Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-528/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxxxxxxxxxxx" KB məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, QSC «xxxxxxxxxxxxx» KB ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1xx/xx/110821/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 0,0 manat məbləğində əsas borc, 1551,75 manat faiz borcu, 824,60 manat cərimə borcu, ümumilikdə isə 2376,35 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC «xxxxxxxxxxxxx» KB ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixində kredit verilməsi barədə 1xx/xx/110821/15 saylı kredit müqaviləsi bağlanmış, cavabdeh tərəfindən bəyanat və zəmanət məktubu imzalanmış və həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 27% ödənilməsi şərti ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 0,0 manat məbləğində əsas borc, 1551,75 manat faiz borcu, 824,60 manat cərimə borcu, 0,0 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2376,35 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2(006)- 4155/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, QSC “xxxxxxxxxxxxx” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1xx/xx/110821/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1551,75 manat faiz borcunun və 24 manat cərimə borcunun, ümumilikdə 1575,75 manat məbləğində pulun QSC “xxxxxxxxxxxxx” KB-nin xeyrinə tutulması, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh QSC “xxxxxxxxxxxxx” KB-nin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2(006)-4155/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qətnaməni yalnız iddiaçının verdiyi izahata xüsusən də təqdim etdiyi maliyyə arayışına əsasən qəbul etməklə qanunsuzuq etmişdir. Məhkəmə araşdırmamışdır ki, əsas borc olmadığı halda iddia olunan faiz borcu hansı hesablamaya görə aparılmış, bunun mənbəyi necədir. Mülki qanunvericiliyin tələbi və mövcud məhkəmə praktikasına əsasən iddia olunan faiz məbləğinin əsasını təşkil edən mütləq ödənilməmiş əsas borc məbləği olmaldır ki, məsələn, gecikdirmə günləri də daxil olmaqla buna faiz və cərimə hesablana bilsin. Məhkəmə isə bankın təqdim etdiyi maliyyə arayışına istinad etməklə kifayətlənmişdir. Eyni zamnada, məhkəmə iddianın müddəti ötürülməklə verilməsinə də hər hansı münasibət bildirməmişdir. Belə ki, kreditin tarixi iyun 2015-ci il olmaqla 12 ay müdəti 2016-cı ilin iyun ayında bitmiş, iddia isə 3 ilik iddia müddəti keçdikdən sonra verilmişdir. Göstərilən əsaslara görə cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndiriləıı qətnaməsi maddi hüquq normalarının tələblərini pozaraq qəbul etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, QSC «xxxxxxxxxxxxx» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən kredit alan Cavabdeh illik 27% faiz hesablanmaqla 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun banka 1551,75 manat faiz borcu və 824,60 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının təqdim etdiyi arayışından görünür ki, xx xxx 2019-cu il tarixli arayışdan görünürki, QSC «xxxxxxxxxxxxx» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci iltarixli1xx/xx/110821/15 saylı kredit müqaviləsi üzrə xx xxx 2019-cu il tarixinə Cavabdeh banka 0,0 manat məbləğində əsas borc, 1551,75 manat faiz borcu, 824,60 manat cərimə borcu, 0,0 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 2376,35 manat borcu vardır. Birinci instansiya məhkəməsi iddianı həmin arayışa əsasən qismən təmin etmiş, QSC «xxxxxxxxxxxxx» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1xx/xx/110821/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1551,75 manat faiz borcu və cərimə borcunu azaldaraq 24 manat, ümumilikdə 1575,75 manat məbləğində pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası iş materialların nəzərdən keçirib, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş üzrə apelyasiya araşıdırılması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli № 28209 saylı ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixə cavabdehin əsas borc üzrə 0,00 manat və faiz borcu üzrə 0,00 manat olmaqla banka borcunun olmadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə borcun məbləğinin müəyyən edilməsində keçirilmiş ekspertiza rəyi daha mötəbər sübut qismində qiymətləndirilməli və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, apelyasiya şikayəti təmin edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2(006)- 4155/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-528/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-528/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver