki mənzildən imtina etdiklərini, cavabdehlərin onları aldatdıqlarını və ona görə də hazırda təkrar prokurorluğa şikayət etdiklərini, iddiaçının humanistlik göstərərək mənzillərə baxmadan cavabdehlərlə barışığa razı olduğunu bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, təmsil etdiyi şəxsin MTK-ya aidiyyətinin olmadığını, vaxtı ilə səlahiyyətli nümayəndə olduğunu, iddiaçının evlərə baxdıqdan sonra razılığa gəldiyini, razılaşan zaman da qiyməti bildiyini, əslində alqı-satqının başqa şəxslə mövcud olduğunu və iddiaçı tərəfindən pulun “xxxx” MTK-a verilmədiyini, başqa şəxsə verildiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X8 oğlu, “xxxx” MTK-nın nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-391, 393,394, 396-404, 421-424, 560, 881, 1096-1097; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı sübut etmə vəzifəsinə müvafiq ona aid hissədə tələblərinin əsasını təşkil edən hallara dair mümkün ola bilən təkzibedilməz sübutlar təqdim etməmiş, tələbin prosessual formasına riayət etməyərək hər bir cavabdehə qarşı yönələn tələbin mahiyyətini açıqlamamış, tələbdə göstərilmiş müqavilələrə aydınlıq gətirməmiş və mübahisənin başlanğıcının tərəflər arasında bağlanmış barışıq sazişinin olmasına baxmayaraq onu mübahisələndirməmişdir. Mülki Məcəllənin 881.2-ci maddəsinə görə “barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 1.hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeydşərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 2.barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Qeyd edilməlidir ki, tərəflər arasında razılaşma olduğundan müqavilənin ləğvi və pul tələbi üzrə mübahisəyə qiymət verilməsi üçün barışıq sazişinin şərtlərinin pozulması müzakirə edilməlidir ki, bu barədə tələb olmadığından prosessual cəhətdən bu mümkünsüzdür. Diqqətə çatdırılmalıdır ki, iddiaçının hüquqmühafizə orqanlarına şikayət etməsi və ya razılaşmanın şərtlərinə dair pozuntuların mübahisələndirilməsi müvafiq olaraq onun əsaslı tələblərinə yenidən baxılmasını istisna etmir və bu baxımdan hazırki iş üzrə qənaətin mövcudluğu onun məhkəmə müdafiə hüquqlarını məhdudlaşdırmır. Hazırki mülki iş üzrə isə apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392-393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2020 saylı işi üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar