Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5284/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(001)-7512/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3735,20 manat məbləğində dəymiş ziyan məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 3765,20 manat pulun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən təbii qazdan qeyriqanuni istifayəyə görə 649,86 məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı İB apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, məhkəmə işi obyektiv və tam, eləcə də ədalətli araşdırsa da düzgün qiymət verməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmıç və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini və təbii qazdan cəmi 1-2 gün oğlunun toy mərasimi ilə bağlı istifadə etdiyini bildirir.Tərəflərə bu barədə məlumat verilməklə 25.11 2019-cu il tarixdə.cavabdehin Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən küçəsi, ev 322 ünvanında hakim tərəfindən yerində müayinə keşirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Yerində müayinə zamanı həmin fərdi yaşayış evində yaşayışın olduğu və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur. Fərdi yaşayış evinin arxa hissəsində qaz xəttinə qanunsuz olaraq müdaxilə edildiyi və nəticədə qaz xəttində açılmış dəliyə quraşdırılmış qara rəngli rezin boru vasitəsi ilə evə təbii qazın ötürüldüyü aşkar edilmişdir. Cavabdeh hal hazırda da təbii qazdan qanunsuz qoşulmaqla istifadə edir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh istifadə və sahibliyindədir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində qazla işləyən cihaz qismində 4 gözlü qaz plitəsi (PQ-4), Samovar və qızdırıcı radiator peçi göstərilmişdir. İddiaçı xx xxxxx 2017-ci il tarixdə cavabdehin qaz xəttinə özbaşına qoşulmasının və təbii qazdan qeyri-qanuni istiadə etdiyinin aşkar edildiyini, bununla bağlı foto və video çəkiliş aparıldığını və eyni tarixli müvafiq aktın tərtib edildiyini bildirir. Həmin akta və onun əsasında xx xxxxx 2018-ci il tarixdə qəbul edilmiş qərara əsasən qeyd edilən ünvanda qaz plitəsindən (PQ-4), su qızdırıcıdan (QSSQ) və qızdırıcı radiator peçindən istifadə edilmişdir. Cihazların qanunsuz istifadə müddəti qismində 90 gün əsas götürülmüş və bu cihazların orta günlük iş rejimi müəyyən edilməklə və bir m3 qazın dəyərini 0,20 manatdan hesablamaqla itirilmiş qazın bərpası üçün Cavabdeh qızından ümumilikdə (3942 m3x 0,20 =788,40) 788,40 manat pulun tutulması qərara alınmışdır. Bundan sonra müxtəlif vaxtlarda həmin evə 12 dəfə baxış keçirilmiş və hər dəfə də qaz xəttinə özbaşına qoşulma və təbii qazdan qeyri-qanuni istiadə etmə əsası ilə aktlar tərtib edilmiş və bir m3 qazın dəyəri 0,10 və ya 0,20 manatdan hesablamaqla itirilmiş qazın bərpası üçün Cavabdeh müxtəlif məbləğlərdə pulun tutulması qərara alınmışdır. Belə ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 788,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 927 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 638,40 manat, xx.xx.2018-cı ıl tarixli, 01733829 saylı akt əsasında 399,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 504 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, 02.30174 saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 3.790,20 manat cərimə hesablanmışdır. Eyni zamanda, iddia ərizəsində xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat məbləğində cərimənin hesablandığı göstərilsə də, bu barədə hər hansı akt iddiacı tərəfindən təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli, ******* saylı aktın təqdim edilmədiyi nəzərə alındığı təqdirdə aktlara əsasən cərimə məbləği 3.757,80 manat təşkil edir. İddiaçı hazırda 3.735,20 manat tələb edir. xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yerində müayinə keçirilmiş və həmin fərdi yaşayış evində yaşayışın olduğu və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, bu fərdi yaşayış evinin arxa hissəsində qaz xəttinə qanunsuz olaraq müdaxilə edildiyi və nəticədə qaz xəttində açılmış dəliyə quraşdırılmış qara rəngli rezin boru vasitəsi ilə fərdi yaşayış evinə təbii qazın ötürüldüyü aşkar edilmişdir. Qaz xəttinə qanunsuz qoşulma yeri biri birinə məftillə bağlanmış taxtalarla hasara alınmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097.1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5 və 6.7-cibəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh istifadə və sahibliyində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə etiyi müəyyən edildiyindən, lakin, cavabdehin təbii qazdan iddia ərizəsində göstərilən bütün müddət ərzində qanunsuz istifadə etməsini təsdiq edən hər hansı sübut mövcud olmadığından, iddia qismən təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2- ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Qeyd edilənlərə əsasənməhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7512/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5284/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5284/2020
11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver